F. KÖÇƏRLİ adina məDƏNİYYƏt və turizm naziRLİYİ respublika uşaq kitabxanasi



Yüklə 3,54 Mb.
Pdf görüntüsü
səhifə1/146
tarix06.05.2018
ölçüsü3,54 Mb.
#42314
  1   2   3   4   5   6   7   8   9   ...   146


AZƏRBAYCAN RESPUBLİKASI                                                                   

F.KÖÇƏRLİ ADINA  

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ                                   RESPUBLİKA UŞAQ KİTABXANASI 

 

               



 

 

                                                             

 

 

 



 

 

2018-Cİ İL ÜÇÜN ƏLAMƏTDAR VƏ TARİXİ 



 GÜNLƏR TƏQVİMİ 

 

 



 

 

 



 

 

 



Bakı – 2018 


 

                                                    Tərtibçidən 



  

Ötən  əsrin  yetmişinci  illərində  F.  Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanasında elmi-metodik fəaliyyəti kitabxanaşünaslıq fikrinin son nailiyyətləri 

zəminində təşkil etmək məqsədilə zəngin metodik nəşrlər fondu yaradılıb. Fondda 

uşaqlara  kitabxana  xidmətinin  bütün  nəzəri,  metodik-təcrübi  nailiyyətlərini  və 

qabaqcıl  təcrübəni  əks  etdirən  ədəbiyyat  toplanılıb.  Hazırda  buradan  yalnız 

kitabxananın  öz  işçiləri  deyil,  həmçinin  respublikada  fəaliyyət  göstərən  uşaq 

kitabxanalarının əməkdaşları da geniş istifadə edirlər. Elmi metodika şöbəsinin tərtib 

etdiyi metodik məktub və tövsiyələrdən respublikamızın uşaq kitabxanaları və uşaq 

mütaliəsinə rəhbərlik edənlər bəhrələnirlər.   

F. Köçərli adına Respublika Uşaq Kitabxanası bir çox dünya kitabxanaları ilə 

əlaqə yaradıb və onların iş təcrübələrindən istifadə etməklə, bu sahədə ən müasir 

metod və formaları tətbiq edib.   

Elmi metodika şöbəsi son illər metodiki vəsaitlərlə yanaşı, əlamətdar və tarixi 

günlər  təqvimi  də  hazırlayır.  İllər  ötdükcə  təqvim  daha  da  təkmilləşir,  həcmi 

genişlənir,  mövzu  üzrə  bölmələrinin  sayı  artır  və  geniş  məlumat  mənbəyi  kimi 

formalaşır.  Təqvim  mədəniyyət  işçiləri, müəllimlər,  kütləvi  informasiya  vasitələri 

və  daha  çox  kitabxana  işçiləri  üçün  nəzərdə  tutulub.  Təqvimi  hazırlamaqda  əsas 

məqsəd  geniş  oxucu  kütləsinə  və  mütəxəssislərə  respublikamızın  ictimai-siyasi, 

iqtisadi,  mədəni,  elmi  həyatında  baş  verən  ən  mühüm  hadisələri,  kitabxana  işi 

haqqında  və  başqa  dəqiqləşdirilmiş  məlumatları  çatdırmaqdır.  Təqvimə  milli  və 

dünya ədəbiyyatı, incəsənət, elm, texnika və müxtəlif elm sahələrinin ən görkəmli 

nümayəndələri,  eləcə  də  tarixi  hadisələr  haqqında  məlumatlar  daxil  edilir.  Ümid 

edirik  ki,  yubilyarlar,  əlamətdar  və  tarixi  günlər  haqqında  təqvimdə  verilən 

materiallar kütləvi tədbirlərin keçirilməsində kitabxanaçılar üçün  gərəkli olacaq.  

İstifadəçilərdən  xahiş  edirik  ki,  təqvimlə  bağlı  rəy  və  təkliflərini  kitabxanamızın 

elmi-metodika şöbəsinə çatdırsınlar.  

 

 



 

 

 



 

 



 

Yanvar 



Əlamətdar və tarixi günlər 

1 Yanvar – Yeni il 

15 Yanvar – Vikipediya gününün yaranması, (1999) 

16 Yanvar – Ümumdünya Bitlz Günü, (2001)  

17 Yanvar – Ümumdünya Uşaq İxtirası Günü  

20 Yanvar – Ümumxalq Hüzn Günü, (1990)  

21 Yanvar – Beynəlxalq Qucaqlaşma Günü, (1986) 

23 Yanvar – Əl Yazısı (xətt) Günü 

29 Yanvar – Gömrük İşçiləri Günü, (1992) 

Yanvar ayının bazar günlərindən birində – Ümumdünya Qar Günü. Beynəlxalq Qış 

İdman Növləri Günü, (2012) 

Yubilyar yazıçı və şairlər 

Yazıçı, pedaqoq Abdulla bəy Divanbəyoğlunun 135 illiyi, (01.01.1883-06.01.1936) 

Yazıçı, Nüşabə Məmmədlinin, 65 illiyi, (06.01.1953) 

Şair Soltan Abbasın 85 illiyi, (07.01.1933) 

Ədəbiyyatşünas Gülrux Əlibəylinin 90 illiyi, (12.01.1928-15.02.2016) 

Şair, tərcüməçi Ələsgər Əlioğlunun 65 illiyi, (19.01.1953) 

Azərbaycanın ilk maarifçi qadınlarından biri Həmidə Məmmədquluzadənin 

145 illiyi, (19.01.1873-06.02.1955) 

Yazıçı, şair, etnoqraf Teymur Bünyadovun 90 illiyi, (20.01.1928) 

Şair Eldar İbrahimin 65 illiyi, (23.01.1953) 

Ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin 155 illiyi, 

(26.01.1863-21.06.1920) 



Xarici yazıçılar 

Rus yazıçısı Aleksey Tolstoyun 135 illiyi, (10.01.1883-23.02.1945) 

İngilis şairi C. N. Bayronun (Qordon) 230 illiyi, (22.01.1788-24.04.1824) 

Fransız yazıçısı Anri Stendalın 235 illiyi, (23.01.1783-23.03.1842) 



İncəsənət 

Xalq artisti Tofiq Kazımovun 95 illiyi, (14.01.1923-02.08.1980) 



Milli Qəhrəmanlar Zirvəsi 

Əhmədov Mübariz Əlizadə  oğlunun 55 illiyi, (01.01.1963-24.09.1992) 

Qasımov Muxtar Cahid oğlunun 60 illiyi, (10.01.1958-16.06.1992) 

Məmmədov Eldar Harun oğlunun 50 illiyi, (10.01.1968-24.02.1993) 



 


 

Əlamətdar tarixi günlər, bayramlar 



1 Yanvar – Yeni il            



Yeni ildə sizə uğurlar, xoşbəxtlik, cansağlığı arzulayıram. Mən arzulayıram ki, 



yeni  ildə  bizim  bütün  balalarımız  yaxşı  oxusunlar,  təhsillərini  davam  etdirsinlər, 

savadlı olsunlar, müxtəlif biliklərə yiyələnsinlər. Çünki hər bir insanın gələcəyini, 

gələcək taleyini onun biliyi, savadı, təhsili təmin edir. Ona görə, əziz uşaqlar, sizin 

bugünkü vəzifəniz məhz yaxşı oxumaq, bilikli olmaqdır. Mən arzu edirəm ki, bizim 

bütün balalarımız Azərbaycana, Vətənə bağlı olsunlar, Vətəni sevsinlər, vətənpərvər 

böyüsünlər.  Azərbaycan  kimi  ölkədə  yaşamaq  böyük  xoşbəxtlikdir.  Azərbaycanın 

təkrarolunmaz təbiəti, qədim və zəngin mədəniyyəti, istedadlı xalqı vardır”. 

                                                              Mehriban Əliyeva

                                                         

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti 

Yeni  il  Yer  kürəsinin  bütün  guşələrində,  

dini  etiqadlarından  asılı  olmayaraq,  müxtəlif 

xalqlar 


tərəfindən 

geniş 


qeyd 

olunan 


bayramlardandır. Yeni ilin yanvarın 1-dən hesab 

olunması  xristianlığın  tarixi  ilə  bağlıdır. 

Rəvayətə  görə,  xristian  dininin  yaradıcısı  İsa 

peyğəmbər  dekabrın  24-də  anadan  olmuşdur. 

Ona görə də xristianlar bu günü İsa peyğəmbərin 

doğulması  şərəfinə  Milad  bayramı  kimi  qeyd 

edirlər. Verilən mənbələrə görə bu bayram 431-

ci ildə qanuniləşdirilmişdir. Bizim istifadə etdiyimiz təqvim də məhz miladi təqvim 

adlanır. Bu təqvimə əsasən yeni il yanvarın 1-dən başlanır. Yeni il bayramı dünyanın 

müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların 

məişətinə daxil  olub.  Bəzi  fərziyyələrə  görə,  Yeni  ili ilk dəfə qədim  çinlilər qeyd 

ediblər. Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram 

etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin 

sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni 

irsiylə  hələ  də  bizi  heyrətləndirən  mədəniyyət  mərkəzləri  burada  təşəkkül  tapıb. 

Tarixçilərin  fikrincə,  məhz  həmin  dövrdə  ərazilərdə  bu  bayram  edilib.  Martın   

axırında  Dəclə  və  Fərat  çaylarında  suyun  səviyyəsi  yüksələndə  əkin-biçin  işləri 

başlayarmış. İnsanlar   yeni  ilin    gəlişini    də  elə  o  zaman  qeyd  etmişlər.  12  gün 

ərzində  təntənəli  mərasimlər  davam  edərmiş.  Beləcə,  bu  bayram  həm  yeni  ilin 

gəlişini,  həm  həyatın  ölüm  üzərində  qələbəsini,  həm  də Milad gününü  özündə 

birləşdirmişdir. Yeni  il  bayramını  al-əlvan,  bərli-bəzəkli  küknar  ağacsız  təsəvvür 

etmək çətindir. Əlbəttə, bu, təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa daha 

gözəl olardı. Amma təbiəti qorumaq naminə süni küknarla da keçinmək olar.

 

İnternetdə: 

www.books.google.com

 



Yüklə 3,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə