Ə.Ş. Abdinov, R. F. Mehdiyev, T. X. HÜseynov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə1/40
tarix05.02.2018
ölçüsü0,99 Mb.
#25168
  1   2   3   4   5   6   7   8   9   ...   40


 

Ə.Ş.ABDİNOV, R.F.MEHDİYEV,  

T.X.HÜSEYNOV 

 

 

 

 

 

 

 

 

FİZİKİ ELEKTRONİKANIN  

TARİXİ və METODOLOGİYASI 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2008 

 



 

 

 

Ə.Ş.ABDİNOV, R.F.MEHDİYEV,  

T.X.HÜSEYNOV

 

 

 

 

 

 

 

FİZİKİ ELEKTRONİKANIN 

TARİXİ VƏ METODOLOGİYASI 

 

(dərs vəsaiti

 

 

 

 

 

 

 

 

 

BAKI – 2008 


 



 

 

Elmi redaktor: 

 

fizika‐riyaziyyat elmləri doktoru, prof. Ə.Ş.Abdinov 



 

Rəyçilər: 

 



fizika‐riyaziyyat elmləri doktoru, prof. Ə.X. Muradov, 

 



fizika‐riyaziyyat elmlər doktoru, prof. Y.Q. Nurullayev 

 

 

Abdinov Ə.Ş., Mehdiyev R.F., Hüseynov T.X. 

Fiziki elektronikanın tarixi və metodologiyası. 



Ali məktəblər üçün dərs vəsaiti. 165 s. 

 

 

Kitabda  elektronikanın,  başlıca  olaraq  isə  fiziki  elektronikanın 

yaranma  tarixi  və  inkişafı  mərhələləri  haqqında  xronoloji  məlu‐

matlar,  eləcə  də  bu  elm  sahəsinin  metodologiyasının  əsas  məqam‐

ları  şərh  olunur.  O,  ali  məktəblərin  uyğun  istiqamət  və  ixtisas‐

laşmalar  üzrə  təhsil  alan  magistrantları  üçün  dərs  vəsaiti  kimi 

hazırlansa  da,  ali  məktəb  tələbələri,  aspirantlar,  mühəndis  və  elmi 

işçilər, müəllimlər tərəfindən də istifadə oluna bilər. 

Kitab 165 səhifədən, 55 illüstrasiyadan və 17 adda ədəbiyyatın 

siyahısından ibarətdir. 

 

 

 

 

©

 “...................” nəşriyyatı, 2008

 



 

MÜNDƏRİCAT 

 

 



Giriş ............................................................................................. 5 

 

I fəsil 

FİZİKİ ELEKTRONİKANIN YARANMASI 

 

§1.1.  Fiziki elektronika ilkin mərhələdə .......................................... 7 

§1.2.  Fiziki elektronikanın ikinci inkişaf mərhələsi. 

 

Elektrovakuum lampaları ...................................................... 14 



§1.3.  İlk sənaye lampaları ................................................................ 23 

 

II fəsil. 



TRANZİSTORLAR ELEKTRONİKADA 

 

§2.1. Fiziki elektronikanın üçüncü inkişaf mərhələsi ................... 34 

§2.2. Sahə tranzistorunun yaradılması ........................................... 42 

§2.3. Yarımkeçirici cihazların impuls və rəqəm  

 

texnikasında tətbiqi ................................................................. 48 

 

III fəsil 

İNTEQRAL MİKROSXEMLƏRİN KƏŞFİ. 

MİKROELEKTRONİKANIN İNKİŞAF MƏRHƏLƏLƏRİ 

 

§3.1.  İlk inteqral mikrosxemlər ....................................................... 58 

§3.2.  Mikrotexnologiyanın yaranmasının ilkin şəraiti  

 

və inkişafı.................................................................................. 63 



§3.3. Litoqrafiya ................................................................................. 68 

§3.4. Mikroelektronikanın inkişaf mərhələləri .............................. 74 

§3.5. İndikator və displeylərin mikroelektronikada 

 

tətbiqi ........................................................................................ 75 



 

 



 



IV fəsil  

FİZİKİ ELEKTRONİKANIN YENİ SAHƏLƏRİ 

 

§4.1.  İfrat yüksək tezliklər elektronikası ....................................... 86 

§4.2.  Tunel diodları .......................................................................... 94 

§4.3.  Qann effekti və Qann cihazları.............................................. 99 

§4.4.  Optoelektronika..................................................................... 104 

§4.5.  Kvant elektronikası ............................................................... 127 

 

V fəsil 



ELEKTRONİKA MÜASİR DÖVRDƏ 

 

§5.1.  Fiziki elektronikanın yeni sahəsi – nanoelektronika ........ 138 

§5.2.  Bioelektronika ........................................................................ 146 

 

VI fəsil 



AZƏRBAYCANDA FİZİKİ ELEKTRONİKA 

 

§6.1. Elmi mühitin formalaşması................................................... 150 

§6.2. Əsas istiqamətlər..................................................................... 159 

§6.3. Qeydedicilər ............................................................................ 160 

§6.4. İnfraqırmızı və aşağı temperaturlar elektronikası ............. 162 

 

 

 



Ədəbiyyat ............................................................................... 164 

 



Azərbaycanda  fiziki  elektronikanın  əsasını  qoymuş  və 

onun formalaşıb inkişaf etməsində böyük xidmətləri olmuş 

görkəmli  alimlərin,  sevimli  müəllimlərimiz  akademik 

HƏSƏN  MƏMMƏDBAĞIR  oğlu  ABDULLAYEVIN  90  və 

professor  QAFAR  IBRAHIM  oğlu  ƏFƏNDIYEVIN  85 

illiyinə həsr edirik. 

Müəlliflər

 

 

GİRİŞ 

 

Fiziki elektronika müasir elm və texnikanın ən sürətlə inkişaf 

edən sahələrindəndir. O, müxtəlif cihazlarda fiziki və mühitlərdə 

(bərk  cisimlərdə,  mayelərdə,  qazlarda  və  plazmada)  baş  verən 

elektron  və  ion  proseslərini  öyrənir.  Elektron  cihazlarının  yara‐

dılması və istifadəsi ilə məşğul olan texniki və sənaye elektroni‐

kasının  ideya  əsası  elmin  bu  sahəsidir.  Bütövlükdə  elektronika 

dedikdə məhz bu üç sahə (fiziki elektronika, texniki elektronika 

və sənaye elektronikası) birlikdə nəzərdə tutulur. 

Elektronika  radiotexnika  ilə  sıxı  əlaqədə  inkişaf  edir.  Elm  və 

texnikanın  müxtəlif  sahələri,  o  cümlədən  radioelektronika,  elek‐

tronika  və  radiotexnika  vəhdət  təşkil  edir.  Radioelektronika 

radio  və  optik  tezlik  diapazonunda  dalğaların  və  elektromaqnit 

rəqslərinin  köməyi  ilə  informasiyanın  çevrilməsi,  ötürülməsi  və 

qəbulu  problemləri  ilə  məşğul  olur.  Elektron  cihazları  radiotex‐

niki  qurğuların  əsas  işçi  elementləri  olub,  radio  cihazlarının 

mühüm  göstəricilərini  müəyyənləşdirir.  Həmin  cihazlardan  ra‐

dio  və  televiziya  qurğularında  səsin  yazılması  və  canlandırıl‐

masında, radiolokasiyada, radiomüşahidədə, radioteleidarəetmə‐

də, radioölçmələrdə və digər yerlərdə də geniş istifadə edilir. 

Texnikanın  müasir  inkişaf  mərhələsi  insanların  həyat  fəaliy‐

yətinə  elektronikanın  daha  çox  nüfuz  etməsi  ilə  xarakterikdir. 

Amerika  Birləşmiş  Ştatlarının  statistik  göstəricilərinə  görə  dün‐

yanın  ümumi  sənayesinin  80%‐i  elektron  sənayesinin  payına 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə