Əşir Bəşir oğlu Fətəliyev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

 
105
səviyyəsinin müəyyən edilməsinə dair tədqiqatları elmi cəhətdən mühüm 
əhəmiyyət kəsb edir. 
F.Adıgözəlov apardığı  tədqiqat işlərini yekunlaşdıraraq  1990-cı 
ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün yeni elmi 
istiqamətdə yazdığı "Aqrar-sənaye istehsalında su resurslarından 
istifadənin effektivliyi" mövzusunda dissertasiya müdafiə etmişdir. SSRİ 
AAK-nın Ekspert şurası F.S.Adıgözəlovun doktorluq dissertasiyasını 
yüksək qiymətləndirmiş və ona iqtisad elmləri doktoru alimlik dərəcəsi 
verilmişdir. F.Adıgbzəlov, V.K.Papisov, E.Y.Uşakovdan sonra keçmiş 
ittifaqda sudan istifadənin iqtisadi problemləri sahəsində iqtisadi elmləri 
doktoru dərəcəsi alan üçüncü alim idi. Onun keçmiş ittifaqda bu sahədə 
fəaliyyət göstərən elm və  tədris müəssisələrinin alim və mütəxəssisləri 
arasında böyük hörməti olmuşdur. 
Professor F.S.Adıgözəlovun tədqiqatları 152 çap  olunmuş 
əsərlərində, o cümlədən 5 monoqrafiyasında  əks olunmuşdur. Alimin 
respublikadan kənarda da  10 əsəri çap olunmuşdur. O, dəfələrlə 
respublika, ittifaq və beynəlxalq konfranslarda məruzələrlə  çıxış 
etmişdir. 
F.S.Adıgözəlovun çap etdirdiyi monoqrafiyalara respublikamızın 
tanınmış alimləri tərəfindən "Azərbaycanın xalq təsərrüfatı", "Kənd 
həyatı" jurnallarında, "Kommunist", "Bakinski raboçi", "Azərbaycan" 
qəzetlərində və digər dövrü mətbuatda yüksək rəylər verilmişdir. 


 
106
F.S.Adıgözəlov mütəmadi olaraq elmi-tədqiqat işlərini tədrislə 
əlaqələndirmişdir. O, nəzəri və metodiki cəhətdən elmi-tədqiqat 
işlərindən  əldə etdiyi nəticələri Azərbaycan Memarlıq və  İnşaat 
Universitetində tikintinin və onun sahələrinin iqtisadiyyatından dərs 
dediyi fənlərin mühazirələrində və bu fənlərin tədris proqramlarında əks 
olunmuşdur . O, təhsil sahəsində aparılan islahatlarda yaxından iştirak 
etmişdir. 1992-ci ildə Azərbaycan Memarlıq və  İnşaat Universitetində 
bazar münasibətlərinin tələblərinə cavab verən idarəetmə strukturu və 
yeni ixtisasların açılması zərurətini vermişdir. Bu təkliflər hazırkı dövrə 
qədər kadr hazırlığında istifadə olunur. 
Prof. F.S.Adıgözəlovun rəhbərliyi ilə 8 nəfər namizədlik 
dissertasiyası müdafiə etmişdir. Hazırda 7 nəfər aspirant və dissertanta 
rəhbərlik edir, 2 doktorluq işinin məsləhətçisidir. O, 50-yə  qədər 
doktorluq və namizədlik işlərinə rəsmi opponentlik etmişdir. 
Prof.F.S.Adıgözəlov 1995-1998-ci illərdə Respublika Təhsil 
Nazirliyinin Tikinti və Memarlıq sahəsində Metodik Şuranın, 1994-
1997-ci illərdə Respublika Elm və Texnika Komitəsinin Tikinti və 
Memarlıq sahəsində Ekspert Şurasının üzvü olmuş, tikinti işlərinə aid bir 
sıra problemlərə öz münasibətini bildirmişdir. 
Fikrət müəllim həmçinin respublikamızda dövlət qanunlarının 
işlənməsində  də öz əməyini  əsirgəməmişdir. O, 1994-2000-ci illərdə 
Milli Məclisin Aqrar siyasəti və Yerli özünü idarəetmə komissiyalarında 


 
107
"Su məcəlləsi haqqında", "İrriqasiya və meliorasiya", "Bələdiyyə 
suları"na dair qəbul olunmuş qanunların hazırlanmasında yaxından 
iştirak etmişdir. 
Professor F.S.Adıgözəlov respublikamızda makroiqtisadi və 
mikroiqtisadi sahədə  tədqiq olunan problemlərin həlli yollarını ayırd 
etməyi bacaran alimlərdən biridir. O, tədqiqatçıların elmi işinə 
opponentlik etdiyi zaman onlara olan öz hörmətini bildirir, işlərində olan 
müsbət cəhətlərlə yanaşı, çatışmamazlıqları da prinsipial mövqedən 
dəqiq açıb göstərməyi bacarır. 
Prof.F.Adıgözəlovu tanıyanlar gözləri önündə onu nəinki istedadlı 
bir alim, eyni zamanda səmimi, qayğıkeş, haqqı-ədaləti qoruyan, 
təzyiqlərə dözən, ali məqsədə nail olmaq üçün axıra qədər mübarizə 
aparan bir alimi canlandırırlar. Fikrət müəllimin dostları onu başqalarının 
əzabına sevinməyən, öz kədərini gizlədib başqasının SEVİNCini 
bölmək, kiçiklərə güzəşt etmək, böyüklərə isə ehtiram göstərmək,  əldə 
etdiyi nailiyyətdən süni surətdə istifadə edərək özünə ad qazandırmağı 
şəxsiyyətinə  sığışdırmayan, sözübütöv, təmiz, sadə bir insan kimi 
tanıyırlar. Onun keşməkeşli həyat yolunun bələdçiləri bu böyük alim 
haqda sadaladığımız müsbət keyfiyyətlərin heç də hamısı olmadığını 
yəqin edərlər. 
Zəhmətdən zövq alan,  yorulmaq bilməyən Fikrət müəllim eyni 
zamanda gözəl ailə başçısıdır. Həyat yoldaşı Molludan olan qohumu 


 
108
Əsmayə tibbi işçisidir. Övladlarının təhsilinə, tərbiyəsinə böyük diqqət 
yetirmiş F.S.Adıgözəlov  beş övlad böyüdüb başa çatdırmışdır. Böyük 
qızı  Əminə ingilis dili müəllimidir, ortancıl qızı Gülnarə hüquqşünas, 
kiçik qızı Elnarə mühəndis, böyük oğlu Samir iqtisadçı, kiçik oğlu Anar 
isə orta məktəbin 9-cu sinfində oxuyur. 
İstedadlı alim, müəllim,  əqidəli vətəndaş, bütün bunlar Fikrət 
müəllimin həyatda qazandıqlarıdır. Hələ bu ömrün yaşayıb  yaradacaq 
günləri çoxdur. Təki Allah can sağlığı versin.       
 


 
109
ADIGÖZƏLOVA KLARA SALAM qızı 
 Adıgözəlovlar ailəsində dünyaya göz açan ilk övlad Klara xanım 
olub. Bu xanımın kim olması  və Azərbaycan  cəmiyyətində necə mövqe 
tutması barədə  aşağıda danışacağam. Lakin ilk növbədə  məni 
düşündürən odur ki, necə olmuşdur azərbaycanlı ailəsində Klara adı 
özünə yer tapmışdır. Bəlkə də səhv edirəm, mənə belə gəlir ki, Klara adı 
məhz Salam kişinin ailəsində azərbaycanlı qızına verilən ilk ad olub. İndi 
isə bu ada çox rast gəlinir. Lakin o dövrdə belə ada bəlkə  də  təsadüf 
olunmayıb. Bu da var ki, ailənin ilk övladına belə bir ad heç də təsadüfən 
verilməyib.  
 Böyük 
şəxsiyyətlərin adi insanlardan fərqi ondadır ki, onlar 
gələcəyi başqaları ilə müqayisədə daha yaxşı, dərindən görə bilirlər. 
Klara Setkin dünya miqyasında tanınmış mətin inqilabçı bir qadın olub. 
Elə ailənin başçısı Salam kişi də öz qızının Klara Setkin kimi igid bir 
qadın  olmasını arzu edərək ona bu adı verib.  Nə  fərqi var, inqilabçı 
olma, başqa bir peşə sahibi ol. Ancaq cəmiyyət üçün faydaa verən bir 
insan ol. 
 Salam 
Adıgözəlovun arzusunu onun əziz övladı Klara xanım 
doğrultdu. O, elə bir peşəyə yiyələndi  və elə bir səviyyəyə qalxdı ki, bu 
peşə ilə  cəmiyyətə daha çox fayda verə bildi. Daha insan üçün can 
sağlağından əziz nə ola bilər? Klara xanım da bu amala xidmət edir, özü 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə