F k öçər LI a dına Respublika Uşa q Kita bx anası



Yüklə 148,53 Kb.
Pdf görüntüsü
tarix14.12.2017
ölçüsü148,53 Kb.
#15959
növüYazı


   

F.K öçər li a dına Respublika

Uşa q Kita bx anası

        


                 

   

Yubilyar xarici ölkə yazıçıları

Bakı – 2016 

1



   

 

Redaktor                                         Zahirə Dadaşova

  Tərtibçi                                        Nərgiz Məcidova

 Bu vəsait 2016-ci ildə yubileyi qeyd olunacaq xarici ölkə

ədəbiyyatı  nümayəndələrinin  həyat və  yaradıcılığından

bəhs edir. 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016

2



                    

Yubilyar xarici ölkə yazıçıları

 

İnformasiya   texnologiyalarının   bol   olduğu   əsrdə

uşaqlar   internetə   və   müxtəlif   kompyuter   oyunlarına   daha

çox   maraq   göstərirlər.  Bu,   uşaqların   əqli   inkişafına,   ətraf

aləmi   qavramalarına   çox   kömək   etsə   də,   kompyuterdən

mütəmadi istifadə onların sağlamlığına mənfi təsir göstərir.

Bu baxımdan uşaqların tərbiyəsində kitab və kitabxananın

əhəmiyyəti   böyükdür.   Kitabxanada  yubileyi   qeyd   edilən

xarici   ölkə   ədəbiyyatı   nümayəndələri,   həmçinin   onların

yubilyar kitabları haqqında oxucuları tanış etmək məqsədilə

maraqlı   tədbirlər   keçirilir,   xarici   ölkə   yazıçılarının

əsərlərindən ibarət sərgilər təşkil edilir, icmallar hazırlanır.

Bunlarla   yanaşı,   azyaşlı   oxucularla   müəlliflərin   nağıl

qəhrəmanları   əsasında   söhbətlər   aparılır,   onların   əsərləri

əsasında çəkilmiş cizgi filmlərinə, nağıllara tamaşa edilir. 

      F.Köçərli   adına  Respublika  Uşaq   Kitabxanasının   elmi

metodika şöbəsinin tərtib etdiyi əlamətdar və tarixi günlər

təqviminə əsasən 2016-cı ildə yubileyi qeyd olunacaq xarici

ölkə   yazıçıları   bunlardır:  Amerika   uşaq   yazıçısı,   nağılçı

Frenk   Baumun   anadan   olmasının   160   illiyi,   Amerika

yazıçısı   H.   Biçer-Stounun   anadan   olmasının   205   illiyi,

klassik rus şairi N. Nekrasovun 195 illiyi,  Amerika yazıçısı

Teodor   Drayzerin   anadan   olmasının   145   illiyi,   Amerika

rəssamı,   kinorejissor,   ssenarist,   cizgi   filmlər   ustası   Uolt

Disneyin anadan olmasının 115 illiyi, alman yazıçısı Ernest

Teodor   Amadey   Hofmanın   240   illiyi,   alman   filoloqu,

folklorçu, nağılçı Vilhelm Qrimin   230 illiyi, ingilis uşaq

yazıçısı Maykl Bondun anadan olmasının 90 illiyi, ingilis

uşaq yazıçısı Eleanor Farconun anadan olmasının 135 illiyi,

3



ingilis yazıçısı Valter Skotun 245 illiyi, ingilis yazıçısı və

dramaturqu Corc Bernard Şounun 160 illiyi, ingilis yazıçısı

Beatriks Poterin 150 illiyi, tatar şairi Musa Cəlilin anadan

olmasının 110 illiyi, özbək şairi Əlişir Nəvainin 575 illiyi,

rus uşaq şairi A.L.Bartonun 110 illiyi, rus uşaq şairi Vitali

Korjikovun 85 illiyi .

   Kitabxanada bu yubilyarlarla bağlı müxtəlif tədbirlərin -

maraqlı   viktorinaların,   səhərciklərin,   bədii   gecələrin,

həmçinin  onların   yazdığı  nağılların   ssenarisi   əsasında

çəkilmiş   cizgi   filmləri   həftələrinin,   kitab   sərgilərinin

keçirilməsi məqsədəuyğundur. 

Yubilyarlar   haqqında  kitabxanada    “Dünya   ədəbiyyatına



səyahət”  başlıqlı   güşə   təşkil   etmək   olar.   Aşağıda

istifadəçilərə   kömək   məqsədilə   hazırlaya   biləcəyimiz

guşənin  sxemini  təqdim edirik. 

                              



                              Guşə

               Frenk Baum- 160                  

4



1856-cı ildə anadan olmuş Amerika uşaq yazıçısı, jurnalist,

Liman Frenk Baumu üçün nağıl otağında təşkil edilən guşə

ilə tanışlıq zamanı  “Cəsur Dorita”nın müəllifini birlikdə

tanıyaq”  adlı   söhbət   keçirə   bilərik.  Yazıçının   həyatı

haqqında uşaqlara kitabxanaçı məlumat verir.



Kitabxanaçı:  - Əziz uşaqlar, Frenk Baumu tanıyırsınızmı?

“Zümrüd şəhərinin sehirbazı” cizgi filminə baxmısınızmı?

Bax, bu film onun eyniadlı əsəri əsasında çəkilmişdir. Uşaq

ikən   Frenk  Baum  yazıçı   olmaq   fikrində   deyilmiş.   Birinci

kitabını   o,   dostu,   rəssam   Denskonun   xahişi   ilə   qələmə

almışdır. Bizlərə bu kitab “Zümrüd şəhərinin sehrbazı” adı

altında   gəlib   çatmışdır.   Nağıl   müvəffəqiyyət   qazanmış,

tezliklə   səhnəyə   qoyulmuş   və   oxucular   müəllifdən   nağılı

davam   etdirməyi   xahiş   etmişlər.   Baum   özü   də

qəhrəmanlarını   xoşlamış   və   onlarla   bir   də   görüşməyə

həvəslə razılıq vermişdir. Bu nağılda Dorita adlı cəsur qız və

onun şən dostlarından danışılır. Dorita qasırğa nəticəsində

doğma   Kanzasdan   sehrli   bir   ölkəyə   düşür.   Orada   onun

başına bir çox macəralar gəlir. O, özü də bilmədən qəddar

cadugəri öldürür. Cənub cadugəri ilə tanış olduqdan sonra

onun   və   yaxın   dostlarının   köməyi   ilə   o,   yenidən   Kanzas

5



şəhərinə qayıdır. Sonda bu nağılda dostluq, birlik, yaxşılıq

qalib gəlir. 

  Uşaqlar   üçün   bu   əsər   əsasında   çəkilmiş   cizgi   filmindən

hissələr nümayiş edilir. Onların Frenk Baum yaradıcılığını

nə dərəcədə mənimsədiklərini öyrənmək üçün suallar verilir.

Kömək məqsədilə hazırladığımız sualları təqdim edirik: 



1). Hansı rus yazıçısı Baumun yazdığı “Zümrüd şəhərinin

sehirbazı”   nağılından   istifadə   etməklə,   özünün   eyniadlı

nağılını yazmışdır.

a.Vitali Korjikov

b. Aqniya Barto

c. Aleksandr Volkov

2)  Frenk Baumun nağılında Dorita necə qəhrəman idi?

__________________________________________



3) Necə oldu ki, o,  Kanzasdan uzaqlaşdı?

     a. Dostlarına qoşulub yolu azır.



     b. Güclü qasırğa  nəticəsində.

     c. Fırtına nəticəsində.

 4) Dorita nağılda necə qələbə əldə edir?

     a. Dostlarını aldatmaqla.

     b. Dostluq, səmimiyyət, yaxşılıq sayəsində.

     c. Cəldliyi sayəsində.



5) Doritanın dostlarından kimlərin adlarını çəkə bilərsiniz?

______________________________________________



6)  Dorita fırtına nəticəsində Kanzasdan uzaqlaşarkən hansı

dostu yanında olur?

 a. Aslan.

 b.balaca Toto.

 c. ördək balası.

6



7) Doritanın dostlarından biri siz olsaydınız ona necə kömək

edərdiniz?



8)

 Nağılda   Doritanın   hansı   dostunu   yüksək

qiymətləndirirsiniz?

__________________________________________

9) Ölkəsinə qayıtmaq üçün meşədə Doritaya kim bələdçilik

edir?


a. cadugər.

b.dəmir odunçu.

c. Toto.


      Rus   yazıçısı   Aleksandr   Volkov   Amerika

yazıçısı   Baumun   əsərindən   bəhrələnərək

“Zümrud   şəhərinin   sehirbazı”   əsəri   əsasında

eyniadlı nağılını yazmışdır. “Nağıl otağı”nda bu

əsərlərin nağıl saatını təşkil etmək olar. Bunun

üçün   əvvəlcə   hazırlıq   işləri   görülməlidir.    Nər

şeydən   əvvəl,   kitabxananın   saytında,

kitabxanada   və   məktəblərdə   nağıl   saatının

keçiriləcəyi barədə elan verilməlidir.  

Sərgidə istifadə edə biləcək 

nağıl kitabları

7



Amerika

yazıçısı


H.Biçer-

Stounun


bu il anadan olmasının 205 iliiyi (1811-1896) tamam olur. 

   Harriet Biçer-Stou 1811-ci il, iyunun 14-də Amerikanın

şimalındakı kiçik bir şəhərdə -  Liçfilddə məşhur din xadimi

Layman  Biçerin ailəsində  dünyaya  göz açmışdır. Layman

uşaqlarının hamısına yaxşı tərbiyə və təhsil vermiş, onların

cəmiyyətdə   layiqli   insan   kimi   yaşamalarına   çalışmışdır.

Xanım   Biçer-Stou   qadınların   cəmiyyətdəki   rolunu   və

mövqeyini   yüksək   qiymətləndirirdi.   Stou   ailəsi   ilə   birgə

Nyu-York   yaxınlığındakı   kiçik   bir   əyalət   şəhərində

yaşayarkən   cəmiyyətdə   qadın   hüquqsuzluğu   ilə   daha   çox

rastlaşırdı. Burada o, qaradərili qulların ağır və dözülməz

həyatı,   zəncilərin   hüquqsuzluğu   barədə   “Tom   dayının

daxması” adlı roman yazmaq fikrinə düşür... 

  Bədii   ədəbiyyatı   təbliğ   еtməyin   ən   gеniş   yayılmış

üsullarından   biri   kitab   müzakirəsidir.   Belə   müzakirələr

kitabxanada   oxucu   fəallığının   artmasına,   onlarda   bədii-

estetik zövqün formalaşmasına, oxuduqları əsərlər haqqında

8



sərbəst fikir yürütmə bacarığının yaranmasına kömək edir.

Müzakirəyə   isə   həyat   həqiqətlərini   düzgün   əks   etdirən,

ictimaiyyəti   narahat   edən   problemlərlə   səsləşən,

vətənpərvərlik hissləri aşılayan bədii əsərlər çıxarılır. Belə

əsərlərdən   biri   də   Biçer-Stounun   dünya   şöhrətli   “Tom

dayının   koması”  adlı  əsəridir.   Bu   əsərin  icmalını   da

kitabxanada   təşkil   etmək   olar.   İcmal   zamanı   kitabxanaçı

əvvəlcə oxuculara əsərin yaranma tarixi haqqında məlumat

verir. 


Kitabxanaçı:  -   Bu   kitab   müəllifin   quldarlıq   əleyhinə

yazdığı     dəyərli   romandır.  O,   bu   əsəri   ilə   köləliyin   ləğv

edilməsində   böyük   bir   ordunun   görə   bilmədiyi   işi

görmüşdür. Əsərdə qüdrətli ABŞ-da köləlik sistemi, irqçilik,

bunların   insanların   psixologiyasına,   intellektinə   vurduğu

mənfi   təsirlər,   zəngin   mənəviyyatlı   zəncilərin   yaşadıqları

məhrumiyyətlər   ustalıqla   qələmə   alınmışdır.  Bu   əsərdən

sonra Amerikada köləliyə qarşı yeni savaş başlayır. 1854-cü

ildə bu mübarizə geniş vüsət alır və ölkədə yeni demokratik

təməllərə   sahib   olacaq   Respublikaçılar   Partiyası   yaradılır.

1860-cı   ildə  Avraam   Linkolnun   başçılıq   etdiyi   bu  partiya

hakimiyyətə   gəlir   və   köləliyi   qoruyub   saxlamaq   istəyən

Cənuba qarşı müharibə başlayır. Müharibə şimalın qələbəsi

ilə   başa   çatır   və   köləlik   rəsmən   ləğv   edilir.   Harriyet   bu

qələbədən sonra dövlət xadimi Linkoln ilə görüşür. Linkoln

görüş zamanı “demək o böyük savaşı başladan kitabı yazan



kiçik qadın sizsiniz” - deyərək, onunla salamlaşır. 

“Tom   dayının   koması”  əsərini   Azərbaycan   dilinə   şair-

daramaturq   Hidayət   Orucov   tərcümə   etmişdir.  Roman   ilk

dəfə  Azərbaycan   dilində   kütləvi   tirajla   oxuculara   1991-ci

9



ildə “Gənclik” nəşriyyatı tərəfindən çatdırılmışdır. 2011-ci

ildə isə “Apostrof” MMC-də təkrar çap olunmuşdur. Kitab

haqqında   oxucuların   nə   qədər   məlumatlı   olduğunu

öyrənmək üçün müzakirəni başlamazdan əvvəl onlarla  rəy

sorğusu da aparmaq olar:

1)  Harriyet   Biççer-Stou   hansı   xarici   ölkə   ədəbiyyatının

nümayəndəsidir?



2)  Əsər Amerika ölkəsində nəyi ləğv etmişdir?

3) Cəmiyyətdə qadın hüquqsuzluğuna necə baxırsınız?

    ______________________________________

4) Bu əsərdən sonra ölkədə hansı dəyişiklik baş verir?

    a. Ölkədə köləlik ləğv edilir, hüquqlar bərpa edilir.

    b. Qadın hüquqsuzluğu bərpa edilir.

    c. Qadınların azadlığı alınır.

5) “Demək o böyük savaşı başladan kitabı yazan kiçik qadın

sizsiniz”-  deyə  görüş zamanı yazıçıya  müraciət  edən kim

olmuşdur?

             a. Linkoln.

             b. Napaleon Bonapart.

             c. Vaşinqton.



6)  “Tom dayının daxması” əsərini Azərbaycan dilinə kim

tərcümə etmişdir?

            a. şair, drammaturq Bəxtiyar Vahabzadə

            b. ədəbiyyatşünas  Bəkir Nəbiyev

            c. şair-dramaturq  Hidayət Orucov.

10



   Maykl Bond -90

   İngilis yazıçısı, ssenarist Maykl Bond

13   yanvar   1926-cı   ildə   Böyük

Britaniyanın   cənub-şərqində,   BerkŞir

qəsəbəsində   anadan   olub.   Ayı   balası

Paddinqton   haqqında   məşhur   kitablar

seriyasının   müəllifi   olan   M.   Bond

yazıçılığa   1945-ci   ildə   başlayıb.   Bir   çox   pyeslərin   və

hekayələrin   müəllifi   olan   yazıçı   1958-ci   ildə   Paddinqton

haqqında   ilk   hekayəsini   nəşr   etdirib.   BBC   radiosunda

işləyən M. Bond 1965-ci ildə balaca ayı haqqında hekayələr

seriyasını  çapa  verib.  Bundan  sonra  radiodan  işdən  çıxan

yazıçı əsasən  bədii yaradıcılıqla məşğul olub. 

Yazıçı 1997-ci ildə “Britaniya imperiyası” ordeni ilə təltif

edilib.   Hazırda   o,   Londonda   yaşayır.   2007-ci   ildə   yazıçı

Redinq Universiteti tərəfindən ədəbiyyat üzrə fəlsəfə doktor

seçilib.  

 Müəllifin yubileyi ilə əlaqədar sərgi hazırlamaq və  məşhur



Paddinqton   ayı   balası”  nağılı   əsasında   çəkilmiş   cizgi

filmlərindən   ibarət  “Cizgi   filmləri”  həftəsi   keçirmək

məqsədəuyğundur.   Çünki   uşaqların   mütaliəyə   cəlb

edilməsində cizgi filmlərinin nümayişinin xüsusi əhəmiyyəti

var.   İstifadə   üçün   müəllifin   “Paddinqton   ayı   balası”

seriyasının nəşr tarixlərini təqdim edirik:

1958 - A Bear Called Paddington / Padinqton adlı ayı balası.

1959 - More about Paddington / Ayı balası Paddinqton. Yeni

macəralar.

11



1960   -   Paddington   Helps   Out   /   Ayı   balası   Paddinqton

köməyə tələsir.

1961 - Paddington Abroad / Ayı balası Paddinqton xaricdə.

1962   -   Paddington   at   Large   /  Ayı   balası   Paddinqton   gah

burda, gah orda.

1964   -   Paddington   Marches   On   /  Ayı   balası   Paddinqton

təslim olmur.

1966 - Paddington at Work / Ayı balası Paddinqton işdə.

1968 - Paddington Goes to Town / Ayı balası Paddinqton

Londonun mərkəzində.

1970 - Paddington Takes the Air / Ayı balası Paddinqton

çıxış yolu axtarır.

1974 - Paddington on Top / Ayı balası Paddinqton zirvədə.

1979 - Paddington Takes the Test / Ayı balası Paddinqton

imtahan verir 

2008 - Paddington Here and Now / Ayı balası Paddinqton

indi və burada.

2012   -   Paddington   Races  Ahead   /  Ayı   balası   Paddinqton

çempiondur.

Eleanor Farcon – 135 

 

12




İngilis uşaq yazıçısı Eleanor Farcon şeirlər,

hekayə və povestlər, uşaqlar üçün opera

tamaşalarına şeir mətnləri və s. yazmışdır.

Lakin


onun   yaradıcılığının   əsasını   nağıllar

təşkil


edir. 

Yazıçı 13 fevral 1881-ci ildə İngiltərədə

dünyaya  gəlmişdir.  E.  Farconun  atası  da

yazıçı olmuşdur. 1912-ci ildə yazıçı   “Pançi”

jurnalında özünün London haqqında şeirlərini çap etdirməyə

başlamışdır.   1916-cı   ildə   onun     “Köhnə   Londonun   uşaq

nəğmələri” adlı kitabı çapdan çıxmışdır.  “Şahzadə qızın izi

ilə” və “Girdə gümüşü ay” adlı nağılları ona keçmiş SSRİ-

də   şöhrət   qazandırmışdır.   O,   “Qoca   dayənin   nağılları”,

“Büllur başmaq”, “Qaraçı və zəncəfil”, “Kaleydoskop” və s.

əsərlərin   müəllifidir.   E.Farcon   1955-ci   ildə   uşaqlar   üçün

yazdığı   əsərlərə   görə   Karnegi   medalı,   1956-cı   ildə   isə

YUNESKO-nun   Uşaq   və   gənclər   ədəbiyyatı   üzrə

Beynəlxalq Şurasının (İBBY) Hans Xristian Andersen adına

mükafatının ilk laureatı olmuşdur. 

  E.Farcon 1965-ci il iyunun 5-də 85 yaşında öz vətənində

vəfat etmişdir. 

  Yubileylə   bağlı  “Dünya   ədəbiyyatı   nağıllarından



seçmələr”  adlı sərgi və  həmin    nağılların ucadan oxusunu

təşkil   etmək   maraqla   qarşılanar.   Sərgidə   nağıl

qəhrəmanlarından   ibarət   personajlarin   şəkillərindən   də

istifadə   etmək   olar.   İstifadəçilərə   kömək   məqsədilə

müəllifin   maraqlı   “Ay   istəyirəm”   nağılının   səhnəciyini

təqdim edirik.



   İştirakçılar səhnəyə gəlir.

13



Aparıcı:  -   Bir   axşam   kralın  qızı   başını   pəncərədən   çölə

çıxarıb   aya   baxırdı.   Səmadakı   gözəl,   dəyirmi   ay   gözünə

sataşdı. Əllərini yuxarı uzatdı  ki, onu götürsün. Ancaq əli

aya çatmadı. Çardağa qalxan kral qızı ordan da əlini uzadıb

ayı   götürə   bilmədi.  Acı-acı   ağlamağa   başladı.  Yarasa   ona

yaxınlaşıb niyə ağladığını soruşur.



Kral qızı: - Ay istəyirəm, ancaq əlim çatmır.

Yarasa:  - Hə, mən də bacarmaram.  Ancaq gedib Gecədən

xahiş edərəm, sənə kömək etsin.



    Yarasa uçub getdi, kral qızı ağlaya-ağlaya damda qaldı.

Səhər yuxudan oyanan Qaranquş kral qızını damda görüb

soruşdu.

Qaranquş:  - Niyə ağlayırsan?

Şahzadə:  - Ay istəyirəm...

Qaranquş:    -   Mən   isə   Günəşi   daha   çox   sevirəm.   Uçub

ancaq Gündüzdən xahiş edərəm ki, sənə kömək etsin.



Aparıcı:   - Qaranquş sözünü qurtarıb Gündüzü qarşılamaq

üçün,Yarasa   isə   Kral   qızını   sakitləşdirmək   üçün   Gecəni

axtarmağa gedir. Nəhayət meşədə Gecəyə rast gəlir. Yarasa

Gecənin çiyninə qonur.

         (Səhnəyə yarasa və Gecə paltarında oxucular gəlir)

Gecə:  - Nə istəyirsən?

Yarasa :  - Kral qızı Ay istəyir.

Gecə:   - Mən niyə Ayı verməliyəm Kral qızına. Get işinlə

məşğul ol, Yarasa.



Bu zaman Yarasanın dostları gəlib onun səsinə səs verir:

Bayquş:  - Onun gözləri aladır?

Köstəbək:  - Onun saçları qaradır?

Gecəkəpənəyi:  - Onun dərisi ağdır?

Birlikdə səslənirlər:

14



-

Bəli,   onun   gözləri   ala,   saçları   qara,   dərisi   ağdır.

Deməli,   o   bizim   bacımızdır  və   biz   onu   müdafiə

etməliyik. Ay istəyirsə, mütləq ona Ay verməliyik. 



Aparıcı: - Meh bu sözləri bütün dünyaya yaydı. Qaranlığın

bütün   övladları   –   bayquşlar,   tülkülər,   dələlər,   pərvanələr,

siçanlar bu nəğməni oxumağa başladılar.

- Gecə haqlı deyil!

- Gecə haqlı deyil!

 Ay birdən deyir:

-

Sakit olun! Hər şeyi fikirləşib yoluna qoyaq. Aprelin



birinə   qədər   gözləyək.   Onda   görərik   ki   Gecə

haqlıdır, ya yox.

Nəhayət aprelin biri gəlir. Vur çatlasın düşür.  Bu gün şah

qızını oğurlamaqda şübhəli bilinənlərin həbs edilməsi günü

idi. Təbiət hadisələrindən olan Ayın tutulması baş verir.

Günəş şərqdən batdı, itlər pişik kimi miyoldamağa başladı,

Ulduzlar səmadan enib Yerin üstündə gəzməyə başladılar,

saatlar   günorta   gecə   yarısını   vurdu,   külək   öz  istiqamətini

dəyişib başqa səmtə əsməyə başladı, Xoruz üzünü Aya tutub

banladı,   Ay   çıxdı   amma   həmişəki   kimi   gümüşü   deyil

qapqara idi.

Kral   qızı:   -   Ay   daha   mənim   xoşuma   gəlmir.   Mən   elə

bilirdim   ki,   o   gümüş   kimidir.   Sən   demə,   qapqara   imiş.

Nahara nəyimiz var?

Bu sual bütün krallığa yayılır. Bütün işlər qaydasına düşür,

Günəş yenə şərqdən çıxır, itlər hürür, külək öz səmtinə əsir.

Qaranlığın övladları isə deyir.

- Görünür, Gecə haqlıdır!

          - Gecə haqlıdır!

15



         - Gecə haqlıdır!

                                  Mahnı səslənir.



               Yubilyar alman yazıçıları 

  Zaman-zaman  bəşər   mədəniyyətinə

dühalar   bəxş   etmiş   alman   ədəbiyyatı

dövrümüzədək   gəlib   çatmış   ən   qədim

yazılı abidələri ilə zəngindir. XVII əsrdə

alman maarifçilik ideyalarının təsiri ilə

XVIII əsrin sonu, XIX əsrin əvvələrində

isə   müntəzəm   inkişaf   edən   alman

ədəbiyyatı   Ernest   Teoder   Amadey

Hofman,   Yakob   və   Vilhelm   Qrimm

qardaşları, Fridrix Şiller, Teodor Ştorm və digər yazıçıların

əsərləri ilə zəngindir. Bu vəsaitdə  isə sizi bu il yubileyləri

qeyd   edilən   Hofman     və   Qrimm   qardaşları   ilə     tanış

edəcəyik.  

  Məlumat   üçün   deyək   ki,   alman   ədəbiyyatı   ilə

maraqlananlar   üçün  “Dünya   ədəbiyyatı   antalogiyaları”

seriyasından  olan “Alman ədəbiyyatı antalogiyası” kitabı

gözəl   bir   vasaitdir.  “Şərq-Qərb”   nəşriyyatı   tərəfindən

2009-cu ildə çap edilən bu kitaba Y. Höte, F. Şilleer, Teder

Ştorm, Fridrix Volf, Volfqanq Borxert, Qrimm qardaşları

və başqalarının əsərlərindən nümunələr daxil edilib. 

  Yazıçı, bəstəkar və rəssam Teodor Amadey Hofman  24

yanvar   1776-cı   ildə   Şərqi   Prussiyada   kral   advokatının

16



ailəsində   anadan   olmuşdur.   Onun   musiqi   və   rəssamlığa

həvəsi   erkən   yaşlarında,   ədəbiyyata   olan   meyli   isə

yetkinlik   yaşlarında   başlayıb.   1800-ci   ildə   o,   Könisberq

Universitetinin   hüquqşünaslıq   fakültəsini   bitirmiş   və   bir

çox vəzifələrdə çalışmışdır. Hofmanın məşhur əsərlərindən

“Qızıl   küpə   nağılı”, “Şelkunçik   və   siçanlar

padşahı”,“Sinnober ləqəbli Balaca Saxes”, “Çəlləkçi usta

Martin   və   onun   şagirdləri”  dünya   uşaq   ədəbiyyatında

layiqli yer tutmuş və müxtəlif  dillərə tərcümə edilmişdir.

  Hofmanın təmiz insani hisslərin aşılanmasına həsr olunmuş

“Şelkunçik   və   siçanlar   padşahı”  əsəri  uşaqlara  şahzadə

Mari kimi dostluğun qədrini bilməyi, sözübütöv və sədaqətli

olmağı   tövsiyə   edir.    Bu  əsərin   tamaşasında   nağılabənzər

çoxlu   hadisələr   baş   verir.  Maraqlı   nağıl   qəhrəmanları   ilə

zəngin   olan   tamaşanın   gözəl   dekorasiyası,   musiqisi   var.

Uşaqlarla   əsərin   tamaşa-müzakirəsini   keçirmək   olar.

Əvvəlcə tamaşaya baxılır, sonra isə aktryorla birgə əsərin

müzakirəsi   aparılır.  Müzakirə   zamanı     tamaşadan   çəkilən

şəkillər əsasında foto stendin qurulması da tədbirin maraqlı

olmasına kömək edər. Qeyd etmək istərdik ki, bu il həm də

müəllifin   bu   kitabının   yubileyidir   (200  yaşı   tamam  olur).

Nağıl ilk dəfə 1816-cı ildə nəşr edilmişdir. İlin yubilyarları

siyahısına   daxil   olan   bu   kitabı   tanıtmaqdan   ötrü   uşaqlar

üçün sərgilər keçirə bilərik. Tamaşadan bəhs edən  maraqlı

şəkillər   əsasında   əlfəcinlər   hazırlayıb   tədbirdə   paylamaq

yaxşı olar. 

Hofman yaradıcılığı təkcə Almaniya deyil, bütün Avropa, o

cümlədən   Rusiyada   yüksək   qiymətləndirilir.   Yazıçının

yaradıcılığı   ilə   bağlı   tədbirlərin   təşkilində   XIX   əsr   rus

17



ədəbiyyatının   görkəmli   nümayəndəsi   Dostoyevskinin

aşağıdakı fikrindən sərgidə  istifadə etmək olar:



“Hofmanda böyük ideal var, bu idealda   insanlığa aid

olan gerçəklik, təmizlik və həqiqi gözəllik vardır”.

                                                                         

Çaykovskinin   Teoder   Amadey

Hoffmanın

 

“Fındıqqıran”



əsərinə   yazdığı   baleti   dünya

səhnələrində   ən   çox   izlənilən

tamaşalardandır. 

Kitabxanada   keçiriləcək   tədbirlərdə,   xüsusilə   ədəbi-bədii

gecədə  bu baletin musiqisindən istifadə edib, əsərdən  bəzi

parçalar göstərmək olar.



                          Qrimm qardaşları

  Alman   ədəbiyyatının   uşaqlar   tərəfindən   ən  çox  sevilən

nümayəndələri sırasına Vilhelm və Yakob Qrimm qardaşları

daxildir.   Almaniyanın   Hanau   şəhərində   məmur   ailəsində

dünyaya  gələn qardaşlar  hələ  tələbəlik  illərində  alman  və

xarici   ədəbiyyatın   öyrənilməsinə   maraq   göstərmiş  və   çox

keçmədən hər ikisi alman xalq mədəniyyətinin tədqiqatçıları

və dilşünasları kimi tanınmağa başlamışlar. Onlar  “Qrimm



qardaşlarının nağılları  adı  altında dərc  olunan bir  neçə

məcmuələri ilə qısa müddət ərzində məşhur olmuşlar. Bəzi

alimlər   Qrimm   qardaşlarının   nağıl   yazmadıqlarını,   sadəcə

18



xalqın dilindən eşitdiklərini düzəldib nağıl etdiklərini iddia

edirlər.   Qrimm   qardaşlarının   nağılları   bir   çox   dünya

dillərinə,   o   cümlədən   Azərbaycan   dilinə   də   tərcümə

edilmişdir.  “Bremen   musiqiçiləri”,   “Çəkməli   pişik”,



“Qırmızıpapaq”,   “Canavar   və   yeddi   keçi”,   “Varlı   və

yoxsul” və s. nagıllarını kiçikdən-böyüyə kimi hər kəs bilir

və sevə-sevə oxuyur.

  Qrimm   qardaşları   haqqında   hazırlanan   yubiley   tədbirləri

üçün   “Heç   vaxt   nağıl   yazmayan   nağılçılar”,   “Alman



filologiyasının   əcdadları”  başlıqlı   foto   slaydlar,   kitab

sərgiləri, bukletlər hazırlanması məqsədə uyğundur.

  Qrimm qardaşlarının elmə töhfəsini yüksək qiymətləndirən

mütəxəssislər   tərəfindən   1819-cu   ildə   onların  “Alman



qrammatikası”  kitabının   dördcildiyi   işıq   üzü   görmüşdür.

Onların yaradıcılığı azyaşlı uşaqlar, məktəblilər  tərəfindən

çox sevilir.  Kitabxanada  məktəbliləri  Qrimm qardaşlarının

yaradıcılığı  ilə  daha  yaxından    tanış  etmək  üçün  uşaqları

2005-ci   ildə  “Qrimm   qardaşları”  haqqında   çəkilmiş

balacaların sevdiyi film-nağıla baxmağa dəvət etmək olar.

2011-ci ildə isə ABŞ-da  “Qrimm”  adlı serial lentə alınıb.

Qardaşların   nağılları   əsasında   2013-cü   ildə  “Cadugərlər



ovçusu”  adlı   filmi   ekranlaşdırılmışdır.  Bundan   başqa,   elə

həmin   nağıllar   əsasında   uşaqlar   üçün  “Simsala   Qrimm”

cizgi filmi çəkilmişdir. Kitabxanada filmlərin nümayişindən

sonra söhbətlə uşaqları bu ekran əsəri və onun müəllifi ilə

ətraflı   məlumatlandıra   bilərik.   Bu   cizgi   filmlərini   uşaqlar

kiçik oxu zalındakı planşetlərlə də izləyə bilərlər.

   Kitabxanada tərtib olunmuş bukletlər oxucu cəlbi işində

daha   səmərəli   vasitələrdən   hesab   edildiyindən   F.Köçərli

19



adına Respublika Uşaq Kitabxanasının biblioqrafiya şöbəsi

Qrimm   qardaşlarının   yubileyi   ilə   əlaqədar   elektron   kitab

təqdimatı- sərgisi (slayd) və buklet hazırlamış, kitabxananın

saytında   

www.clb.az

 yerləşdirmişdir. 



Rus ədəbiyyatı: Aqniya  Barto-110 

Aqniya Bartonun poetik xəzinəsi bütün zamanlara və bütün

nəsillərə məxsusdur.

Güldanda elə gül var,

Nə solur, nə saralır,

Həmişə təzə qalır,

Həmişə gözəl qalır.

Həm zərifdir, həm yüngül,

Kağızdandır həmin gül!

 O, 1906-cı ildə Moskva şəhərində baytar ailəsində anadan

olmuşdur. Məktəbdə oxuyarkən aktrisa olmaq istəyən qızın

daha   bir   istedadı   üzə   çıxmışdır   –   o,   şeir   yazmağa

başlamışdır.   1925-ci   ildə   “Çinli   balası   Van   Li”   şeirini

redaksiyaya   təqdim   edəndən   sonra   ədəbiyyatşünas   A.V.

Lunaçarski  onun şeirləri ilə  maraqlanmış  və gənc şairəyə

uşaqlar üçün yazmağı tövsiyə etmişdir. 1928-ci ildə uşaqlar

üçün yazdığı “Qardaşlar” adlı kitabı çap olunaraq, Rusiyada

və bir sıra xarici ölkələrdə dəyərləndirilmiş, dəfələrlə çap

edilmişdir.   Şairənin   yaradıcılığında   yumoristik   və   satirik

motivlər olduqca qüvvətlidir. Onun  “Pinti qız”, “Ağlayan



qız”, “Oyuncaqlar”, “Kobud ayı balası”, “Məni də başa

düşün!..” və s. şeirləri bu qəbildəndir. 

 

20




  Bartonun  yaradıcılığını   uşaqlara   tanıtmaq   məqsədilə

kitabxanada  müxtəlif  tədbirlər   keçirmək   olar.    Məsələn,

onun  “Kobud   ayı   balası”   şeirinin   əsasında  kiçikyaşlı

uşaqlarla şeir saatı, səhnəcik  hazırlamaq maraqli ola bilər.

Şeirdə ana ayının tənbəl balasının necə qayğısına qalması,

əzizləməsi   önə   çəkilir.   Bu  əzizləmə  balanın   tərbiyəsinin

korlanmasına   gətirib   çıxarır.   Çarəsiz   qalan,   balanın

öhdəsindən   gələ   bilməyən   ana   ayı   ata   ayını   işə   qatmağa

məcbur olur. Ata isə öz tədbirini belə görür:

                                          Ata qəzəblənərək,

                                          Bir-iki çəkdi ona.

                                          Tez özünü araya 

                                          Atdı əzabkeş ana!...

 Bu şeiri səsli şəkildə nağıl otağında uşaqlara təqdim etmək

olar. 

A. Barto   ötən   əsrin   70-ci   illərində   Bakıda   keçirilmiş



“Ədəbiyyatların   dostluğu   -   xalqların   dostluğudur”

adlı   müşavirədə   iştirak   etmək   üçün   Azərbaycana

gəlmiş   və   uşaqlarla   maraqlı   görüşlər   keçirmişdir.

Onun   bir   çox   əsərləri   dəfələrlə   dilimizə   tərcümə

edilmiş və kütləvi tirajla çap olunmuşdur.

 

                                  Əsərləri



    “Şeirlər”,   “Pinti   qız”,   “Kobud   ayı   balası”,   “İpatdı”,

“Ağlayan   qız”,   “Oyuncaqlar”,   “Məni   də   başa   düşün!..”,

“Çinli balası Van Li”   və s. Bu kitablar əsasında yubiley

sərgisi hazırlaya bilərik.

21



     Sərgidə Bartonun şəkillərindən, kitablarından, sözlərinə

yazılmış uşaq mahnılarından da istifadə etmək olar. 

“Uşaqlar   Barto   yaradıcılığını   niyə  sevir?”   Bu   başlıqla

səhərciklər hazırlamaq, həmçinin rəy sorğusu ilə balacaların

Barto   yaradıcılığı   barədə   nə   qədər   məlumatlı   olduqlarını

öyrənmək olar. 

  Aqniya   Barto   yaradıcılığı   rus   poeziyasının   ayrıca   bir

fəslidir. O,  nəinki gözəl şair, həm də gözəl vətəndaş hesab

edilir.  A.Barto  nəinki   şeirlərinə   görə,   həmçinin     dünya

uşaqlarını   düşündüyünə   görə   çox   sevilirdi.   Bu   məqsədlə

azyaşlı uşaqlarla “Bartonun uşaq dilindən tərcümələri”  adlı

söhbət hazırlamaq olar. Söhbəti şairə haqqında məlumatla

başlayan   kitabxanaçı   uşaqlarla   birgə   müxtəlif   xalqların

uşaqlarının   şeirlərini   dinlədikdən   sonra   onlarla   sual-cavab

apara bilər.  Bundan əlavə, tədbir zamanı kitabxanaya gələn

uşaqlarla  sərgi qarşısında söhbət təşkil etmək olar. 

 Bəs, Barto bu əsərin ərsəyə gəlməsinə  necə nail olmuşdur?

  Məlumata   görə,   o,   dunya   xalqları   uşaqlarının   şeirlərini

toplamaq üçün xarici ölkələrə səyahətə çıxıb. Şair ötən əsrin

yetmişinci illərində Azərbaycana  da səfər edib və buradakı

uşaqlarla da görüşüb. Onu da deyək ki,  Bartonun internat

22



evlərindəki uşaqlarının dilindən qələmə aldığı bu şeirlərlə

neçə-neçə   ana   öz   övladına   qovuşmuşdur.   Bu   kimi   gözəl

işlərinə görə dünya uşaqları Barto yaradıcılığını çox sevir.

Bu   şeirlərdə   uşaqların   həyatı   necə   görmək   istədikləri

tərənnüm edilir,  Bu  şeirlərdə  mərhəmət, yaxşılıq, sülh və

əmin-amanlıq hissləri  güclüdür.

A.Bartonun yaradıcılığı ilə uşaqları daha yaxşı tanış

etmək   məqsədilə   səhərcik   də   keçirmək   olar.     Bu

məqsədlə   şairin   yaradıcılığından   bəhs   edən   kitab

sərgisi hazırlana bilər. 

 Tədbirin əvvəlində öncə aparıcı qonaqları salamlayır. Slayd

nümayiş   etdirilir.   Bartonun   şeirlərinə   bəstələnmiş   uşaq

mahnıları səslənir.

I   aparıcı:  -   Çoxtərəfli   istedada   malik  Aqniya   Barto  çox

sevilən  uşaq   şairi   idi.   O,   şeirləri   ilə   yanaşı,   müxtəlif

xalqların ədəbiyyatından çoxlu nümunləri rus dilinə tərcümə

etmişdir. Gəlin Barto yaradıcılığı ilə tanış olmaq üçün onun

şeirlərindən bir neçəsini yada salaq:

                  

                   I oxucu:   - Səhərdən axşamacan

                                       Evimizdə mən hər gün

                                       Hər nə iş görürəmsə -

                                       Görürəm anam üçün.

                                       Ondan ötrü, elə bil,

                                       Səhər tezdən dururam,

                                       Əl-üzümü yuyuram,

                                       Paltarımı geyirəm,

                                       Çörəyimi yeyirəm,

23



                                       Oxuyuram dərsimi.

                                       Ağıllı uşaq kimi

                                       Göstərirəm özümü...

II aparıcı: - Bartonun Bolqarıstan haqqında təəssüratları isə

belə yaranmışdır: 

-

Meşə   ilə   gedirəm,   yaxınlıqda   uşaqlar   nəğmə



oxuyurlar.   Səsləri   cingiltili,   ölçülü-biçilidir.

Fikirləşdim,   yəqin   hardasa   pioner   düşərgəsi   var.

Talaya çıxanda nə görsəm yaxşıdı? Burada Balkan

qızları   öz   vətənləri   haqqında   mahnı   oxuyurlar.

Onların dilindən müəllifin tərcümə etdiyi “Rəssam”,

“Lovğa güldan”, “Radopi dağları” və s. şeirləri çox

maraqlıdır.

I aparıcı:  - Hissiyatı fərqli olan balaca macarların fikirləri

onları   fərqləndirir.  Barto   burada   yaşayan  ikinci   sinif

şagirdinin hekayəsini şeirə çevirir.

                                  Dağların o yanında,

                                  Çayın o sahilində

                                  Toyuq cücələrini

                                  Yem üçün gəzdirir gündə.

                                   

                                   Ana balalarına 

                                   Tapır zibil topası.

                                   Bu cür dadlı yem yerin

                                   Çətin kimsə tapası.

                                   Bütün cücələr yaxşı,

                                   Bircəsi bəlalıdı.

                                   Qəfildən yoxa çıxır,

24



                                   Bilinmir harda qaldı.

          

                                    Axır ki, gəlib çıxdı

                                    Tamam hisin içində

                                    Heç kim sarı cücəni,

                                     Görməmişdi bu gündə...

                                    

Bu şeirlə bağlı oxucularla səhnəcik hazırlamaq olar. Nağılda

balanın ananın sözünə qulaq asmadığını və nəticədə onun

hisə bulaşaraq heç nə tapmayıb, təşvişlə hinə dönməsindən

danışılır. Bu nağıl uşaqları valideyin sözündən çıxmamağa

çağırır. “Təqaüdçü” şeirində isə tənbəl oğlanın  

xəyyalları dilə gətirilir:

                                     Qonşumuzda 

                                                  bir oğlan var.

                                     Gecə-gündüz 

                                                        arzulayar

                                    Nə olaydı, indi mən də

                                    Tez çıxaydım təqaüdə!

                      Nəyi pisdir, axı, bunun?

                      Həmin gündən 

                            ağasısan öz ağlının.

                             Nə xoşbəxtdir 

                       Görün bizim Vanya dayı!

                       Kefi necə istəyirsə 

                       Yola salır günü, ayı.

                     Nə vaxt yatır, nə vaxt durur –

                                                       özü bilir.

                       Hara gedir, hardan gəlir-

25



                                                       özü bilir.

                       Nə məktəbə  get deyən var,

                                                   Nə dərs oxu...

Qeyd:  A.   Bartonun   “Oyuncaqlar”   kitabının   bu   il   80   yaşı

tamam olur.  

                                 

Bernard Şou -160 

 

  İrland əsilli Corc Bernard Şou dünyada məşhur olan ingilis

yazıçı-dramaturqudur. B. Şou Dublində doğulmuşdur. Janr

və forma baхımından seçilən 60-dan çoх pyesin müəllifidir.

Yaradıcılığında   sosial   mövzular   daha   geniç   yer   tutur.

Yazıçının   da   etiraf   etdiyi   kimi,   o,   daha   çoх   oхuduğu

kitabların – Şekspirin, Dikkensin əsərlərinin, “Min bir gecə”

nağıllarının, “İncil”in təsiri altında formalaşmışdır. Anasının

və   ailənin   dostu,   dirijor   Con   Linin   təşviqi   ilə   erkən

yaşlarından   musiqi   ilə   maraqlanmış,   fortepiano   ifaçılığı

sənətinə yiyələnmişdi.

1997-ci   ildə   dramaturqun   ABŞ-da   səhnəyə   qoyulan

“Şeytanın   şagirdi”   tamaşası   Şounu   bütün   Amerikada

məşhurlaşdırdı.   1903-cü   ildə   ABŞ-da   maraqla   qarşılanan

“Kandid”  pyesindən   sonra   artıq   İngiltərə   də   öz

dramaturquna sahib durmaq istəyini nümayiş etdirməli oldu.

Birinci Dünya Müharibəsi başa çatandan sonra müharibənin

itkiləri,   sarsıntıları,   sağalmaz   yaraları   ilə   üz-üzə   qalan

cəmiyyət   Şounun   vətənpərvərlik   deyil,   insanpərvərlik

mövqeyinə dəyər verməyə başladı. 1925-ci ildə isə Bernard

Şou “İdealizm və hümanizmlə səciyyələnən yaradıcılığına,

müstəsna poetik gözəlliklə müşayiət olunan satirasına görə”

26



Nobel mükafatına   layiq görüldu. Yazıçı bu mükafatın pul

hissəsini İsveç ədəbiyyatının ingilis dilinə tərcümə olunması

üçün   yaratdığı   fonda   keçirdi.   Bu  o   vaxta   qədər   Nobel

mükafatı   tarixində   ilk   hadisəydi.   Onun   bu   addımını

sonradan Boris Pasternak və Jan Pol Sartr təkrarlayıb.

Nobel   medalını   qəbul   edən   Şou   mükafatın   təqdimetmə

mərasimində   iştirakdan   da   qətiyyətlə   boyun   qaçırıb.

“Piqmalion”  pyesi   əsasında   çəkilən   filmə   görə     isə   Şou

1938-ci   ildə   Oskar   mükafatı   qazanıb.

  Qeyd   edək   ki,

Bernard   Şou   həm   Nobel,   həm   də   Oskar   mükafatı   alan

yeganə yazıçıdır. 



Vəsaitin yazılmasında istifadə olunmuş ədəbiyyat

siyahısı

Alman ədəbiyyatı antalogiyası: Bakı: Şərq-Qərb, 2009. - 

688 s.

Alman ədəbiyyatı . –  B.: Gənclik, 2005. –  416 s.



 (1995-2004 seçmələri)

Barto A. Seçilmiş əsərləri: Poeziya. - Bakı: Şərq-Qərb, 

2007. - 184 s.

Baum F. Oz ölkəsinin sehrbazı. - Bakı: BS Polygraphic, 

2010. - 108 s.  

Biçer-Stou Harriyet. Tom dayının daxması: Roman. - Bakı : 

APOSTROF, 2012. - 480 s.

Biçer-Stou Harriyet. Tom dayının daxması: roman. - Bakı: 

Altun Kitab, 2011. - 128 s.  

Drayzer T. Cenni Herhardt: Təkrar nəşr. - Bakı : Şərq-Qərb, 

2006. - 360 s.

Drayzer T. Kerri bacı: - Bakı: Avrasiya Press, 2006. - 472 s.

İngilis ədəbiyyatı antologiyası: İki cilddə - II cild:  - Bakı: 

Şərq-Qərb, 2007. - 318 s.  

27



Nağıllar. -  Bakı: Çaşıoğlu, 2005. - 424 s.

Rus ədəbiyyatı antologiyası: 2 cilddə  - Bakı: Avrasiya 

Press, 2007. - 232 s.

Sabitova A. ABŞ abolisionist hərəkatı və Harriet Biçer-Stou:

Ali məktəblərin xarici dil fakültələrinin tələbələri üçün dərs 

vəsaiti. - Bakı: Mütərcim, 2005. - 136 s.

                           Xarici dildə

 Bartos-Höppner  Barbara. Das grobe Schnüpperle 

schulgeschichtenbuch. - München: Omnibus, 2005

Bond M. A Bear Bond Paddington: Classic adventures of the

bear from Drkest Peru  Bond. - United Kingdom: Harper 

Collins Childrens Books, 2003. - 159 p.

Bond M. Paddington adroad: Classic adventures of the bear 

from Drkest Peru. - United Kingdom: HarperCollins 

Childrens Books, 2008. - 144 p.

Bond M. Paddington at Work: Classic adventures of the bear

from Drkest Peru . - United Kingdom: Harper Collins 

Childrens Books, 2008. - 160 c.



                      Elektron  resurslar

Andersen, H. X. Nağıllar: Nağıl; Azərbaycan Respublikası  

Mədəniyyət və Turizm Nazirliyi. - Elektron mətn. - Bakı: 

İnnovativ Tədris Mənbələri.- 2012. -  disk (CD-ROM)

Drayzer, T. Kerri bacı: Roman.- Elektron mətn. - Bakı: 

İnnovativ Tədris Mənbələri, 2012. -  disk (CD-ROM) 

28



“Yubilyar xarici ölkə yazıçıları”.  Bu vəsait xarici  ölkə 

yazıçılarının  yubileyi münasibətilə respublikada fəaliyyət 

göstərən MKS-nin uşaq şöbələri üçün hazırlanmışdır.

Kompyuter yığımı: 

 Nərgiz Məcidova

Ünvan:AZ-1022 Bakı şəh., S.Vurğun küç.88;

E-mail: childlibbaku@yahoo.com

URL: www.clb.az

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında

çap olunmuşdur.

Sifariş…

Çapa imzalanmışdır:

Tirajı:100

29



Pulsuz 

30

Yüklə 148,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə