F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 156,5 Kb.
Pdf görüntüsü
tarix30.12.2017
ölçüsü156,5 Kb.
#18699


                                                         

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

             

 

 

 



                

 

 

 

 

 

                           

 

 

            

 

              

Otuz illik həyatın ömür tablosu. 

              

 

             

       


Bəhruz  Kəngərlinin 125

 

illik yubileyi münasibətilə mərkəzi

 

         kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, 

         kənd kitabxana filialları üçün hazırlanmış  metodik vəsait 

 

 



 

 

 

                              

                                    

Bakı - 2017 

 

 



 

Tərtibçilər:                                   Nərgiz Məcidova 

 

                                           Sevil Əhmədova                                                                  

 

 

 

İxtisas  redaktoru və                    Şəhla Qəmbərova 

buraxılışa məsul:                         Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 



“Otuz    illik    həyatın    ömür    tablosu”

 

metodik  vəsait  / 

tərt.ed.N.Məcidova;  ix.  red.  və  burax.  məsul  Ş.Qəmbərova; 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2017.-26s.  

                                                                                                                                

  

 



 

 

 



 

 

 



  ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017 

 


    Tərtibçi     

Azərbaycanın  professional  rəssamlıq  sənətinin  banisi, 

istedadlı fırça ustası, əsl ziyalı Bəhruz Şirəlibəy oğlu Kəngərli 

çox qısa lakin mənalı bir ömür yolu yaşamış, həyatını sənətə həsr 

etmişdir. O, yaratdığı  əsərləri ilə Azərbaycan təsviri sənətində 

tamamilə  yeni  məktəb  yaratmışdır.  Qısa  ömür  sürməsinə 

baxmayaraq,  sənətdə  onun  özünə  məxsus  dəst  xətti,  müstəsna 

yeri olmuşdur. Onun  ömür payı şair Mikayıl Müşfiqin, bəstəkar 

Asəf  Zeynallının,  Ərtoğrul  Cavidin  ömür  yolu  ilə  müqayisə 

edilə biləcək dərəcədə dəyərli olmuşdur. Yaşadığı dövrdən fərqli 

olaraq müstəqillik illərində Bəhruz Kəngərli irsinə maraq daha 

da    artmış,  yaradıcılığına  daha  yüksək  qiymət  verilmişdir. 

Ümummilli  lider  Heydər  Əliyevin  təşəbbüsü  ilə  Naxçıvanda 

onun  ev  muzeyi  açılmışdır.  Bəhruz  Kəngərlinin  125  illik 

yubileyi  münasibətilə  yaradıcılığını  təbliğ  etmək  məqsədilə 

F.Köçərli  adına  Respublika  uşaq  kitabxanası  bir  sıra  tədbirlər 

həyata keçirəcək. 

Sənətkarın yubileyi münasibətilə mədəniyyət müəssisəsi 

olaraq hazırladığımız  vəsaitdə həmin tədbir haqqında məlumat 

verəcəyik. İki hissədən ibarət olan vəsaitin I hissəsində rəssamın 

həyat  və  yaradıcılığından  bəhs  edirlir.  II  hissədə  isə  yubiley 

münasibəti ilə keçiriləcək tədbirlərdən söhbət açılır.  

 

 

 



 

 

 



 

 

                                       




                                Həyat və  yaradıcılığı 

Qısa lakin mənalı bir ömüryolu keçmiş

 

parlaq  istedada 



malik  olan    Bəhruz  Kəngərli    1892-ci  il  yanvarın  10-da 

Naxçıvanda ziyalı ailəsində anadan olmuşdur. Bəhruz Kəngərli 

1918-1920-ci  illərdə  erməni  daşnaklarının  Azərbaycanda 

törətdikləri  faciələri  təsvir  edən,  öz  dədə-baba  torpaqlarından 

zorla  qovulmuş  və  Naxçıvana  pənah  gətirmiş  azərbaycanlı 

qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaratmışdır. Bu 

silsilədən  olan  “Qaçqınlar”,  “Qaçqın  qız”,  “Qaçqın  oğlan”, 

“Qaçqın qadın”, “Yurdsuz ailə”, “Qaçqın Gümşün”, “Ayaqyalın 

qaçqın oğlan” və s. onlarla qaçqının portretləri təkcə sənətkarlıq 

səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. O, portret 

ustası kimi yaratdığı personajların daxili-psixoloji aləmini açıb 

göstərə  bilmişdir.  Rəssam  təsvir  etdiyi  qaçqın  uşaqların  hər 

birinin  simasında  didərgin  düşdükləri  ata-baba  ocaqlarının 

həsrətini,  keçirdikləri  hiss  və  həyəcanları,  gözlərinə  qonmuş 

qüssə  və  kədəri  özünəməxsus  ustalıqla  əks  etdirmişdir. 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920) Bəhruz 

Kəngərli  yaradıcılıqdan  qalmır,  boyakarlıq  və  qrafika  əsərləri 

yaradır,  rəssamlıq  sənətini  gənclərə  öyrətmək,  bu  sənəti 

sevdirmək üçün xüsusi dərnək açır, fərdi sərgilərini təşkil edirdi. 

1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə Kəngərlinin 

500-dən çox əsəri nümayiş etdirilmişdir. Əsərləri R.Mustafayev 

adına  Azərbaycan  Dövlət  İncəsənət  Muzeyində,  Naxçıvan 

Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində və 

şəxsi  kolleksiyalarda  saxlanılır.  Kəngərli  həm  də  milli  teatr 

rəssamlığının  banilərindəndir.  1910-cu  illərdə  Naxçıvan 

teatrında  “Ölülər”  (C.Məmmədquluzadə),  “Hacı  Qara” 

(M.F.Axundzadə),  “Pəri-cadu”  (Ə.Haqverdiyev)  tamaşalarına 

bədii  tərtibat  və  geyim  eskizləri  vermişdir.  A.Babayevin 

“Yarımçıq şəkil” pyesi Kəngərliyə həsr olunmuşdur.  



Naxçıvan MR Ali Məclisi sədrinin “Bəhruz Kəngərlinin 

adının əbədiləşdirilməsi haqqında” sərəncamına (2001, 22 may) 

əsasən,  Naxçıvan  şəhərində  muzeyi  yaradılmış,  qəbirüstü 

abidəsi ucaldılmışdır. 

Ulu  öndər  Heydər  Əliyev:  Bəhruz  Kəngərlinin  əsərləri 

Azərbaycan  rəssamlıq  sənətinin,  mədəniyyətinin  ən  görkəmli 

nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik 

ki,  Azərbaycan  xalqının  belə  böyük  istedada  malik  insanları 

olubdur. Azərbaycanda realist rəssamlığın əsasını qoyan Bəhruz 

Kəngərli  təsviri-incəsənət  tariximizə  adı  qızıl  hərflərlə  həkk 

edilməyə  layiq  nadir  istedad  sahiblərindən  biri  olmuşdur. 

Bəhruz  Kəngərli  əsərlərini  tamamilə  milli  ruhda  və  üslubda 

yaratmışdır.  Beləliklə  də,  mədəniyyətimizdə  milli  rəssamlığın 

inkişafında  özünəməxsus  rol  oynamışdır.  İncəsənətimizdə 

realist  dəzgah boyakarlığının təşəkkülü,  portret  və mənzərənin 

müstəqil janr kimi formalaşması məhz Bəhruz Kəngərlinin adı 

ilə bağlıdır. Bəzən çox qısa yaşanmış bir ömür də əbədi olmağa, 

ölməzlik adını layiqincə daşımağa kifayət edir. Elə ömrünün 30-

cu  ilində  bu  dünyanı  tərk  edən  gənc  rəssamımız  Bəhruz 

Kəngərlinin ömrü kimi... Həyatda çox qısa ömür sürmüş Bəhruz 

Kəngərli  dərin  təfəkkürlü  və  qızıl  fırçalı  rəssam  kimi  ədəbi 

ömrünün  əbədiliyinə  qətiyyətlə  imza  atmışdır.  Bu  görkəmli 

rəssamın  həyatı  təzadlarla,  qəribəliklərlə  dolu  idi.  Tale  heç  də 

ona qarşı hər zaman xoş davranmamış, uşaqlıqda keçirdiyi ciddi 

xəstəlik  gənc  rəssamı  eşitmə  problemi  ilə  üz-üzə  qoymuşdu. 

Ancaq  yaşadığı  bu  çətinlik  onun  rəssamlığa  olan  bağlılığını 

qətiyyən  azaltmamış,  həyat  eşqinin  alovlanmasına  əngəl  ola 

bilməmişdi. Bəhruz Kəngərlinin sənətə olan sevgisini rəssamın 

analığı  Şirin xanım belə xatırlayırdı:  “Əvvəllər  nə mən, nə də 

atası Bəhruzun şəkil çəkməsinə əhəmiyyət verməzdik. Hətta biz 

heyifsilənirdik  ki,  o,  vaxtının  çoxunu  şəkil  çəkməyə  sərf  edir. 



Amma  sonralar  atası  onun  istedadına  inanmağa  başladı,  onun 

üçün Tiflisdən kağız, karandaş, rəng gətirdi”. 

Uşaq vaxtı ağır xəstəlik keçirən Bəhruz Kəngərli bu ağrı-

acılara sinə gərmək üçün fırçadan möhkəm yapışaraq çox erkən 

yaşlarında  rəssamlığa  meyil  göstərmişdir.  Onun  rəssam  kimi 

püxtələşməsində 

Cəlil 

Məmmədquluzadənin, 



“Molla 

Nəsrəddin” jurnalının böyük rolu olmuşdur. Yaradıcılığının ilk 

dövründə  karikatura  və  satirik  rəsmlər,  eləcə  də  məişət 

səhnələrini çəkən Bəhruz Kəngərli öz rəsmləri ilə müasirlərinin 

diqqətini çəkmişdir. 

1914-cü  ilin  iyununda  rəssamın  Naxçıvanda  ilk  böyük 

fərdi  sərgisi  təşkil  olunmuş,  burada  nümayiş  olunan  rəsm 

əsərləri  hər  kəsi  heyran  etmişdi.  1914-cü  ildə  “İqbal”  qəzeti 

Bəhruz  Kəngərli  haqqında  yazırdı:  “Cavan  rəssamımız 

gələcəkdə iftixarımız olacaqdır”. 

Ümummilli  liderimiz  Heydər  Əliyev  Bəhruz  Kəngərli 

yaradıcılığına daim böyük qayğı göstərmişdir. Ulu öndərimizin 

təşəbbüsü  ilə  Naxçıvan  şəhərində  Bəhruz  Kəngərli  Muzeyi 

yaradılmış, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 

Sərgi Salonuna Bəhruz Kəngərlinin adı verilmişdir. 2002-ci ilin 

yayında  muzeyin  açılış  mərasimində  xalqımızın  böyük  oğlu 

Heydər  Əliyev  Bəhruz  Kəngərli  yaradıcılığını  yüksək 

qiymətləndirərək  demişdir:  “Bəhruz  Kəngərlinin  əsərləri 

Azərbaycan  rəssamlıq  sənətinin,  mədəniyyətinin  ən  görkəmli 

nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik 

ki,  Azərbaycan  xalqının  belə  böyük  istedada  malik  insanları 

olubdur”. 

Bu  müdrik  fikirlərin  işığında  bir  daha  illərin  dizini 

qatlaya-qatlaya  zamanın  güzgüsündə  öz  aydın  ziyası  ilə 

könülləri  riqqətə  gətirən  Bəhruz  Kəngərli  xəzinəsinin 

boyalardan  qalxan  sənət  dünyasına  üz  tutduq.  O  əbədiyaşar 

dühadan  bizə  əmanət  və  yadigar  qalan  “Atabəy  məqbərəsi”, 



“İmamzadə”,  “Nuhun  qəbri”,  “İlanlıdağ”,  “Qızlar  bulağı”, 

“Qoca  kişi”,  “Toy”,  “Elçilik”  kimi  əsərlər  ifadəliliyi,  bədii-

estetik dəyəri ilə diqqət çəkir. Bəhruz Kəngərli bütün varlığı ilə 

doğma torpağına bağlı, onun gözəlliklərindən zövq alan və bunu 

yaradıcılığında  öz  mükəmməlliyi  ilə  əks  etdirən  vətəndaş 

qeyrətli bir şəxsiyyət olmuşdur. 

Sənətkarın  təbiət  mövzusunda  yaratdığı  əsərlərdə 

yurdumuzun  zəngin  florası  və  füsunkarlığı,  təbiiliyi  minbir 

gözəlliyi  ilə  əks  olunmuşdur.  “Şəlalə”,  “Günəş  batarkən”, 

“Dağlıq  mənzərə”,  “Ağrı  dağı”,  “Ay  işığında”  adlı  əsərləri 

təbiətin  poeziyasını  fırçanın  qüdrəti  ilə  göz  yaddaşımıza 

köçürmüşdür.  Uzun  müddət  bu  mənzərələrin  təsirindən  ayrıla 

bilmirsən. Qəribədir ki, Bəhruz Kəngərli sanki az yaşayacağını 

duyurmuş.  Bu  səbəbdən  də  müxtəlif  mövzularda  öz  fırçasını 

sınasa da, bütün yaradıcılığı Vətənə, torpağa, xalqa, taleyimizə 

bağlı  olmuşdur.  O  bir  tərəfdən  ilin  fəsillərini  kətana  köçürür, 

digər  tərəfdən  mədəniyyət  abidələrimizin  rəsmlərini  çəkirdi. 

Dövrünün  qabaqcıl  ziyalılarının  portretləri  üzərində  işləyir, 

karikatura  və  satirik  rəsmlər,  memarlıq,  mənzərə  və  məişət 

səhnələrini  əks  etdirən  rəsm,  akvarel  və  rəngkarlıq  əsərləri 

yaradırdı. 

Onun  yaradıcılığında  bir  sıra  əsərlər  də  var  ki, 

bütövlükdə, xalqımızın yaşadığı faciəli illərin ağrı-acılarını əks 

etdirir.  Bəhruz  Kəngərli  1918-1920-ci  illərdə  mənfur  erməni 

daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz 

ana torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş 

azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər də 

yaratmışdır. Bu silsilədən, incə rəssam barmaqlarının möcüzəli 

toxunuşundan  yaranmış  “Qaçqınlar”,  “Qaçqın  qız”,  “Qaçqın 

oğlan”,  “Qaçqın  qadın”,  “Yurdsuz  ailə”,    “Ayaqyalın  qaçqın 

oğlan” və sair kimi onlarla portretə baxarkən orada təsvir olunan 

insanların  gözlərindəki    kədər,  Vətən  həsrəti  insanın  qəlbinin 




dərinliklərinə nüfuz edir. Tarixi reallıqları özündə əks etdirən bu 

rəsm 


əsərləri 

daşnakların 

törətdikləri 

qırğınların, 

deportasiyaların,  ümumən,  millətimizin  üzləşdiyi  dərdlərin 

gələcək  nəsillərə  çatdırılmasında  əvəzsiz  mənbədir.  Yuxarıda 

adları çəkilən əsərlər təkcə portret kimi sənətkarlıq səviyyəsinə 

görə  deyil,  həm  də  tarixi  sənəd  kimi  də  dəyərlidir.  Naxçıvan 

Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  cənab  Vasif 

Talıbovun dediyi kimi: “Bəhruz Kəngərli əsərlərində xalqımızın 

tarixini və dövrün ictimai-siyasi hadisələrini dolğun əks etdirən 

bir  sənətkar  kimi  yüksək  qiymətə  layiqdir.  Xalqımızın  başına 

gətirilən  müsibətləri,  ermənilər  tərəfindən  doğma  yurdundan 

zorla  qovulmuş  azərbaycanlı  qaçqınların  taleyini  əks  etdirən 

“Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, 

xalqımızın dəyərli nümunələridir”. 

Bu  rəssamın  əsərlərinə  diqqət  yetirdikdə  duyursan  ki, 

Bəhruz  Kəngərli  hərtərəfli  rəssam  olmuşdur.  Onun  müraciət 

etmədiyi  mövzu  yoxdur.  Maraqlısı  da  budur  ki,  rəssamın 

fırçasından doğulan bütün əsərlər qiymətlidir. Bəhruz Kəngərli 

həm  də  milli  teatr  rəssamlığının  banilərindən  sayılır.  1910-cu 

illərdə  Naxçıvan  teatrında  tamaşaya  qoyulan  “Ölülər” 

(C.Məmmədquluzadə),  “Hacı  Qara”  (M.F.Axundzadə),  “Pəri-

cadu”  (Ə.Haqverdiyev)  əsərlərinin  bədii  tərtibatını  və  geyim 

eskizlərini də məhz Bəhruz Kəngərli vermişdir. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  Bəhruz 

Kəngərli  müntəzəm  işləyərək  boyakarlıq  və  qrafik  əsərləri 

yaratmışdır. O həm də rəssamlıq sənətini gənclərə öyrətmək və 

sevdirmək üçün xüsusi dərnək açaraq fərdi sərgilərini də təşkil 

edirdi.  

Tədqiqatçıların  fikrincə,  Bəhruz  Kəngərlinin  2  minə 

yaxın  portret,  mənzərə  və  rəsm  əsərləri  əldən-ələ  düşərək 

itmişdir.  Hazırda  Azərbaycan  Dövlət  İncəsənət  Muzeyində 

Bəhruz  Kəngərlinin  500-ə  yaxın  əsəri  qorunur.  Naxçıvandakı 




muzeydə də 50-dən çox orijinal əsəri nümayiş etdirilir. Moskva 

Dövlət  Tarix  Muzeyində  və  şəxsi  kolleksiyalarda  da  əsərləri 

saxlanılır. Bəhruz Kəngərlinin yaradıcılığı haqqında ən dəyərli 

fikirləri  vaxtı  ilə  ümummilli  lider  Heydər  Əliyev  söyləmişdir: 

“Bəhruz  Kəngərlinin  əsərləri  həddindən  artıq  qiymətlidir. 

Birincisi,  onun  rəssamlıq  ustadlığına  görə,  ikincisi,  onun 

yaratdığı  obrazlara  görə  –  mən  insan  obrazlarını  deyirəm. 

Xüsusən,  o,  ağır  dövrün,  1918,  1919,  1920-ci  illərin  çətin 

dövründə  xalqımızın  ağır  vəziyyətdə  olmasını  az  da  olsa,  öz 

əsərlərində əks etdiribdir”. Bu, elə bir qiymətdir ki,  bizim  hər 

birimizə bələdçilik edir. Yəni Bəhruz Kəngərlinin kim olduğu, 

Azərbaycan  mədəniyyəti  tarixində  hansı  mövqedə  dayandığı 

tamamilə  aydınlaşır.  Görkəmli  sənətkarın  sənət  dünyası, 

əbədiyaşar  yaradıcılığı  muxtar  respublikamızda  yüksək 

qiymətləndirilmişdir.  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı  “Görkəmli 

rəssam  Bəhruz  Kəngərlinin  120  illik  yubileyinin  keçirilməsi 

haqqında”  2012-ci  il  12  yanvar  tarixli  Sərəncam  bunun  bariz 

ifadəsidir.  Naxçıvan  şəhərində  yaradılmış  Bəhruz  Kəngərli 

Muzeyi  binasının  2013-cü  il  iyun  ayının  24-də  əsaslı 

yenidənqurmadan  sonra  açılışı  olmuşdur.  Bəhruz  Kəngərlinin 

əsərlərindən  ibarət  albom-kataloq  hazırlanmışdır.  Bu  gün 

muzeydə  Bəhruz  Kəngərli  irsinə  aid  900-dən  çox  eksponat 

mühafizə olunur. Muzeydə rəssamın 341 rəsm əsəri mövcuddur. 

Bu rəsm əsərlərindən 58-i orijinaldır. Azərbaycan incəsənətinin 

tarixində özünəməxsus xidmətləri ilə yaşayan Bəhruz Kəngərli 

kimi  sənətkarlar  bəşəri  ideyalı  insanlar  olublar.  Bir  qərinəlik 

ömründə əbədiyaşar əsərlərə həyat verən, incəsənət tariximizin 

unudulmayan nümayəndəsinə çevrilən Bəhruz Kəngərli həmişə 

müasirimiz olaraq bizimlə bərabər gələcəyə addımlayır. Cəmi 7 

il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış Bəhruz 

Kəngərli  2000-ə  qədər  rəsm  əsəri  yaratmışdır.  O,  realist 




ifadəliliyi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən çoxlu 

portret,  mənzərə,  natürmort  çəkmişdir.  Dövrünün  qabaqcıl 

ziyalılarının,  sadə  adamların  portretləri  (“Yaşlı  kişi”,  “Gürcü” 

və s.) mövzu aktuallığına və ideya məzmununa görə bu günün 

ictimai-siyasi hadisələri ilə səsləşən “Qaçqınlar” silsiləsinə daxil 

olan  portretlər  canlılığı,  reallığı  və  psixoloji  ifadəliliyi  ilə 

fərqlənir.  Rəssamın  yaradıcılığında  mənzərə  janrı  mühüm  yer 

tutur. Onun mənzərələrində təbiət gözəllikləri “Şəlalə”, “Dağlıq 

mənzərə”,  “İlanlı  dağ  ay  işığında”,  “Günəş  batarkən”,  “Ağrı 

dağı”,  “Köhnə  qala”,  “Əliabad  kəndində  darvaza”,  “Yamxana 

kəndinə  gedən  yol” və  s.  əsərlərində, mədəniyyət abidələri isə 

“Möminə  xatın  türbəsi”,  “Əshabi-kəhf  dağı”,  “Nuhun  qəbri” 

əsərlərində  əks  edilmişdir.  İlin  fəsillərinə  aid  tablolarından 

rəssamın “Payız”, “Bahar”- ı göstərmək olar.  

Bəhruz  Kəngərli  cəmiyyətə  faydalı  olmaq,  xalqının, 

mədəni həyatına müsbət təsir etmək, gənclərin zövqünü düzgün 

istiqamətləndirmək naminə öz əsərlərini gənclərə əyani təqdim 

etmişdir.  Özü  əsərlərindən  ibarət  ilk  dəfə  Naxçıvanda  kiçik 

sərgilərini  təşkil  etmişdir.  Onu  sevdirmək,  yaradıcılığını  gənc 

nəslə və şagirdlərə  tanıtmaq məqsədilə kitabxanada kitab sərgisi 

keçirilməsi  lazımdır.  Sərgidə  Bəhruz  Kəngərli  haqqında 

yazılmış  kitablardan  istifadə  edərək  sərgiyə  -  “Azərbaycan 



incəsənətində Bəhruz Kəngərli zirvəsi”; “Təsviri sənətdə tarixə 

dönən  rəssam”;  “Qısa  ömrün  mənalı  cizgiləri”;  “Həyatını 

sənətə bağlayan sənətkar və s. başlıq verə bilərik”.: 


                           

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                        


Görkəmli şəxsiyyətlərin Bəhruz Kəngərli haqqında      

söylədikləri: 

 

Bəhruz  Kəngərlinin  əsərləri  həddindən  artıq  qiymətlidir. 



Birincisi onun rəssamlıq ustalığına görə,ikincisi onun yaratdığı 

obrazlara görə. Mən insan obrazlarını deyirəm. Xüsusən o ağır 

dövrün 1918,1919,1920-ci illərin çətin dövründə xalqımızın ağır 

vəziyyətdə olmasını az da olsa öz əsərlərində əks etdirib. 

 

                                                                         Heydər Əliyev, 



                                                                             Ulu öndər 

 

“Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır”.  

 

                                                                        “İqbal” qəzeti  



 

Mənim rəssamlıq təhsili almağıma Bəhruz səbəb oldu. 

 

                                                                         Adil Qazıyev,  



                                                                             Rəssam 

 

Rəssamın yaradıcılığında doğma Vətənin gözəlliklərinin 



tərənnümü    xüsusi  yer  tutur.  “Ağrı  dağı”,  “Gecə  mənzərəsi”, 

“Qoyun sürüsü”, “İlan dağı” ,”Atabəy məqbərəsi” və s. əsərləri 

belə  əsərlərdən  olub,  bir-birindən  maraqlı  və  təsirlidir.

 

Onun 



mənzərələrində təbiət gözəllikləri (“Şəlalə”, “Dağlıq mənzərə”, 

“İlanlı dağ ay işığında”, “Günəş batarkən”, “Ağrı dağı”, “Köhnə 

qala”,  “Əliabad  kəndində  darvaza”,  “Yamxana  kəndinə  gedən 

yol”  və  s.)  mədəniyyət  abidələri  (“Möminə  xatın  türbəsi”, 

“Əshabi-kəhf  dağı”,  “Nuhun  qəbri”),  ilin  fəsilləri  (“Payız”, 

“Bahar”) əks olunmuşdur. Bu mövzuyla, ümumiyyətlə təbiətlə 

bağlı  əsərlərnin  çoxluğunu  nəzərə  alaraq  bundan  başqa  bu 



rəsmlərdən  ibarət  “Fırçasıyla  təbiətə  bağlı  rəssam”,  “Qızıl 

fırçalı rəssam”  başlığı ilə sərgi təşkil edə bilərik. 

Xalqımız  tarixin  müxtəlif  dövrlərində  düşmənlərin 

amansızlıqları  ilə  də  üzləşmişdir.  1914-1921-ci  illərdə  də 

bədnam  erməni  daşnaklarının  törətdiyi  vəhşiliklər,  xalqımızın 

başına  gələn  faciəli  hadisələr  gənc  rəssamı  sarsıtmış,  onun 

yaradıcılığında  dərin  iz  buraxmışdır.  B.  Kəngərli  böyük 

uzaqgörənliklə  o  dövrdə  sadə  insanların,  dinc  əhalinin  başına 

gətirilən  bu  müsibətləri  olduğu  kimi,  real  boyalarla  təsvir 

etmişdir.  Həmin  əsərlərdə  o,  bizi  bu  faciəni  heç  vaxt 

unutmamağa  səsləyir,  xain  erməni  daşnaklarının  əsl  simasını 

açıb göstərirdi. Onun  “Qaçqınlar” silsiləsindən olan  əsərlərinə 

həyat  həqiqəti  kimi  baxmaq  çətin  olur.  “Tərk  edilmiş  ev”, 

“Yurdsuz ailə”, “ Papaqlı oğlan”, “Naxçıvanda xaraba qalmış 

evlər”,  “Qaçqın  qadın”,  “Qaçqın  oğlan”  və  s.  belə  təsirli 

əsərlərdəndir.

   

O,  bu  əsərlərdə  portret  ustası  kimi  yaratdığı  bu 



personajların  daxili-psixoloji  aləmini  açıb  göstərə  bilmişdir. 

Rəssam  təsvir  etdiyi  qaçqın  uşaqların  hər  birinin  simasında 

didərgin  düşdükləri  ata-baba  ocaqlarının  həsrətini,  keçirdikləri 

hiss  və  həyəcanları,  gözlərinə  qonmuş  qüssə  və  kədəri 

özünəməxsus ustalıqla əks etdirmişdir. Bu günümüzlə səsləşən, 

bu  əsərlərin  təbliği  kitabxanada  vətənpərvərlik  hisslərinin 

aşılanması  üçün  tədbirlərin  keçirilməsində  gözəl  vasitələrdən 

biri olar.  




 

 

 



 

 

 



 

 

 



 

Parlaq  istedada,  yaradıcılıq  qabiliyyətinə  malik  olan 

B.Kəngərli  1922-ci  il  fevralın  7-də  dünyasını  dəyişmişdir. 

Xalqımız Vətəninə, elinə qəlbən bağlı olan bu gözəl  sənətkarını 

heç zaman unutmayacaq, onun xatirəsini həmişə əziz tutacaqdır. 

Bu vəsait də sənətkarın yaradıcılığının təbliği işinə kömək üçün 

bir vasitə olacaqdır. 

Bəhruz  Kəngərli  yaradıcılığnın  təbliğində  rəssam  haqqında 

hazırlanmış  sualların  da  əhəmiyyəti  vardır.  Bu  sualları  sizə 

təqdim edirik. 

 

 

 



 

 

 




1)

 

Bəhruz Kəngərli neçənci ildə anadan olmuşdur? 

            a) 1887 

            b) 1892 

c) 1874 

 

2)

 

Onu rəssamlığa kim həvəsləndirmişdir? 

 

a)

 



Atası Şirəlibəy 

b)

 

Cəlil Məmmədquluzadə 

c)

 

Şirin xanım 

 

3)

 

İlk təhsilini Naxçıvanda alan rəssam təhsilini harada 

davam etdirmişdir? 

 

a)

 

Bakıda 

b)

 

Turkiyədə 

c)

 



Tiflisdə 

 

4)



 

 Bəhruz  Kəngərlinin  rəssam  kimi  incəsənətin  hansı 

sahəsində rolu olmuşdur? 

 

a)

 

Kino 

b)

 



Teatr 

c)

 

Musiqi 

 

5)

 

Teatrda  hansı  tamaşaların  tərtibatında  iştirak 

etmişdir? 

 

a) Qaçaqlar 

b) İblis 

c) Ölülər, Pəri Cadu 

 



6)

 

C.Məmmədquluzadənin  yaradıcısı  olduğu  hansı 

jurnal ilə rəssam əməkdaşlıq etmişdir? 

 

a)

 

Hophopnamə 

b)

 



Molla Nəsrəddin 

c)

 

İqbal qəzeti 

 

7)

 

O  yaradıcılığında  real  həyatdan  götürdüyü  hansı 

mövzunu 

ürəkağrısı 

ilə 

silsilsilə 

şəklində 

yaratmışdır? 

 

a)



 

Təbiət 

b)

 

Vətən 

c)

 



Qaçqınlar 

 

8)



 

Ədəbiyyatımızda  hansı  yazıçı  Bəhruz  Kəngərlinin 

həyatından bəhs edən povest yazmışdır? 

 

a)

 

İlyas Əfəndiyev 

b)

 

Qılman İlkin 

c)

 



Tofiq Mahmud 

 

9)



 

Povest necə adlanır? 

 

a)

 



Uzaqda ucalan dağlar 

b)

 

Bəhruz Kəngərli 

c)

 

Sənət dünyası 

 

10)

 

 Bəhruz  Kəngərlinin  ev  muzeyi  Heydər  Əliyev 

tərəfindən harada açılmışdır? 

 

a)

 

Bakıda 

b)

 



Naxçıvanda 

c)

 

Şəkidə 


Bəhruz Kəngərli - Azərbaycanın ilk peşəkar teatr                

rəssamı kimi 

Peşəkar Azərbaycan teatrı təşəkkül tapandan sonra həm 

ilkin  həvəskarlıq  dövründə,  həm  “müsəlman”  artistləri 

cəmiyyəti”ndə,  sonralar  “Nicat”,  “Səfa”,    və  sair  teatr 

truppalarında  tamaşalar  hazırlananda  tərtibat  hazır  şəklində 

kirayəyə  götürülürdü.  Hətta  müxtəlif  tamaşalarda  müəyyən 

əşyalar dəyişilərək eyni otaqda tərtibat işləri gedirdi.1922-ci ilə 

kimi  heç  vaxt  teatr  binası  olmasa  da,  müəyyən  vaxtlarda 

Naxçıvana  gələn  Kəngərli  teatr  üçün    dostu  Rza  Təhmasibin 

xahişi  ilə  müəyyən  mənzərələri  əks  etdirən  asma  pərdələri 

həvəslə hazırlayırdı. Pərdələr meşə, dağ, çay rəsmlərindən ibarət 

olurdu. Truppa onlardan müxtəlif tamaşalarda istifadə edirdi.  

Bəhruz  Kəngərli  eyni  zamanda  1917-ci  ilə  “Xeyriyyə 

məktəbinin nəzdindəki  “El güzgüsü” teatr cəmiyyəti tərəfindən 

Naxçıvan  klubunda  səhnələşdirilən  tamaşaların  bədii 

tərtibatında  da  yaxından  iştirak  etmişdir.  1917-ci  ildə  Cəlil 

Məmmədquluzadənin 

“Ölülər”, 

1918-ci 

ildə 


M.F. 

Axundzadənin  “Hacı  Qara”,    Əbdürrəhimbəy  Haqverdiyevin  

“Pəri Cadu” əsərlərinə bədii tərtibat və hər personaja uyğun qrim 

tərzini  düşünmüş,  geyim  eskizləri  hazırlamışdır.  Beləliklə 

Bəhruz  Kəngərli  Naxçıvanda  da  teatr  sənətinin  inkişafına 

əlindən  gələn  köməkliyi  göstərmişdir.  Kitabxanada  teatr  günü 

ilə  bağlı  keçirilən  tədbirlərdə  Bəhruz  Kəngərlinin  teatr 

fəaliyyətinə də yer ayıra bilərik. 



Bəhruz  Kəngərli  (1892-1922)  :  rəngkarlıq  qrafika  /  

Bakı  :  Şərq-Qərb,  2013.  -  104  s..  -  (Sərvət).  -  Azərbaycan  və 

ingilis dillərində.  



 Son illər Azərbaycan incəsənətinə dövlət 

tərəfindən  verilən  qiymətlə  bağlı  nəşr 

edilən bu kitab Bəhruz Kəngərli haqqında 

hazırlanmışdır. 

Azərbaycan Respublikası  Milli  İncəsənət 

Muzeyinin  əməkdaşlarının  iştirakı  ilə 

hazırlanan  və  “Şərq-Qərb”  Nəşriyyat 

Evində  çap  olunan  bu  kitabda  Bəhruz 

Kəngərlinin həyat  yoluna nəzər salınmış, 

yaradıcılığına təsir göstərmiş məşhur rəssamlar, mədəni mühit 

haqqında məlumat verilmişdir. 

Kitabda rəssamın “Molla Nəsrəddin” jurnalı və teatr sahəsindəki 

fəaliyyəti  də  işıqlandırılmışdır.  Eyni  zamanda  1918-1920-ci 

illərdə  azərbaycanlılara  qarşı  törədilən  amansızlığın  Bəhruz 

Kəngərli  yaradıcılığında  buraxdığı  izlərdən  də  danışılmışdır. 

Oxuculara  Azərbaycan  və  ingilis  dillərində  təqdim  olunan  bu 

kitab qrafika, rəngkarlıq və rəssamın yaradıcılığı ilə maraqlanan 

hər  kəs  üçün  nəzərdə  tutulmuşdur.  Kitabxanada  rəssamın 

yubileyi  ilə  bağlı  həmin  kitabın  icmalını  oxucularla  keçirə 

bilərik.  Kitab  hazırlanacaq  sərgilərdə  oxuculara  müəllifi 

tanıtmaq üçün yararlı vəsaitdir. 

                                

                                 Kitab müzakirəsi 

 

"Alça  ağacı  qurusa  da  Bəhruzun  yaşadığı  həyətdə  illər 



boyu  qalmışdı.  Onu  bacısı  Tahirə  daha  çox  qoruyurdu.  Onu 

kökündən  qoparıb  atmaq  istəmişdilər,  amma  Tahirə  heç  kəsi 

yaxına  buraxmamışdı.  Ağac  qəribə  şəklə  dönmüşdü.  Qupquru 

budaqlar bir-birinə  dolaşıb  kiminsə həsrətini  çəkən adam  kimi 

sıxılmış, büzüşmüş, məhzun bir görkəm almış, təbiətin yaratdığı 

etüdə çevrilmişdi.  Deyirlər ki,  bu ağac son illərə qədər həmin 

həyətdə dururdu.Təəssüf etməyə dəyməz, çünki alça ağacı indi 



olmasa da Bəhruzun rəsmlərindən birində əbədi yaşayır!" - Bu 

cümlələr  böyük  Azərbaycan  rəssamı  Bəhruz  Kəngərlinin 

həyatından bəhs edən “Uzaqda ucalan dağlar" romanındandır. 

Romanın  müəllifi  yazıçı  Tofiq  Mahmuddur.  Müəllifin  son 

irihəcmli  əsəri  olan  “Uzaqda  ucalan  dağlar”  romanı  rəssam 

həyatından  bəhs  edən  yeganə  Azərbaycan  romanıdır.  Yubiley 

münasibətilə  kitabxanada  “Uzaqda  ucalan  dağlar”  povestinin 

birgə  təhlilini  keçirə  bilərik.  Müzakirəni  yuxarı  sinif 

məktəbliləri  ilə  məktəbin  ədəbiyyat  dərslərindən  birində  də 

keçirmək    olar.  Bunun  üçün  son  zamanlar  həm  bədii-estetik 

baxımdan,  həm  də  Bəhuz  Kəngərlinin  həyatının  öyrənilməsi 

baxımından  önəmli  olan  bu  gözəl  əsərin  yalnız  arxivlərdə 

qalmasını istəməyən "Kitabsevərlər" qrupu, bu əsəri köhnə kiril 

əlifbasından  yeni  latın  qrafikalı  əlifbaya  çevirərək  nəşr 

etdirmişdir.  Povestdə  Bəhruz  Kəngərlinin  uşaqlıq  və  gənclik 

illəri qələmə alınmışdır.  

Müasir 

Azərbaycan 



incəsənətinin 

ekspozisiyası 

Azərbaycan 

Dövlət  İncəsənət  muzeyində  yerləşir  və 

Azərbaycanın    XX  əsrin  30-90-cı  illərinin  rəssamlıq, 

heykəltaraşlıq,  qrafika,  bədii-tətbiqi  incəsənətini    təmsil  edir. 

Azərbaycanın  Milli  incəsənət  muzeyinin  zəngin    kolleksiyası 

keçmişin  bədii  abidələrinə  yeni  gözlə  baxmaq  və  müasir 

incəsənətin  xüsusiyyətlərini  özü  üçün  yenidən  açmaq  imkanı 

verir.  Azərbaycan  rəssamlarının  müasir    rəssamlıq  əsərləri  və 

qrafikaları Bakı müasir incəsənət muzeyində, dünyanın bir çox 

ölkələrində  şəxsi  kolleksiyalarda  saxlanılır.  A.  və  V. 

Şəmsiyevlərin, İ. Məmmədovun, Z. Əliyevanın, D. Kərimovun, 

O. və V. Ağababayevlərin, U. və E. Haqverdiyevlərin, E. və M. 

Babayevlərin, R. və S. Verdiyevlərin,  R. Kərimovun, E. və D. 

Haşımovların,  N.  və  A.  İbrahimovların,  R.  Mehdiyevin,  B. 

Maratlının,  A.  və  S.  Səmədovların,  A.  Sadıqzadənin  və  digər 

rəssamların əsərləri bizi yenidən sevindirir.

 

Bəhruz Kəngərli (22 




yanvar  1892,  Naxçıvan  –  7  fevral  1922,  Naxçıvan)  –  rəssam, 

boyakar və  qrafik. Azərbaycan təsviri  sənətində  realist  dəzgah 

boyakarlığının  təşəkkülü,  portret  və  mənzərə  janrlarının 

formalaşması Kəngərlinin adı ilə bağlıdır. 

 

                             Bəhruz Kəngərli muzeyi: 

Bəhruz  Kəngərli  Muzeyi  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisi  Sədrinin  2001-ci  il  22  may  tarixli  Sərəncamı  ilə  və 

Аzərbaycan Rеspublikаsı Nаzirlər Kаbinеtinin 2002-ci il 13 iyul 

tаriхli  qərаrı  ilə  Аzərbaycan  rəssаmlıq  sənətinin  görkəmli 

nümаyəndəsi  Bəhruz  Kəngərlinin  хаtirəsini  əbədiləşdirmək 

məqsədilə 

yаrаdılmışdır. 

Аzərbaycan 

Rеspublikаsının 

prеzidеnti  Hеydər  Əliyеv  2002-ci  il  18  iyun  tаriхində  bu 

muzеyin аçılışındа iştirаk еtmişdir.

 T

аriхi-mеmаrlıq аbidəsi olan 



muzeyin  binası  1897-ci  ildə  Nахçıvаn  qızlаr  məktəbi  üçün 

tikilmişdir.  Ümumi  sаhəsi  560  m²-dir.  Şərq  və  qərb  mеmаrlıq 

еlеmеntlərinin sintеzindən tikilmiş ikimərtəbəli binаnın birinci 

mərtəbəsində  7,  ikinci  mərtəbəsində  isə  5  оtаq  yеrləşir.  Binа 

iqlim  şərtlərinə  uyğun  оlаrаq  çiy  kərpicdən  tikilmiş  və  fаsаdı 

bişmiş  kərpiclə  üzlənmiş  bina  XX  əsrdə  binаdаn  tədris 

müəssisəsi  kimi  istifаdə  оlunmuşdur.  Burada  əvəllcə  pеdаqоji 

tехnikum,  sоnrа  isə  Hеyrаn  хаnım  аdınа  tibb  tехnikumu 

yеrləşmişdir.  Muzeydə  350-yə  yахın  mаddi-mədəniyyət 

nümunəsi qоrunub sахlаnılır və nümаyiş еtdirilir ki, bunlаrın dа 

56-sı rəssаmın əsərlərinin оrijinаlı, 300-ü isə fоtо surətlərindən, 

hаbеlə  аiləsi,  həyаt  və  fəаliyyəti  ilə  bаğlı  sənədlərdən,  məişət 

əşyаlаrındаn  və  digər  mаtеriаllаrdаn  ibаrətdir.  2012-ci  ildə 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

Bəhruz  Kəngərlinin  120  illik  yubileyinin  keçirilməsi 

haqqında  imzalamış  sərəncama  əsasən,  Naxçıvan  Muxtar 

Respublikası Ali Məclisində Tədbirlər Planı hazırlanaraq həyata 




keçirilmişdir.  Tədbirlər  Planına  əsasən,  Bəhruz  Kəngərlinin 

Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanan 191 

əsərinin  surəti  çıxarılaraq  Bəhruz  Kəngərli  Muzeyinə 

verilmişdir. Muzeydə rəssamın 341 rəsm əsəri vardır. Bu rəsm 

əsərlərindən  58-i  orijinaldır.  Həmin  vaxtdan  muzeydə  Bəhruz 

Kəngərli irsinə aid 900-dən çox eksponat mühafizə olunur. 

1921- ci  ildə Naxçıvanda İnqilab Komitəsinin təşəbbüsü 

ilə  B.Kəngərlinin  500  əsərdən  ibarət    böyük  sərgisi  təşkil 

olunmuşdur.  Daima  ehtiyac  içərisində  yaşayan,  heç  bir  qayğı 

görməyən    Bəhruz  üçün  həmin  sərginin  böyük  əhəmiyyəti 

olmuşdur. Həmişə yoxsul və kimsəsizlərin halına acıyan rəssam 

sərgidən  toplanan  pulun  üçdə  birini  şəhər  uşaq  evinə 

bağışlayaraq onları sevindirmişdir. 

 

                                  Ədəbi – bədii gecə 



Aparıcı:  Naxçıvan  qaçqınlarla,  cır-cındır,  ac-yalavac, 

xəstə,yorğun,  halsız,  solmuş  uşaqlarla,  qızlarla,  cavanlarla 

dolmuşdur. Köhnə uçuq evlərin divarlarında sığınacaq tapan bu 

qaçqınlar qapı-qapı gəzir dilənirdilər. Bəhruz onlara baxa-baxa 

keçdikcə  ürəyi  ağrıyırdı.  Səkkiz  doqquz  yaşındakı  uşağın 

ətəyindən tutmuş ondan balaca oğlanın vəziyyəti cox acınacaqlı 

idi.  Əynindəki  cırıq,  yamaqlı  köynək  bədənini  tam  örtməmiş, 

çöp  kimi  arıq  ayaqları  çirkdən  qartmaq  bağlamışdır.    Bəhruz 

ürəyindəki bu ağrı ilə teatra gəlib onun divarına çəkdiyi “Ağrı 

dağı”  nı  işləməyə  başladı.  Bütün  ürəyini  çəkdiyi  Ağrı  dağına 

versə  də  o  iki  uşaq  xəyalından  çııxmırdı.  Evə  gəlib  Pakizəyə 

onlara səliqəli yer düzəltdirdi. 



 (Səhnədə Pakizə yır-yığış edir, silib-süpürür. Səhər həmin yerə 

gedən  Bəhruz  uşaqları  orda  görmür.  Qayıdarkən  Əkbər  bəylə 

qarşılaşaraq) 


Əkbərbəy: Salam, Bəhruz, niyə pəjmürdəsən? 

Bəhruz:  Dünən iki uşaq görmüşdüm, yazığım gəldi indi onları 

axtarıram, tapa bilmirəm. 



Əkbərbəy: Biri böyük, biri balaca... 

Bəhruz: Bəli, bəli! 

Əkbərbəy: Əgər onları görmək istəyirsənsə mənimlə gedək... 

Onlar Əkbərbəyin evinə  gəlirlər.Qapını açanda içəridə  kəndli 

paltarında bir qadın iyrimiyə qədər uşaqla məşğul olur. Zöhrə 

xanım  Bəhruzun  salamını  alıb  onu  içəri  dəvət  edir.  Bəhruz 

kənarda  oynayan  uşaqları  ayaqlarından  tanıyır.  İndi  onların 

əynində göy rəngdə bədənlərinə yekə olan köynəkləri var idi. 

Aparıcı:  Bu xeyirxahlığı görən Bəhruz sevinə-sevinə gedir. 

Aparıcı:  Bir  gün  yenə  teatrdan  yorğun  çıxan  Bəhruz  ağaca 

söykənmiş çalmalı bir qaçqın görür. O, durub qızdan soruşur: 



Bəhruz: Hardan gəlmisən? 

Qaçqın qız : Qız qorxub üzünü yana çevirir. 

Bəhruz: Qorxma, mən rəssamam, şəklini şəkmək istiyirəm. 

Qaçqın qız: Mənə yemək verərsən? 

(Bəhruzun  ona  çox  yazığı  gəlir,    imkanı  olsa  burda  indi  ona 

yemək verərdi) 

Bəhruz: Uzaqdan gəlmisən? 

Qaçqın qız: Dağ kəndindən. 

Bəhruz: Şəhərdə kimin var? 


Qaçqın Qız: Heç kimim. 

Bəhruz: Bəs nə edəcəksən? 

Qaçqın qız: Bilmirəm.  

Bəhruz:  Gedək  mənimlə  bizə  evə...  Anam  var,  bacım, 

qardaşım... Gedək yemək verərlər sənə... 

 (Gedirlər )  

Aparıcı:  1921  -  ci    ildə  Naxçıvanda  İnqilab  Komitəsinin 

təşəbbüsü  ilə  B.Kəngərlinin  500  əsərdən  ibarət    böyük  sərgisi 

təşkil  olunmuşdur.  Daima  ehtiyac  içərisində  yaşayan,  heç  bir 

qayğı görməyən  Bəhruz üçün həmin sərginin böyük əhəmiyyəti 

var  idi.  Həmişə  yoxsul  və  kimsəsizlərin  halına  acıyan  rəssam 

sərgidən  toplanan  pulun  üçdə  birini  şəhər  uşaq  evinə 

bağışlamışdır.  

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  də  (1918–1920) 

Bəhruz  Kəngərli  yaradıcılıqdan  qalmır,  boyakarlıq  və  qrafika 

əsərləri yaradır, rəssamlıq sənətini gənclərə öyrətmək, bu sənəti 

sevdirmək üçün xüsusi dərnək açır, fərdi sərgilərini təşkil edirdi.  

Aparıcı: Müstəqillik illərində də Bəhruz Kəngərli yaradıcılığına  

maraq  artmış,  rəssamın  yaradıcılığı  ən  yüksək  səviyyədə 

qiymətləndirilmişdir.  Ümummilli  lider  Heydər  Əliyevin 

təşəbbüsü  ilə  Naxçıvanda  Bəhruz  Kəngərlinin  ev  muzeyi 

açılaraq,  Azərbaycan  Milli  İncəsənət  Muzeyindən  rəssamın 

əlliyə yaxın əsəri oraya təhvil verilmişdir. 



 Aparıcı:  O,  həmişə  xalqına  bağlı  olub.  Xalqın  keçdiyi  əzablı 

yolları  mənən  əsərlərində  yaradıb.  Lakin  ömür  vəfa 

etməyib.1922-ci ilin fevralın 7-də Naxçıvanda vəfat edib. 

 



                               Ədəbiyyat siyahısı: 

 

Azərbaycan  incəsənəti-təsviri  sənət,    dekorativ-tətbiqi  sənət, 

memarlıq // II-III cild (X-Ö). - Bakı : Letterpress, 2011. - 200 s. 

- (Uşaqlar üçün ensiklopedik məlumat kitabı)   

Quliyev Ə. M. XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər. 

- Bakı : Təhsil, 2012. - 168 s.     

Bəhruz Kəngərli (1892-1922) : rəngkarlıq qrafika . - Bakı : Şərq-

Qərb, 2013. - 104 s.  

 Kərimov K. Bəhruz Kəngərli. - Bakı : Azərb. SSR EA 

nəşriyyatı, 1962. - 58, [24] s. : şək. ; 20 sm. - kiril əlifbası ilə   



                                    Haqqında: (kitab) 

Mahmud T. Uzaqda ucalan dağlar. - B:. -Yazıçı, 1991. - 312 s. 



                                        Mətbuatda: 

1.    Cəfərov F. Kəngərli nəslinin rəssam oğlu : Bəhruz Kəngərli 

- 120 // Xalq qəzeti. - 2012. - 31 avqust. - № 193. - S. 7. 

2.    Cəfərov F. Sənədlərin dili ilə... : Bəhruz Kəngərli -120 // 

Respublika. - 2012. - 5 fevral. - № 28. - S. 3. 

3.  Qasımov  R.  Rəssamlığın  Bəhruz  Kəngərli  zirvəsi  // 

Azərbaycan. - 2012. - 2 iyun. - № 120. - S. 7. 

Qasımov  R.  Rəssamlığın  Bəhruz  Kəngərli  zirvəsi  //  Təhsil 

problemləri. - 2012. - 08 - 15 avqust. - № 59/60. - S. 15. 

 

Xəlilzadə  F.  Qəzəi  fırçalı  rəssam  :  Bəhruz  Kəngərli  -  120  // 



Azərbaycan. - 2012. - 22 yanvar. - № 16. - S. 6. 


Əhmədalılar  T.  2500  gündə  2000  iş  :  Günlər  Bəhruzu,  Bəhuz 

günləri qovurmuş...  // Mədəniyyət. - 2012. - 25. 01. - № 5. - S. 

9. 

 

Miriyev  A.  Bəhruz  Kəngərli  Muzeyi  yeni  eksponatlarla 



zənginləşib // Palitra. - 2014. - 29 yanvar. - № 15. - S. 11 

 

Əliyeva G. (Kəngərli). Şəcərənin rəssam oglu : Bəhruz Kəngərli 



haqqında çox deyilib-danışılıb. Yüz dəfə, lap min dəfə, Neynək, 

mənim bu yzım da olsun min birinci... // Qobustan. - 2015. - № 

2. - S. 45-47. 

Əliyev  Z.  Bədii  güzgünün  sərtliyi:  Bəhruz  bəy  Kəngərlinin 

"Qaçqınlar" silsiləsi haqqında // Kaspi. - 2016. - 11 iyun. - № 

102. - S. 24. 

Əliyev Z. Bəhruz bəy Kəngərli fenomeni // Ədəbiyyat qəzeti. - 

2016. - 6 fevral. - № 5. - S. 29. 

Əliyev Z. Bəhruz bəy Kəngərli fenomeni  // Ədəbiyyat qəzeti. - 

2016. - 6 fevral. - № 5. - S. 29. 

 

 

 



 

 

 



 


                   

Otuz illik həyatın ömür tablosu. 

                                   

(metodik vəsait)

 

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 14 

Çapa imzalanmışdır:08.04.2017 

 Tirajı:100 

Pulsuz 


 

 

 

 

 



 

 

 



 

Yüklə 156,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə