Əşir Bəşir oğlu Fətəliyev


ASLAN QABİL OĞLU ATAKİŞİYEV



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/32
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9957
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

 
42
ASLAN QABİL OĞLU ATAKİŞİYEV 
Azərbaycanın Milli Qəhrəmanı  Əlyar  Əliyevin ilk çağırışına 
cavab verənlərdən biri Aslan Atakişiyev olub.  
Aslan Atakişiyev 1953-cü il avqustun 16-da Qubadlının 
Muradxanlı  kəndində anadan olub. Qarabağ hadisələri başlayanda o
müəllim işləyirdi. Vətən torpaqlarının təhlükə altında olduğunu görən 
Aslan öz doğma peşəsindən ayrılıb cəbhəyə yollandı. O, torpaqlarımız 
uğrunda gedən döyüşlərdə  həmişə öz cəsarəti və hünəri ilə seçilirdi. 
Cəbhə rəhbərliyi həmişə onun bü cəsarətini yüksək qiymətləndirirdi. Bu 
hünər və cəsarət az vaxt içərisində onu tabor komandirinin müavini kimi 
məsuliyyətli bir vəzifəyə  gətirib çıxardı. Lakin tabor komandirinin 
müavini olmasına baxmayaraq öz əsgərləri içərisində  qızğın yerlərdə 
döyüşə birinci atılırdı. Bu hünər və cəsarət çoxuna nümunəyə çevrilirdi.  
1992-ci il avqustun 7-də Sussuzdağ yüksəkliyi uğrunda qızğın 
döyüşlər gedirdi. Elə onun son döyüşü də burada oldu. Yağı düşmən 
çoxdan idi ki, onu nəzarətə almışdı. Döyüş zamanı Aslan Atakişiyev əsl 
mənada qəhrəmanlıq göstərib həlak olub. Lakin vətən onun bu igidliyini 
yüksək qiymətləndirdi və ona Azərbaycanın Milli Qəhrəmanı adını 
verdi.  
Məzarı Bakıdakı Şəhidlər xiyabanındadır. 
 


 
43
VASILI ƏHMƏD OĞLU ƏLİYEV 
 
Qubadlı torpağının yetişdirdiyi igid oğlanlardan biri də Vasili 
Əliyev idi. O, 1959-cu il yanvarın 19-da Qubadlı şəhərində anadan olub. 
Polis sıralarında qulluq edirdi. Qarabağ uğrunda savaş başlayanda öz işi 
ilə vidalaşıb könüllü olaraq cəbhəyə yollanır. Vasili ilk gündən özünü 
qızğın döyüş yerlərinə atır. Buna səbəb onun torpağımıza göz dikən 
düşmənə qarşı olan böyük nifrət və  qəzəbi idi. Nəhayət, bu nifrət onu 
Topağac yüksəkliyi uğrunda gedən qızğın döyüşlərə  gətirib çıxarmışdı.  
Lakin onun cəsarətli döyüşü yağı düşmənin gözyndən yayınmadı . O, bu 
döyüşdə həlak oldu. Lakin onun bu şücaəti Azərbaycan Respublikasının 
Prezidentinin 11 may 1993-cü il fərmanı ilə çox yüksək qiymətə layiq 
görüldü. Qubadlının  şəhidlər xiyabanında uyuyan Vasili Əhməd oğlu 
Əliyevin məzar daşındakı onun milli qəhrəmana xas olan baxışları  hər 
gün hörmətlə yad edilir. Onun övladları bir qızı  və bir oğlu ataları ilə 
fəxr edirlər.  
 
 
 
 
 
 


 
44
ƏLƏKBƏR HƏSƏN OĞLU ƏLİYEV 
 
Ələkbər  Əliyev 1955-ci ildə Qubadlının  İşıqlı  kəndində dünyaya 
göz açıb. Sumqayıt politexnik texnikumunu bitirib. Təhsilini başa 
vurduqdan sonra əvvəlcə Qubadlı rayon kimya biriliyinin sədri, sonra isə 
kəndlərində sovxoz direktorunun müavini vəziyəsində işləyib. 
Əfsanəvi qəhrəman  Əlyar  Əliyevin çağırışına ilk cavab 
verənlərdən biri olub. Azərbaycan torpaqları  uğrunda gedən vuruşlarda 
həmişə öz cəsarəti və döyüşkənliyi ilə  fərqlənib. Çox qorxmaz bir 
döyüşçü olub. Sonuncu döyüşü Laçının Suarxası kəndində olub. 1992-ci 
il avqustun 7-də gedən bu döyüşdə  təkbaşına 20-ə  qədər erməni 
quldurunu məhv edib. Özü isə  qəhrəmancasına həlak olub. Bu 
qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 
ona (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilib. 4 
övladı var.  
 
 
 
 
 
 


 
45
SƏFA FƏTULLA OĞLU AXUNDOV 
 
Vətən torpağı uğrunda gedən vuruşlarda qəhrəmanlıq nümunələri 
göstərən oğullarımızdan biri də Səfa Fətulla oğlu Axundovdur.  
Səfa Fətulla oğlu Axundov 19 iyun 1958-ci ildə anadan olub. 
Təyyarıçilik məktəbini bitirib. Qarabağ səmasında düşmənin başına güllə 
yağdıran Mİ-8 vertolyotunda ikinci pilot olub. Bir sıra döyüşlərdə 
havadan düşmənin canlı qüvvəsinə böyük təlafat verib. Məlum olduğu 
kimi 1992-ci ilin yanvarında Xankəndi uğrunda qızğın vuruşlar gedirdi. 
Biz o vaxt, qələbəyə çox yaxın idik. Lakin öz içərimizdən olan 
satqınların xəyanəti və düşmənin başqa dövlətlərlə  əlaqəyə girməsi 
nəticəsində biz bu qələbəni əldən verdik. Elə həmin günlər 1992-ci ilin 
yanvarın 28-də Səfa Axundovun da içərisində olduğu təyyarə "Stinker" 
raketi ilə vuruldu. 3 heyət və 40 nəfər sərnişin faciəli şəkildə həlak oldu. 
Həmin döyüşdə böyük qəhrəmanlıq göstərdiyinə görə  Səfa Axundova 
Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Məzarı Bakıdakı  Şəhidlər 
Xiyabanındadır. 
  
 
 
 


 
46
BƏYLƏR TAPDIQ OĞLU AĞAYEV 
 
Mən Qarabağ savaşında həmvətənlərim olan şəhidləri xatırladıqca 
həm onların həyatdan vaxtsız getdiklərinə görə bir tərəfdən ürək ağrısı 
keçirirəm, digər tərəfdən isə belə igidlərimiz olduğu üçün qürur hissi 
keçirirəm.  
Bəylər Tapdıq oğlu Ağayev belə igidlər sırasına daxildir. O, 1969-
cu il fevral ayının 3-də Qubadlının Qarağaclı  kəndində anadan olub. 
Vətən və torpaq uğrunda vuruşa-vuruşa bölmə komandiri vəzifəsinə 
qədər bir yol keçmişdir. Hələ ailə qurmamışdır. Bu məsələ barədə söhbət 
düşəndə  həmişə deyərdi ki, "öncə  vətəndir". Bu ümidlə  də  həmişə 
düşmən üzərinə atılırdı. 
1992-ci il avqustun 6-da Xanalıqlar kəndi uğrunda qızğın döyüşlər 
gedirdi. Bəylər Ağayev həmişə olduğu kimi ön sırada düşmənin üzərinə 
atılmışdı. Lakin bu onun üçün son döyüş oldu. Qəfil atılan düşmən 
gülləsi onun həyatına son qoydu. Lakin onun vətən uğrunda göstərdiyi 
şücaət, qəhrəmanlıq layiqincə qiymətləndirildi. Ona "Azərbaycan 
Respublikasının Milli Qəhrəmanı" adı verildi. Məzarı Qarağaclar 
kəndindəki  Şəhidlər xiyabanındadır. Həmyerliləri onu unutmur, hər an 
onun məzarını  tər qərənfillərlə yad edirlər. Təəssüf ki, belə igid 
övladlarımızın məzarları erməni tapdaqlarında qalmaqdadır. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə