Əşir Bəşir oğlu Fətəliyev


HÜMBƏTƏLİYEV RÖVŞƏN ZÜLFÜQAR oğlu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

 
90
 
HÜMBƏTƏLİYEV RÖVŞƏN ZÜLFÜQAR oğlu 
 Mollu 
kəndinin yetişdirmələrindən, eldə-obada hörməti və nüfuzu 
olan ziyalılarından biri də Rövşən Zülfüqar oğlu Hümbətəliyevdir. O, 
1970-ci ildə Qubadlı rayonunun Mollu kəndində anadan olmuşdur.  Orta 
təhsilini başa vurduqdan  sonra 1996-cı ildə Bakı Dövlət Universitetinin 
mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə 
həmin il Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat-Mexanika  
institutunun aspiranturasına daxil olur. 2000-ci ildə aspiranturada 
təhsilini başa vuraraq, namizədlik dissertasiyası müdafiə edir və fizika-
riyaziyyat  elmləri namizədi adını alır və dosent vəzifəsini tutur. 
 Hümbətəliyev Rövşən hazırda Azərbaycan Milli Elmlər 
Akademiyası Riyaziyyat-Mexanika institutunun funksional-analiz 
şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir və eyni zamanda doktorluq 
dissertasiyası üzərində  işini davam etdirir. Alimin işlədiyi sahəyə aid bir 
neçə qiymətli əsəri nəşr olunub. 


 
91
İSMAYILOV RAFİQ HÜSEYN oğlu 
 
İsmayılov Rafiq 1950-ci ildə Qubadlı rayonunun Mollu kəndində 
anadan olub. İbtidai və orta təhsilini Mollu və Hal kəndlərində başa 
vurub. 
 1968-ci 
ildə Azərbaycan Dövlət Pedaqoji İnstiututunun biologciya 
fakültəsinə daxil olub, 1973-cü ildə    həmin institutu qurtararaq bioloq 
ixtisasına yiyələnib. 
 
İnstitutu qurtaran kimi öz doğma kəndi Yuxarı Molluya  təyinatla 
işə  gəlib,  əvvəlcə müəllim, sonra isə  məktəbə direktor təyin olunub. 
1982-ci ildən isə  kəndlərində Xalq Deputatları Soveti İcraiyyə 
Komitəsinə sədrlik etməyə başlayıb.  
 
İsmayılov Rafiq hansı  vəzifədə    işləməsindən asılı olmayaraq 
bütün gücünü elinə-obasına sərf edib. Hələ rayonda olarkən həmişə 
cəbhə  xəttində olub, döyüşçülərimizin hərbi və maddi sursatla təmin 
olunmasında əlindən gələni edib. 
 
1993-cü il hadisələri onu da elindən-obasından ayrı salıb. Hazırda  
Sumqayıt  şəhərində yaşayan Rafiq müəllim həmyerliləri ilə  sıx  əlaqə 
saxlayır və onların problemlərinə yaxından kömək edir. 
 
İsmayılov Rafiq həm də nümunəvi ailə başçısıdır. İki oğul, iki qız 
tərbiyə edib. Qızı Sevda jurnalist peşəsinə yiyələnib, digər qızı Famiyyə 
Tibb Universitetində  oxuyur. Oğlu Hüseyn İqtisad Universitetində 
oxuyur və Prezident təqaüdçüsüdür. 


 
92
SADIQOV ŞAMİ FƏRZƏLİ oğlu 
 Sadıqov  Şamı 1941-ci ildə Qubadlı rayonunun Mollu kəndində 
anadan olub. Orta təhsilini başa vurduqdan sonra  1960-cı ildə 
Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub və 
1965-ci ildə oranı bitirib. Ali təhsilini başa vurduqdan sonra öz doğma 
kəndi Molluda ixtisası üzrə müəllim işləyib. 1968-ci ildə Azərbaycan EA 
Neft-kimya Prosesləri  İnstitutunun aspiranturasına qəbul olub. 1974-cü 
ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək kimya elmləri 
namizədi alimlik dərəcəsinə yiyələnib. 
 1971-ci 
ildən Azərbaycan Milli Elmlər Akademiyasının Sumqayıt 
Polimer materialları institutunda əvvəlcə kiçik elmi işçi, sonra isə böyük 
elmi işçi vəzifəsini tutur. 
 Hal-hazırda həmin institutun polimerlərin kimyəvi modifikasiyası 
laboratoriyasına rəhbərlik edir. Onun polimerlər kimyasına dair bir sıra 
əsərləri nəşr olunub. Bundan başqa polimerlərin kimyəvi  
modifikasiyasına dair  laboratoriyada alınan bir sıra nəticələrdə onun 
əməyi böyükdür. 
 
 
 
 
 
 


 
93
QAFAROV İNŞALLAH İXTİYAR oğlu 
 Qubadlı mahalından çıxmış alim-ziyalılardan biri də Qafarov 
İnşallah İxtiyar oğludur. 
 Qafarov 
İnşallah Qubadlı rayonunun Mollu kəndində anadan olub. 
Orta təhsilini başa vurduqdan sonra 1981-ci ildə Bakı Dövlət 
Universitetinin tarix fakültəsinə qəbul olub. Universitetdə əlaçı oxuduğu 
və ictimai işlərdə  fəal iştirak etdiyi üçün onu təhsilini davam etdirmək 
üçün Leninqrad Dövlət Universitetinə göndərirlər. Leninqradda 
oxuyarkən təhsil  əlaçısı kimi fərqlənir və oxuya-oxuya elmi işə maraq 
göstərir. 
 Leninqradda 
təhsilini başa vurduqdan sonra Bakıya qayıdır və 
elmi iş üzərində  işləməyə başlayır. 1996-cı ildə  "Şəxsiyyətin ictimai-
siyasi fəallığının sosioloji təhlili" mövzusunda  namizədlik dissertasiyası 
müdafiə edərək sosioloji elmlər namizədi alimlik dərəcəsi adını alır. 
Dissertasiya işi müasir dövrün ən aktual problemlərindən birinə  həsr 
olunub, həm nəzəri, həm də praktiki əhəmiyyət kəsb edir. 
 Alimin 
şəxsiyyət probleminə aid ondan artıq əsəri çap olunub. 
 Qafarov 
İnşallah hazırda Bakı Dövlət Universitetində dərs deyir. 
 Ailəlidir, bir oğlu, bir qızı var. 
 


 
94
CƏBRAYILOVA ARZU QƏHRƏMAN qızı 
 Arzı Cəbrayılova 1971-ci ildə Qubadlı rayonunun Mollu kəndində 
anadan olub. Orta məktəbi Sumqayıt  şəhərində qurtarıb. Orta məktəbi 
qurtardıqdan sonra, 1987-ci ildə Sumqayıt şəhərindəki Soltan Hacıbəyov 
adına musiqi texniumunun tar şöbəsinə daxil olub. Bu texnikumda orta 
musiqi təhsili aldıqdan sonra 1991-ci ildə  Üzeyir Hacıbəyov adına Bakı 
Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyov adına Musiqi 
Akademiyasının) tar şöbəsində təhsilini davam etdirib. 
 1991-ci 
ildə xalq artisti, görkəmli müğənni Səkinə  İsmayılova 
Azərbaycanda ilk dəfə qadınlardan ibarət yaratdığı üçlüyün tərkibində 
Arzu tarda Səkinə xanımı müşayət edir. Bu üçlük Fransa, Almaniya, 
Rusiya və Türkiyədə konsertlər verir, Parisdə bu üçlüyün qızıl valı 
buraxılıb. 
 Arzu xanım hələ orta məktəbdə oxuyarkən "Aşıq Pəri" məclisinin 
fəal üzvü idi və  dəfələrlə sazçı qızlar ansamblı ilə bütün Azərbaycanda 
konsertlər vermişdi.  
Arzu xanım Moskvada keçirilən IV respublika aşıqlar qurultayının 
(1986-cı il) iştirakçısı olub, dəfələrlə fəxri fərmanlarla təltif olunub. 
Arzu Cəbrayılova 1992-ci ildə Türkiyədə yaşayan və  əslən 
azərbaycanlı olan Mühsin Qurbanı ilə ailə  həyatı qurub və hazırda  
Ankara şəhərində yaşayırlar. Mühsin  Qurbani 70-ci illərdə Bakıda İslam 
Rzayevin ansamblında kamança çalan olub. Mühsin özü 70-ci illərdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə