Ərzaq məhsullarının tədarükü və təchizatı



Yüklə 76,97 Kb.
Pdf görüntüsü
tarix17.09.2017
ölçüsü76,97 Kb.
#270


Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar 

Cəmiyyətinin NİZAMNAM

ƏSİ 


Azərbaycan Respublikası Prezidentinin 

2016-cı il 30 sentyabr tarixli 

Fərmanı ilə təsdiq edilmişdir 



Ərzaq məhsullarının tədarükü və təchizatı” 

 Açıq Səhmdar Cəmiyyətinin 

NİZAMNAM

ƏSİ 

1. Ümumi müddəalar 

1.1. “

Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – 



Cəmiyyət) “

Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin 

yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 

nömrəli Sərəncamına (bundan sonra – Sərəncam) əsasən yaradılmışdır. 

1.2. Cəmiyyətin bütün səhmləri ilkin mərhələdə dövlətə məxsusdur. 

1.3. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Mülki 

Məcəlləsini, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası 

Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar 

və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur. 

1.4. Cəmiyyətin aparatı, idarə, nümayəndəlik və filialları, həmçinin törəmə cəmiyyətləri 

Cəmiyyətin strukturunu təşkil edir. 

1.5. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir: 

1.5.1. tam halda – “

Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti; 

1.5.2. qısaldılmış halda – “

Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC; 

1.5.3. ingilis dilində tam adı – “Food products’ procurement and supply” Open Joint Stock 

Company; 

1.5.4. ingilis dilində qısaldılmış adı – “Food products’ procurement and supply” OJSC. 

1.6. Cəmiyyətin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, 

Lökbatan qəsəbəsi, Xocasən yolu 57. 

2. Cəmiyyətin hüquqi statusu 

2.1. Cəmiyyət hüquqi şəxsdir, onun müstəqil balansı, banklarda hesablaşma hesabı və digər 

hesabları vardır. 



2.2. Cəmiyyətin ayrıca əmlakı vardır və öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, 

qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri daxilində əqdlər, sazişlər, müqavilələr 

bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, 

vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 

2.3. Cəmiyyətin, üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir olunmuş və 

Cəmiyyətin adı göstərilmiş möhürü, müvafiq ştampları və blankları vardır. 

2.4. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, törəmə 

cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi Azərbaycan Respublikasının 

Mülki Məcəlləsinə, Sərəncama, bu Nizamnaməyə və digər normativ hüquqi aktlara uyğun 

olaraq həyata keçirilir. 

2.5. Cəmiyyət dövlətin üzərinə götürdüyü hər hansı öhdəliklərə görə cavabdeh deyildir. 

2.6. Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı 

zərər üçün dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır. 

3. Cəmiyyətin məqsədi və fəaliyyət istiqamətləri 

3.1. Cəmiyyətin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını 

stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, 

regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına 

zəmin yaratmaq, ərzaq məhsullarının keyfiyyətini, eləcə də dövlət vəsaitindən istifadənin 

səmərəliliyini artırmaq və dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının 

mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdən ibarətdir. 

3.2. Cəmiyyət bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədə nail olmaq üçün 

aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: 

3.2.1. dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının (dövlət taxıl 

fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin 

vəsaitləri hesabına satın alınmasının təşkil edilməsi; 

3.2.2. satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların 

fəaliyyətinin monitorinqinin aparılması, istehsalçının Cəmiyyətin elektron portalında 

yerləşdirilmiş istehsal həcmini təmin etmək imkanının (potensialının) olmaması barədə 

ə

saslı faktlar aşkar edildiyi hallarda, portalda yerləşdirilmiş məlumatların dəqiqləşdirilməsi; 



3.2.3. büdcə təşkilatlarının ərzaq məhsullarına ehtiyacının ödənilməsi məqsədi ilə 

Cəmiyyətin elektron portalında göstərilən məhsul istehsalçılarından (satıcılarından) 

məhsulların birbaşa satın alınmasının həyata keçirilməsi; 

3.2.4. kənd təsərrüfatı məhsullarının tədarük edilməsi, satınalan təşkilata təqdim edilənədək 

saxlanılması və həmin təşkilatla bağlanmış müqavilə şərtlərinə uyğun olaraq onlara 

çatdırılması; 

3.2.5. tədarük olunan ərzaq məhsullarının korlanma və məhvolmadan sığortalanması; 



3.2.6. kənd təsərrüfatı və ərzaq məhsullarının keyfiyyətinin təmin edilməsi ilə bağlı müvafiq 

infrastrukturun yaradılması; 

3.2.7. ərzaq məhsullarının tədarükü və təchizatı sahəsində normativ hüquqi aktların 

hazırlanmasında və təkmilləşdirilməsində iştirak edilməsi; 

3.2.8. ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaiti hesabına 

satın alınması prosedurlarında ortaya çıxan mübahisəli məsələlərin araşdırılması və 

qanunvericiliyin tələbləri pozulduğu hallarda “Dövlət satınalmaları haqqında” Azərbaycan 

Respublikasının Qanununa uyğun olaraq tədbirlər görülməsi barədə aidiyyəti üzrə təkliflərin 

verilməsi; 

3.2.9. kənd təsərrüfatı məhsullarının istehsalının və emalının stimullaşdırılması və 

genişləndirilməsi, həmçinin büdcə təşkilatlarının ərzaq məhsullarına ehtiyacının ödənilməsi 

məqsədi ilə zəruri hallarda idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi; 

3.2.10. Cəmiyyətin nümayəndəlik və filiallarının, törəmə cəmiyyətlərinin iqtisadi və maliyyə 

vəziyyətinin təhlil edilməsi, onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə 

tədbirlər görülməsi; 

3.2.11. Cəmiyyətin işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, 

ə

məyin mühafizəsi tədbirlərinin həyata keçirilməsi; 



3.2.12. Cəmiyyətin əqli mülkiyyətinin Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq 

idarə olunması və onun barəsində sərəncam verilməsi; 

3.2.13. fəaliyyət dairəsinə aid olan islahatların aparılmasına dair təkliflərin hazırlanması və 

aidiyyəti üzrə təqdim edilməsi; 

3.2.14. müvafiq dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi ilə 

bağlı tədbirlərin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilməsi; 

3.2.15. Cəmiyyətin elektron portalında yerləşdirilən istehsalçıların fəaliyyətinin 

monitorinqinin aparılması və onlardan istehsal imkanları barədə yazılı və şifahi 

məlumatların alınması; 

3.2.16. istehsalçının Cəmiyyətin elektron portalında yerləşdirilən istehsal həcmini təmin 

etmək imkanında olmaması barədə əsaslı faktlar aşkar edildikdə, elektron portalda olan 

məlumatlarda düzəliş edilməsi və bu barədə istehsalçıya məlumat verilməsi; 

3.2.17. ərzaq məhsullarının alınmasına dair elanın şərtlərinə uyğun gələn təklif həmin 

məhsullara tələbatdan az olduqda, tələbatın təklifdən artıq olan hissəsinin müvafiq qiymətlər 

çərçivəsində digər şəxslərdən alınması, bu mümkün olmadıqda isə idxal edilməsi; 

3.2.18. yerli kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, yerli kənd təsərrüfatı 

məhsulları istehsalçılarının və ixracın təşviqi məqsədi ilə tələbatdan artıq tədarük edilmiş 

kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracının, habelə yerli bazarda bütün satış 

kanalları və zəncirləri vasitəsilə həmin məhsulların satışının təşkili və həyata keçirilməsi, o 

cümlədən bütün növ topdansatış və pərakəndə satış obyektlərinin təşkili və idarə olunması; 




3.2.19. ərzaq məhsullarının tədarükü və təchizatı sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, 

bu sahədə kadr hazırlığının və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi; 

3.2.20. xüsusi bülletenlərin və digər nəşrlərin buraxılması; 

3.2.21. Cəmiyyətin fəaliyyəti haqqında əhalinin məlumatlandırılması və bu məqsədlə 

Cəmiyyətin internet saytının yaradılması. 

3.3. Cəmiyyət məqsəd və fəaliyyət istiqamətləri ilə əlaqədar qanunvericiliklə qadağan 

olunmayan digər fəaliyyət sahələri ilə məşğul ola bilər. 

3.4. Cəmiyyət bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlər üçün lisenziya tələb olunan 

fəaliyyət növü ilə yalnız belə lisenziya aldıqdan sonra məşğul ola bilər. 

4. Cəmiyyətin nizamnamə kapitalı və əmlakı 

4.1. Cəmiyyətin nizamnamə kapitalı bu Nizamnaməyə uyğun olaraq, təsisçinin qərarı ilə 

Cəmiyyətin mülkiyyətinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş 

aktivlərin balans dəyərindən təşkil olunur. 

4.2. Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər maddi və qeyri-

maddi aktivlərdən ibarətdir. Cəmiyyətin əmlakı onun müstəqil balansında əks olunur. 

Cəmiyyət öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata 

keçirir. 

4.3. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir. 

4.4. Cəmiyyətin nizamnamə kapitalı 100 000 (yüz min) manatdır və onun səhmlərinin 

nominal dəyərindən təşkil olunur. Nizamnamə kapitalı nominal dəyəri 1 (bir) manat olan 

100 000 (yüz min) ədəd adi səhmdən ibarətdir. 

4.5. Cəmiyyətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur: 

4.5.1. nizamnamə kapitalına daxil olan əmlak; 

4.5.2. maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər; 

4.5.3. investorların ayırdıqları vəsaitlər; 

4.5.4. qanunla qadağan olunmayan digər mənbələr. 

4.6. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan 

Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

4.7. Cəmiyyətin nizamnamə kapitalına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa 

ə

mlakdan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər. 



4.8. Cəmiyyət qanunlarda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən 

edilmiş qaydada ödədikdən sonra özünün, törəmə cəmiyyətlərinin, habelə nümayəndəlik və 

filiallarının fəaliyyətindən əldə edilmiş mənfəəti mərkəzləşdirilmiş fondlarda cəmləşdirmək 

və həmin vəsaitlər üzərində müstəqil sərəncam vermək hüququna malikdir. 




4.9. Cəmiyyət balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət 

ə

mlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi 



haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli 

Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.  

5. Cəmiyyətin ali idarəetmə orqanı 

5.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır (bundan 

sonra – Ümumi Yığıncaq). 

5.2. Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər Sərəncama uyğun 

olaraq həll edilir. 

6. Cəmiyyətin icra orqanı 

6.1. Cəmiyyətin İdarə Heyəti (bundan sonra – İdarə Heyəti) Cəmiyyətin kollegial icra 

orqanıdır. 

6.2. İdarə Heyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Sərəncam ilə Ümumi 

Yığıncağa, habelə bu Nizamnamə ilə Cəmiyyətin sədrinə verilmiş səlahiyyətlər istisna 

olmaqla, Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir. 

6.3. İdarə Heyətinin tərkibi 5 (beş) nəfərdən – Cəmiyyətin Azərbaycan Respublikasının 

Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədrindən, onun 2 (iki) 

müavinindən və Cəmiyyət sədrinin təqdimatı əsasında Ümumi Yığıncaq tərəfindən vəzifəyə 

təyin və vəzifədən azad edilən 2 (iki) üzvdən ibarətdir. 

6.4. İdarə Heyətinin işinə Cəmiyyətin sədri rəhbərlik edir. 

6.5. İdarə Heyəti: 

6.5.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada 

hesabat verir; 

6.5.2. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər 

hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün Azərbaycan 

Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə (bundan sonra – Nazirlik) təkliflər verir; 

6.5.3. Cəmiyyətin Nizamnaməsində, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi 

üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir; 

6.5.4. Cəmiyyətə işə qəbul və işçilərin qiymətləndirilməsi, o cümlədən işçilərə vəzifə 

maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsi 

qaydalarını müəyyən edir; 

6.5.5. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər 

görür; 

6.5.6. Cəmiyyətin daxili intizam qaydalarını müəyyən edir; 



6.5.7. yeni texnologiyaların tətbiqi ilə bağlı qərarlar qəbul edir; 


6.5.8. Cəmiyyətin aparatının struktur bölmələrinin, idarə, filial və nümayəndəliklərinin, 

habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin səlahiyyətlərini müəyyən edir; 

6.5.9. Cəmiyyətin saxlanılması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün 

qanunda nəzərdə tutulmuş mənbələrdən (kreditlər, qrantlar, texniki yardımlar, işlərin 

görülməsindən, xidmətlər göstərilməsindən daxilolmalar və s.) Cəmiyyətin sərəncamına daxil 

olan məqsədli vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir; 

6.5.10. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin 

maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərar qəbul edir; 

6.5.11. Cəmiyyətin inkişaf strategiyasının formalaşdırılmasına dair aidiyyəti üzrə təkliflər 

verir; 


6.5.12. Cəmiyyətin xarici şirkətlərlə birgə işinin məqsədəuyğunluğu barədə məsələlərə baxır; 

6.5.13. Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin 

balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnu həyata keçirir; 

6.5.14. Cəmiyyətin perspektiv inkişaf planına, digər hüquqi şəxslərə kapital qoyuluşuna dair 

təkliflər verir; 

6.5.15. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi 

ə

həmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox 



hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanması haqqında 

qərarın qəbul edilməsi üçün Nazirliyə müraciət edir; 

6.5.16. müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək 

hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir; 

6.5.17. Cəmiyyətin fəaliyyətinə dair illik iş proqramlarını, onların yerinə yetirilməsi haqqında 

hesabatları təsdiq edir

6.5.18. Cəmiyyətin səhmlərinin, istiqrazlarının və digər növ qiymətli kağızlarının 

buraxılması, yerləşdirilməsi, dövriyyəsi, ləğvi, habelə onların birləşdirilməsi, xırdalanması 

(bölünməsi) və konvertasiyası ilə bağlı aidiyyəti üzrə təkliflər verir; 

6.5.19. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin büdcələrini təsdiq edir; 

6.5.20. Cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və (və ya) pul şəklində pay qoyur; 

6.5.21. Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin 

istifadəsi üçün ayrılmış dövlət torpaqlarından təyinatı üzrə istifadə edir; 

6.5.22. ssudaların, borcların, kreditlərin, zəmanətlərin alınması və verilməsi üzrə tələbləri 

müəyyənləşdirir, habelə Cəmiyyətin büdcəsinin, fəaliyyət planlarının və investisiya 

proqramlarının icrasına nəzarət edir; 

6.5.23. bu Nizamnamənin 2.4-cü bəndinin tələbləri nəzərə alınmaqla, Cəmiyyətin idarə, 

nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə 

cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi haqqında qərar qəbul edir; 



6.5.24. Cəmiyyətin malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan 

ictimai informasiyanın Cəmiyyətin internet saytında yerləşdirilməsini və bu informasiyanın 

daim yenilənməsini təmin edir; 

6.5.25. müstəqil ekspertləri və mütəxəssisləri Cəmiyyətin fəaliyyətinə cəlb edir. 

6.6. İdarə Heyətinin iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İclaslar 

protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. Həmin qərarlar 

Cəmiyyətin İdarə Heyətinin sədri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir. 

6.7. Cəmiyyətin İdarə Heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər 

bölündükdə, Cəmiyyətin İdarə Heyəti sədrinin səsi həlledicidir. 

7. Cəmiyyətin sədri 

7.1. Cəmiyyətin sədri: 

7.1.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir; 

7.1.2. sədrin müavinlərinin vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi barədə 

Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir; 

7.1.3. sədrin müavinləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir; 

7.1.4. İdarə Heyətinin fəaliyyətini təşkil edir və reqlamentini təsdiq edir; 

7.1.5. Cəmiyyətin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi və onun hüquqlarının həyata 

keçirilməsi üçün zəruri tədbirlər görür; 

7.1.6. Cəmiyyətin adından etibarnaməsiz fəaliyyət göstərir, habelə Cəmiyyəti bütün dövlət 

orqanlarında, müəssisələrdə, idarələrdə və təşkilatlarda (o cümlədən beynəlxalq 

təşkilatlarda) təmsil edir; 

7.1.7. Cəmiyyətin işçilərinin say həddini, ştat cədvəlini, əməkhaqqı sistemini və xərclər 

smetasını təsdiq edir; 

7.1.8. Cəmiyyətin səmərəli fəaliyyət göstərməsini təmin edir; 

7.1.9. Cəmiyyətin aparatının struktur bölmələrinin əsasnamələrini, idarə, filial və 

nümayəndəliklərinin əsasnamələrini, törəmə cəmiyyətlərinin nizamnamələrini, həmçinin 

Cəmiyyətin idarə olunması ilə əlaqədar sənədləri (bu Nizamnamənin 6.5.6-cı yarımbəndində 

nəzərdə tutulmuş hal istisna olmaqla) təsdiq edir, onlarda müvafiq dəyişikliklər haqqında 

qərarlar qəbul edir; 

7.1.10. Cəmiyyətin aparatının, idarə, filial və nümayəndəliklərinin, habelə törəmə 

cəmiyyətlərinin strukturunu və ştat cədvəlini təsdiq edir, Cəmiyyətin aparatının (sədrin 

müavinləri istisna olmaqla) işçilərini, idarə, filial və nümayəndəliklərinin, habelə törəmə 

cəmiyyətlərinin rəhbərlərini və onların müavinlərini, baş mühəndislərini və baş 

mühasiblərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam 

tənbehi tədbirləri tətbiq edir; 



7.1.11. əmək fəaliyyətində fərqlənən işçilərə fəxri adların verilməsi və digər təltiflər barədə 

aidiyyəti qurumlara təqdimat verir; 

7.1.12. Cəmiyyətin qərarlarının yerinə yetirilməsinə nəzarəti təşkil edir; 

7.1.13. bu Nizamnamənin 6.5.15-ci və 6.5.16-cı yarımbəndlərinin tələbləri nəzərə alınmaqla, 

ə

qdlər (o cümlədən xarici şirkətlərlə) bağlayır və onların yerinə yetirilməsini təmin edir; 



7.1.14. etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, hesabları və 

tədiyyə tapşırıqlarını imzalayır; 

7.1.15. Cəmiyyətin idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi üçün ona verilmiş 

səlahiyyətlər daxilində icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir; 

7.1.16. Cəmiyyətdə, onun idarə, filial və nümayəndəliklərində, habelə törəmə cəmiyyətlərində 

beynəlxalq maliyyə, kadr, təchizat və digər idarəetmə qaydalarının və standartlarının tətbiqi 

ilə bağlı müvafiq tədbirlər görür; 

7.1.17. fəaliyyət məqsədlərinə uyğun olaraq, komissiyalar və işçi qruplar yaradır; 

7.1.18. Cəmiyyətin mərkəzləşdirilmiş fondlarının yaradılması və istifadəsi qaydaları barədə 

qərarlar qəbul edir; 

7.1.19. Cəmiyyətin idarə, filial və nümayəndəlikləri, habelə törəmə cəmiyyətləri arasındakı 

münasibətlərdə yaranan mübahisələri həll edir; 

7.1.20. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin işinin 

təşkilini və onların təsdiq edilmiş gəlir və xərclər smetası üzrə xərclərinin ödənilməsini 

həyata keçirir; 

7.1.21. Cəmiyyətin fəaliyyətini səmərəli təşkil etmək üçün hüquqi şəxs yaratmaqla (birgə 

müəssisələr) və ya hüquqi şəxs yaratmadan birgə layihələri həyata keçirir və bu layihələri 

təsis sənədlərinə uyğun olaraq idarə edir; 

7.1.22. fəaliyyət istiqamətləri üzrə dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin 

qorunması üçün zəruri tədbirlər görür; 

7.1.23. öz fəaliyyətində Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası 

Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

qərar və sərəncamlarının, digər normativ hüquqi aktların və Cəmiyyətin idarəetmə 

orqanlarının qərarlarının icrasını təmin edir; 

7.1.24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu Nizamnamə ilə Ümumi Yığıncağın 

səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll edir. 

7.2. Cəmiyyətin sədri öz vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkarlıqla və məntiqlə 

hərəkət etməyə, dövlətin və Cəmiyyətin maraqlarına sadiq olmağa və bu maraqları öz 

maraqlarından üstün tutmağa və ehtiyatlı olmağa borcludur və bu vəzifələrin lazımi qaydada 

icra edilməsi üçün məsuliyyət daşıyır. 




7.3. Cəmiyyətin sədri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya 

məzuniyyətdə olduqda, onun səlahiyyətlərinin icrası Cəmiyyətin sədri tərəfindən təsdiq 

edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilir. 

8. Cəmiyyətdə uçot, hesabat və nəzarət 

8.1. Cəmiyyət “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun 

olaraq statistik uçot aparır və statistik hesabatları tərtib edir. 

8.2. Cəmiyyət “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa və 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı ilə 

təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş 

(konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”na 

uyğun olaraq, mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir. 

8.3. Cəmiyyətin birinci maliyyə ili dövlət qeydiyyatına alındığı tarixdən başlayır və həmin il 

dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili yanvarın 1-dən başlayır və dekabrın 31-də başa 

çatır. 


8.4. Cəmiyyət nümayəndəlik və filiallarının seqment maliyyə hesabatları ilə birlikdə öz 

maliyyə hesabatlarını tərtib edir, həmçinin törəmə cəmiyyətlərinin rüblük və illik maliyyə 

hesabatlarına baxır. Cəmiyyət törəmə cəmiyyətlərə malik olduqda, birləşdirilmiş (konsolidə 

edilmiş) maliyyə hesabatları tərtib edir. Törəmə cəmiyyətlər illik maliyyə hesabatlarını hər il 

maliyyə ili bitdikdən sonra 4 (dörd) ay müddətində Cəmiyyətə təqdim edir. Cəmiyyət 

birləşdirilmiş (konsolidə edilmiş) illik maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra 

6 (altı) aydan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə, həmçinin Cəmiyyətin xalis 

aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) 

bağlanması barədə məlumatı mətbu orqanda dərc etdirməyə və Cəmiyyətin internet saytında 

yerləşdirməyə borcludur. 

8.5. Cəmiyyət illik maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra auditor rəyi ilə 

birlikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. 

8.6. İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, 

nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-

1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə 

aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının 

xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikası 

Mülki Məcəlləsinin 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim 

etməlidirlər. 

8.7. Cəmiyyət nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin maliyyə-

təsərrüfat fəaliyyətinin yoxlanılmasının aparılmasını təmin edir. 

9. Daxili audit və maliyyə nəzarəti 

9.1. Cəmiyyət İdarə Heyətinin sədrinə tabe olan daxili audit xidmətini təsis edir. Daxili audit 

xidmətinin əməkdaşları öz funksiyalarını icra edərkən müstəqil qiymət vermək, nəticə 

çıxarmaq hüququna malikdirlər. 



9.2. Daxili auditorun ali iqtisadi və ya hüquq təhsili və ya digər ixtisas üzrə ali təhsili və 

audit, yaxud əlaqədar sahələrdə ən azı dördillik iş stajı olmalıdır. 

9.3. Daxili audit xidmətinin əsas funksiyaları aşağıdakılardan ibarətdir: 

9.3.1. Cəmiyyətin, onun struktur bölmələrinin, filial və nümayəndəliklərinin, həmçinin 

törəmə cəmiyyətlərinin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və 

Cəmiyyətin daxili qaydalarına uyğunluğunu yoxlamaq; 

9.3.2. Cəmiyyətin təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq 

qiymətləndirilməsi məqsədi ilə bütün sahələrdə aparılan əməliyyatların mütəmadi auditini 

aparmaq; 

9.3.3. daxili audit yoxlamalarının nəticələri haqqında, habelə ortaya çıxmış çatışmazlıqların 

aradan qaldırılması üçün təkliflər barədə Cəmiyyətin sədrinə məlumat vermək; 

9.3.4. “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda və bu Nizamnamədə 

nəzərdə tutulmuş digər funksiyaları yerinə yetirmək. 

9.4. Cəmiyyətin bütün əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri 

olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün lazımi şərait yaratmağa 

borcludurlar.  

10. Cəmiyyətin müstəqil (kənar) auditi 

Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan 

Respublikasının Mülki Məcəlləsinə və “Auditor xidməti haqqında” Azərbaycan 

Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.  

11. Cəmiyyətin törəmə cəmiyyətləri, idarə, filial 

və nümayəndəlikləri ilə qarşılıqlı münasibətləri 

11.1. Cəmiyyətin törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı 

münasibətləri Azərbaycan Respublikasının qanunlarına, bu Nizamnaməyə, habelə onların 

nizamnamə və əsasnamələrinə və Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq tənzimlənir. 

11.2. Cəmiyyət törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı 

münasibətlərdə aşağıdakı səlahiyyətlərə malikdir: 

11.2.1. Cəmiyyətin törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin idarəetmə 

orqanlarını formalaşdırmaq; 

11.2.2. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, Cəmiyyətin idarə, 

nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların 

balansında olan əmlakın hüquqi və fiziki şəxslərə icarəyə verilməsinə razılıq vermək; 

11.2.3. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi 

şəxs statuslu qurumların təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərinin 

formalaşdırılmasına və hesabatlara nəzarət etmək, bu məsələlərə aid tövsiyələr və təkliflər 

vermək, habelə müzakirələrdə iştirak etmək; 




11.2.4. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi 

şəxs statuslu qurumların fəaliyyətinin yekunlarına baxılmasını təmin etmək; 

11.2.5. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi 

şəxs statuslu qurumların təqsiri üzündən Cəmiyyətə dəymiş zərərin əvəzinin ödənilməsini 

tələb etmək; 

11.2.6. Cəmiyyətin törəmə cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətini təhlil və təftiş 

etmək. 

12. İctimaiyyətin məlumatlandırılması 



12.1. Cəmiyyət ictimaiyyəti daimi olaraq yenilənən rəsmi internet saytı vasitəsilə aşağıdakılar 

barədə məlumatlandırır: 

12.1.1. Cəmiyyətin struktur bölmələri, inkişaf istiqamətləri və onunla əlaqə vasitələri; 

12.1.2. bu Nizamnaməyə uyğun olaraq təqdim edilən hesabatlar; 

12.1.3. ərzaq məhsullarının satın alınması ilə bağlı müqavilə nümunəsi; 

12.1.4. ərzaq məhsullarını mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaiti hesabına 

satın alan təşkilatların siyahısı; 

12.1.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi 

ə

həmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox 



hissəsini təşkil edən əqdin bağlanması haqqında qəbul edilmiş qərarlar. 

13. Cəmiyyətin ləğvi və yenidən təşkili 

Cəmiyyətin ləğvi və yenidən təşkili Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata 

keçirilir. 



  

Yüklə 76,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə