Əşir Bəşir oğlu Fətəliyev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

 
52
5.  Əvəz Budaq oğlu  Şahməmmədov 1908-ci ildə Yuxarı Mollu 
kəndində anadan olub. 1926-31-ci illər arasında kənddə muzdur olub 
1931-42 -ci illərdə  təsərrüfat briqadiri vəzifəsində  işləyib. II dünya 
müharibəsinin iştirakçısı idi. 1946-61-ci illər arasında kəndlərində 
briqadir və ferma müdiri vəzifəsində  işləyib . 1940-cı ildə Moskvada 
keçirilən Ümumittifaq kənd təsərrüfatı nailiyyətləri sərgisinin gümüş 
medalını alıb. 1993-cü il avqustun 30-da kəndləri işğal olunanda itkin 
düşüb. 
6. Çiçək Həsənqulu qızı Qafarova 1890-cı ildə  Aşağı Mollu 
kəndində anadan olub. 1993-cü ilin avqust ayında ermənilər kəndə 
girəndə onun 3 yaşlı  nəvəsi  İxtiyar Qafarov da onun yanında olub. 
Erməni cəlladlarının  əlinə keçməsinlər deyə 100 yaşlı Çiçək nənə 
nəvəsinin əlindən tutaraq özlərini çaya atıblar və orada boğulublar. 
7. Çiçək Qəhrəman qızı Abdullayeva 1920-ci ildə  Aşağı Mollu 
kəndində anadan olub. Kənd atəşə tutulanda Çiçək nənə aldığı güllə 
yarasından həlak olub.  
8.  Əliş  Əlabbas oğlu Məhərrəmov 1923-cü ildə  Aşağı Mollu 
kəndində anadan olub. Xalq qəhrəmanları Qaçaq Nəbinin və onun həyat 
yoldaşı  Həcərin yaxın qohumu idi. 1993-cü ilin avqustunda ermənilər 
kəndə daxil olanda Əliş kişi güllə qatarını belinə bağlayaraq kənddən 
çıxmır. Qohumlar və yerliləri nə qədər yalvarırsa qərarından dönmür. O, 


 
53
son nəfəsinə  qədər ermənilərlə vuruşur və  həlak olur. O, İ qrup Vətən 
müharibəsi əlili və rayon ağsaqqallar şurasının üzvü idi. 
9.  İldırım  Əli oğlu Haqverdiyev 1919-cu ildə Yuxarı Mollu 
kəndində anadan olub. 1993-cü ilin avqust ayında ermənilər kəndə daxil 
olanda o da bir çox həmyerliləri kimi kənddən çıxmır. O da Əliş kişi 
kimi qohumlarının yalvarışına qulaq asmır və burada ölməyə üstünlük 
verir. Tüfəngi  əlinə alıb yağı düşmənlə axıra qədər vuruşur və 
qəhrəmanlıqla həlak olur. İldırım kişi 3 oğul və qız atası idi.  
 
Bəli, belə insanlar çox olub. Bunlar kütləvi qəhrəmanlıq 
nümunələridir. Bütün bu insanların xatirəsi həmvətənliləri və 
Azərbaycan xalqı  tərəfindən unudulmayacaq və  həmişə xalqımıza 
başucalığı gətirəcək.    
 Seytas 
kəndindən olan polkovnik Nüsrət Namazov Gorus və 
Qafanda yerləşən erməni daşnaklarını diz çökməyə  məcbur etmişdi. 
Lakin sapı özümüzdən olan Rəhim Qazıyev kimi hərbi rəhbərlərin 
satqınlığı nəticəsində döyüşün qızğın çağında o işdən kənarlaşdırıldı və 
sonra da  başına min bir oyun gətirildi. 
Qarabağ savaşı dövründə Qubadlı əhalisi, kişi və qadınlar kütləvi 
qəhrəmanlıq nümunələri nümayiş etdirdilər. Kişilərlə  bərabər Qubadlı 
qadınları da ayağa qalxmışdlar. Onlar təkcə arxa cəbhədə yox, müharibə 
meydanlarında da kişilərlə çox zaman çiyin-çiyinə gedirdilər. 


 
54
Milli Qəhrəman  Ələkbər  Əliyevin anası  Mələk xanım düşmən 
maşınının üzərinə yeriyərək dəmir şana ilə onun təkərlərini və şüşələrini 
yararsız hala salır. Eyzangül və Tahirə Kazımova bacıları, tibb bacısı 
Dilşad  İsmayılova və onlarla belə qadınlarımız  əlinə silah götürərək 
döyüşə atılırlar. Deyilənlərə görə daşnak erməni döyüşçüləri 
azərbaycanlı qadınlarının bu hünərindən lərzəyə düşüblərmiş. 
Qubadlıların böyük bir hissəsi döyüşən  əsgərlərimizi silah və 
sursatla təmin edirdilər. Cəbhə üçün bir sıra silahların hazırlanmasında 
və göndərilməsində  daha çox fərqlənən bir neçə insanı hamı məhəbbətlə 
yad edir. Bunlardan çörək kombinatının direktoru Tofiq Hüseynovun, 
Elektrik Dəstləşdirmə zavodunun direktoru Malik İsakovun, Sumqayıt 
Avtokombinatının direktoru Sahib Qarayevin, Mənzil Təsərrüfatı 
İdarəsinin rəisi Fərəcovun, Mərmər sexinin rəisi Vahid Ağayevin və 
başqa vətən oğullarının adları dillər əzbəri olmuşdur. 
Cəbhədə vuruşan Qubadlı  oğulları Azərbaycanın başqa 
rayonlarının  - Laçının, Zəngilanın, Cəbrayılın, Füzulinin, Ağdamın 
düşmənə qarşı vuruşlarında onlara yaxından kömək etmişlər. 
Təkcə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərcə 30 nəfər 
Qubadlı oğlu həlak olmuşdur. Bu yalnız bir döyüşdə baş vermişdir. Belə 
hallara hər gün və hər yerdə rast gəlinirdi. Qubadlı və qonşu Azərbaycan 
rayonlarında gedən döyüşlərdə  həlak olmuş bütün həmyerlilərimizin 
ruhu qarşısında baş əyirik. 


 
55
ÜRƏK DOSTU 
"Bir düşmən çox,min dost azdır" 
 
Aqillər tərəfindən deyilmiş bu sözlərin hikməti ölçüyəgəlməzdir. 
Hər bir insan başqası ilə ünsiyyət və dostluq yarada bilər. Lakin bunu hər 
yetənlə axıra qədər davam etdirmək olmaz. Təbii ki, hər kəs öz 
xarakterinə uyğun olan  insanlarla dostluq və ünisyyət yaradır. Lakin bu 
da işin hələ hamısı deyildir. Bir insan tərəfindən bəyənilən  adam hələ 
heç də  əksəriyyətin rəğbətini  qazana bilməz. Lakin insanda elə  bəşəri 
keyfiyyətlər var ki, cəmiyyət üzvlərinin  əksəriyyəti tərəfindən bəyənilir 
və təqdir olunur.  Belə insanları həm kamil, həm də xoşbəxt saymaq olar. 
Təəssüflər olsun ki, belə insanları heç də asanlıqla tapmaq olmur. 
Mən özümə  sədaqətli dost hesab etdiyim Bəhram müəllimi belə 
insanlar sırasına daxil edirəm.  
Bəhram müəllimlə mənim aramda yaranan dostluğun 40 ilə yaxın 
bir tarixi var. Düz 40 ilə yaxındır ki, o mənim ürəyimdə özünə yer edib 
və ən əziz və hörmətli dostlarımdan birinə çevrilib. 
Başlanğıcda bizim aramızda ünsiyyət müəllim - tələbə ünsiyyəti 
olub. Mən ondan bir neçə yaş böyük olsam da o mənə  dərs deyib, 
müəllimim olub. Müəllim - tələbə kimi söhbətimiz tutub, getdikcə 
aramızda bir yaxınlaşma  əmələ  gəlib. Bu yaxınlığın miqyası artıb. 
Bəhram müəllimin vasitəsilə ailələrimiz arasında get - gəl yaranıb. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə