159
KİŞİ GƏRƏKDİR
Həyatdan vaxtsız getmiş
oğlum Qabilə
Ocağıma böyük bir dərd gəlibdir
Bu dərdə dözməyə ürək gərəkdir
Təbəssümü, gülüşləri silibdir
Bu dərdə dözməyə ürək gərəkdi
***
Şamil balam dərdə dözə bilməyir
Gözünü
yollardan
üzə bilməyir
Ah- nalə eyləyir,
hey qardaş deyir
Bu dərdə dözməyə ürək gərəkdir
***
Onun
kədəri də bir dərd olubdu
Qabil
balasının rəngi solubdu
Hamıdan
irəli mənə olubdu
Ataya
bu
dərdə dözmək gərəkdir
***
İçərdən ürəyimə sel - sular axır
Gözlərim yollara baxır, hey baxır
Başımdan göylərə dumanlar qalxır
Bu dərdə dözməyə ürək gərəkdir
160
ƏŞİRəm ürəyimin şamı sönübdü
Ağlaya bilmirəm daşa dönübdü
Oğlumun
bu dərdi məni yenibdir
Bu dərdə dözməyə kişi gərəkdir
161
CƏNAZƏMƏ KİM GİRƏCƏK
Ölsəm cənazəmə kimlər girəcək
Dörd
öğlumdan biri yanımda
yoxdu
Düşmənlərim bunu görüb güləcək
Ölsəm cənazəmə kimlər girəcək?
* * *
Əzrayil də susayıbdır qanıma
Xəncəl çəkib, ram edirbdir canıma
Balalarım gələ bilmir yanıma
Ölsəm cənazımı kimlər girəcək
* * *
Şamil balam balaların
gözüdü
Hər bir işdə atasının
özüdü
"Atamı sevirəm"
onun
sözüdü
Ölsəm cənazımı kimlər girəcək.
* * *
Kaş biləydim ayrılığı kim salıb
Bilməyirlər kim qırılıb, kim qalıb
Düşünürəm hərdən xəyala dalıb
Ölsəm cənazəmə kimlər girəcək.
* * *
162
Tahirin yoludu, ağsaqqal
yolu
Məzahirə deyirlər
dəli-dolu
Qabil balam bax onların sağ
qolu
Ölsəm cənazəmə kimlər girəcək.
* * *
ƏŞİRəm Vətəndə mən tək qalmışam
Körpə nəvələrə meyl salmışam.
Ürək nisgil çəkir, yaman dolmuşam.
Ölsəm cənazəmə kimlər girəcək.