Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
  1   2   3   4   5   6   7   8   9   ...   60


 
 
Ön söz. 
Əziz  oxucular!  Bu  mənim  ilk  kitabımdır.    Yazmağa  2007-ci  ildən  başlamışam. 
Kitabda real həyatda müşahidə etdiyim talelərdən, gördüyüm  hadisələrdən bəhs 
etmişəm.  İlk  qələmə  aldığım  əsər  “Görünməyən  həqiqət”  dedektiv  povestidir. 
Bu əsər eyni zamanda dedektiv janrında yazdığım ilk əsərdir. Əsəri 2007-2010-
cu  illərdə  yazmışam.  Həmin  illərdə  eyni  zamanda  “Açılmayan  düyünlər”  , 
“Sevgi zərbəsi”, “Zamanın öz  məlhəmi” əsərlərini  yazdım. Ən son  yazdığm  isə 
“Xoşbəxtlik  həsrəti”  romanıdır.  Bütün  əsərlərimdə  hadisələrin  axarında  sevgi 


macəraları  ilə  yanaşı,  qətl  hadisələrinə,  uğursuz  sevgi  acılarına  da  yer 
ayırmışam.  Sizə  təqdim  etdiyim  bu  kitaba  bu  əsərlərin  hamsı  daxildir.  Kitabda 
tanış olacağınız bütün obrazlar (“Xoşbəxtlik həsrəti”ndəki Tərlandan başqa) real 
həyatda  yaşayırlar,  yəni  xəyalımın  məhsulu  deyil.  Obrazların  adı  şərti    olaraq 
dəyişdirilib.  Buradakı  hadisələr  Azərbaycanın  ucqar  kənd  və  rayonlarında 
cərəyan edir. “Zamanın öz  məlhəmi” povestində  isə  hadisələr Türkiyənin  ücqar 
kəndlərindən birində baş verir.  
Hər  bir  əsərin  məzmunu  və  ümumilikdə  aşıladığı  fikirlərin  cövhərində  mənim 
könül  çrpıntılarım,  həyat-ölüm,  sevgi-nifrət,  insanlıq-rəzalət,  xoşbəxtlik-
bədbəxtlik  haqqında  düşüncələrim  əks  olunub.  Hansılar  ki,  biz  həmişə  bu 
əksliklərin  arasındayıq,  onların  mübarizəsində  üstün  çıxanın  gətirdiyi,  bəxş 
etdiyi həyatı yaşayırıq.  
Bu  sayta  gəldiyim  ilk  andan  yazılarımı  Gülşən  xanımla  müzakirə  etdim,  fikir 
mübadiləsi  apardıq,  məsləhətlər  aldım  və  onun  məsləhəti  ilə  yazmaqda  davam 
etdim,  bu  yazılarım  ərsəyə  gəldi.  İndiyə  kimi  bu  yazdıqlarımı  ancaq  ailəmizdə, 
qohumlarımızda  oxuyurdularsa,  artıq  Qadın.net  saytı  öz  səhifələrində  paylaşıb, 
hissə-hissə dərc olunub. İndi isə onlar sayt layihəsinə əsasən vahid kitab halında 
sizlərə  təqdim  olunur.  Bilirəm  ki,  mənim  əsərlərimi  sevərək  izləyən  yüzlərlə 
oxucum var. Bunu mənə gələn məktublar sübut edir. Oxucu sevgisi arzu etdiyim 
ən  böyük  hədiyyədir.  Bu  hədiyyə  üçün  Selcan  (Ceylan  Mumoğlu)  xanıma  öz 
dərin  minnətdarlığımı  bildirirəm.  Əziz  oxucular,  ümid  edirəm  ki,  əsərin  əsas 
maziyyətlərini siz qiymətləndirəcəksiniz. Hər  bir  irad  və təkliflərinizi ehtiramla 
qəbul  edəcəyəm.  Bu  təklif  və  iradlar  mənim  gələcək  yaradıcılıq  yoluma  işıq 
tutacaqdır.  
Hörmətlə: Xəyalə Murad 
 


“Sevgi zərbəsi” roman 
Birinci fəsil 
 
    Sevginin  nə  olduğunu  bilmirdi.  Amma  bilirdi  ki,  valideynlərə  hiss  etdiyi 
sevgidən  çox  fərqli  bir  hiss  olmalıdır.  Sevginin  nə  olduğunu  bilən  rəfiqələri 
vardı.  Tez-tez  onları  bezdirərdi  sualları  ilə.  Yenə  də  doymurdu  aldığı 
cavablardan.  Kitablarda  oxuyurdu,  əbədi  səadətdən,  xoşbəxtlikdən.  Sevmək 
istəyirdi.  Çox  istəyirdi.  Son  zəngində  paralel  sinifdə  oxuduğu  oğlanlardan  biri 
onu  rəqsə  dəvət  etdi.  Həzin  musiqi  sədaları  altında  Səmra  ilk  dəfə  biri  ilə  rəqs 
edirdi.  Amma  təcrübəsiz  olduğunu  tərəf  müqabilinə  bildirmək  istəmirdi.  Rəqs 
etdikcə  onun  ürəyinin  döyüntülərini  eşitməyə  başladı.  sankı  "Səmra"  eşidilirdi, 
hər  döyüntüdə.  Gözləri  gözlərinə  sataşdı  özünü  itirdi  o  baxışlarda.  Sanki 
buludlar  üstündə  rəqs  edirdilər.  Musiqini  isə    ürək  döyüntüsü    əvəz  edirdi.  Hər 
ikisi ilk baxışdan aşiq oldular. 
 
Zaman keçdi... Universitet imtahanlarından hər ikisi kəsildi. Valideynləri səbəbi 
sevgilərində  gördü.  Sevgisi  üçün  günahlandırılmış  kimi  baxırdılar  Səmraya.  
Yenə  də  çox  sevdilər  bir-birlərini.  O  Səmra  üçün  hər  şeyə  hazır  idi.  Bircə 
evlənməyə  yaşları  çatmırdı.  Həm  də  imkan  yox  idi.  Gizlin  görüşürdülər 
Səmragilin  bağlarında,  hasar  başında.  Elə  görüşlərin  birində  zərbə  aldı  Səmra. 
Öyrəndi ki, sevdiyi uzaq səfərə çıxır. İşləyib, pul toplayıb qayıdacaq. Qayıdacaq 
ki,  evlənsinlər,  qovuşsunlar  bir-birlərinə.  Əvvəlcə  tərəddüd  etsə  də,  yola  gəldi 
sonunda,  Anladı  ki,  başqa  çarə  yoxdur.  Yolunu  son  nəfəsinədək  gözləyəcəyinə 
and içdi orda Səmra... O isə "Yolumu gözlə mütləq gələcəm, alıb aparacam səni, 
evimizin xanımı edəcəm. İnan mənə, sevgimizə ləkə gətirmə". 
 
Bir  neçə  ay  keçdi.  Lakin  Səmra  usanmırdı,  gözləyirdi  sevdiyini.  Bu  neçə  ayda 
elçi düşən də olmuşdu ona, amma anasına yalvardı, o da vermədi bircə balasını. 
Anası  qızının  sevgisindən  xəbər  tutmuşdu,  təsadüfən  gecə  ikən.  Səmranın 
yuxuda  dediklərindən  anlamışdı  hər  şeyi.  Bilirdi,  qızının  tərs  üzünü  dedisə, 
ondan başqasına getmərəm, demək getməzdi. Böyük əziyyətlə böyüdürdü qızını. 
Hər  istədiyini  almaq  üçün  gecə-gündüz  calışırdı.  Bütün  qəlbi  ilə  onu  xoşbəxt 
görmək istəyirdi.  


 
Bir  gün  telefonun  zəngi  calındı.  Səmra  şimşək  tək  cumdu  götürdü:  "Alo,  alo". 
Dəstəkdən bir kəlmə eşitdi: "Anamın gəlini olarsan?" Sevdiyinin səsini eşidib az 
qaldı  havalansın.  Demək,  artıq  vaxtı  gəldi,  sevdiyi  kifayət  qədər  pul  toplayıb 
vətənə  qayıdıb,  elçi  gələcək.  Bəli,  Səmra  sevincindən  uçurdu.  Odur  ki,  cavabı 
tərəddüd etmədən:  "Sevə-sevə" oldu.  "Onda hazırlaş, 5-ci  gün  vətənə dönürəm. 
6-cı gün sizə anamı göndərəcəm".   
Az  qalırdı  sevincindən  havalansın.  Yerə-göyə  sığmırdı.  Ona  qovuşacağı  günü 
gözləyirdi.  Beşinci  gün  gecə  elə  hey  bağda  gəzdi.  "Birdən  gələr  keçər,  ya  da 
axtarar,  görmərəm"  deyə.  Səhərə  kimi  ağacın  altında  oturduğu  yerdəcə  yatıb 
qaldı. Ayılanda artıq səhər açılmışdı. Başının üstündə əlində jaket tutmuş anasını 
gördü.  İzzah  etməyə  çalışdı  hər  şeyi,  amma  anasının  sakit,  qayğıkeş 
baxışlarından  hər  şeyi  bildiyini  anladı.  Üzündən  öpüb:  "Ana,  bu  gün  bizə  elçi 
gələcəklər. Razı olarsan?". Anası Səmranın saçlarına sığal çəkib: "Hə, qızım..." - 
dedi.  
 
Həmin  gün  yeni  aldığı  donunda  oturmuşdu  Səmra.  Gələcək  qaynanasına  özünü 
bəyəndirmək üçün gözəl görsənməyə çalışırdı. Birdən qonşuluğunda sevinc dolu 
səs-küy  eşitdi.  Divar  qonşusunun  hasarına  yaxınlaşıb  nə  baş  verdiyini  bilmək 
istəyirdi. Bu an elə bir aydın səmadan gəldi bir ildırım çaxdı ürəyinin başından. 
Ayağı  üzüldü  yerdən,  ət  kimi  oldu  bütün  bədəni.  Anası  olmasa,  yerə  dəyərdi.  
Hasardan gördüyü mənzərə dəhşət idi onunçün. Dili söz tutmasa da kəkələyərək 
azacıq " Sən xəyanət etdin mənə..." dedi. 
 
Hər şey aydın idi. Səmranın bütün qəlbi ilə sevdiyi insan indi hasar qonşusunun 
qızıyla  nişanlanırdı.  Sındı  qəlbindəki  güvən  hissi  köz  oldu,  ürəyi  dağ  basdı 
köksünə.  Evdən  çıxmadı  aylarca.  Təmizlik  xəstəsi  oldu,  durmadan  hər  tərəfi 
silib-süpürürdü.  Kimsənin  gözünə  baxmırdı.  Suala  cavab  vermirdi.  İçinə 
qapandı, tamamilə. Yox oldu həyat sevgisi..... 
 
 
İkinci fəsil 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə