ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
  1   2   3   4   5   6   7   8   9   ...   88


 

 
 
Rəşid Bərgüşadlı  
 
 
 
 
 
ƏSƏRLƏRİ 
 
I CİLD 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Azərnəşr”  
Bakı – 2014 
 


 

 
Qrifli nəşr 
 
BBK 47 
B - 56  
 
 
 
 
Texniki redaktor:    
Aliyə Qabilqızı, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü  
 
Buraxılışa məsul:    
Ələddin Məhərrəmli 
 
 
 
 
R.Bərgüşadlı. "Əsərləri". Bakı, 2014;  356 səh. 
 
 
 
Bir  neçə  nominasiyalar  qalibi  olaraq 
artıq özünü yazıçı kimi təsdiq etmiş Rəşid 
Bərgüşadlının bu kitabı oxucularla gecik-
miş ilk görüşüdür. 
 
 
 
   4700000000 
M – 651(07) 2014 
 
 

 
R.Bərgüşadlı – 2014
 
 
 


 

 
 
 
 
 
Ön söz əvəzi 
 
 
 
 
Ə
dəbiyyatçı  olsaydım,  vallah  elə  əsərlər  yazardım  ki, 
Şekspir, Dostoyevski, Tolstoy, Hemenquey və Hüqo kimiləri 
ocağıma  qızınardılar.  Hələ,  ədəbiyyatda  sadəcə  bəxti  gətir-
miş Pör Laqerkvist, Bulqakov və Qoqol kimilərini heç əlimə 
su  tökməyə  də  qoymazdım...  Di  gəl  ki  ədəbiyyatçı  deyiləm. 
Səmimi  etiraf  da cürət istər  –  ədəbiyyat  aləmindən  başı  çıx-
mayan  iki  nəfər  varsa,  onların  birincisi  mənəm.  Nə  “mə-
failün”dən, nə şeirdən, nə də nəsrdən başım çıxır – adicə ti-
kinti mühəndisiyəm. Günlərin birində qaçqınlıq dərdimi ka-
ğıza köçürüb adını şeir qoymuşdum ki:  
 
...“Daddıydı, şirindi nənəmin aşı, 
Tez-tez də keçərdi kəndin işığı. 
Qardaşım gəzərdi qabı-qaşığı, 
Budun oğurlanmağı yadıma düşdü”... 
 
Hələ  orta  məktəbdən  ədəbiyyat  yazılı  və  riyaziyyatdan 
yoxlama  yazı  işlərini  köçürməyin  ustasıydım.  Düşünürdüm 
ki,  ulu  Şəhriyarın  “Heydər  baba”sıyla,  Dədə  Ələsgərin  “Ya-


 

 
dıma  düşdü”sünü  möhtəşəm  “calaq”  etmişəm.  Ancaq,  filo-
loq  qardaşım  dedi  ki,  –  “Bu  şeiri  həyətimizdəki  toyuqların 
yanında  da  oxuma  –  yumurtadan  kəsilərlər...”.  Bax  onda, 
həqiqətən  “sındı  qol-qanadım,  yanıma  düşdü”.  Sən  demə, 
şeirdə,  nəsrdə  də  düsturlar  və  çərçivələr  varmış  –  mühən-
dislikdə  olduğu  kimi.  Əgər  biri,  tikməkdə  olduğum  binaya 
gəlib  desə  ki,  –  “Ay  sənə  mühəndis  deyəni  tünbətün  olsun, 
niyə  bu  armaturu,  qəlibi  tərsiməshəb  yığmısan!?”,  ilk  əvvəl 
duruxardım.  Fikirləşərdim  ki,  bəlkə  nəyisə  səhv  eləmişəm. 
İşimə son dəfə göz gəzdirib həmin adamın peşəsini soruşar-
dım. Biləndə ki, filoloqmuş, deyərdim – “İşin gücün yoxdur 
sənin, get öz cızma-qaralarınla məşğul ol da qardaş..!”. İndi o 
timsalla  da  ədəbiyyatçıların  bostanına  daş  atıb,  hikkəmlə 
baş-başa qalanda yazmağa qərar verdim. Elə sürətlə yazdım 
ki,  öz-özümü  səmimi  qəlbdən  “məhsuldar  yazıçı”  adlandır-
maqdan  da  utanmadım.  “İşıq  pulu”  adlı  ilk  hekayəmi  
utana-utana  “Ədəbi  Azadlıq  –  2012  yarışması”na  göndər-
dim.  Müsabiqənin  ilk  onluğuna  düşəndə  məni  dəli  bir  hır 
tutdu.  İlk  aldığım  “Finalçı”  şüşə  priz  mənə  “Nobel”dən  də 
əziz oldu. Bundan sonra məni kimsə tuta bilməzdi – özümü 
böyük bir inamla ədəbiyyat aləminə dürtdüm... 
Gözüm  növbəti  yarışmaların  sorağındaydı.  IV  Nəsimi 
Milli Ədəbiyyat Müsabiqəsinin elanını oxuyanda sevindimsə 
də,  iştirakçıların  35  yaş  məhdudiyyəti  əl-qolumu  bağladı  – 
müsabiqə  üçün  qocaymışam.  İlk  dəfə  qoca  adını  üstümə 
götürmək  məcburiyyətindəydim.  35  yaşım  olmadığı  üçün 
halal  qırx  ikimdən  utandım  –  doğma  yaşıma  acığım  tutdu. 
Amma  fərağat  durmadım,  acığımı  müsabiqənin  üstünə  tök-


 

 
düm.  Xatırladığım  qədər  ilk  fırıldağımı  elədim  –  işlədiyim 
şirkətin  katibəsi,  anbardarı  və  tikinti  mühəndisinin  adından 
üç hekayə ilə müsabiqəyə qatıldım, onları da fırıldağa sürü-
düm  –  yaşları  35-dən  azıydı  deyə...  İblis  də  mənim  tərəfim-
dəymiş – lənətəgəlmiş yardımçım oldu. Hekayələrin üçü də 
ilk  onluğa  düşəndə  barmağımı  dişlədim,  –  “Ey  dili-qafil, 
deyəsən  mən  yazmağı  bacarırmışam...”.    Hekayələrim  II  və 
III  yerlərin  qalibi  olanda  matım-qutum  qurudu,  –  “Mən  lap 
dahiyəmmiş!” –  deyib özümlə ilk dəfə qürur duydum. Yeri 
gəlmişkən,  bu  fırıldağıma  görə  həmin müsabiqənin təşkilat-
çılarından,  iştirakçılardan  min  yol  üzr  istəməyə  və  cəzamı 
hər  zaman  çəkməyə  hazıram.  Ancaq  bunu,  ədəbiyyat  xati-
rinə etdiyimçün, yəqin ki cəzamı yüngülləşdirərlər. Həm də, 
bu cinayəti işləyəndə “yaş söhbəti”nə görə bir qədər anlaqsız 
halda idim – yəqin bunu da yüngülləşdirici hal kimi nəzərə 
almaq mümkündür. 
Artıq  cilovu  qırmışdım  və  dinc  dura  bilməzdim.  Hər 
gün  yazmağım  gəlirdi  –  yumurtlaq  toyuq  da  mənə  çata 
bilmirdi  –    həftəyə  bir-iki  hekayə  yazırdım.  Bir  hekayənin 
mövzusundan  beş  hekayəyə  cığır  açırdım.  İki  hekayəni 
birləşdirib bir povest, ya da roman düzəldirdim. Yazmaq bir 
ibnəlikmiş.  Yaza-yaza  yazıçılara  yazığım  gəldi.  Ürəyini  bo-
şaltmasan partlarmış qardaş. Közün izsiz-tozsuz kül olarmış 
–  sən  demə  bu  zülmlərinə  görə  onları  fəxri  xiyabanda  dəfn 
edirmişlər...  Özümü  nə  qədər  sıxdımsa  da  xeyri  olmadı, 
içimdən  bir  səs  –  “Ölsən  də  yazacaqsan,  yoxsa  əl  çəkən  de-
yiləm!”  –  dedi.  Təzyiqim  rahatlıq  vermədi  –  düşdü-qalxdı, 
yuxum  ərşə  çəkildi,  fikir  məni  götürdü,  əsəblərim  tarıma  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə