F. H. Axundov amea-nın Mərkəzi Nəbatat bağı, "Ağac və kol bitkiləri" laboratoriyası



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə1/19
tarix01.02.2018
ölçüsü0,55 Mb.
#23397
  1   2   3   4   5   6   7   8   9   ...   19


 

UOТ:  633. 862. 4 

 

 

 



 

 

H.  S. HÜMBƏТOV    



 

 

 



 

 

BASMA  (İNDİGOFERA



 

(monoqrafiya) 

 

 

Monoqrafiya Azərbaycan Dövlət Aqrar Universiteti Elmi 



Şurasının 14 Mart  2012-ci il tarixli, EŞ - 08/2.8 saylı qərarı 

 ilə nəşr edilmişdir. 

 

 

 



 

 

 



 

 

 



 

B  A  K  I  -  2  0  1  2 

 

 



 

 



 

Elmi redaktor:  kənd təsərrüfatı elmləri doktoru

professor  İ. H. Cəfərov 

 

 



Rəy verənlər: 

 

ADAU-nun Torpaqşünaslıq, aqrokimya və ekoloji kənd təsərrüfatı kafed-



rasının professoru, k/t elmləri doktoru  F. H. Axundov 

 AMEA-nın Mərkəzi Nəbatat bağı, “Ağac və kol bitkiləri” laboratoriyası-

nın  aparıcı  elmi  işçisi, b. e. n. C. D. Mirzəliyev  

AMEA - nın Torpaqşünaslıq və  aqrokimya  institutunun “ Mineral gübrə-

lər  və  mikroelementlər  ”    laboratoriyasının    böyük    elmi    işçisi,    k/t    e.  n.          

T. S.  Abbasova   

ADAU- nun  Biologiya kafedrasının  dosenti, b. e. n. M.  Y.  Qəbilov   

 

 

 



 

H. S. Hümbətov.  Basma (İndigofera)  (monoqrafiya)  

 

Bakı: “Elm və təhsil”  nəşriyyat-poliqrafiya müəssisəsi  2012, 82 s. şəkilli 



  

 

Monoqrafiya  Azərbaycan  respublikasının  Gəncə  -  Qazax  və  Şirvan  bölgə-



ləridə  basma  bitkisi  üzərində  2001-  2004  -  cü  illərdə  aparılmış  elmi-tədqiqat 

işləri əsasında tərtib edilmiş və bu bitkinin bioloji, ekoloji, morfoloji, fizioloji 

və s. xüsusiyyətlərinin öyrənilməsinin nəticələrini əks etdirir. 

 Monoqrafiyada  basma  bitkisinin  (İndigoferanın)  becərilmə  texnologiyası, 

torpağın  təbii  münbitliyinin  qorunmasının  əsasları,  seleksiya  və  toxumçuluq 

məsələləri,  biçilmə  və  qurudulma  texnologiyasının  təkmilləşdirilməsi  və  s. 

ətraflı  şərh  edilmişdir.  Tədqiqatdan  bu  nəticəyə  gəlinir  ki,  basma  bitkisi  yerli 

şəraitdə becərilib istehsal edilsə, xaricdən respublikaya  basma tozu gətirilməsi 

məhdudlaşar, bu bitkinin becərilməsi ilə məşğul olan fermer təsərrüfatlarının və 

iş adamlarının iqtisadi göstəriciləri yaxşılaşar.  

Monoqrafiyadan müəllimlər, tələbələr,  fermerlər və iş adamları istifadə edə 

bilərlər.  Monoqrafiya  barədə  irad  və  təkliflərinizi  ADAU  -  nun  Bitkiçilik  və 

bitki mühafizəsi  kafedrasına göndərməyinizi xahiş edirəm. 

 

 



      H 

 qrifli nəşr              © “Elm və təhsil”  2012 




 

 



GİRİŞ 

Mövzunun aktuallığı. Yer kürəsinin təbii florası 500 mindən 

artıq  bitki  növünü  özündə  birləşdirir.  Bitki  məhsullarına  artan 

tələbat  yeni  sənaye  əhəmiyyətli  bitkilərin  yayıldığı  bölgələri, 

onların  məhsuldarlığının  yüksəldilməsini  və  yeni  beçərmə  zona-

larının  öyrənilməsini tələb edir. Bu baxımdan basma kimi cənaye 

əhəmiyyətli  bitkinin  öyrənilməsi  də  vacib  məsələlərdən  biridir. 

Son  illərdə  basma  boyayıcı,  kosmetik  və  təbii  dərman    preparatı 

kimi dünyada geniş tətbiq olunur.       

Basma bitkisini respublikamızda, o çümlədən Gəncə - Qazax 

və  Şirvan  bölgələrində  geniş  plantasiyalar  şəklində  becərməklə 

nəinki  respublikamızın  xaricdən  asılılığına  son  qoymaq  olar,  ha-

belə  bu  məhsulun  dünya  bazarına  çıxarılmasına  da  nail  olmaq 

mümkündür. Onu da qeyd etmək lazımdır ki, yerli şəraitdə becə-

rilib  istehsal  olunan  basma  tozu  keyfiyyət  göstəricilərinə  görə 

xaricdən  alınan  basma  tozundan  üstündür.  Odur  ki,  bu  bitkinin 

tədqiqat  apardığımız  bölgələrin  təbii  şəraitinə  uyğunlaşmasının 

öyrənilməsi  aktuallığı  baxımından  diqqətəlayiqdir.  Monoqrafiya 

Azərbaycan  Respublikasının  Gəncə  -  Qazax  və  Şirvan  bölgələri-

nin dağətəyi hissələrində qoyulmuş təcrübələrin nəticələrinin mü-

qayisəlii təhlili əsasında tərtib olunmuşdur. Azərbaycanın Gəncə - 

Qazax və Şirvan bölgələrində basma bitkisinin öyrənilməsinə həsr 

edilmiş bu elmi - tədqiqat işi ilk elmi əhəmiyyətə malik olan təd-

qiqatdır. 

Tədqiqatın  məqsədi  və  vəzifələri.  Basma  yeni  texniki  bit-

kilərdən ən qiymətlisi sayılır. Basma tozu xüsusilə qiymətlidir. Bu 

toz  əsas  saç  rəngləyicilərinin  içərisində  ən  geniş  istifadə  olu-

nanıdır. 

Basma  tozu  parça  və  xalçaların  rənglənməsində,  həmçinin 

tibdə  müalicə  vasitəsi  kimi  istifadə  edilir. Tədqiqatlar  göstərir  ki, 

Azərbaycanın  quru  subtropik  zonalarında  basma  bitkisinin  mü-

vəffəqiyyətlə  becərilməsi  və  onlardan  yüksək  məhsul  alınması 

mümkündür.  Bu  bitkinin  göstərilən  qiymətli  cəhətlərini  nəzərə 

alaraq onların respublikamızın Gəncə-Qazax və Şirvan bölgələrin-




 

 



də aqrobioloji və aqrotexniki xüsusiyyətlərinin araşdırılması qarşı-

ya məqsəd qoyulmuşdur. 



Elmi yenilik və nəzəri məsələlər. Aparılan tədqiqat işində əl-

də olunan yenilik ondan ibarətdir ki, ilk dəfə basma kimi qiymətli 

texniki  bitkinin respublikamızın Gəncə - Qazax və Şirvan bölgə-

lərində  də  becərilərək  keyfiyyətli  quru  yarpaq  və  toxum  məhsulu 

əldə edilməsinin mümkünlüyü və yolları öyrənilmişdir. 

Gəncə - Qazax və Şirvan bölgələrində basma toxumlarının sə-

pilməsi üçün ilk dəfə olaraq ən əlverişli səpin müddəti, səpin nor-

ması  və  toxumların   basdırılma  dərinliyi müəyyən edilmişdir. 

Basma  bitkisindən  yüksək  keyfiyyətli  toxum  və  yarpaq  məhsulu 

əldə  etmək  üçün  əlverişli  bölgələr  elmi  cəhətdən  araşdırılıb 

dəqiqləşdirilmiş,  hər  iki  bölgədə  basma  bitkisinin  çiçəkləmə  bio-

logiyası  və  meyvəvermə  xüsusiyyətləri,  yaruslar  üzrə  toplanmış 

basma toxumlarının laboratoriyada cücərmə enerjisi və qabiliyyəti 

öyrənilmişdir. 



Praktiki  əhəmiyyəti.  Hər  iki  bölgədə  (Gəncə  -  Qazax  və 

Şirvan) yetişdirdiyimiz basma bitkisindən topladığımız məhsullar 

Zaqatala  Ətriyyat-Kosmetika  fabrikinin  laboratoriyasında  analiz 

edilmişdir. Onun yüksək keyfiyyətə malik olması və mövcud stan-

dartın  (OCT  18-  19  -79)  tələblərinə  cavab  verməsi  təsdiq  olun-

muşdur. 


Azərbaycanın  Gəncə  -  Qazax  və  Şirvan    bölgələrində    gələ-

cəkdə  sənaye  miqyaslı  basma  plantasiyalarının  salınmasında, 

əlaqədar toxumçuluq təsərrüfatlarında,  yarpaq və toxum məhsulu 

əldə etmək üçün əlverişli təbii şəraitin  seçilməsində  tədqiqat ma-

teriallarından istifadə olunacaqdır. 

Tətbiqi.  Əldə  etdiyimiz  nəticələr  ADKТA  -  nın  Qovlar-Sarı 

təcrübə təsərrüfatında və Kürdəmir rayonundakı ”Həna” istehsalat 

kooperativinin  sahəsində  tətbiq  edilmiş  və  yaxşı  nəticələr 

alınmışdır. Тoxum və yarpaq məhsulu üçün plantasiyalarının ayrı-

lıqda  bölgələr  üzrə  salınmasına  dair  təkliflərimiz  gələcəkdə 

yaranacaq təsərrüfatlarda öz əksini tapacaqdır. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə