Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi
www.qesam.org
1
YAQUB YAQUBOV
deputychairman@qesam.org
ERMƏNİ TERRORİZMİNİN YARANMASI
BEYNƏLXALQ MARAQLAR SİSTEMİNDƏ
12 Noyabr 2006
Erməni terrorizmi mütəşəkkil və yaxşı təşkilatlanmış bir terrorizm olmaqla, beynəlxalq terrorizminin ge-
niş qanadı və şəbəkəsidir. Yarandığı ilk gündən onun məqsədi və hədəfi sülhün təhlükəsizliyi, mübafiəsiz və
köməksiz türk xalqı və azərbaycanlılar, kürdlər və bütün müsəlmanlar olmuşdur(1).
Erməni terrorizminin tarixi kökləri çox qədimdir. Lakin bu terrorizmin təşkilatlanması “erməni məsələsi”
deyilən məsələnin yaranması ilə bağlı olmuşdur. “Erməni məsələsi” isə Şərq məsələsi adlandırılan məsələnin bir
hissəsidir və ona iki nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Birincisi, məsələnin zahiri mahiyyətidir: böyük döv-
lətlər Türkiyəni daha asanlıqla istismar etməkdən ötrü onun mərkəzdənqaçma qüvələrini gücləndirməyə, belə-
liklə ölkəni zəiflətməyə çalışırdılar. Daxili mahiyyət isə öz burjuaziyasının rəhbərliyi altında ermənilər milli
müqəddəratın müstəqil təyin edilməsi uğrunda, elə siyasi-iqtisadi amillər əldə olunması uğrunda mübarizə apa-
rırdılar ki, bu amillərin təsiri altında burjuaziya sərbəst inkişaf edə bilsin. Erməni məsələsinin zəmini hələ XVIII
əsrdə, İstanbulun maliyyə aristokratiyası erməni millətinə rəhbərlik etməyə başlayanda yaranmışdı.(2) Türkiyə-
nin hər yerinə səpələnərək öz terrorçu fəaliyyət şəbəkəsini genişləndirməklə məşğul olan ermənilərin öz arasın-
dan varlı burjua nümayəndələri yetişmişdi. Konstantinopolu fəth edəndən (1453-cü ildə) sonra türklərin göstəri-
şi ilə yaradılmış teokratik erməni icmasının başında duran Konstantinopol patriarxı dövründə Notabllar şurası
(maliyyə aristokratiyasının nümayəndələrindən ibarət) vardı, erməni xalqının “rəhbəri” əslində bu şura idi.
Erməni terrorizminin inkişafında və çiçəklənməsində erməni qriqoryan və ortodoks kilsəsinin xidmətləri
böyükdür.
1808-ci ildə çar I Aleksandr (1801-1825) ruslara kömək məqsədi ilə apardığı casusluq fəaliyyətinə görə
erməni kilsəsinin katolikosu Danieli birinci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif etdi. Ruslar qərbə hücum
edib Osmanlı torpaqlarının dərinliklərinə irəliləyəndə də Erməni Kilsəsi daim onlara kömək edir və ardıcıl ola-
raq rusların onları “müsəlman zülmündən” xilas etməsinə səsləyirdi.(3) Xristian erməniləri ilə müsəlman Os-
manlıları arasındakı nifrətin artmasının kökləri Erməni Kilsəsinin fəaliyyəti və cəhdləri ilə bağlıdır. Hər halda,
ruslar Osmanlı torpaqlarını zəbt edən kimi Erməni Kilsəsi ilə birlikdə işləyərək oradakı müsəlman əhalini kom-
pensasiya ödəmədən qovmuş, keçmiş müsəlman evlərinə və torpaqlarına erməniləri köçürmüşdür.
Ermənilər müstəqil vətən yaratmaq üçün eynilə yunanların 1821-ci ildə etdiyi hərəkətin təkrarını arzula-
yırdı. Ortada yalnız məhz ermənilərlə bağlı olan praktik problem var idi. Yunanlar malik olmaq istədikləri tor-
paqlarda əksəriyyət təşkil edirdilər, ermənilər isə həmişə azlıqda olmuşlar. Ona görə də ermənilər dərhal başa
düşdülər ki, özlərinin müstəqil hökumətlərini, diktatorluğunu və sair qurmaq üçün onlara xarici müdaxilənin kö-
məyi və dəstəyi lazımdır.
1827-1829-cu illərdəki rus-fars (müasir İran) və rus-Osmanlı müharibələri vaxtı erməni liderləri və onla-
rın xristian din xadimləri hiss etdilər ki, onların müstəqil dövlət qurmaq vaxtı yetişmişdir. Bu müharibələr ərzin-
də rus imperiyasında yaşayan ermənilər İranda və Osmanlı imperiyasında yaşayan ermənilərlə birləşərək öz
dostlarının və qonşularının əleyhinə görüşən ruslara kömək edirdilər.
1828-ci ildə başlayaraq Azərbaycanın tarixi torpaqlarına ermənilərin köçürülməsi başlanıldı. Bununla da
ziddiyyətlərin yeni dalğası və erməni terrorçuluğunun yeni bölgəsi meydana çıxdı. Ermənilər ilə türklər arasında
Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi
www.qesam.org
2
ermənilərin xəyanəti nəticəsində başlanan ziddiyyətlər də regionda olan hadisələrə öz təsirini göstərirdi. Bu er-
məni terrorçularının Türkiyə və Azərbaycan ərazilərində “Böyük Ermənistan” yaratmaq iddialarından irəli gə-
lirdi.
301-ci ildə xristianlığı qəbul edən, lakin özlərinin əməlli-başlı bir kilsə rəhbərliyi olmayan ermənilər hər
bir millətə olduğu kimi onlara da yüksək hüquq və azadlıqlar verən Osmanlı dövlətinin paytaxtı İstanbul şəhə-
rində 1830-cu ildə erməni katolik, 1847-ci ildə erməni protestant kilsəsi qurdular.(4) Bu vaxtdan başlayaraq er-
mənilər kilsə ətrafında birləşməyə başladılar. Bu birləşmələr əsrin sonlarına yaxın tədricən terrorçu birliklərə,
kilsələr isə həmin terror, həm də hərbi bazalara çevrilirdi. XIX əsrin sonlarına doğru kilsə idarəçiliyi çərçivəsinə
sığmayan ermənilər onlara verilən həddindən artıq, bəzən hətta türklərin özlərindən də artıq hüquqlardan istifa-
də edərək siyasi təşkilat və partiyalar ətrafında birləşib ilk dəfə XVIII əsrin sonlarında ortaya atılan “Böyük Er-
mənistan” uydurma ideyasını bir daha irəli sürməyə başladılar.(5) Bu ideya özü ilə bərabər yüz illərə sığmayan
terror və qan gətirdi.
Erməni terrorizminin keçdiyi yolu bir neçə mərhələyə ayırmaq olar:
a) XIX əsrin 30-cu illərindən 1920-ci illərədək olan dövr;
b) 1920-1970-ci illər;
c) 1970-ci ildən sonrakı erməni terrorizmi.
Birinci mərhələdə yaranan erməni terror təşkilatları Türkiyədə və Azərbaycanda qanlı terror fəaliyyəti ilə
məşğul olurdularsa, II mərhələdə yaranan təşkilatlar öz terror fəaliyyətlərini genişləndirərək dünyaya yaydılar.
Beləliklə, dünya da erməni terrorunun qurbanına çevrildi.(6)
III mərhələ xüsusilə Azərbaycan xalqının başına gətirilən müsibətlərlə və qanlı terror aktları ilə zəngindir.
Bu dövrdə nəhayət öz “müstəqilliklərinə” qovuşan ermənilər terror şəbəkələrini genişləndirdilər və bu aktları ic-
timaiyyətin gözünün qabağında etməkdən belə çəkinmədilər.
Qeyd etdiyimiz kimi, ermənilər terror birləşmələri halında XIX əsrin II yarısından fəaliyyət göstərməyə
başlamışlar. Yaranan bu cəmiyyətlər, təşkilatlar və partiyaların bəziləri gizli fəaliyyət göstərir, rəsmi dövlət nü-
mayəndələrinə, dövlət idarələrinə hücumlar edir, qətllər törədir, ərazilərdə terror aktları və üsyanlar etməklə
məşğul olurdular.
Erməni terrorçu birləşmələrinin və partiyaların həyata keçirdiyi qanlı aksiyalar özünü yalnız Türkiyə və
Azərbaycanda deyil, eyni zamanda dünyanın bir çox ölkələrində göstərmişdir. Bir faktı qeyd etmək lazımdır ki,
sadəcə 1980-1990-cı illərdə ABŞ-da baş verən terror aktlarının təqribən 25%-ni erməni terror təşkilatları həyata
keçirmişlər. Onu da qeyd edək ki, bu gün dünyada bir dənə də olsun türk terror qrupu yoxdur. Çox hallarda isə
ermənilərin törətdikləri cinayətlər cəzasız qalır.(7)
Bugünkü ermənilər etnik təmizləmə dərsini əsrlərin ayrıcında yaşamış sələflərindən öyrənmişlər. 1992-ci
ildə Azərbaycana etdikləri xaincəsinə hücum nəticəsində ölkənin 20%-ni işğal edəndən sonra onların gördüyü
ilk iş terrordan gen-bol istifadə edərək bir milyondan artıq müsəlmanı heç bir əvəz ödəmədən öz ev-eşiyindən
qovmaq oldu.
Ermənilər həm hökumətlərinin, həm də dövlətlərinin belə bir etirafını almalıdırlar ki, 1890-cı illərdən baş-
layaraq onların yeganə kilsəsi terrorçu fəaliyyətləri müdafiə etmişdir: onlar belə terror hərəkətlərə son qoyulaca-
ğına vəd versinlər.
a) Erməni terrorizminin yaranmasında Osmanlı dövlətinin zəifləməsi faktoru
Osmanlı dövlətində erməni terrorizminin inkişafında onun əsasən Suriyada və Livanda, eləcə də Amerika-
da yaşayan erməni tacirləri ilə əlaqəsi və xarici kapitalın axını da məlum rol oynamışdı. Qeyd etmək lazımdır
ki, erməni sənətkarlarının bir sıra silklərə bölünən hədsiz dərəcədə çoxsaylı sinfi də Osmanlı dövlətinin kustar
sənayesində yunanlarla birlikdə üstün rol oynayırdı. Yalnız Türkiyənin şərq əyalətlərində yaşayan erməni
kəndlilər həm siyasi, həm də iqtisadi cəhətdən ağır əsarət altında idilər. Bunu onların həmişə düşmən mövqeyi
ilə izah etmək olardı. Buna görə də tamamilə aydındır ki, Qərb kapitalizmi Yaxın Şərqə hücuma keçdikcə Qərb
dövlətləri məhz xain və düşmən mövqeli ermənilərdə özlərinə dayaq nöqtələri axtarmağa can atırdılar. Axı, hə-
min düşmən erməni burjuaziyasının siyasi cəhətdən tabelik vəziyyətində olması onun iqtisadi fəaliyyətinin inki-
şafını hədsiz dərəcədə məhdudlaşdırırdı—bu səbəbdən də o, Türkiyənin natural təsərrüfatının və daxili qapalılı-
ğının dağıdılmasına yönəldilən hər cür təşəbbüsləri müdafiə edirdi.(8) Qərb kapitalı Türkiyənin hakim sinfi ilə
çox sıx bağlı olan iki erməni maliyyə burjuaziyasından yan keçərək öz məqsədləri üçün əvvəlcə ruhanilərdən
(erməni-katolik və erməni-protestant qurumlardan) istifadə etməyə cəhd göstərdi; bu cəhdlər gözlənilən nəticəni
verməyəndə Qərbin ticarət kapitalı orta ticarət burjuaziyasından özünün iqtisadi vasitəçisi kimi istifadə etmək