Ətraf müHİTİN ÇİrkləNMƏSİNƏ GÖRƏ ÖDƏNİŞLƏr və ÖDƏNİŞ normatiVLƏRİ



Yüklə 21,67 Kb.
tarix26.10.2017
ölçüsü21,67 Kb.
#6584

Tələbə:Babayev Yusif

ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİNƏ GÖRƏ ÖDƏNİŞLƏR VƏ ÖDƏNİŞ NORMATİVLƏRİ



İqtisadi tənzimlənmənin müxtəlif səviyyələrində stimullaşmanın uyğunluğu prinsipi əsasında təbiəti mühafizə fəaliyyətinə görə işçilərin yalnız müəssisə daxilində mükaftlanması kifayət deyil. Belə ki, bu ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə üçün kifayət qədər effektli olmayacaq.
Maddi və mənəvi stimullaşmasının uyğunluğu prinsipi həm ayrı-ayrı işçilərin, həm də bütünlükdə müəssisələr insana özünün maddi təlabatını, sosial varlığını, mənəvi maraqlarını təmin edən bioloji varlıq kimi baxır. İqtisadi stimullaşma güzəştli kredit, güzəştli vergi, ekoloji təmiz məhsul istehsalçılarına dövlətin dotasiyası və s. köməyi ilə həyata keçirilir.
İqtisadi təmkinlilik metodu adı altında ekoloji çirkli texnologiya və qurğularla məhsul istehsalının inkişafı və yaranmasına əngəllər törətmək başa düşülür.
Ekoloji çirkli istehsalda iqtisadi təmkinliyin 2 prinsipi mövcuddur.
Ekoloji öncüllük prinsipi;
Uyğunluq prinsipi.
Ekoloji öncüllük prinsipində təbii resurslardan istifadə və ətraf mühitlə bağlı digər məslələrin həllində üstünlük insanların sağlamlığı və həyatının qorunmasına onların istirahəti və əməyi üçün əlverişli şəraitin təmin olunmasına verilir.Uyğunluq prinsipinə görə cəmiyyətin optimal inkişafı ilə insanların daim artmaqda olan təlabatının təbii resursların faktiki miqdarı ilə uyğunluğu üst-üstə düşməlidir. Ekoloji çirkli istehsalda iqtisadi təmkinlik metoduna aiddir: təbii resursların norma və normadan artıq istehlakına görə ödənişlər; ətraf mühitin limit üzrə və limitdən artıq çirkləndirilməsinə görə ödənişlər, təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə cərimələr və s.
Təbiətdən istifadənin ekoloji tənzimlənməsinin vasitələrinə müxtəlif növ ödəmələr aiddir. Ekoloji ödəmələrə bütün təsərrüfat subyektlərinin onların təsərrüfat fəaliyyətləri nətcəsində ətraf mühitin çirkləndirilməsinə, həm də təbiətqoruyucu və təbiət bərpaedici fəaliyyətə sərf olunan vəsaitə görə ödəmlər aiddir. Ekoloji ödəmələri 2 əsas qrupa bölmək olar.
Təbiətdən istifadəçilərin təbii sərvətlərdən istifadəyə görə ödəmələri.
Təbiət qoruyucu və bərpaedici tədbirlərə görə xərclər.
Təbiətdən istifadəçilərdən təbii resurslardan istifadəyə görə tutulan ekoloji ödəmələrə aşağıdakılar aiddir.
-ekoloji vergiqoyma;
-təbii resurslardan normativ və normadan artıq istifadəyə görə ekoloji yığımlar;
-təbii mühitin limit üzrə və limitdən artıq çirkləndirilməsinə görə ekoloji yığımlar;
-ekoloji cərimələr;
-dövlətə, təbiətə və digər təbiətdən istifadəçilərə vurulan ziyanın əvəzinə görə ödəmələr;
-ekoloji sığorta;
-ixrac tarifi;
-idxal tarifi
Təbii resursların iqtisadi qiymətləndirilməsi – ayrı-ayrı təbii resursların qiymətli və xeyirli istehlak xüsusiyyətlərinin pulla ifadəsidir. Hazırda təbii resursların iqtisadi qiymətləndirilməsi 3 əsas metodla həyata keçirilir.
-xərc; (təbii resursların qiymətləndirilməsində onların istifadəsinə çəkilən xərclərə görə aparılır);
-renta; (ayrıca təbii resursların istifadəsindən alınan effektə görə qiymətləndirmə);
-qarışıq (təbii resursların istifadəsinə görə xərclər, həmçinin onların istifadəsindən alınan effektə görə qiymətləndirmə).
Ətraf mühitin mühafizəsinin iqtisadiyyatı ekoloji təhlükəsizliyin təmini, təbii resurslardan səmərəli istifadə, onların bərpa edilməsi və artırılması tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi üzrə görülən işləri əhatə edir. Bu məqsədlə ilk növbədə ətraf mühitin mühafizəsi üzrə tədbirlər proqnozlaşdırılır, onlar üçün maliyyələşdirilmə mənbələri, təbiətdən istifadə, ətraf mühitin çirkləndirilməsi, iqtisadi maraqlandırma və s. işlər üzrə ödəmələr müəyyən edilir.
Ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin proqnozlaşdırılması və maliyyələşdi- rilməsi təbiətdən istifadənin müxtəlif istiqamətlər üzrə dövlət proqramlarına və konsepsiyalarına daxil edilir.
Ətraf mühitin mühafizəsi sahəsində ekoloji proqramların və tədbirlərin maliyyələşdirilməsi dövlət və yerli büdcələr, ekoloji sığorta, təbiətdən istifadəyə görə ödəmələr, hüquqi və fiziki şəxslərin könüllü ianələri, qrantlar, beynəlxalq qurumların ayırmaları hesabına həyata keçirilir.
Ətraf mühitin çirkləndirilməsinə və təbii resurslardan istifadəyə görə ödəmələr müəssisələrdən, təşkilatlardan və vətəndaşlardan qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə alınır.
Ətraf mühitin mühafizəsinin stimullaşdırılması ekoloji yönümlü subsidiyalar və digər stimullaşdırıcı tədbirlər vasitəsilə həyata keçirilir.
Ekoloji təhlükəli fəaliyyət növləri ilə məşğul olan hüquqi və fiziki şəxslər qanunla nəzərdə tutulmuş qaydada məcburi sığortalanırlar. Ekoloji sığorta ətraf mühitə və ya hər hansı bir şəxsə vurulan ziyanın ödənilməsində istifadə olunur.

Ətraf mühitin təxirəsalınmaz tədbirlərinin, ona vurulan zərərin aradan qaldırılmasının maliyyələşdirilməsi üçün dövlət və ictimaiyyət tərəfindən xüsusi fond yaradılır. Dövlət fondu təbiətdən istifadə ödəmələri, ətraf mühitin çirkləndirilməsi üzrə cərimələr, qeyri-qanunu əldə edilən məhsulların satışından daxil olan vəsaitlər, qrantlar, könüllü ianələr və s. hesabına təşkil olunur. Bu fondlar əsasən elmi-tədqiqat işlərinə, ekoloji təmiz texnologiyanın tətbiqinə, təbiətin mühafizəsi obyektlərinin tikintisi və yenidən qurma işlərinə, çirkləndiricilərin ətrafa və insanlara vurduğu ziyanın bərpa olunmasına, pozulmuş ekoloji tarazlığın bərpasına, ekologiya üzrə təlim-tərbiyə işlərinə, nadir fauna və floranın qorunmasına, ətraf mühitin manitorinqinin təşkili və keçirilməsinə, mütəxəssislərin həvəsləndirilməsi və stimullaşdırılmasına sərf olunur.
Ətraf mühitin mühafizəsinin ictimai fondları ictimai vəsait, qrantlar, fiziki və hüquqi şəxslərin könüllü ianələri və s. hesabına təşkil olunur. Bu fondlar ictimai birliklər tərəfindən ətraf mühitin mühafizəsi tədbirlərində istifadə olunur.

Müasir dövrlərdə praktiki olaraq dünyanın bütün inkişaf etmiş ölkələrində ekoloji təhlükəsizlik sahəsində milli proqramlar hazırlanıb,qəbul olunub,həyata keçirilməkdədir.İlk vaxtlar bu proqramın reallaşdırılması yığılıb qalmış tullantıların məhv edilməsinə yönəldilmişdir.Bu sahədə görülən tədbirlərin əvvəlcə istehsalat fəaliyyətinin neqativ nəticələrini aradan qaldırmağa yönəldilmişdir və demək olar ki ətraf mühitin pisləşməsi nəzərə alınmırdı.Belə yanaşmanın məhdudluğu aydındır lakin ilk vaxtlar ona bəraət qazandırılırdı.Belə ki,hadisələr silsiləsi zamanı keçmiş fəaliyyətdə pozulmuş ekosistemi xilas etmək lazım gəlirdisə,indiki vəziyyətdə digər problemlər daha çox nəzərə çarpır.Bir çox ölkələrdə bütün təbii ərzaq zənciri üzrə və müvafiq qanunvericilikdə bərkidilmiş bütün sahələr üzrə təbiətdən istifadənin kompleks proqramları qəbul olunmuşdur onların içərisində dövlətin təbiəti mühafizə fəaliyyətinin tənzimlənməsindəki rolu müəyyənləşmiş təbiətdən istifadəçilərin hüquq və öhdəlikləri müəyyən olunmuşdur.İnkişaf etmiş ölkələrdə təbiətdən istifadə sisteminə dövlət müdaxiləsi nəzərə çarpacaq dərəcədədir.İerarxik idarə etmə sistemi yaradılır ki burada təbiətdən istifadə siyasətinin məqsədləri,onun obyektləri və eləcə də onun həyata keçirilmə dərəcələri (ümumidövlət,yerli) ayrılır
Yüklə 21,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə