Evqeniya Montixo qrafinya Teba



Yüklə 46,65 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü46,65 Kb.
#31891


Evqeniya Montixo - qrafinya Teba 

 

 



III  Napoleonun  arvadı  5  may  1826-cı  ildə  Qrenadada,  I  Napoleonun 

ölümündən düz beş il sonra  anadan olmuşdur. Enber de-Cen-Armanın nəql etdiyi 

kimi, doğum şəhadətnaməsində o, don Kipriano Quzman Palafoks-i-Porto-Karrero, 

qraf Teba, markiz Ardalski, İspaniya qrandı ilə  Mariya-Manuella de-Kirkpatriki-i-

Qrivenye,  qrafinya  Teba  və  markiza  Ardalskinin  qızı  Mariya-Yevqeniya-İqnasi-

Avqustin  kimi  qeyd  olunub.  Evqeniya  doğularkən,  atası  hələ  qraf  Teba  titulunu 

daşıyırdı.  O  vaxt  ailə  başçısı  kimi  qardaşına  məxsus  olan  qraf  Montixo  titulunu 

onun ölümündən sonra daşımağa başladı. Ailənin əsl familiyası Quzmandır. Bu bir 

çoxcəsur və ağıllı dövlət xadimləri vermiş qocaman bir nəsildir. 

 

 



Qraf Tebanın qızları ağır, lakin sadə tərbiyə almışdılar, belə ki, qrafın əmlakı 

o  qədər  də  böyük  deyildi.  1834-cü  ildə  qardaşının  ölümündən  sonra  o,  bu  titulu 

daşıdı və bununla bərabər, yaxşı maddi imkan da qazandı. Elə həmin 1834-cü ildə 

İspaniyada,  yeni  qraf  Montixonu  arvadını  və  uşaqlarını  Fransaya  göndərməyə 

vadar  edən  qarışıqlıqlar  başladı. 3  ildən  sonra  Yevgeniya  Palafoks  –  o  zaman  elə 

çağırılırdı – bacısı ilə birlikdə İsanın Ürəyi müqəddəs monastırına  verilir. Ərinin 

xəstəliyi haqqında məlumat alan qrafinya Montixo qızları ilə Madridə tələsir və 15 

mart 1839 – cu ildə onun ölümündən sonra orada qalmağı qərara alır. 

 

 

Qoca  qrafinya  Montixonun  Madriddəki  salonu  ən  yaxşılardan  biri  idi.  Ora 



siyasi  xadimlər  də  toplaşırdılar.  Əlbəttə  ki,  mərkəzdə  qrafinyanın  qeyri  –  adi 

gözəllikləri  ilə  hamının  heyrətinə  səbəb  olan  qızları  -  Fransiska  və  Yevqeniya 

dururdular. 

Fransiska 

1844-cü 

ildə 


ispan 

zadəganlığının 

məşhur 

nümayəndələrindən  biri  qersoq  Albuya  ərə  getmişdi.  Bir  neçə  müddətdən  sonra 



qrafinya  Montixo  kraliçanın  baş  meystri  təyin  olunur.  Tezliklə,  sarayda  onun 

mövqeyi qeyri- mümkün olur. Deyirlər ki, həmin xanımın işvəsi səbəbindən, 1849-

cu ildə o, hər ehtimala qarşı, tutduğu vəzifəsindən imtina edir və qızları ilə Parijə 

köçür. Orada o, əvvəllər tanış olduğu məşhurlarla çox asanlıqla yaxın münasibətlər 

qurur.  Öz-özlüyündə  məlumdur  ki,  qrafinya  həm  də  şahzadə-prezidentin  Yelisey 

sarayında təşkil etdiyi ziyafətlərdə iştirak edirdi. Elə bu qayda ilə də Lui-Napoleon 

Yevqeniya Montixo ilə tanış olur. Ola bilər ki, gənc Montixonun gözəlliyi, gəncliyi 

və məlahəti elə o vaxt Napoleonda xoş təsir oyatmışdı. Qapalılıq onun xarakterinin 

başlıca cəhəti idi. Heş kim heç bir zaman əminliklə deyə bilməzdi ki,  hal-hazırda 

onun  qəlbində  nə  gizlənir,  ola  bilər  elə  buna  görə  də,  o,  tam  haqlı  olaraq  sfinks 

ləqəbi  almışdı.  Hətta  1852-ci  ilin  noyabr  və  dekabrında,  dövlət  çevrilişindən  az 

əvvəl,  gənc  qrafinya  Montixo  anası  ilə  Napoleonun  Fonteblo  və  Kompenya 

qəsrlərində təşkil etdiyi ov, tamaşa və ballara gələrkən, heç kim onun füsünkar qıza 

olan zərif diqqətinin əlamətlərini  hiss edə bilməmişdi. Doğrudur, o, Yevqeniya ilə 

həvəslə  danışırdı,  lakin  bunu  onun  qəlbinin  deyil,  ağlının  tələbatı  kimi  qələmə 

verirdilər. 

 

 

1852-ci ilin 21 və 22 noyabrında ümumxalq səsverməsi keçirildi və onunla 



başa  çatdı  ki,  8.140.060  nəfərdən  7.824.189-u    imperiyaya,  253.145  isə  onun 

əleyhinə səs verdi. Dekabrın 1-də senat və qanunverici orqan bu nəticəni prezident 




Lui-Napoleona  xəbər  verdilər,  o  da  həmin  an  imperator  titulunu  və  III  Napoleon 

adını qəbul etdi.  

 

 

Komediya  bitdi.  Əla  proloqu  olan  və  təxminən  20  il  davam  edən  drama 



başlandı. Napoleon hökmranlığının ilk günlərindən imperator qismində özünü necə 

də cah-cəlalla təmin etdi! 12 yanvar 1853-cü ildə Tülyer sarayında ilk böyük saray 

balı  təşkil  olundu.  Qrafinya  Montixo  qızları  ilə,  əlbəttə  ki,  dəvətlilərin  arasında 

idilər və onun qızı öz gözəlliyi ilə bütün xanımları üstələmişdi. İmperator yalnız 2 

kadril rəqs etdi: birini - ledi Kauley ilə, digərini – Yevqeniya ilə...  

 

 



Həqiqətən  də,  10  gündən  sonra  imperator  qanunverici  məclisin 

nümayəndələrini  Tülyeri  sarayının  taclı  zalına  toplayaraq,  qarşıdakı  nigahını  elan 

etdi.  Yevqeniyanın  hökmdarəsilli  olmaması  hamını  heyrətləndirsə  də  bəyənildi: 

Yevqeniya o qədər çox gözəl, çox ağıllı, lütfkar və ünsiyyətdə nəzakətlidir ki, kim 

isə ona qarşı nə isə desin. 29 yanvar 1853-cü ildə Tülyeri sarayında vətəndaş aktı 

imzalandı, növbəti gün isə, Parijdə İsanın Anası kilsəsində mərasim keçirildi. 

 

 

Yevqeniya həmişə onun yanında olub, onu öz təsirində saxlamağa çalışırdı. 



Müasirlərindən  biri  Klara  Çudi  onu  belə  təsvir  edir:  “Göyçək  ispandır,  - 

Kompyendə  ova  həsr  olunmuş  təsvirlərin  səhifələrində  o  deyir,-  zərif  amazonka 

kostyumunda  idi  və  təmizəsilli  əndəluz  atında  oturmuşdu.  Uzun,  enli,  boz 

pantalonlu  ov  paltarında  qəşəng  və  gözəl  fiqurasının  dartılmış  beli  daha  gözəl 

görünürdü.  Əlcək  geymiş  balaca  əllərindən  biri  ilə  yüyəni  saxlayır,  digəri  ilə 

məlahətli  atı,  tutacağı  həqiqi  mirvari  ilə  bəzənmiş  kiçik  çubuğun  köməyi  ilə 

qovurdu.  Ayaqlarında  isə  yüksək  kabluk və  mahmızla təchiz olunmuş  lak  çəkmə 

var idi. O, atda yəhərsiz kavalerist kimi oturmuşdu Uzun hörükləri gözəl dəvəquşu 

lələkləri  ilə  bəzədilmiş  və  brilliant  sancaqla  bərkidilmiş  şlyapanın    altında  idi  və 

havada yellənirdi. Onun alovlu gözləri parıldayır, dodaqlarında oynayan valehedici 

gülüşü, demək olar ki hər zaman, gözəl dişlərinin iki cərgəsini göstərirdi.” 

 

 



Yeri gəlmişkən, qeyd edək ki, Kompyen şənliklərinin birində lotereya təşkil 

olunmuşdu  və  Yevqeniya  onda  zümrüd  bəzək  sancağı  udmuşdu.  Bu  sancağı  o, 

talisaman  kimi  Napoleonun  ölümünə  qədər  həmişə  özündə  gəzdirirdi.  Dul 

qaldıqdan  sonra  o,  bütün  zinət  əşyalarını,  o  cümlədən,  sancağı  da  çıxartdı;  lakin 

onun oğlu zulusların vilayətinə gedəndə, harada ki, öldürüldü, o, sancağı yenidən 

taxdı. Oğlu öləndə, Yevgeniya  bu dəyərli əşyadan həmişəlik əl çəkdi, görünür ki, 

öz talisman adını doğrultmurdu və nəticədə, onu rəfiqəsi və bacısı qızı hersoqinya 

Muşiyə bağışladı. 

 

 

Arzularının  ali  məqsədinə  çatan  Yevqeniya  bütün  varlığı  ilə  hakimiyyətin 



cazibəsinə  və  bəzək  ehtirasına  hakim  kəsildi.  Toy  münasibəti  ilə  Parijin 

emalatxanalarında  onun  üçün  24-dən  az  olmayaraq  paltar  sifariş  verildi.  Onların 

sırasında  ağ  ipəkdən,  krujevalarla  zəngin    3  səhər  paltarı,  al  qırmızı  rəngli, 

muardan tikilmiş bəzəkli və ağ lələkli paltar, qırçın və ağ lələkli yaşıl tualet, qızılı 

naxışlı  və  parıltılı  ağ  tikməli  məxmər  paltar  var  idi.  Vətəndaş  aktı  sakit  xarakter 

daşıyırdı.  Anasının,  ispan  səfirinin,  özünün  saray    heyətinin  və  Napoleonun  baş 

təşkilatçısının  müşayəti ilə, Yevqeniya doqquzun yarısında Tülyeri sarayına getdi, 



burada  onu  Napoleonun  yanına  aparmaq  üçün  gözləyirdilər.  O,  krujevalarla 

bəzənmiş  ağ  atlas  paltarda  idi.  Boynunda  2  sap  mirvari  var  idi,  saçlarını  çiçəklər 

bəzəyirdi.  Mərasimdə  iştirak  etmək  üçün  1000  nəfər  dəvət  olunmuşdu.  Kontrakt 

imzalandıqdan sonra hamı teatr zalına yollandı, burada Oberin musiqi bəstələdiyi 

kontata ifa olundu. Saat 11-də imperator öz otağına çəkildi, Yevqeniya və qrafinya 

Montixo  isə  nişan  ilə  nigah  arasında  olan  müddətdə  yaşadıqları  Yelisey  sarayına 

getdilər. 

 

 



Növbəti gün, deyildiyi kimi, kilsə mərasimi oldu, hansi ki, öz dəbdəbəsi və 

gözəlliyi ilə I Napoleon zamanından Parijin bütün gördüklərini üstələdi. On ikinin 

yarısına yaxın Yevqeniya Tülyeri sarayına yollandı. Ondan solda anası oturmuşdu. 

Eleqant  tualetin  sayəsində  gəlinin  gözəlliyi  daha  aydın  nəzərə  çarpırdı.  Bu  tualet 

Lüttix  şəhərinin  toy  hədiyyəsi  -  krujevalardan  ibarət  qiymətli  örtüyü  olan  ağ 

məxmər,  bənövşələrlə  toxunmuş  paltar  idi.  Belində  brilliant  kəmər,  başında 

Mariya-Luizanın toy günü daşıdığı tac başlıq var idi. Başlığa krujevalı pambıq və 

çəhrayı  çiçəklərdən  çələng  bərkidilmişdi.  Brilyantlarla  səpələnmiş  krujevalarda 

özünü  imperatorun  əlinə  dayayaraq,  Yevgeniya  Arxuyepiskopun  və  ruhanilərin 

dalınca    kilsədən  çıxdı.  Bu,  güllər,  tikanlar  səpilmiş  uzun  yolun  başlanğıcı  idi, o 

yol ki, taxt-taca, oradan sürgünə, qeyri-müəyyənliyə, kədərə və təkliyə aparırdı... 

 

 



İndi artıq dağıdılmış, arxitektura cəhətdən qeyri-münasib Tülyeri sarayı çar 

cütlüyünün  tələblərinə  cavab  verirdi  və  onun  divarlarından,  demək  olar  ki,  heç 

zaman  şən  gülüş  və  musiqi  sədaları  əskik  olmurdu.  Bu  böyük  qəribə  sarayın 

mərkəzində  böyük,  açıq  pilləkən  ucalırdı,  hansı  ki,  otaqlara  aparırdı  və  kral  - 

vətəndaş  Lüdovik-Filipp  bundan  o  qədər  razı  idi  ki,  yaxın  dostlarından  belə 

utanmadan soruşurdu: “Mənim pilləkənimə məftun olmusunuzmu? ” III Napoleon 

Tülyeri sarayını özünün iqamətgahı etdikdə, qəbul axşamlarında bu pilləkənin hər 

pilləsində  imperator  leyb-qvardiyasının  bir  qvardiyaçı  fiquru  donurdu.  Bütün  qışı 

və  yazın  bir  hissəsini  imperator  imperatriça  ilə  bu  sarayda  keçirdi.  Bayramlar, 

naharlar,  konsertlər,  ballar,  tamaşalar  –  bütün  bunlar  başgicəlləndirici  sürətlə 

dəyişirdi.  Bazar  ertəsi  ailə  ziyafətlərinə  həsr  olunurdu,  hamısında  bütün  korsikalı 

qohumlar-  Pokavidjine,  Qabrielli,  Primoli,  Baçoki    iştirak  edirdi.  Gənc,  gözəl 

şahzadə Borqeze də burada olurdu, hansı ki, xüsusi məhəbbətlə öz dostlarına bağda 

onun adını daşıyan imarətləri, Yevgeniya heykəlini göstərirdi. 

 

 

Varis şahzadə Lulunun 12 yaşı tamam olanda onu bu ailə həftəliklərinə cəlb 



etməyə  başladılar.  Zavallı  Luluya  bunlar  cansıxıcı  gəlirdi  və  o,  darıxırdı. 

Xoşbəxtlikdən,  bunlar  uzun  çəkmirdi,  belə  ki,  mətbəx  mədəniyyətinə  meyilli 

olmasına  baxmayaraq,  Napoleon  mas  arxasında  çox  oturmağı  sevməzdi  və  bir 

saatdan  sonra  adi  halda, tütün  çəkilən  otağa  gedirdi. İmperatriça  belə, tək  qalırdı. 

Napoleon da, Yevgeniya ya musiqini az anlayırdılar; lakin monarxlar hər yerdə var 

və    onlar  həmişə  incəsənəti  himayə  etmişlər,  buna  görə  də,  Tülyeri  sarayının 

həftəliklərinə Patti, Karvalyo, yenor Kapul kimi musiqi incəsənəti sahəsində az çox 

tanınan məşhurlar təşrif buyururdular. .. 




 

 

Cəmiyyətin ən yaxşı nümayəndələri buna öz dövlətlərini, ağıllarını və dəqiq 



zarafatlarını  gətirirdilər.  Etiket  qaydaları  Kral  –  vətəndaş  Lüdovok-Filippin 

dövrünə tam zidd idi,  o vaxt ki, saraya əllərində çətir gəlir və baldan sonra həmin 

zalların  parketində  çəkmələri  ilə  gətirdikləri  çirk  izləri  qalırdı.  Kişilər  ağ 

kaşemirdən  olan  dar  şalvarda,  ağ  ipək  corabda,  itiuclu  çəkmədə  və  qara  frakda 

gəlməli  idilər.  Hərbçilər,  əlbəttə,  mundirdə  olurdular.  Hər  şey  fırlanır,  gülür, 

zarafatlaşırdı.  Hamı  hiss  edirdi  ki,  Fransa  böyük  keçmişinə  qayıdır,  hansı  ki, 

təəssüflər olsun, gələcəyi yox idi. 

 

 



Yevgeniyanın hökmran olduğu Napoleonun möhtəşəm bayramları haqqında 

təxmini təsəvvür yaratmaq belə çətindir. Həmin suyasi xadimlərin qrupu. Burada, 

məşhur artist Raşelinin yaxın dostu qraf Valevski ilə tez-tez gözəl söhbətlər aparan 

solğun,  keçəl,  lakin  maraqlı  hersoq  Morni  diqqəti  cəlb  edir.  Hamının  diqqətini 

özünə  cəlb  edən  nəhəng  proyektlərin  müəllifi,  özünün  tikintiyə  olan  həvəsi  ilə 

Pariji  dünyanın  ən  gözəl  şəhərlərindən  birinə  çevirən  Qausman.  Yeni  ad  almış 

Hersoq  Persini  ilə  gəzişən  marşal  Manyan,  hansı  ki,  xidməti  siyahısında  heç  bir 

qəhrəmanlıq yox idi, bundan başqa o nə etmişdi, küçə qarışıqlıqları zamanı kütləyə 

sadəcə  atəş  açmağı  əmr  etmişdi.  Neçə  adlar,  neçə  titullar!  Budur,  valsın 

burulğanında amerikan müstəmləkisinin ulduzu miss Slidelin cazibəli fiquru gəlir, 

onun  ardınca  Baron  Qausmanın  zərif  qızı  əla  cütlük  yaradan  və  ümumi  heyrət 

doğuran  öz  kavaleri  -  imperatriçanın  ştalmeystri,  sonradan  Adelina  Pattinin  əri, 

markiz de-Ko ilə. Budur,  zal  ilə dövr  edən gözəl Purtales, buruqsaç  Qallife, gənc 

hersoginya  Elxingen  (  Sesiliya  Geynenin  qəbul  etdiyi  qızı),  ərinin  ölümündən 

sonra  1884-cü  ildə  hersoq  Rivoliyə  ərə  getmişdi.  Budur,  hersoginya  Malakov 

sonradan  nazir  olmuş  və  çoxlu  islahatlar  aparmış  Dürri  ilə  kənarda  dayanıb. 

Hersoginya  üç  marşaldan  biri,  Napoleon  döyüşlərində  qələbə  qazandıqdan  sonra 

döyüşün şərəfinə titul kimi adlandırılan marşal Pelisyenin arvadı idi ( Marşal Mak-

Maqon  hersoq  Manjenti,  general  Montoban  –  qraf  Palikao  titulu  almışdı).  Və 

çoxlu-çoxlu  başqa  gözəl  kavalerlər  və  xanımlar,  xüsusən  də,  pis  niyyətlilərin 

dediyi  kimi,  ərlərinin  onları  ödəməyə  imkanı  çatmadığı  üçün  Porte-Janue  və  ya 

Armenonvilds  pavilyonunun  kabinetlərində  hansısa  dostlarl  tərəfindən  haqqı 

ödənilmiş bahalı paltarları  göz oxşayan xanımlar... 

 

 



Günlər  beləcə  keçirdi.  1867-ci  ilin  nümayişi  bir  sıra  silsilə  təmtəraqlı 

bayramların  keçirilməsinə  yeni  bəhanələr  verdi,  harada  ki,  rus  çarı,  prussiya  və 

italiya kralı, fars şahı və Uels şahzadəsi iştirak edirdi; lakin bunlar artıq sonuncu 

idi.  Havada  inqilabın  yaxınlaşması  hiss  edilirdi.  Napoleon  dövrünün  şəfəqi 

sönməyə  başladı.  Ölüm  Napoleonun  həqiqi  dostlarını  bir-bir  apardı.  O  öz 

hakimiyyətinin  köhnə  düşmən  üzərində  dəbdəbəli  qələbəsini  qeyd  etmək 

arzusunda  olduğu  zaman,  özünü  Sedan  divarlarının  tələsində  gördü.  Az  əvvəl 

dünyanı öz adı ilə narahat edən  imperatriça Yevgeniya rüsvayçılıqla qaçdı. Məhv 

olmuş  imperiyanın  qalıqları  üzərində  respublika  rejimi  quruldu.  Hər  şey  yeni 

şəkildə davam etdi... 



 

 

(davamı var...) 



Yüklə 46,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə