F. Köçərli adına Respublika UĢaq Kitabxanası



Yüklə 359,37 Kb.
səhifə1/13
tarix25.06.2018
ölçüsü359,37 Kb.
#51943
  1   2   3   4   5   6   7   8   9   ...   13


 

 



F.Köçərli adına Respublika

UĢaq Kitabxanası

   

 

 

 Dünyanın Qarabağ ağrısı



   

 

 



 

ĠĢgal altında olan torpaqlarımız  haqqında

 

mərkəzi kitabxanaların uĢaq Ģöbələri,  MKS-nin Ģəhər, qəsəbə, 

kənd kitabxana filialları üçün hazırlanmıĢ metodik vəsait. 

 

Bakı – 2017  

 

 

 



 


 

Tərtibçi:                                  Könül  Səmədzadə 



Redaktor:                                 Səməd Məlikzadə 

 

 

 

Redaktor və                              ġəhla Qəmbərova

buraxılıĢa məsul:                    Əməkdar Mədəniyyət iĢçisi 

 

                      

 

 

 

 

İşgal altında olan torpaqlarımız haqqında  “Dünyanın Qarabağ ağrısı” adlı  

Respublika uşaq kitabxanaları  üçün hazırlanmış metodiki vəsait  / tərt. ed. 

K.Səmədzadə;  red.  S.Məlikzadə;  ix.  red.  və  burax.  məsul  Ş.Qəmbərova; 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2017.- 56 s. 

 

 

 

 

 

 

 

©F. Köçərli adına Respublika UĢaq Kitabxanası, 2016 

 

 

 

 

 



 

 

 



 


 

 



 

    


 

 

 



Yaddaş

 

Azərbaycan Respublikasının 1988-1994-cü illərdə iĢğal edilmiĢ 

əraziləri: 

Dağlığ Qarabağ (ġuĢa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd,  

Ağdərə, Hadrut).  Sahəsi  4400 kv.km 

Xocalı  Ģəhəri -  26 fevral 1992-ci il 

ġuĢa Ģəhəri -  8 may 1992-ci il -  289 kv.km 

Laçın  rayonu  - 18 may 1992-ci il  -  1835 kv.km 

Kəlbəcər  rayonu  - 2 aprel 1993-cü il  - 1936 kv.km 

Ağdərə  rayonu  - 28 iyun 1993-cü il  - 1705 kv.km 

Ağdam  rayonu - 23 iyul 1993-cü il  - 1094 kv.km 

Cəbrayıl  rayonu  - 26 avqust 1993-cü il  - 1050 kv.km 

Füzuli  rayonu  - 23 avqust 1993-cü il - 1386 kv. km 

Qubadlı  rayonu  - 31 avqust 1993-cü il   - 802 kv.km 

Zəngilan  rayonu - 30 oktyabr 1993-cü il  - 707 kv.km  

  

 



 


 

 



 

    


G Ġ R Ġ ġ 

 

QARABAĞ: etimologiyasi, ərazisi və sərhədləri 

 

Qarabağ 



Azərbaycanın  ən  qədim  tarixi  ərazilərindəndir. 

Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan  Qarabağın  adı  dilimizdəki 

"qara"  və  "bağ"  sözlərindən  əmələ  gəlmişdir.  "Qarabağ"  sözü  ilk 

mənbələrdə hələ 1300 il əvvəl (VII əsrdən) işlənmişdir. Qarabağ əvvəllər 

bir  tarixi-coğrafi  anlayış  kimi  konkret  məkanı  bildirmiş,  sonra  isə 

Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir.  

"Qarabağ"ın  Azərbaycanın  konkret  bir  vilayətinin,  bir  bölgəsinin 

adı  kimi  formalaşması  tarixi  onun  etimologiyasının  daha  elmi  şəkildə 

izahına  imkan  verir.  Çünki  Azərbaycan  dilində  (həmçinin  başqa  türk 

dillərində)  "qara"nın  rəngdən  başqa,  "sıx",  "qalın",  "böyük",  "tünd"  və 

başqa  mənaları  da  vardır.   Bu  baxımdan,  "Qarabağ"  termini  "qara  bağ", 

yəni  "böyük  bağ",  "sıx  bağ",  "qalın  bağ",  "səfalı  bağ"  və  s.  mənası  kəsb 

edir. Beləliklə, Qarabağın özü kimi "Qarabağ" sözü də Azərbaycan xalqına 

məxsusdur. 

Qarabağdan  bəhs  edərkən  belə  bir  sual  ortaya  çıxır:  Qarabağ 

haradır,  Azərbaycanın  hansı  ərazilərini  əhatə  edir?  Sualın  cavabı  bu  gün 

daha  aktualdır  və  erməni  separatçıları  tərəfindən  törədilmiş  "Dağlıq 

Qarabağ  problemi"nin  dərk  edilməsi  üçün  mühüm  əhəmiyyətə  malikdir. 

Qoyulmuş suala cavab üçün ilk mənbəyə müraciət edək. Vaxtilə bu ərazini 

əhatə  edən  Azərbaycan  dövləti  olan  Qarabağ  xanlığının  vəziri  Mirzə 

Camal  Cavanşir  özünün  "Qarabağ  tarixi"  (1847)  əsərində  bu  məsələdən 

bəhs  edərkən  yazırdı:  "Qədim  tarix  kitablarının  yazdığına  görə,  Qarabağ 

vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq 

körpüyə  qədər  -  Araz  çayıdır.  İndi  (Sınıq  körpü)  Qazax,  Şəmsəddin  və 

Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus 

istilahilə  Krasnı  most,  yəni  Qızıl  körpü  adlandırırlar.  Şərq  tərəfdən  Kür 

çayıdır  ki,  Cavad  kəndində  Araz  çayına  qovuşaraq  gedib  Xəzər  dənizinə 

tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər 




 

-  Goran  çayıdır  və  Kür  çayı  çox  yerdən  (keçib)  Araz  çayına  çatır.  Qərb 



tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır". 

Rusiya  işğalı  və  müstəmləkəçiliyinin 

ilk  dövründə  Qarabağın  ərazisi  və 

sərhədlərinin belə dəqiq təsvir edilməsi 

onunla  izah  olunur  ki,  1)  bu  faktı 

bilavasitə  Qarabağın  idarəsilə  məşğul 

olan  dövlət  adamı  yazır,  başqa  sözlə, 

həmin  fakt  rəsmi  sənədlərə  əsaslanan 

rəsmi  sözdür,  Rusiyanın  xidmətində 

olan dövlət adamının rəsmi sözüdür; 2) 

digər tərəfdən bu fakt yalnız reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb ilk 

mənbələrlə  də  sübut  olunur.  Mirzə  Camalın  mövqeyinin  doğruluğunu 

göstərmək  üçün  qədim  tarix  kitablarına  istinad  etməsi  təsadüfi  deyil. 

Göründüyü  kimi,  siyasi-coğrafi  məkan  kimi,  tarixdə  həmişə  "Dağlıq 

Qarabağ"  deyil,  bütöv  halda,  yəni  Qarabağın  bütün  ərazisini  -  dağlarını, 

düzənlərini  əhatə  edən  ümumi  bir  "Qarabağ"  anlayışı  olmuşdur.  Başqa 

sözlə, "Dağlıq Qarabağ" anlayışı çox sonraların "məhsuludur", separatçılıq 

niyyəti  ilə  Qarabağın  bir  hissəsinə  verilmiş  addır.  Adicə  məntiq  də  bunu 

sübut edir: əgər Dağlıq Qarabağ varsa, deməli düzən və ya aran Qarabağ 

da var! Reallıq da belədir: bu gün Azərbaycanda həm Dağlıq Qarabağ var, 

həm  də  Aran  Qarabağ  (yəni  düzən  Qarabağ)!  Özü  də  həm  düzən  (aran), 

həm  də  dağlıq  Qarabağ  həmişə,  bütün  tarixi  dövrlərdə  bir  xalqın  - 

Azərbaycan  xalqının  Vətəni  olmuşdur.  Azərbaycan  xalqının  yüzlərlə  ən 

qədim,  ən  nadir  folklor  nümunələri,  musiqi  inciləri  məhz  Qarabağda 

yaranmışdır, Qarabağla bağlıdır. 

  Təəssüf  ki,  Azərbaycanımızın  gözəl 

Qarabağənı 

qoruya  bilmədik. 

Vətənimizin  bu  dilbər  guşəsi  indi  düşmən  tapdağı  altındadır.  Vaxtilə 

musiqi festivaları keçirilən, çal-çağırdan qulaq tutulan, indi isə gülü-çiçəyi 

qan  ağlayan  Cıdır  düzünün  də  gözü  nəmli,  sinəsi  dağlıdır.  Azərbaycanın 

üzük qaşı, Qafqazın konservatoriyası adlandırılan Şuşa indi bizi gözləyir, 

bizdən  kömək  diləyir.   Buna  görə  də  indi  hər  birimizin  ən  böyük  arzusu 

işğal  olunmuş  torpaqlarımızın,  doğma  Qarabağımızın  geri  qaytarılması, 

azad olunmasıdır.  



Yüklə 359,37 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə