Ətraf mühit dəyişiklikləri və bitki müxtəlifliyinin qorunması



Yüklə 32 Kb.
Pdf görüntüsü
tarix24.04.2018
ölçüsü32 Kb.
#39996


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №1, səh. 135-141 (2013) 

135 


“Ətraf mühit dəyişiklikləri və bitki müxtəlifliyinin 

qorunması” mövzusunda Beynəlxalq Konfrans 

 

21-23 aprel 2013-cü il 

Bakı, Azərbaycan 

 

Fəxri sədr: Akademik Əhliman Əmiraslanov 



 

Elmi Komitə:  

Sədr:   


Prof. Dr. Validə Əli-zadə – Head of Committee 

Üzvlər:  

Prof. Dr. Gregor Kozlovski 

Prof. Dr. Munir Özturk 

Prof. Dr. Volker Roemheld 

 

Proqram Komitəsi: 

Sədr:    

AMEA-nın müxbir üzvü, Prof. Dr. Iradə Hüseynova  

Üzvlər:  

Prof. Steven McCutcheon 

Prof. Thomas Borsch 

Dr. Vahid Fərzəliyev 

 

Təşkilati Komitə: 

Sədr:    

Dr. Esmira Əlirzayeva 

Üzvlər:  

Dr. Tamilla Şirvani 

Dr. Vüqar Kərimov 

Rəna Rəhimli 

Məlahət Hüseynova 

Aida Dadaşova 

 

  



Beynəlxalq elmi komitə:   Prof. Alan John Martin Baker 

Prof. Nicolas Dickinson 

Prof. Valter Horst 

Prof. Ervin Grill 

Prof. Nicolaus von Viren 

 

Layihənin rəhbəri:  

Dr. Esmira Alirzayeva 

 

Həmrəhbər:  

Prof. Dr. Gregor Kozlovski 

 

 



AMEA Botanika İnstitutunun təqdim etdiyi “Ətraf mühit dəyişiklikləri və bitki 

müxtəlifliyinin qorunması” mövzusunda Beynəlxalq Konfrans keçirilməsi ilə baglı layihə 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) 2012-ci il 2-ci qrant 

müsabiqəsinin (EİF-2012-2(6)) qalibi oldu. EİF-in maliyyə-təşkilatı dəstəyilə 21-23 aprel 2013-cü il 

tarixində Bakıda bu mövzuda beynəlxalq konfrans təşkil edildi.  

Tədbirin proqramı əhatəli idi və zəngin biomüxtəlifliyi olan ekosistemlərin davamlı inkişafı 

üçün  ətraf mühitin sağlamlığının və keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş geniş diapazonlu 

mövzuların müzakirəsini əhatə edirdi. Son iki onillikdə ətraf mühitin dəyişilməsi haqda biliklər və 

anlamlar genişlənmişdir və kimya, mikrobiologiya, riyaziyyat, fiziki və bioproses mühəndisliyi 

daxil olmaqla, təcrübəyə və fundamental məlumatlara əsaslanan “ilk prinsiplər” üzrə yanaşmadan 

uzaqlaşmışdır. Bu nailiyyətlər belə yanaşmaların kompüterlə simulyasiya üçün riyazi modellərlə 

əvəz edilməsinə imkan yarada bilər.  




136 

 

 



 

 

 




137 

 

 



 


138 

 

 



 

15 ölkənin 30 təşkilatının aparıcı alim və mütəxəssislərinin iştirakı ilə təşkil edilən konfrans 

bu sahədə mühüm xidmətləri olan dünyanın aparıcı mütəxəssislərinin bir yerə toplaşmasına imkan 

yaratdı. Məqsədlər dərin anlayışları, uyğun tədqiqat və nümunələr üzrə qabaqcıl bilikləri 

təkmilləşdirmək, ən son kəşflərin müzakirəsini təşkil etmək, remediasiya yanaşmaları üçün gələcək 

strategiyaları araşdırmaq və özəl və dövlət institutlarının mütəxəssisləri ilə sahələrarası əməkdaşlıq 

yaratmaq idi. Ətraf mühit üzrə elm sahələrinin yeni inkişaf səviyyəsi, problemləri və geniş 

istiqamətliliyi, xüsusilə  də  sənayeləşən ölkələrdə bu ixtisasa yiyələnməkdə olan yeni nəsil gənc 

alimlər və mühəndislər üçün çox çətinliklər yarada bilər. Onların belə nüfuzlu elmi görüşlərdə aktiv 

iştirakları,  ərazidə  vəziyyəti yaxından müzakirə etmək imkanları bu sahəyə aid biliklərinin, 

həmçinin praktik işlərdə təcrubələrinin  istifadəsinə cox təkan verə bilər. 

Biotik və abiotik faktorlar, ətraf mühitin çirklənməsi, iqlim dəyişikliyi və s. daxil olmaqla, 

ətraf mühitin dəyişilməsi bitkilərin məhsuldarlığı və qidalanma keyfiyyətini məhdudlaşdıran kritik 

faktordur, həmçinin insanlar və heyvanların da sağlamlığı üçün potensial risk yaradır. Bu problemin 

həlli ətraf mühitinin ağır metallar və neft məhsulları ilə cirklənməsi artmaqda olan, həmçinin zəngin 

bitki müxtəlifliyi ilə  fərqlənən Azərbaycan üçün xüsusilə vacibdir. Ölkənin çoxsaylı endem və 

faydalı növlərə malik bitki müxtəlifliyi ətraf mühitin təhlükəsinə məruz qalır. 

Torpağın qorunması və bərpası dünyadakı ekoloji vəziyyətin pisləşməsi ilə əlaqədar daha da 

aktuallaşır. Torpaq, su və hava üçün ən çox yayılan çirkləndiricilər ağır metallar, karbohidrogenlər, 

qalıcı üzvi cirkləndiricilər, xlorlu üzvi pestisidlər, herbisidlər və başqa ksenobiotiklərdir ki, onlar da 

quru və su ekosistemlərində canlı orqanizmlər üçün müxtəlif sağlamlıq problemləri yarada bilər. 

Biomüxəlifliyin qorunması bütün canlı varlıqlar üçün bioloji həyatın mühafizəsində mühüm rol 

oynayir.  Ətraf mühit dəyişikliyinə cox həssas olan ekosistemlərin müəyyənləşdirilməsi müvafiq 

mühafizə siyasətinin və ekosistemlərin davamlılığının artırılması üçün təcrübələrin inkişafında əsas 

addım ola bilər. 



139 

Ekosistemlərin funksional hissəsi kimi bitkilər və  ətraf mühit arasında  əlaqə mürəkkəb 

təbiətlidir. Bitkilər ətrafda baş verən dəyişiklikərə sürətli reaksiya verən mürəkkəb orqanizmlərdir. 

Müxtəlif çirkləndiricilərin fitotoksikliyinə  həssas və ya davamlı olaraq bitkilər müxtəlif 

çirkləndiricilərin artıq miqdarlarına cavab və tolerantlıq mexanizmlərinə görə  fərqlənirlər. Çirkli 

ərazilərdə bitən bəzi ibtidai və ali bitki növləri bu şəraitdə yaşamaq və çirkləndiriciləri yüksək 

dozada toplaya bilmək qabiliyyətinə malikdirlər.  

Deqradasiyaya uğrayan yaşayış ərazilərinin yenilənməsi və bərpası üçün yerli bitki növlərinin 

qorunması və istifadəsi, cirklənmiş ərazilərin remediasiyası üçün ekoloji əlverişli strategiyaların və 

qiymətli, nadir və  nəsli kəsilmək təhlükəsi olan bitki növlərinin qorunması üçün müasir 

yanaşmaların hazirlanması təşəbbüsləri bu elmi beynəlxalq görüşdə müzakirə edildi. 

Uyğun elmi forumlar əsasən biomüxtəlifliyə  təhlükə yarada bilən ayrı-ayrı  ətraf mühit 

problemlərinin müzakirəsinə  həsr edilib. Tədbirdə ilk dəfə olaraq iki müxtəlif istiqamət – ətraf 

mühitin  dəyişməsi və bitki mühafizəsi birlikdə müzakirəyə  çıxarıldı, həmçinin Azərbaycanın 

zəngin florasının gərgin  şəraitində olan nadir və  nəsli kəsilməkdə olan bitki növlərinin müasir 

qorunma yollarının işlənib hazırlanması üçün əhəmiyyətli addım oldu. 

Konfransın Açılış  mərasimində AMEA-nın müvafiq institutlarının, təhsil ocaqlarının, 

müxtəlif nazirliklərin, idarə və təşkilatların, neft şirkətlərinin, məktəb və liseylərin nümayəndələri 

iştirak edirdi. Tədbiri AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik 

Əhliman  Əmiraslanov giriş sözü ilə açdı, belə  tədbirlərin  əhəmiyyətini vurğuladı  və bitki 

müxtəlifliyinin qorunması istiqamətində ölkədə aparılan geniş aspektli işlər və son illər bu sahədə 

dövlət dəstəyi haqda geniş məlumat verdi.  

EİF-in icraçı direktoru Elçin Babayev qonaqları və iştirakçılarına biologiya elminin müxtəlif 

sahələri üzrə  EİF tərəfindən dəstəklənən uğurlu layihələri haqda məlumat verdi və onların 

Azərbaycanda elmin inkişafı üçün əhəmiyyətindən danışdı. 

 

 




140 

 

 



 

ARDNŞ-in Ekologiya İdarəsinin rəisi Azər  Əliyev, ABŞ  Ətraf Mühitin Mühafizəsi 

Agentliyinin milli eksperti və aparıcı  ətraf mühit mühəndisi, Georgia Universitetinin professoru 

Steven McCutcheon, layihə  rəhbəri b.ü.f.d. Esmira Əlirzayeva öz çıxışlarında Konfransın 

əhəmiyyətini və perspektivlərini vurğuladılar.  

Plenar məruzə ilə  çıxış edən AMEA Botanika İnstitutunun direktoru, prof. Validə  Əli-zadə 

Azərbaycanın zəngin florası, botaniki-coğrafi  ərazilər üzrə bitki müxtəlifliyinin yayılması, 

İnstitutun ətraf mühit çirklənməsi və bitki müxtəlifliyinin qorunması istiqamətində həyata keçirdiyi 

müştərək elmi layihələr haqda geniş məlumat verdi.  

 

Konfrans zamanı müxtəlif mövzular müzakirə edildi: 



 

Ətraf mühit dəyişikliyi (mineral elementlərin çatışmazlığı  və artıqlığı, çirklənmə, iqlim 



dəyişklikliyi, biotic faktorlar və s.); 

 



Ətraf mühit remediasiyasına bioloji müdaxilə; 

 



Bitkilərin qorunması, istifadəsi və problemlər; 

 



Remediasiya texnologiyası və strategiyaları 

 

Konfrans yalnız xarici iştirakçıların spektr genişliyinə görə deyil, həmçinin onların 



professional  əhəmiyyətinə görə  də  fərqlənirdi. Qeyd edilməlidir ki, dünyanın qabaqcıl botaniki 

təşkilatlarının tanınmış alim və mütəxəssisləri ilk dəfə olaraq Bakıda bu Konfransda görüşdülər. 

Onlardan Botanika Bağlarının Beynəlxalq Qorunma təşkilatının Qlobal Proqramının direktoru Dr. 

Suzanne  Şarrok (Böyük Britaniya), CİTES - “Növlərinin Beynəlxalq Ticarəti Haqqında» 

Konvensiyasının Avropa üzrə məsul nümayəndəsi Prof. Maurizio Sajeva (İtaliya), Berlin Botanika 

Bağı  və Botanika Muzeyinin direktoru Prof. Tomas Borş  və kuratoru Dr. Gerald Parolly 

(Almaniya), Millenium Toxum Bankının rəhbəri Dr. Paul Smith və Qafqaz proqramının rəhbəri Dr. 

Clare Trivedi (Böyük Britaniya), Fribourg Botanika Bağının kuratoru Prof. Gregor Kozlovski 




141 

(İsveçrə), fitoremediasiya sahəsində böyük töhvəsi olan Prof. Alan John Martin Baker (Böyük 

Britaniya) və Prof. Steven McCutcheon (ABŞ), eskperimental botanika sahəsində məhşur alimlər: 

Hannover Universitetinin Bitki Qidalanması İnstitutunun direktoru Prof. Valter Horst (Almaniya), 

Munich Texniki Universitetinin Botanika kafedrasının müdiri Prof. Ervin Grill (Almaniya), Linkoln 

Universitetinin Təbiət Elmləri Fakultəsinin Ekologiya Bölməsinin müdiri Prof. Nikolas Dikinson 

(Yeni Zellandiya), Bitki Genetikası və Qida Bitkilərinin Tədqiqatı İnstitutunun (İPK) Fiziologiya və 

Hüceyrə Biologiyası  Şöbəsinin müdiri Prof. Nikolas von Viren (Almaniya), Ege Universiteti 

(Türkiyə) və Putra Universitetinin (Malaysia) Meşəçilik Fakültəsinin məsləhətçisi Prof. Munir 

Öztürk (Türkiyə), Metla Tədqiqat Mərkəzinin (Finlandiya) aparıcı alimləri Dr. Liisa Ukonmanaaho 

və Dr. Tiina Nieminen, Putra Universiteti Meşəçilik Fakültəsinin dekanı Dr. Faridah Hanum 

İbrahim (Malaysia), Jamia Hamdard Universitetinin Elm fakültəsinin dekanı Prof. Muhammad 

İqbal (Hindistan), Hyderabad Universitetinin Bitki Tədqiqatları Bölməsinin aparıcı mütəxəssisi 

Majeti Naraşima Varaprasad (Hindistan), Debrecen Universitetinin Elm və Texnologiya Fakültəsi 

Botanika bölməsinin aparıcı alimi Dr. Gabor Sramko (Macarıstan) və s. elmi yenilikləri haqda 

məruzələrlə çıxış etdilər. Cəmi 3 gün davam edən tədbirdə çox geniş müzakirələr aparıldı, maraqlı 

fikir və təcrübə mübadiləsi oldu.  

Tədbir zamanı elmi müzakirələrlə yanaşı, xarici qonaqlar Bakı  şəhəri və müxtəlif tarixi 

abidələrlə, həmçinin ARDNŞ-in Ekoparkı  və Ekologiya laboratoriyası ilə tanış oldular, Şəhidlər 

xiyabanını ziyarət etdilər. 



Yüklə 32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə