Ağarəhim Əsərlər
2
Bakı Qızlar Universitetinin Elmi Şurasında müzakirə edilərək
bəyənilmişdir.
Elmi redaktoru:
A.N.Abbasov
Pedaqoji elmlər doktoru, professor
Rəyçilər:
N.T.Məmmədov
Filologiya elmləri doktoru, professor
İ.H.Cəbrayılov
Pedaqoji elmlər doktoru, professor
Ağarəhim.
Əsərlər. 20 cilddə. XX cild (Ana dilinin tədrisi me-
todikası (ibtidai siniflərdə)). Bakı, BQU nəşriyyatı, 2015, 470 s.
―Ana dilinin tədrisi metodikası‖ kursu Respublika ali pedaqoji
təhsil müəssisələrinin pedaqoji fakültələrində ixtisas fənni kimi təd-
ris olunur.
20
32
415
9952
415
XX
PP
SBN
BQU-2015
Ağarəhim Əsərlər
3
I FƏSİL
ANA DİLİNİN TƏDRİSİNİN TARİXİNƏ DAİR
Ana dilinin inkişafı problemi tarixən mütəfəkkirləri, yazıçı və
pedaqoqlarımızı çox düşündürmüşdür. Vaxtilə M.F.Axundov,
H.B.Zərdabi, S.Ə.Şirvani, A.S.Mehdizadə, M.Ə.Sabir, C.Məm-
mədquluzadə və başqaları ana dilinə yüksək qiymət vermiş, bu dil-
də məktəb açmaq, yeni əlifba və dərsliklər hazırlamaq, ana dili təli-
mini inkişaf etdirmək haqqında fikirlər söyləmişlər.
Ana dilinin tədrisi metodikasının tarixi iki mühüm dövrə ayrılır.