F k ö çərli a d ı na Res publ ika u ş a q



Yüklə 411,15 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü411,15 Kb.
#52658


F .K ö

çərli  a d

ı na  Res

publ ika

U ş

a q

  Ki t a

b xanas

ı

Seyfəddin Dağlının 95 illik yubileyi 

münasibətilə  hazırlanmış  metodik vəsait

                     Cəsarətli sənətkar 

                                 Bakı -2016

1



Tərtibçi:                                  Aynurə Əliyeva

                                     Sevil Əhmədova

Redaktor:                              Şəhla Qəmbərova

                               Əməkdar mədəniyyət işçisi

  

“Cəsarətli   sənətkar   -   Seyfəddin   Dağlı”.   Seyfəddin



Dağlının   95   illik   yubileyi     münasibətilə   uşaq

kitabxanaları   üçün   hazırlanmış     metodik   vəsait   /

tərt.ed. A.Əliyeva; red. və burax. məsul Ş.Qəmbərova;

F.Köçərli   adına   Respublika   Uşaq   Kitabxanası.-   Bakı,

2016.- 21 s.

                       



(C) F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016

2



                               Tərtibçi        

Elə   yazarlar   var   ki,  hər   bir   əsəri   oxucu

tərəfindən   maraqla   qarşılanır   və   heç   vaxt   öz

aktuallığını itirmir. Belə sənət-söz ustadlarından biri də

yazıçı  Seyfəddin   Dağlıdır.   Azərbaycan   ədəbiyyatının

və mətbuatının inkişafında böyük xidmətləri olan naşir,

publisist, dramaturq, tərcüməçi Seyfəddin Dağlının  bu

il anadan olmasının 95 ili tamam olur. 

Ötən   əsrin   60-70-ci   illərindən   başlayaraq

Seyfəddin Dağlının qələmindən çıxan hər bir əsər həm

ədəbi içtimaiyyət, həm də oxucular tərəfindən maraqla

qarşılanar,  sevilə-sevilə   oxunardı.  Özünəməxsus

yaradıcılıq   üslubu,   dadlı-duzlu,   yumorlu   dili   onu

həmkarlarından fərqləndirirdi. O, hər bir əsər üzərində

yorulmadan  çalışar,   hər   kəlmə  və  ifadəyə   görə

məsuliyyət hissi keçirərdi Həyat həqiqətlərinə sadiqlik

Seyfəddin Dağlının əsərlərinə təbiilik və işıq gətirirdi. 

Cəmi   62   il,

    lakin  

mənalı   ömür   yaşadı.  Həm

gözəl insan və yazıçı, həm də həyat yoldaşı, ata, dost

kimi ürəklərdə bir işıq selinə döndü. 

      Yazıçının   95  illik   yubileyi  ilə   bağlı  hazırlanan  bu

vəsait iki hissədən ibarətdir. I hissə S.  Dağlının həyat

və   yaradıcılığından   bəhs   edir.   II   hissədə  isə  onun

yubileyi   ilə   bağlı   keçirilə   biləcək  tədbirlər  barədə

söhbət açılır.  

3



Həyat və yaradıcılığı

        


Seyfəddin   Dağlı   (  Seyfəddin   Əliağa   oğlu

Abbasov)   1921-ci   il   avqustun   27-də   Xızıda   dünyaya

göz açıb.

 

O, körpə ikən anası Qəmər xanım vəfat edib.



Atası   Əlağa   Abbasov   dövlət   qulluqçusu   olub  və

müxtəlif rayonlarda işləyib. Buna görə də uşaq babası

Bəhlul   kişinin   ümidinə   qalıb.   Bir   müddət   sonra

Seyfəddinin atası ailə qurub. Buna baxmayaraq balaca

Seyfəddini   yenə   babası   saxlayıb.  Bir   neçə   il   sonra

Seyfəddin  ailəsi   ilə  Bakıya   köçüb.   Orta   məktəbi   də

şəhərdə oxuyub.    Əmək fəaliyyətinə hələ tələbə ikən

“Kommunist” və “Ordu” qəzetlərində başlayıb. Sonralar

Dövlət Radio Komitəsində baş redaktor (1956-1959),

Bakı   Telestudiyasının   direktoru,  sədr   müavini,  uzun

müddət   “Kirpi”   jurnalının   baş   redaktoru  və  “Yazıçı”

nəşriyyatında   redaktor   işləyib.   1948-ci   ildə   “Dəniz

kəşfiyyatçısı” adlı ilk kitabı nəşr edilib. “Adı sənin, dadı

mənim”,   “Aydınlığa   doğru”,   “Mənziliniz   mübarək”,

“Təzə   gəlin”,   “Kölgələr   pıçıldaşır”   pyesləri,   “Bahar

oğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” və s. kitabları

ilə   oxucularin  rəğbətini   qazanıb.   Pyesləri    Akademik

Milli  Dram   Teatrı  və  Gənc  Tamaşaçılar  Teatrında

dəfələrlə tamaşaya qoyulub.

Filmoqrafiya

1. “Onun bəlalı sevgisi” (film, 1980)

4



2. “Qayınana” (film, 1978)

3.  “Adı   sənin,   dadı   mənim”  (film,   1980)   (tammetrajlı

televiziya tamaşası) (Aztv)

4. “Gecəniz xeyrə qalsın” (film, 1977)

5. “Kommunist” (film, 1969)

6. “Solmaz bir bahar kimi” (film, 1979)

  Seyfəddin   Dağlının   95  illik   yubileyi   ilə  bağlı

kitabxanada

 

kitab


 

sərgisinin 

keçirilməsi

məqsədəuyğundur.   Sərgiyə   müxtəlif   başlıqlar   verilə

bilər.   Bunlardan     “İstedadlı   yazıçı  Seyfəddin   Dağlı”,

“Şirin və duzlu qələm sahibi -

 

Seyfəddin Dağlı”, “Ustad



və   cəsarətli   sənətkar”,   “Babam   söz   verib   ki,   sabah

gələcək”,   “Xalqa   bağlı   yazıçı”,   “Faciədən   doğan

qəhqəhə” və s. misal göstərmək olar.

 

Bununla yanaşı,



ədibin müxtəlif illərdə çəkilmiş foto-şəkillərindən ibarət

stend  hazırlana və  kitabları sərgidə öz yerini ala blər.

Müxtəlif   ədiblərin  yazıçı  haqqında   yazdığı  yazılar,

onun   yaradıcılığı   və   şəxsiyyəti   barədə  söylədikləri

fikirlər, şeir parçaları da sərgidə təqdim oluna bilər. 

5



Görkəmli   şəxsiyyətlərin   yazıçı   haqqında

söylədikləri

Dünyamız,  sözün həqiqi mənasında,  gözəl bir insanı

itirdi. 

               Cabir Novruz,



                  Xalq şairi.

 

6




  Ötən əsrin ortalarında yandırdığı “Məşəl” in odu elə

sönməz oldu ki, onun hər parçasından qopan qığılcım

bu yazıçını sevən oxucuların qəlbinə nur kimi axdı.  

                    Flora Xəilzadə,



                                           Əməkdar mədəniyyət işçisi.

  Seyfəddin   Dağlı   hələ   sağlığında   onu   tanıyanların

qəlbində özünə abidə ucaldıb. 

          Ədalət Mehdiyev,



                jurnalist.

    Kitabxanada

 

Seyfəddin Dağlının kitablarından ibarət



sərgi   təşkil   olunur.   Kitabxanaçı   sərginin   ətrafında

oxucularla söhbət keçirir. Tədbir zamanı  yazıçının özü

və kitabları haqqında oxuculara məlumat verilir. 

Kitabxanaçı:  -   XX   əsr  Azərbaycan   nəsrinin   sevilən

imzalarından biri  Seyfəddin Dağlı haqqında danışmaq

bədii sözün sirlərinə bələdlik və intelektuallıq tələb edir.

Ədəbiyyatımıza bir sıra dəyərli dram əsərləri, romanlar,

povestlər, çoxlu sayda hekayə, yumoristik   novella və

tərcümələr   bəxş   etmiş   yazıçının   bədii   dünyası

zənginliyi   və   təkrarsızlığı   ilə   diqqəti   çəkir.   Onun

əsərlərində   hər   şey   canlı   təsir   bağışlayır,   inandırıcı

görünür.   Sözün   dəyərini   və   çəkisini   bildiyi   üçün

yazdıqlarının   arxasında   bəlli   bir   niyyət   durur.   Bütün

zamanlarda   yazıçının ədəbi  qüdrəti ilə yanaşı, onun

şəxsiyyəti, kimliyi, mövqeyi maraq doğurub. İnanırıq ki,

neçə illər ötsə də onun əsərləri geniş oxucu kütləsinin

7



marağını çəkəcək, dəyişən, yeniləşən zamanla birlikdə

təzəliyini və təravətini qoruyub saxlayacaq... 

    Yazıçı  Seyfəddin Dağlı ədəbi fəaliyyətə hələ tələbə

ikən, otuzuncu illərin sonlarında oçerk və felyetonlarla

başlamışdır.  O,  Böyük  Vətən  Müharibəsi   illərində

orduda xidmət etmiş, həm də faşizm əleyhinə felyeton

və   satirik   hekayələr  yazmışdır.   Sovet   Ordusu

sıralarında   İranda   olarkən   Cənubi   Azərbaycan

mövzusunda   yazdığı   hekayələri   “Məşəl”   kitabında

(1950-ci   il)  toplanmışdır.  Sonralar  yazdığı   satirik

əsərlər  isə  “Hekayələr”   (1956),   “Sabiqlər”   (1960),

“Göyçək oğlan” (1965) kitablarında  oxuculara təqdim

edilmişdir.

 Satieik   ruhda   yazdığı

 “Vergülağa

Nöqtələrov” əsəri 1956-cı ildə “Azərbaycan” jurnalında,

“Absətələni   avsayt   öldürdü”   povesti   isə   1965-ci   ildə

“Bakı”   axşam   qəzetində   dərc   olunmuşdur.   Bu

əsərlərdən   birincisi   “Karyera   Noqtalorova”   adı   ilə

Moskvada,  “Sovetsi pisatel” nəşriyyatında rus dilində

nəşr   edilmişdir.   Həmin   ildə   “Pravda”   nəşriyyatında

“Biblioteka   Krokodila”   seriyasından   yazıçının   hekayə

və   felyetonları   da   kitabça   şəklində   kütləvi   tirajla

buraxılmışdır. 

S. Dağlı satirik olmayan gözəl əsərlər də qələmə alıb.

Məsələn,   onun   böyük   dramaturq   Cəfər   Cabbarlıya

həsr   olunmuş   “Bahar   oğlu”   və   Cənubi   Azərbaycan

qadınlarının ağır həyatından bəhs edən “Gəcil qapısı”

romanları    oxucu   sevgisi   qazanıb.   Dramaturgiya

sahəsində də qələmini sınayan S.Dağlının “Aydınlığa

8



doğru”   dramı   və   “Adı   sənin,   dadı   mənim”   satirik

komediyası   tamaşaya   qoyulmuşdur.   “İpək   və   gül”

(1971) kitabı hekayələr toplusudur. Kitab satirik, eyni

zamanda tərbiyəvi xarakter daşıyır. Seyfəddin Dağlının

Yaylaq   qayğıları”  kitabında   (1974)   roman  və

felyetonları ilə bərabər, son hekayələri də toplanmışdır.

Əsərlərinin  bir qismində müasirliyimizin yüksək əxlaqi

keyfiyyətləri,   yaxşı  insanların  gözəl  əməlləri   qələmə

alınmış, digər qismində, xüsusən satirik hekayələrində

cəmiyyətimizə   yad   ünsürlərin   eybəcər   sifətləri   tənqid

və   gülüş   hədəfinə   çevrilmişdir.   1971-ci   ildə  “Aldada

bilməzsən,  1988-ci ildə  isə  “Şirin duz”  kitabı işıq üzü

görmüşdür.  Oxucu   kütləsinin   məhəbbətini   qazanmış

“Şirin duz” kitabı yazıçının son əsəridir. Roman Böyük

Vətən   Müharibəsindən   sonra  əmək  meydanında

gedən   gərgin   mübarizəyə,   Muğan   düzünün   şoran

torpaqlarının yararlı hala salınmasına, insanların həyat

tərzində, daxili aləmində baş verən dəyişikliklərə, yeni

həyat uğrunda mübarizəyə həsr olunmuşdur. 

  Seyfəddin   Dağlınınn   1981-ci   ildə   nəşr   olunmuş

Mənziliniz   mübarək”   kitabı   povestlər,   pyes   və

hekayələr   toplusudur.  Onun   bu   kitabında   müasir

həyatımızı əks etdirən pyesləri, şahlıq rejimi dövründə

İran   xalqının   milli-azadlıq   hərəkatından   bəhs  edən

nəsr   əsərləri   toplanmışdır.    Yazıçının  yaradıcılıq

üslubu,   yadda   qalan   canlı   obrazları,   dadlı-duzlu

yumoru,   dilinin   saflığı   və   səlisliyi   onun   əsərlərini

fərqləndirən   əsas   keyfiyətlərdir.   Seyfəddin   Dağlının

1991-ci  ildə  nəşr  edilmiş  “Seçilmiş əsərləri”  oxucular

9



tərəfindən rəğbətlə qarşılanmış kitablarındandır. Kitaba

onun   satirik   və   yumoristik   əsərlərindən   nümunələr,

böyük   sənətkarımız   Cəfər   Cabbarlının   ömür   yolunu

əks etdirən “Bahar oğlu” romanı daxil edilmişdir. 

Yazıçını və onun əsərlərini  oxuculara tanıtmaq

məqsədilə   kitabxanaçı  əvvəlcə  bir   neçə   məktəblə

əməkdaşlıq edir.  O, şagirdləri, xüsusən də, yuxarı sinif

şagirdlərini   kitabxanaya   cəlb   etməklə,  S.Dağlının

əsərləri   ilə   tanış   edir.  Şagirdlər  yazıçının  əsərlərini

oxuyub, onun yaradıcılığı ilə yaxından     tanış olurlar.

Daha   sonra   bir   sıra   tədbirlərin   keçirilməsə  üçün

müəyyən olunmuş tarixdə oxucular kitabxanaya  dəvət

edilirlər.  Həmin  vaxt   ərzində   kitabxanaçı   yuxarı   sinif

şagirdləri ilə  Seyfəddin  Dağlının  bir  sıra hekayələrini

səhnələşdirə   bilər.  Biz   nümunə   olaraq  S.Dağlının

sevilən   əsərlərindən olan  “Bərbərin  səyi, müştərinin



dərdi”     və   “Doğurdanmı”  adlı   hekayələri   əsasında

hazırlanmış səhnəciyi təqdim edirik.  



 Öncə səhnə  əsərlərə uyğun olaraq dekorasiya edilir.

İştirakçılar   canlandırdıqları     obrazların   paltarlarına

uyğun geyinirlər.   Əvvəlcə  “Bərbərin səyi, müştərinin

dərdi”   hekayəsi   səhnələşdirilir.   Səhnədə   bərbərxana

və   burada   çalışan   bərbərlə   müştəri   görünməyə

başlayır. Aparıcı səhnəyə yaxınlaşaraq  sözə başlayır:

Aparıcı:  - Bərbər səylə müştərinin saçını vurub başını

düzəltdi. Qarşılarındakı böyük güzgüyə baxdı və orada

əks   olunmuş   sir-sifətin   əhval-ruhiyyəsindən   dərhal

anladı ki, müştəri onun işindən xeyli razıdır. Usta da

10



özündən razı halda   miz üzərindən götürdüyü balaca

güzgünü   müştərinin   başının   arxa   hissəsinə   tutaraq

boynunun   arxa   hissəsini   ona   göstərdi.   Birdən   qarşı

güzgüdən sir-sifət turşudu, qaşqabaq sallandı. Müştəri

kəskin hərəkətlə ayağa qalxdı, yaxasındakı ağ dəsmalı

sinəsindən   qoparıb   kürsüyə   çırpdı.   Bərbər   təəccüb

içində soruşdu:

Bərbər: - Nə olub, əzizim? Məgər boynunuzun arxasını

yaxşı düzəltməmişəm? 



Aparıcı: - Müştəri onu çəp-çəp süzüb fısıldadı:

Müştəri:  -  Məgər   səndən   xahiş   elədim   ki,   başımın

arxasını mənə göstərəsən. 



Bərbər:  -Dedim   bəlkə   bir   əyər-əskiyi   var,   görüb

deyəsiniz düzəldim. 



Aparıcı:  -  Müştəri   sağ   əlini   yuxarı   qaldırdı,   şəhadət

barmağını   açıb   əsəbiliklə   təpəsinə   vurdu.   Səsini   lap

ucaltdı:

Müştəri:  -  Hə,   buyur   düzəlt   bunu   görüm   necə

düzəldirsən!..  



Aparıcı:  -  Bərbər yalnız indi fərqinə vardı ki, illərdən

bəri saçını düzəltdiyi tanış başın ortasında ona tanış

olmayan təptəzə bir daz peyda olubdur. Heç şübhəsiz,

müştəri də  öz dazını ilk dəfə indi görürdü və elə onun

kefini   pozan   da   bu   daz   idi.   Bərbərin   darağı   dərhal

dazın üstünü aldı:



Bərbər: - Bu saat üzərini örtərəm. 

Aparıcı: - Müştəri dərindən ah çəkdi:

Müştəri:  -    Gördüm də... Ürəyimə xal salandan sonra

nəyi gizlədəcəksən?!

11



Daha   sonra   tamaşaçılar   ikinci   səhnəciyə   baxmağa

başlayırlar.   “Doğurdanmı”   adlı   səhnəciyin   səhnə

dekarasiyası hazır edildikdən sonra   aparıcı səhnəyə

yaxınlaşır. 

Aparıcı:  -  Yazıçı   kiçik   bir   yumoristik   hekayə   yazıb

redaksiyaya   təqdim   etdi.   Bir   aydan   sonra   o,   məsul

katibdən belə bir cavab aldı:

Məsul   katib:  -  Təəssüf   ki,   hekayəniz   məsul

redaktorumuzun   xoşuna   gəlmədi.   O   buyurdu   ki,

hekayə   gülməli   deyil   və   ümumiyyətlə   qəzet   üçün

yaramaz. 



Aparıcı: - Bir müddətdən sonra, həmin məsul redaktor

“sabiq” oldu. Daha bir neçə gün sonra köhnə tanışlar

rastlaşdılar.   Sabiq   məsul   redaktor   uzaqdan

hırıldayaraq, əlini yumoristə uzatdı:



Redaktor:  -  Təbrik edirəm!-  dedi.- Bilsəniz, sizin təzə

hekayənizi   mənim   köhnə   qəzetimdə   oxuyarkən   nə

qədər   gülmüşəm,   həm   də   təkcə   mən   yox.   Bütün

evdəkilər qəzeti oxuyub xorla qəhqəhə cəkdilər. Afərin!

Bir   an   sükutdan   sonra   səsinə   ciddi   ahəng   verərək

əlavə  etdi:

- Heyif ki,  mən redaktor olanda  belələrini yazmırdınız.

Aparıcı: -Yumoristin gözləri hədəqəsindən çıxdı:

Yumorist:  -  Bu   elə   həmin   hekayədir   ki,   siz     geri

qaytarmışdınız. Heç özüm də bilmirəm, təzə redaktor

onu haradan axtarıb tapıb. 

Aparıcı: 

-Sabiq   redaktorun   siması   dəyişdi,

dodaqlarının ucu əyildi:  

12



Sabiq   redaktor:  -   Doğurdanmı?..   –deyə   əsəbi   halda

fısıldadı.-Ancaq...   Bəs,   vaxtı   ilə   geri   qaytarılmış   bir

hekayəni indi çapa verməyə necə cəsarət eləyiblər?!

 Görkəmli yazar Seyfəddin Dağlının 95 illik yubileyi ilə

bağlı  keçirilə  biləcək  maraqlı   tədbirlərdən   biri   də

“Aydınlığa   doğru”  adlı   ədəbi-bədii   gecədir.   Gecəyə

ədib və yazarlar,  sənət-söz adamları, oxucular  dəvət

olunurlar.   Qonaqlar   ədibin   şəkilləri  və  müxtəlif   adda

əsər başlıqları yazılmış çərçivərələrlə bəzədilmiş zalda

əyləşirlər.   Ədəbi-bədii   gecəyə   keçid   almaq   üçün

aparıcılar səhnəyə yaxınlaşır.



I   aparıcı:  -  Salam,   dəyərli   qonaqlar,   mütaliyəsevər

oxucular, bu  gözəl   gülüş   dolu,  düşüncə  dolu   tədbirə

xoş   gəlmisiniz.   Bu   gün   buraya  gözəl   yazıçımız

Seyfəddin   Dağlının   95  illik   yubileyi   münasibətilə

yığışmışıq. Onun keçdiyi zəngin yaradıcılıq, məna dolu

ömür   yoluna,  işıqlı  dünyasına  səyahət   üçün  yazarın

bu sözlü, gülüş dolu gecəsinə toplanmışıq. 

II   aparıcı: 

-  


Seyfəddin   Dağlı  yaradıcılığı  XX   əsr

ədəbiyyatımızda   bir   məktəbdir.

 O, 

elə


sənətkarlardandır ki, onların həyat yolu yaradıcılıq yolu

qədər, yaradıcılıq yolu isə həyat yolu qədər maraqlı və

zəngindir. Yaradıcılığa şeirlə başlayan Seyfəddin Dağlı

məşhur   şair   olmasa   da,   duzlu-məzəli   misralar

yazmışdır.  Ustad bəstəkarımız   Cahangir Cahangirov

onun   neçə-neçə   şeirinə   musiqi   bəstələmişdir. Amma

Seyfəddin Dağlı ədəbi aləmdə ustad nasir, gözəl satirik

hekayələr  müəllifi,   felyetonçu   və   publisist   kimi

tanınırdı. 

13



I   aparıcı:  -  Dramaturgiya   sahəsində   də   qələmini

sınayan müəllifin bir neçə pyesi  teatrlarda tamaşaya

qoyulmuşdu.  Bu   əsərlər   uzun   müddət   repertuardan

düşməmiş, televiziya kanallarında maraqla izlənmişdi.

1956-1959-cu illərdə Dövlət Teleradio Komitəsində baş

redaktor,   sonra   “Bakı”   telestudiyasının   direktoru   və

sədr müavini işləmişdir.    O,  həm də uzun illər  “Kirpi”

satira   jurnalının  baş   redaktoru   olmuşdur.  1980-cı   ilin

mayından   ömrünün   sonunadək

 isə


 “Yazıçı”

nəşriyyatında   redaktor   işləmişdir.   Seyfəddin   Dağlı

1983-cü il yanvar ayının  18-də dünyasını dəyişmişdir.

I aparıcı: - Onun ilk kitabının adı “Məşəl” idi. Hər dəfə

bu   əsəri   yenidən   oxuyanda   müəllifin   cəsarətinə,

vətəndaşlıq  qayəsinə, qətiyyətinə, ana dilimiz uğrunda

apardığı mübarizəyə heyran  olursan. 1937-ci ilin ağır

xofunun ovqatlardan çəkinmədiyi bir məqamda -1948-

ci   ildə   Seyfəddin   Dağlı   qələmə   aldığı   hekayəsində

yazırdı:  

(Aparıcılar   səhnədən   ayrılır,   əsərə   uyğun   səhnə

bəzədilir.   Üç   oxucu   iştiraskçı   qismində   səhnəyə

yaxınlaşıb əsərdəki obrazları canlandırırlar).

I oxucu: - Siz buyurduğunuz şairlərin dili uşaqlar üçün

qəlizdir,   bu   tifillər   onları   başa   düşmürlər,   cənab

müfəttiş, bunlara anlayacaqları dildə kiçik, sadə şeirlər

gərəkdir. 



 II oxucu: - Hansı dildə dedin?

I oxucu:  - Vətən dilində.

II oxucu:  - Yəni...

I oxucu:  - Ana dilində. Azərbaycan dilində... 

14



III oxucu: - Bu sözləri eşitcək müfəttiş qəzəbli gözlərini

geniş   açdı,   sürətli   nəzərlərini   dolandırıb   vəhşi

baxışlarla sinfi  -  uşaqları, küsürləri, masanı süzməyə

başladı. Elə bil Azərbaycan daş-torpağından tikilmiş bu

otağı bir ləhzədə uçurub yer ilə yeksan etmək istəyirdi.

Müfəttişin   bu   baxışları   birdən   müəllimin   masası

üstündəki   kitaba   zilləndi.   O,   quduz     hərəkətlə   kitabı

qamarladı,   burnunun   ucuna   qədər   aparıb   bərkdən

bağırdı. 

II oxucu:  - “Vətən dili”?  Olmaya sən bu dili deyirsən,

gədə?!


III   oxucu:  -  Müəllim   zorla   hirsini   boğub   təmkinlə

səsləndi:



II oxucu: - Bəli, cənab, həmin dili... 

I oxucu: - Bəs onda, ala! Bu sənin dilin, bu da kitabın,

şeirin!.. Pədər süxtə!.. 



III oxucu: - Müfəttiş  bir anda əvvəl kitabı cırıb ayaqlar

altına   atdı,  sonra   da   tələsik   əski   parçasını   qapıb

lövhəni silməyə başladı...

II aparıcı: - Seyfəddin Dağlı bu hekayəsində baş verən

hadisələri özündən uydurmamışdı. O, ordu sıralarında

xidmət   edərkən   Təbrizdə   olmuş,   şagirdlərin   gözü

qarşısında kitablardan çatılmış tonqalları öz gözləri ilə

görmüş,   azərbaycanlı   müəllimlərin   faciəli   taleyini

qələmə almışdır. 

  Müəllifin yaradıcılığını tədqiq edərkən iki hal diqqəti

cəlb   edir:   Seyfəddin   Dağlı   Arazın   o   tayındakı

soydaşlarımızın   taleyi   ilə   bağlı   müntəzəm   əsərlər

yazmış,  bacı-qardaşlarımızın  cətin güzəranı onu heç

15



zaman rahat buraxmamışdır. “Kəcil qapısı” romanı da

məhz Cənubi  Azərbaycan həyatına həsr edilmişdir. 



I aparıcı: - Olduqca həssas, dərin yazıçı müşahidəsinə

malik   olan

 

Seyfəddin   Dağlı   satirik   hekayələrində



kimlərə   gülürdü?   İlk   növbədə   fırıldaqçılara,

hiyləgərlərə,   rüşvətxorlara.   Onun   tənqid   hədəfləri   öz

müasirləri   idi.  O,  bu  hekayələrində   mənfi   tipləri   çox

aydın,   sadə   bir   dillə   və   məharətlə   gülüş   hədəfinə

çevirərək, onları bu yolla islah etməyə calışırdı. Yazıçı

“Rüşvətdar” adlı hekayəsində sadəcə gülməli vəziyyəti

təqdim   etmir,   həm   də  öz   qəhrəmanının   gülməli

vəziyyətinə bir növ ağlayır. Əli rüşvət verməyə alışmış

bu tipin ailəsi çox acınacaqlı vəziyyətdə yaşayır. 



II   aparıcı:  -  Seyfəddin   Dağlı   dramaturq   kimi   də

məhsuldar   idi.   Müəllifin   “Adı   sənin,   dadı   mənim”,

“Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”,

“Kölgələr pıçıldaşır” və başqa dramları respublikamızın

müxtəlif  teatrlarında   tamaşaya   qoyulmuşdu.   1979-cu

ildə onun ssenarisi əsasında  “Bahar kimi solmaz” filmi

də çəkilmişdi. 

  Çoxcəhətli   yaradıcılığı   ilə   seçilən   Seyfəddin   Dağlı

çoxlu   sayda  başqa   xalqların  ədəbi   nümunələrini

dilimizə   çevirirdi.  Onun   əsərləri  də  müxtəlif   dillərə

tərcümə edilirdi. 

I aparıcı:  -  Seyfəddin Dağlı sağ olsaydı,  yəqin ki,  bu

gün də onun yaxdığı əsərlər rəngarəng və yeni ruhda

olardı.   Sovet   hökumətinin   ağır   təzyiqlərinin   və

məhdudiyyətlərinin hökm sürdüyü bu dövrdə quruluşun

diktəsindən   doğan   nöqsanlara   gülmək,   qüsurları   dilə

gətirmək,   ziddiyyətli   həyat   tərzini     təsvir   etmək

16



yazıçıdan   böyük   cəsarət,   qətiyyət   tələb   edirdi.

Seyfəddin   Dağlı,  sözün   həqiqi   mənasında,  ustad   və

hünərli   sənətkar   idi.   O,   sözünü   elə   məqamda,   elə

məharətlə   deməyi bacarırdı   ki, hətta ondan  narazı

qalan   da   ciddi   şəkildə   öz   etirazını   bildirməkdən

cəkinirdi.   Bu, usdadın qələminin məharəti ilə bağlı idi.



I aparıcı:  -  Yazıçı bu fəaliyyətini “Kirpi” jurnalında da

məharətlə   davam   etdirmişdir.   Onun   redaktorluğu   ilə

nəşr   olunan   satirik   jurnalın   səhifələrində  bəzən  elə

qəm dolu gülüş, qəhqəhəli faciə notlarına rast gəlirsən

ki,  həmin yazılara görə  bir daha bu böyük sənətkarın

yazıçılıq,   jurnalistik   qüdrətinə   məftun  olursan.

Məlumat   üçün   deyək   ki,  Seyfəddin   Dağlı   novella

ustası, böyük türk satiriki Əziz Nesinlə uzun müddət

dostluq   etmişdi.   Ə.  Nesin  söhbətlərində   bildirirdi   ki,

məni Azərbaycana çəkən, ona vurğun edən Seyfəddin

bəy   olub...  İnamla   demək   olar   ki,  Əziz   Nesin   türk

ədəbiyyatı   üçün   hansı   xidmətlərin   sahibidirsə,

Seyfəddin Dağlı da Azərbaycan ədəbiyyatında həmin

statusa, dəyərə malik yazıçıdır. 



II   aparıcı:   -  Seyfəddin   Dağlı   ömrü   boyu   sadə,

təvazökar   olub.   O,  heç   vaxt   kimdənsə  nə   təltif

gözləyib, nə də mükafat barədə düşünüb. Yazıçının ən

böyük   mükafatı   xalqı   tərəfindən   sevilməsidir.  O,   bu

sevgini şirin yumorlu, məzmunlu və mənalı əsərləri ilə

qazanıb. Azərbaycan ədəbiyyatında özünəməxsus yer

tutmuş Seyfəddin  Dağlı onu  tanıyanların  qəlbində bu

gün  işıqlı obrazı  ilə yaşayır. “Qələm tutan barmaqları

düyün-düyün   idi.   İllər   boyu   bu   düyünlü   barmaqları

müşahidə etmişdim və onlara həsəd aparmışdım. Bu

17



düyünlər   üç   günün,   beş   günün   deyildi.   Əlinə   qələm

aldığı   vaxtdan   qabarlanıb   düyünə   dönmüşdü   o

barmaqlar... Vərəqlər onun tarlası,   qələm xışı, kotanı

idi”   (Ağasəfa).   Buna   görə   də   səpdiyi   toxumlar

göyərirdi...

I aparıcı: - Ötən əsrin ortalarında yazıçının qələmindən

çıxan  əsərlər  onu  sevən  oxucuların  qəlbinə nur kimi

axırdı.  Bu  əsərlər  yazıçının   Vətənə,  xalqa  bağlı

ürəyinin ərməğanı idi.  



II   aparıcı:  -  Seyfəddin  Dağlı   az  yaşadı,   ömür  payını

başa vurduqdan sonra  həyatı şirin  bir nağıla çevrildi.

Lakin  hazırda o,  ikinci ömrünü  “yaşayır. Bu, hər kəsə

qismət   olmayan   sənətkar   ömrü,   dost   ömrü,   həqiqi

insan ömrüdür.

 

I aparıcı:

- Birdən qəm gətirdi familin, adın, 

Bizi tərk elədin, bizi nədəndir?

Sən öləndən sonra yaxşı olmadın, 

Sən elə sağ ikən yaxşı adamdın.

Yaxşı xırda sözdür sənin yanında, 

Böyükdün, billurdun məhəbbətinlə.  

Səhfsiz adam olmur guya cahanda, 

Amma sən səhfsizdin öz xilqətinlə.

Sən bizim mötəbər ustadımızdın,

Gülüşlü, məzəli həyatımızdın.

Daha heç  bir zaman dinməyəcəksən,

Şirin xatirəsən daha bu gündən,

Bilirik: geriyə dönməyəcəksən! 

 Axı kim dönüb ki, dönəsən sən də... 

                

Cabir Novruz

18



Əsərləri

Latin qrafikası ilə

Adı sənin, dadı mənim // Azərbaycan dramaturgiyası 

antologiyası. 4 cilddə. - B. : Şərq-Qərb, 2007. - C.2. - 

S. 338-388. 

Bahar oğlu... Novruza yetişmədi... : yazıçı, publisist 

Cəfər Cabbarlı haqqında // Qobustan. - № 1. - S. 19-

21. 

Kiril qrafikası ilə

Aldada bilməzsən : hekayələr və povestlər. - Bakı : 

Azərnəşr, 1977. - 296 s. 

Bahar oğlu : roman. - Bakı : Gənclik, 1971. - 295 s. 

Hekayələr və rоmаn. - Bakı : Azərnəşr, 1992. - 384 s.

İpək gül : Hekayələr, novellalar və yumoreska. - Bakı : 

Azərnəşr, 1971. – 178 s. 

Mənziliniz mübarək : pyeslər, povest və hekayələr. - 

Bakı : Yazıçı, 1981. - 279 s. 

Məşəl yanır : hekayələr, povest və poman. - Bakı : 

Yazıçı, 1985. - 360, [1] s. 

Şəkərlilər : povest və hekayələr. - Bakı : Gənclik, 1978.

- 176 s. - 

Şirin duz : roman. - Bakı : Azərnəşr, 1988. - 214, [2] s

Vergülağa və Absətəli : roman və povest. - Bakı : 

Azərnəşr, 1966. - 291 s. 

Yaylaq qayğıları : roman-felyeton və hekayələr. - Bakı :

Gənclik, 1974. - 192s.

 

19



HAQQINDA

Abbaslı T.  Seyfəddin Dağlı // Mədəniyyət. - 2013. - 16 

yanvar. - № 3. - S. 13. 

Abbaslı T. Əbədi "Köhnə Kişi" : ədəbi-bədii, satirik-

yumoristik qələmi,şəxsi-ictimai aləmilə xalqa bağlı - 

Seyfəddin Dağlı... // Mədəniyyət. - 2015. - 26 avqust. - 

№ 64. - S. 15. 

Ənvəroğlu. Cabbarlıya vurğun adam : Seyfəddin 

Dağlının Cəfər Cabbarlı haqqında düşüncələri // 

Qobustan. - 2014. - № 1. - S. 19. 

Hacızadə N. Yaddaşımda yaşayan Seyfəddin Dağlı // 

Yada düşdü. - B. : Araz, 2008. - S. 296-311. 

Hacızadə N. Yaxşılıq üçün yaranmışdı : Seyfəddin 

Dağlı - 90 // Yada düşdü. - 2012. - № 2. - S. 12-18. 

Xəlilzadə F. Ustad və cəsarətli sənətkar : Seyfəddin 

Dağlı - 90 // Azərbaycan. - 2011. - 23 avqust. - № 185. 

- S. 5. 

Xəlilzadə F. Düyünlənmiş barmaqlar : yazıçı Seyfəddin

Dağlı haqqında // Kaspi. - 2013. - 4-6 may. - № 79. - S.

16. 


Vahid T. Şirin və duzlu qələm sahibi : Seyfəddin Dağlı -

90 // Mədəniyyət. - 2011. - 26. 08. - № 63. - S. 7. 

20



“Cəsarətli sənətkar Seyfəddin Dağlı”. Seyfəddin 

Dağlının 95 illik yubileyi münasibət ilə hazırlanmış 

metodik vəsait  

   Kompyuter yığımı və

   dizayn:                                         Aynurə Əliyeva

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;

E-mail: childlibbaku@yahoo.com

URL:www.clb.az

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında

çap olunmuşdur.

Sifariş:


Çapa imzalanmışdır:

Tirajı:


Pulsuz

21

Yüklə 411,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə