F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 341,6 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix04.11.2017
ölçüsü341,6 Kb.
#8407
  1   2   3   4   5   6   7   8   9   ...   13


 

F.Köçərli adına Respublika



Uşaq Kitabxanası

 

 

 

 

       

Vətənpərvərlik  tərbiyəsi ümummilli 

xilas yolumuzdur 

 

Vətənpərvərlik mövzusunda mərkəzi kitabxanaların uşaq şöbələri, 

MKS-nin şəhər, qəsəbə,  kənd kitabxana filialları üçün hazırlanmış  

metodik vəsait 

 

 

 

    

 

 

 

 

Bakı-2016 

 



 

Tərtibçi:                                         Ruhiyyə Məmmədli 



                                                        Sevil Əhmədova 

 

Redaktor:                                      Səməd Məlikzadə 

Ixtisas redaktoru və                     Şəhla Qəmbərova 

buraxılışa məsul:                          Əməkdar mədəniyyət işçisi     

 

 



 

 

 

“Vətənpərvərlik  tərbiyəsi  ümummilli    xilas yolumuzdur” 

metodik vəsait /tərt. ed. R. Məmmədli,  S.  Əhmədova,  red. 

S.Məlikzadə, ix. red və bur. məs. Ş.Qəmbərova;  F.Köçərli adına 

Respublika Uşaq Kitabxanası. – Bakı. – 2016. –



 51 s.  

 

 



 

 

        

 

 

 

 

 

 

   ©F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2016. 

 



 

                               



Tərtibçidən  

Vətən!  Bu  söz  insanlarda  daha  dərin  və  əziz  hisslər  oyadır. 

Vətənə məhəbbət öz xalqına məhəbbətdir. Vətən uğrunda hər cür  

fədakarlığa  hazır  olmaq  lazımdır.  Vətənpərvərlik  əsrlərlə 

insanların  qan  yaddaşına  həkk  olunmuş  hisslərdəndir.  Vətəni 

sevmədən, qorumadan, ata-babalarımızın keçdikləri yollara nəzər 

salmadan,  onların  qəhrəmanlıq  nümunələrini  öyrətmədən 

vətənpərvər  yetirmək  olmaz.  Vətənə  məhəbbət  insanın  qəlbində 

yaşayan, onu vətənin çiçəklənməsinə  istiqamətləndirən ən  güclü 

mənəvi-əxlaqi  hissdir.  Bu  hissi  hələ  uşaqlıq  illərindən  aşılamaq 

başlıca  vəzifədir.  Hərbi-vətənpərvərlik  tərbiyəsi  bu  gün  böyük 

əhəmiyyətə  malikdir.  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı 

müstəqil respublikamızın bugünkü durumu bunu bizdən tələb edir. 

Zəngin  tarixi  keçmişimizdən  tutmuş  bugünkü  tariximizə  qədər 

gənc  nəslə  örnək  olası  kifayət  qədər  qəhrəmanlıq  səhifələrimiz 

var.  Gənclərimizi  Koroğlu,  Babək,  Cavanşir,  Mübariz  və  s. 

ruhunda  tərbiyələndirmək  ümdə  vəzifəmiz  olmalıdır.  Bu 

baxımdan gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, hər 

bir  oxucunun  milli  soykökümüzə,  tariximizə,  folklorumuza,  min 

illərdən  bəri  xalqımızın  yaratdığı  mənəvi  dəyərlərə  dərindən 

yiyələnməsi üçün uşaq kitabxanalarında geniş imkanlar var. 

Vətənpərvərlik    ən  ülvi  bir  hissdir.  Bu  gözəl  və  nəcib  əxlaqi 

keyfiyyəti  gələcəyin  qurucularına  aşılamaq  biz  kitabxanaçıların 

borcudur.  Bu  metodik  vəsait  məktəbli  oxucular  arasında  hərbi-

vətənpərəvrliyə  aid  ədəbiyyatın  təbliğində  uşaq  kitabxanalarında 

çalışan kitabxanaçılara köməklik məqsədilə tərtib edilib.Vəsait 2 

hissədən ibarətdir: 

I. Vətənpərvərlik tərbiyəsi -ümummilli xilas yolumuzdur.  

II.Vətənpərvərlik tərbiyəsi ilə bağlı keçiriləcək tədbirlər. 

 

    



 


 

Vətənpərvərlik  tərbiyəsi -ümummilli xilas yolumuzdur 

Vətən  onun  gözəlliyinin  şahidi  olan  atlas  çəmənlərdən,  dibi 

görünməyən  yamyaşıl  meşələrdən,  durna  gözlü  bulaqlardan, 

çoşqun  çaylardan,  mavi  göllərdən   başlanır.  Vətən  müqəddəsdir, 

ülvidir.  Onun hər  şeyi,  dağı,  daşı,  torpağı,  suyu,  səması  bizim 

üçün  əzizdir,  doğmadır.  Əgər  öz  yaşadığın  yerin,  oxuyub  təhsil 

aldığın,  boya-başa  çatdığın  torpağın  keçmişini,  bu  gününü  yaxşı 

bilməsən, onun sərvətini qorumaq, çoxaltmaq və gələcək nəsillərə 

saxlamaq qayğısına qalmasan, sən əsl vətəndaş ola bilməzsən. 

Vətən…Bu kəlmə nə qədər də mənalı və dərindir. Deyilişi şirin 

olduğu kimi, məzmunu, qayəsi də yüksək və hikmətlidir. Biz ana 

dedikde vətəni, vətən dedikdə anamızı düşünürük. Çünki vətən də 

bizə  anamız  qədər  doğma,  anamız  qədər  əzizdir. 

Ana müqəddəsliyi vətən müqəddəsliyi, vətən ucalığıdır. 

Azərbaycanımızın 

gözəllikləri 

haqqında 

şairlərimiz, 

yazıçılarımız  çoxlu  əsərlər  yazmış,  bəstəkarlarımız  mahnılar 

bəstələmişlər.  Vətən  sevgisi  əzəli  və  əbədi  bir  qəlb  odudur,  heç 

vaxt öz təravətini və gücünü itirmir və elə buna görədir ki, insan 

bu sevgiyə köklənəndə dünyanın bütün gücü onun qoluna toplanır, 

göyün bütün işığı və nuru onun qəlbinə, fikrinə dolur. Biz bütün 

qəlbimizlə  Azərbaycan  torpağına  bağlıyıq.  Onun fərəhi  bizim 

fərəhimiz, onun kədəri bizim kədərimizdir. 

İnsan  qəlbinin  ən  böyük  nəğməsi  Vətən  nəğməsidir.  Sonsuz 

əngəlliklərə,  doğma  torpağa  dikilmiş  bütün  məhəbbətli  gözlər, 

hələ beşikdə çırpınan balaca körpələrimizin ürək qəlbləri ancaq bu 

nəğməni  zümzümə   edir.  Bu nəğməni  hərə  bir  cür oxuyur.  Onu 

döyüş harayi, Koroğlu nərəsi, qılınc zərbəsi ilə də oxuyanlar olub. 

Bulaq pıçıltısı,  qadın  isməti,  Nigar  vəfası,  Həcər  sədaqəti  ilə 

oxuyanlar da. 

Vətən sevgisi nədir? 

İlk baxışdan mücərrəd görünən bu anlayış 

əslində  konkret  əməllərdə  təzahür  edir.  Vətəni  sevmək,Vətən 

naminə yaşamaq, ona xidmət göstərmək üçün hansısa seçilmiş bir 

sənət, peşə sahibi olmağa lüzum yoxdur. Fəhlə də, həkim də, alim 




Yüklə 341,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə