1
F.Köçərli adına Respublika
Uşaq Kitabxanası
Disney və onun dostları
Uolt Disney - 115
Bakı – 2016
2
Tərtibçi: Nərgiz Məcidova
Redaktor və
buraxılışa məsul: Şəhla Qəmbərova
Disney və onun dostları: Vəsait bu il yubileyi qeyd
olunan Uolt Disney haqqındadır /tərt. ed. N.Məcidova;
red. və burax. məsul Qəmbərova Ş.; F.Köçərli adına
Respublika Uşaq Kitabxanası.- Bakı, 2016. - 25 s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016
3
Tərtibçi
Bu vəsaiti hazırlamaqda məqsədimiz Cizgi filmlərinin
yaradıcısı kimi tanıdığımız Uolt Disneyin anadan olmasının
115 illik yubileyi münasibətilə keçirilə biləcək tədbirlərlə
sizləri tanış etməkdir.
Vəsait rejissorun həyat və
yaradıcılığından,
yubileyi
münasibəti
ilə
keçirilən
tədbirlərdən – sərgi, guşə, slaydların hazırlanmasından, adı
ilə bağlı məşhur Disneyland parkı haqqında ədəbi-bədii
gecədən bəhs edir.
Uolt Disney 5 dekabr 1901-ci ildə Çikaqoda irland,
ingilis və alman əsilli çox kasıb bir ailədə dünyaya göz
açmışdır. 1919-cu ildən etibarən Kanzas Siti şəhərində
karikatura rəssamı işləyən Disney daha sonralar reklam
kampaniyasına daxil olmuş və burada Y. Ayverksomla birgə
işləməyə başlamışdır. Onlar bir yerdə Disneyin məşhur
qəhrəmanlarının hazırlanması ilə məşğul olmuş, rəsm
karikaturaları çəkərək ―Gülməyin qramı‖ adlı filmini
yaratmışlar. Bu formada onların ilk reklam çarxları meydana
gəlmişdir. Özünün çox da böyük olmayan ―Laf-o qramz‖
adlı şəxsi kompaniyasını yaratmış Uolt Disney, bu işi
başlayarkən çox böyük vəsait sərf etməsə də, işini uşaqları
sevərəkdən həyata keçirirdi.
Ona görədə çox kasıb bir
ailədə dünyaya göz açsada uşaqlar onu çox sevirdilər.. onun
çəkdiyi rəsmlərdən, nağıl filmlərindən ibarət olan “Göyçək
Fatma”, “Qırmızı papaq”, “Çəkməli pişik” və başqa
nağıllardan götürülmüş, iki hissədən ibarət olan cizgi
filminə bənzəyən ―Alisa möcüzələr ölkəsində‖ adlanan
ilk
cizgi filmi ona bu sahədə böyük şöhrət gətirmişdi.
4
Mikki Maus və onun dostları
Sonralar Disneyin “Dəlicəsinə təyyarə” adlı yaratdığı digər
bir filmində onun yeni personaj olan Mikki Maus siçanı
meydana çıxır və böyük maraq döğurur. Bu tipli ilk cizgi
filmi 1928-ci ildə yaradılır. Bəs Mikki Maus siçanı
yaratmaq fikri onda necə yaranmışdır?
Bir gün emalatxanasında dalğın-
dalğın gələcəyini düşünərək, rəsm
çəkməklə məşğul olan Disney birdən
yanında nəyinsə hərəkət edərək səs
saldığını eşidir və başını sola doğru
çevirərək, taxçanın üzərində kiçik bir
siçanı görür. Disney işini saxlayıb bu
siçanı seyr etməyə başlayır. Siçan
sanki rəqs edirmiş kimi qəribə
hərəkətlər edirdi. Zaman keçdikcə
Disneylə siçanın dostluğu istiləşir və Disney siçanın qəribə
hərəkətlərini rəsmə köçürmək fikrinə düşür. Beləcə çəkdiyi
bu rəsm heç fərqində olmadan Uolt Disneyi cizgi filmi
kralına çevirir. Qəhrəmanların içərisində Mikki Maus
həmişə istifadə edilən personajlara çevrilir və 1932-ci ildə
Disney, Mikki Maus personajının yaradılmasına görə
―Oskar‖ mükafatına layiq görülür. Beləliklə XX əsrin 30-cu
illərinin əvvəllərində Disneyin rəssamlıq metodları inkişaf
edir. Xüsusən heyvanlar üzərində yaradılan personajlar daha
çox maraq obyektinə çevrilir.
5
1933-cü ildə isə Disney ilk dəfə olaraq dünyada rəngli
cizgi filmini yaradır. Onun xüsusi uğuru isə “Üç donuz
balası” adlı filminə görə olur. İngilis nağıllarının
motivləri əsasında hazırlanan bu film ona yenidən 1933-
cü
ildə
Oskar
mükafatı
qazandırırır.
―Ağbəniz və yeddi cırtdan” adlı
filmilə isə Disney ilk dəfə olaraq
yarım metrajlı filmə müraciət edir.
Bu film 1937-ci ildə istehsal
olunmuş “Walt Disney Pictures”
studiyası tərəfindən istehsal edilmiş
Disneyin ilk klassik qısametrajlı
cizgi film sayılır. Cizgi filmi Qrimm
qardaşlarının eyniadlı əsəri əsasında
hazırlanmışdır.
Bu filmin ssenarisinə görə isə o, 1938-ci ildə
Venesiyada keçirilən Beynəlxalq film festivalının mükafatı
ilə təltif edilir. İkinci dünya müharibəsindən sonra isə,
yaratdığı studiya artıq sifariş edilmiş filmlər çəkməyə
başlayır. Bu filmlər:
1950-ci ildə Venesiya Beynəlxalq festivalının mükafatçısı
olmuş “Göyçək Fatma”
1951-ci ildə “Alisa möcüzələr ölkəsində”
1953-cü ildə “Piter Pen”
1955-ci ildə “Xanım və avara”
1959-cu ildə “Yatmış gözəl”
1961-ci ildə “Yüz bir dalmatin”
1964-cü ildə əsasən aktyor və cizgilərin köməyi ilə
yaradılmış ―Meri Poppins‖
―Cəngəllik kitabı‖ filmi isə 1967-ci ildə Disneyin
ölümündən sonra bitirilmişdir
Öz işlərinə görə Disney 29 Oskar mükafatı almışdır.
Disneyin bütün bunlarla yanaşı bir çox filmləri var idi ki,
6
onlar da 30-cu illərin ortalarından təkrar tamaşaçılara
göstərilirdi.
―Snow White and the Seven Dwarfs‖ cizgi filmi
Disneyin ilk uzunmetrajlı cizgi filmi olur. Amma bu filmi
istehsal etməsi az qala onun studiyasını müflis edir.Yalnız
bankdan aldığı kredit vasitəsi ilə Disney filmi tamamlaya
bilir və 1937-ci ildə filmin premyerası ayaqüstü alqışlarla
qarşılanır. Bu filmin uğuru Disneyə Kaliforniyanın Burbank
şəhərində Uolt Disney studiyası yaratmasına səbəb olur və
1940-cı ildə ―Pinokio və Fantaziya‖ cizgi filmi ekranlara
çıxır. Amma təəssüf ki, nə studiyanın yaradılması, nə də
yeni cizgi filmi maliyə baxımından uğurlu olmur və
―Dumbo‖ cizgi filminin çəkilişləri zamanı Disneyin işçiləri
tətil etdikdə, Uolt Disney daha da çox maliyə böhranı
yaşamalı olur. Nəhayət onun az büdcəli ―Dumbo‖ filmi
ekranlara çıxır və film həqiqətən də böyük gəlir gətirir.
1940-cı ildə Amerika 2-ci Dünya Müharibəsinə
qoşulduqda federal hökumət Disney studiyasından təşviqat
xaraketerli müharibə filmləri istehsal etməsini istəyir.
Sadəcə
səhnədə
ideyalarını
həyata
keçirməklə
kifayətlənməyən Disney diqqətini dünyanın ilk əyləncə
parklarından olan Disney əyləncə parkını planlaşdırmağa və
inşa etdirməyə yönəldir.
Disneylənddə aktyorlar cizgi filmlərindəki obrazlar kimi
geyinir, onlar kimi hərəkət edir. Disneylənd ailələrin cizgi
filmləri dünyasına səyahət edə, maraqlı anlar yaşaya
bilmələri üçün macaralı cizgi dünyasından ibarət olur.
Ən əsası o idi ki, Disney parkın ətrafında dəmir yolu
çəkilməsini istəyirdi. Disneyin böyük əyləncələrindən biri
qızını və dostlarını miniatür Karolvud qatarında gəzdirmək
idi.1946-cı ildə Disney şöhrətli sürrealist rəssam Salvador
Dali ilə birləşərək eksperimental animasion film üzərində
işləyir. Şirkət növbəti dəfə maliyə böhranına uğradıqda isə
filmin çəkilişləri təxirə salınır.
7
Sonralar filmin üzərində yenidən işlənilir və animasion cizgi
filminin olduqca gözəl alınması keçmişdə onun klassik
nağılları interpritasiya etməsini tənqid edənlərə layiqli cavab
olur. Amma ―Yatan Gözəl‖ və ―Sinderella‖ cizgi filmləri
uşaqlar üçün zəmanəmizin ən yaxşı filmlər siyahısına
daxildir.
Uolt Disneyin çəkdiyi klassik cizgi filmləri musiqisi
və bədiiliyinə görə heç vaxt yeniliyini itirmir.
1964-cü ildə studiyanın yeni istehsalı, bədii film və
cizgi filminin kombinasiyası olan ―Mary Poppins‖ filmi
studiyaya ən böyük nailiyyətini qazandırır. İki il sonra
siqaret çox çəkən Uolt Disney ağcıyər xərçənginə yoluxur
və 65 yaşında vəfat edir.
Bir tərbiyə müəssisəsi olaraq kitabxanada məktəbyaşlı
uşaqların kitabxanaya cəlb edilməsi işində cizgi filmlərinin,
animasiyaların nümayişinin də müsbət rolu vardır. Uşaqlar
üçün nəzərdə tutulan kino sənətinin əsas növlərindən biri
olan cizgi filmləri kinomatoqrafiyanın ana xəttindən biri
olaraq gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması
olaraq fantastik hadisə və əhvalatların təsviri üçün özünə
məxsus ifadə vasitələrindən sayılır. Kinonun bu növlərinin
təsiri ilə uşaqlar gülür, sevinir, ağlayırlar. Cizgi filmlərinin
uşaqlara daha maraqlı olduğunu nəzərə alaraq bu il yubileyi
qeyd edilən Uolt Disneyin anadan olmasının 115 illiyi
(1901-1966) ilə əlaqədər kitabxanada ―Cizgi filmləri‖
həftəsi keçirmək müsbət nəticələr verər.
Cizgi filmi həftəsi:
Uolt Disney də məhz cizgi filmlərinin yaradıcısı kimi
məşhur olduğundan onu ssenari müəllifi olduğu cizgi
filmləri ilə uşaqlara tanıtmaq daha səmərəli olardı. Bu
işin təşkilində oxucuları məlumatlandırmaq üçün təyin
edilmiş tarixlərdə cizgi filmləri həftəsinin keçiriləcəyi
haqqında, kitabxananın facebook səhifəsində elan
yerləşdirilir.
8
Təşkilatçı:
Firidun bəy Köçərli
adına Respublika Uşaq
Kitabxanası
Elan:
Uolt
Disneyin 115
illiyinə həsr
olunmuş cizgi
filmləri
həftəsinin
təşkili
Uşaqların daha çox hansı cizgi
filminə
baxmaq
istədiklərini öyrənib onların istəyi ilə nünmayiş ediləcək
filmləri seçirik.
Sərgilər:
Kitabхanalarda sərgilərin təşkili əyani təbliğat fоrması-
nın ən gеniş yayılmış üsuludur. Sərgilər həcminə,
tərtibat texnikasına və müddətinə görə bir-birindən
fərqləndirilir. Bir və ya bir neçə lövhədə, stenddə
yerləşdirilən sərgilər əsasən baxılmaq üçün təşkil
olunduğundan, onun tərtibi məsələlərinin böyük
əhəmiyyəti vardır. Burada mətn və təsvir materialları
bir-birini tamamlamalıdır.
Müasir sərgi fəaliyyətində
aparıcı
tendensiyalar
dizayn
işinin
işlənib
hazırlanmasıdır. Sərgini
“Cizgi filmləri ustası Uolt
Disney”, “Uolt Disney - 115”
başlığı ilə təşkil edə bilərik.
Stendlər şəklində olan sərgidə müəllifin kitablar, qəzet
və
jurnal
nəşrlərini
yerləşdiririk.
Aşağıda bu
kitablardan nümunələr veririk:
9
Kompleks kitabxana sərgilərindən biri də, müxtəlif
xüsusiyyətli fonoqramların köməyi ilə tərtib olunmuş
“danışan kitab sərgiləri”, video filmlər təqdim etməklə
hazırlanan sərgilərdir. Sərgini “Disneyin Cizgi filmləri
qəhrəmanları” başlığı ilə verilir.
Bu sərgidə Disney studiyasının hazırladığı cizgi
filmlərindən ibarət CD diskləri nümayiş edilir.
Foto sərgi:
10
Guşə
Sərgiyə nisbətən daha gеniş və əhatəli оlan guşələr
metodiki tövsiyyə baxımından əhəmiyyətlidir. Bеlə ki,
guşədə əlavə оlaraq kartоtеka, qəzеt, jurnal matеrialları,
tövsiyə ədəbiyyat siyahıları, mövzuya uyğun bir sıra
sənədlər və şəkillər də öz əksini tapır. Guşələrin təşkilində
əsas məqsəd охucuya aхtardığı matеrialları asanlıqla
tapmaqda kömək еtməkdən ibarətdir. Rus dilində tövsiyə
xarakterli nəşr olan ― Учим Английский с героями
дисней‖ seriyalı nəşrlər bu baxımdan maraqlıdır. Burada
Disneyin nağıl qəhrəmanlarının dilindən uşaqlar üçün
müxtəlif əyləncəli oyunlar, testlər, düşündürücü suallar,
məlumatlar, hazırlanmışdır.
11
Cizgi
filmləri
həftəsi
kiçikyaşlı məktəblilər üçün
viktorinalar, cizgi filmlərinin nümayişi ilə nağılların ucadan
oxusu ilə seçilir. Kitabxanaçı uşaqlarla yubilyarın necə bu
qədər şöhrət tapması haqqında söhbət edir
―Siçanları oynadaraq milyonçu olan adam‖ kimi
tanınan Uolt Disney 5 dekabr 1901-ci ildə Çikaqoda yoxsul
bir ailədə dünyaya göz açır. Uşaqlıq dövrünü ehtiyac
içərisində keçirən Disney, yeniyetmə ikən hər gün səhər
tezdən durub, qapı-qapı dolaşaraq qəzet paylayardı. Fəqət
bu işindən qazandığı pul çəkdiyi əziyyətin müqabilində çox-
çox az idi. Daha ciddi bir iş axtarmaq niyyətiylə üz tutduğu
hər bir qapı təhsilinin olmaması səbəbiylə üzünə bağlanırdı.
Düzdür, təhsil ala bilməsə də, onun kitablara çox böyük
sevgisi var idi. Günlərin birində yenə Çikaqo küçələrində iş
axtararkən yol kənarındakı bir kitab köşkünə yan alır.
Kitablara göz gəzdirərək: ―Pulum olsaydı, bunların hamısını
alıb, oxuyardım‖, - deyə düşünərək, yalnız birini almaqla
kifayətlənməli olur. O, aldığı kitabın arxasında ―Kanzas Siti
Sənət İnstitutu sizi ödənişsiz kurslara dəvət edir‖ başlıqlı
yazılı bir elanla rastlaşır. Uolt bu elanın sayəsidə 1918-ci
ildə Kanzas Siti Sənət İnstitutunun kurslarına qatılır və
kursda gələcək məsləkdaşı olan Ub İverkslə dostlaşır.
Kursu bitirdikdən sonra 2 dost özlərinə aid bir cizgi
filmi şirkəti qururlar. Lakin, hər şey gözlədikləri kimi
alınmır
və
birgə
qurduqları
şirkəti
bağlamaq
məcburiyyətində qalırlar.
Bir müddətdən sonra Uolt Disney, qardaşı Roy
Disney və Ub İverks Hollivudda üçü bir araya gələrək
güclərini birləşdirirlər. “Alis cizgi filmi diyarında” adlı cizgi
filmini çəkirlər, amma uğur qazanmırlar. Sonra ―Dovşan
Osvald‖ adlı başqa bir cizgi filmi çəkirlər, yenə də uğurlu
alınmır. Uğursuzluğun uğursuzluq ardınca gəldiyini görən
Uolt Disney pərişan halda Çikaqoya dönür. Burada o, rəsm
12
çəkib küçələrdə satmağı qərara alır. Və bu məqsədlə evinin
arxasındakı anbarı emalatxana kimi istifadə etməyə başlayır.
Beləliklə, Uolt öz rəsmləri ilə yenidən Hollivuda -
qardaşı Roy və dostu Ub İverksin yanına qayıdır. Üçü bir
arada “Disney Company” şirkətini qurmağı qərara alırlar.
İlk işləri əsas personajı Disneyin sevimli siçanı – Mikki
Maus olan “Uillinin buxarlı qayığı” adlı cizgi filmini
çəkmək olur. Bu filmə qədər çəkilən cizgi filmləri səssiz
çəkilirdi, lakin Uolt Disneyin təkidi ilə bu cizgi filmində ilk
dəfə olaraq səsin sinxronlaşdırma texnologiyasından istifadə
edilir.
Disneyin arzusu gerçəkləşir, “Uillinin buxarlı
qayığı” bütün seyr rekodlarını vurur. Sonrakı illərdə
sərvətinin hamısını rəngli, səsli, altı saatlıq - dünyanın ilk
uzun cizgi filminə yatırmağa qərar verir. Film tam üç ilə
çəkilir. Filmin məsrəfi 1,5 mln dolları aşmağa başlayınca
Disneyin şirkəti iflasın astanasına gəlir. Beləcə dünyanın ilk
bahalı cizgi filmi - “Ağcaxanım və yeddi cırtdan” ərsəyə
gəlir. Bu cizgi filmi Disneyə tam 8 mln dollar qazandırır.
Mikki Maus, Donald Dakk, Dippi, Pinokio kimi personajları
ilə milyonlarca insanın könlünü fəth edən Uolt Disneyi -
dünənə qədər heç kəsin tanımadığı bu adamı bu gün hamı
tanımaq istəyirdi. Reklamçılardan tutmuş, geyim-oyuncaq
fabriklərinin sahiblərinədək hər kəs onun qəhrəmanlarının
şəkillərindən istifadə etmək üçün izn istəyirdilər. Disney öz
qəhrəmanlarını təkcə ekrandan deyil, daha yaxından
tanıtmaq üçün Kaliforniyada ―Disney land”, Floridada
“Disney World” kimi əyləncə parklarını açır.
Bu hekayə yoxsulluq və iztirab içərisində uşaqlıq
çağını yaşayan Uolt Disneyin hekayəsi idi. Uşaq ikən
sevinməyə, şadlanmağa heç bir şeyi olmayan bu adam neçə-
neçə uşağın çöhrəsinə gülüş bəxş etmişdi və bu əziyyətinin
bəhrəsi olaraq 29 Oskar mükafatına layiq görülmüşdür.
13
Disney səs effektli cizgi filmini sevinclə qarşılayır və
musiqi, təbii səs effektini cizgi filminə əlavə etməkdə birinci
olur.
Kino-rejissor Alfred Hitçkok bir dəfə həsədlə
―Disney bəyənmədiyi aktyorları sadəcə cəkdiyi rəsmlərini
cıraraq məhv edə bilir‖ demişdir.
1)
Uolt Disney kimdir?
_____________________________________
2)
Onun hansı cizgi filmlərinə baxmısınız?
_____________________________________
3)
İlk dəfə dünyada Uolt Disney tərəfindən
yaradılan rəngli cizgi filmi hansıdır?
a Üç donuz balası
b Mauqli
c.Cindirella
4)
Mikki Maus personajı xoşunuza gəlirmi?
a hə
b yox
5) Mauqli cizgi filmi hansı əsər əsasında çəkilmişdir?
a) Zoluşka
b) Cəngəllik kitabı
c) Ağbəniz yeddi cırtdan
6)Mauqli Cizgi filmi hansı yazıçının əsəri əsasında
hazırlanmışdır?
Qrimm qardaşları - Cindirella
14
Redyard Kiplinqin - Cəngəllik kitabı
Şarl Pero – Çəkməli pişik
7) Uolt Disney filmlərinə görə necə dəfə Oskar mükafatı
almışdır?
a ) 15
b ) 29
c ) 25
8) Disneyin “Qnomların yeni mənzili” adlı nağılı nədən
bəhs edir?
_________________________________________
9) Cindirella cizgi filmi hansı əsərin qəhrəmanı əsasında
cəkilib?
a) Ağca xanım və dovşanlar
b) Qrimm qardaşları Zoluşka
c) Mauqli
10) Məşhur Disneyland parkı haqqında nə bilirsiniz?
________________________________________
15
Oyun
“Qnomların yeni mənzili”
nağılı əsasında ―Nağıl
qəhrəmanlarını özümüz yaradaq‖ adlı oyun təşkil edə
bilərik.
Nağılda qnomların öz yeni mənzillərinə köçüb
bayram etmələrindən danışılır. Uşaqlar SD diskdə nağılı
dinləməklə və ya kitabxanaçı həmin nağılı oxumaqla tanış
olurlar.
Oyunda
plastilinlərdən
uşaqlar bu nağıl
personajlarını-qnomları öz fikirləşdikləri kimi hazırlamağa
başlayırlar. Bunlar Professor; Deyingən; Güləyən; Utancaq;
Həpçi; Yatağan və Laldinməzdir.
Onlar bir gün öz aralarında fikirləşirlər ki, yeni
mənzilə köçsünlər. Professorun sayəsində yeni mənzillə
köçən qnomların yeni mənzillərində, onların hər birinin öz
çarpayısı, mətbəxi vardır. Yeni mənzil onların çox xoşuna
gəlir. Hələ yeni mənzildə belə bir qayda-qanunda vardır:
Heç kim əl-üzünü yumamış nahar süfrəsinə otura bilməz.
Yeni mənzillərinə köçən qnomlar bunu bayram etmək
fikrinə düşürlər. İlk öncə evi səliqəyə salan qnomlardan
Həpçi dayanmadan asqırırdı. Yatağan isə öz çarpayısında
uzanıb yatmışdı. Güləyən isə gözəl aşpaz idi. Dayanmadan
zarafat edirdi gülsədə çox ləzzətli yeməklər hazırlamışdı.
Utancaq isə uzun müddət hansı işi görəcəyi qərarını verə
bilməmişdi. Yaxşı yemək bişirsədə, utancaqlığından bu
bacarığını deyə bilmirdi. Nəhayət o da ləzzətli yeməklər
hazırlamağa başlayır. Artıq nahar süfrəsində hər şey hazır
idi. İlk öncə yaxşıca əl-üzlərini sabunları ilə yuyan qnomlar
bundan xoşlanırlar. Xüsusi ilə Laldinməzə bu çox xoş gəlir.
Təzə və gözəl evdə hər şey öz yerində idi. Süfrəni yığdıqdan
sonra əylənmək üçün Deyngən musiqi alətində ifa edir.
Onlar günlərini təzə evlərində beləcə şad - xürrəm qeyd
edirlər.
16
―Disney və onun nağıl qəhrəmanları‖
adlı sərgi:
Uolt Disneyin müraciət etdiyi müəlliflərin əsərlərini
toplayıb buklet, sərgi, slaydlar hazırlaya bilərik.
Bu sərgidə uşaqlar Disneyin yaratdığı personajları deyil,
həm də onları yazan müəlliflərlə də tanış ola bilərlər.
Cindirella
―Yatan Gözəl‖ və ―Sinderella‖ cizgi filmləri uşaqlar üçün
zəmanəmizin ən yaxşı filmlər siyahısına daxildir.
Sindirella və ya ―Zoluşka‖ — Şarl Pero, Qrim qardaşları və
Pentameronun versiaları ilə məşhurlaşan qərbi avropa
nağılıdır. Bu dünyada ən məşhur ―gəzən süjet‖ olub,
minlərlə xalqların folkloruna öz töhvəsini vermişdir.
Bu nağılın ən qədim versiyası hələ qədim misir
papiruslarında aşkar edilmişdir. Əsərin əsas qəhrəmanı
Yunanıstanda doğulmuş, Rodopis adlı bir qızcığazdır.
Əfsanəyə görə onu dəniz quldurıarı oğurlayaraq Misirə
gətirirlər və burada kölə kimi satırlar.
17
Ağbəniz və Yeddi Cırtdan
İlk dəfə 1812-ci ildə alman Qrimm qardaşları tərəfindən
toplanmış və çap edilmiş olan bir xalq nağılıdır. Nağıl pis
qəlbli və qısqanc ögey anası tərəfindən ondan daha gözəl
olduğu üçün öldürülmək üzrə meşəyə göndərilən və meşədə
cırtdanlarla birlikdə yaşamağa başlayan bir şahzadənin
macəralarından bəhs edir. Bir neçə dəfə teatra və kinoya
uyğunlaşdırılmışdır. Hekayənin və baş qəhrəmanın ilk
çapındakı almanca adı Sneewittchendir.
18
M
AUQLİ
– Cəngəllik kitabı
1967-ci ildə istehsal olunmuş cizgi filmidir. ―Cəngəllik
kitabı‖ cizgi filmi ―Walt Disney Pictures‖ studiyası
tərəfindən istehsal edilmiş Disneyin 19-cu klassik
qısametrajlı cizgi filmidir. Cizgi filminin rejissoru Volfqanq
Reyterman, prodüseri isə Uolt Disneydir. Uolt Disney cizgi
filminin istehsalı ərəfəsindəykən 1966-cı ildə vəfat etmişdir.
Cizgi filmi ingilis yazıçısı Redyard Kiplinqin ―Cəngəllik
kitabı‖ və ―Cunqlinin ikinci kitabı‖ əsasında hazırlanmışdır.
Cizgi filminin 1994-cü ildə Cəngəllik kitabı remeyk filmi,
2003-cü ildə davamı olan ―Cəngəllik kitabı 2‖ cizgi filmi
çəkilmişdir.
19
Ədəbi-Bədii gecə
“Kamillik və xöşbəxtlik məkanı” adlı disneyland
dünyasına səyahət
“Bizim bu xoşbəxt məkana Xoş Gəlmisiniz! Disneyland
sizin ölkənizdir. Burada kamillik yenidən keçmişin ən
əziz xatirələrini yaşayır, cavanlıq isə gələcəyin vədləri və
çağırışlarından həzz alır.
Disneyland yaranmış ideallara,
arzu və real faktlara həsr olunub, ümid edirik ki, bu
dünya üçün sevinc və ilham mənbəyi olacaq.
Ədəbi-bədii gecə təşkil edilən zal Disneylandın şəkilləri ilə
bəzədilir, zalda “Kamillik və xoşbəxtlik məkanı”,
“Disneyland dünyasına səyahət”, “Dünyanın ən xoşbəxt
yeri” başlıqlı foto sərgilər təşkil edilir. Məşhur Disneylandı
tərrənnüm edən video çarx nümayiş edilir.
aparıcı:
Bu tədbiri hazırlamaqda məqsədimiz
uşaqların
sevimlisi, cizgi filmlərinin yaradıcısı kimi tanıdığımız Uolt
Disneyin yaratdığı məşhur ―Disneylanda‖ sizinlə birgə
səyahət etməkdir. İlk öncə bu nəhəng cizgi filmi ustası ilə
tanış olaq:
aparıcı:
Bu il 115 illik yubileyi qeyd edilən Disney çox
kasıb bir ailədə dünyaya göz açsada böyük zəhməti hesabına
uşaqların sevimlisinə çevrilmişdir. Yaratdığı “Walt Disney
Pictures” şirkəti bu gün də bütün nəsillər üçün əsas film
mənbəyi hesab edilməkdədir. İşində çoxlu çətinliklərlə
qarşılaşan rejissor ilk öncə Kanzas Siti şəhərində karikatura
rəssamı işləyərəkən dostu ilə bir yerdə özünün məşhur
qəhrəmanlarının hazırlanması ilə məşğul olmuş, rəsm
karikaturaları çəkərək ―Gülməyin qramı‖ adlı filmini
yaratmışdır. Böyük zəhmətdən sonra yaratdığı qısa metrajlı
cizgi filmi, ilk dəfə olaraq ekrana çıxan tam mətnli cizgi
filmi idi. Təşkil etdiyi məşhur “Disneyland” parkı isə
dünyanın ən şirin bir möcüzəsidir. Sanki bir nağıllar
diyarıdır.
20
aparıcı:
Sehrbaz Uolt Disneyin ən böyük arzusu olan bu
nağıllar diyarının gerçəkləşməsi 17 iyul 1955-ci ildə
Disneyland Resortun qonaqpərvər qapılarını açmaqla
reallaşır.
17 iyul 1955-ci ildə amerikan “multiplikasiya
kralı” və uğurlu biznesmen Uolt Disney uşaqlar və
valideynləri üçün möhtəşəm əyləncə parkının təntənəli açılış
mərasimini keçirir. Parkın açılış mərasimini ABŞ-ın gələcək
prezidenti aktyor Ronald Reyqan aparır.
aparıcı:
P
arkın yaradılmasına ürəyini qoymuş rəssam
Parkın işində özünün və parkın bütün yaradıcılarının
fantaziyasından istifadə etmişdir. Mikki-Maus və onun
dostlarının, yaşadığı cizgi filmlərinin və nağılların sehrli
dünyası qəhrəmanları parkın divarlarında öz əksini tapmışdı.
Bu tamamilə orijinal və bənzəri olmayan, dörd əsas prinsip
üzərində yaradılmış park idi:
aparıcı:
İlk öncə Uolt Disneyin cizgi filmlərinin sehrli
krallığını yenidən qurmaq.
aparıcı:
Daha sonra cürbəcür və yeni texniki tryukların
əlavə olunması ilə, ziyarətçilərdə elə təəssüratlar yaratmaq
ki, sanki onlar cəngəlliklər arasında üzür.
aparıcı:
Üçüncüsü isə qarşılarında ruhlar görürlər.
aparıcı:
Sonuncu məqsəd sanki dənizin dibində sualtı
gəmidə oturublar.
aparıcı:
Ilk əvvəl attraksionların sayı 16- ya, giriş bileti isə
1 dollara bərabər olan Disneylanddə hazırda olduğu kimi
ziyarətçiləri girişdə Mikki-Maus, Ağbəniz və Yatmış Gözəl
qarşılayırdı. Daha sonralar onların sırasına Disneyin cizgi
filmi qəhrəmanlarından olan Pinokkio və Vinni-Pux da
qatıldı. Disneyland tez bir zamanda ABŞ-ın görməli
yerlərindən birinə və ailəvi istirahət üçün sevimli məkana
çevrildi.
aparıcı:
Əbəs yerə Disneylandı dünyanın ən xoşbəxt yeri
saymırlar. Burada qonaqları Uolt Disneyin: ―Bizim bu
21
xoşbəxt məkana Xoş Gəlmisiniz! Disneyland sizin
ölkənizdir. Burada kamillik yenidən keçmişin ən əziz
xatirələrini yaşayır, cavanlıq isə gələcəyin vədləri və
çağırışlarından həzz alır. Disneyland Amerikanı yaratmış
ideallara, arzu və real faktlara həsr olunub, ümid edirik ki,
bu dünya üçün sevinc və ilham mənbəyi olacaq” səsi
salamlayır.
aparıcı:
Park üç hissəyə bölünüb. Birinci zona – simvolu
Yatmış Gözəlin Qəsri olan Disneyland Parkının özüdür.
aparıcı:
İkinci zona – 2001-ci ildə açılmış ―Disney’s
California Adventure Park tematik parkıdır, bu sahə Qızıl
Ştatın tarixinə və mədəniyyətinə həsr olunmuşdur və
simvolu Kaliforniya canlı təbiətinin rəmzi olan qrizli
ayısının siluetini xatırladan süni Grizzly Peak dağıdır.
aparıcı:
Eyni anda Disney’s California Adventure ilə
birlikdə üçüncü zona – Downtown Disney yaradıldı. Bu
kompleks bir çox attraksiondan, teatr, 12 zallı kinoteatr,
mağaza, restoran, bar və oyun əşyalarında ibarətdir.
Grizzly Peak (Qrizli Zirvəsi) - Kaliforniyanın rəmzi
Disneyland Resort-un qonaqları Disney studiyasının sevimli
animasiya və bədii filmlərinin əsl qəhrəmanları ilə
ünsiyyətdə ola və fantastik attraksionlarda əylənə bilərlər.
Parkda gündəlik paradlar və atəşfəşanlıq təşkil edilir.
Disneylandin küçələrində orkestrin müşayiəti ilə Mikki-
Maus və Donald Dak digər cizgi filmi qəhrəmanları ilə
birlikdə gəzirlər.
aparıcı:
Parkda hər yerdə monorels, parovoz, fayton və ya
funikulyor tapmaq olar. Funikulyordan parkın ərazisinə
gözəl mənzərə açılır. Disneylandin yaranmasından bu yana
onu 500 milyon qonaq, o cümlədən kral ailəsi, prezidentlər
və dövlətin digər rəsmiləri ziyarət edib.
aparıcı:
Disney parklar şəbəkəsi bu günlərdə də
genişlənmişdir,
Anahaym
şəhərində
yerləşən
ilk
22
Disneylanddan başqa Florida ştatında (ABŞ) Disneyworld,
Parisdə
(Fransa)
Avro-Disneyland,
Tokio-Disneyland
(Yaponiya) və Honqkonqda (Çin) Disneyland fəaliyyət
göstərir.
(Adları çəkilən ölkələrin Disneylandlari haqqında ayrıca
məlumt verilir monitorda).
aparıcı:
Uolt Disney özündən sonra getdikcə daha da
şöhrətlənən və ildə 22 milyard dollar gəlir gətirən dünyanın
ən müvəffəqiyyətli əyləncə konqlomeratını qoyur.
Bu gün Walt Disney Pictures şirkəti filmsevərlərin bütün
nəsilləri üçün əsas film mənbəyi hesab edilməkdədir.
Uolt Disneyin kim olduğu və onun multiplikasiyanın
inkişafı üçün nələr etdiyi barədə uzun-uzun danışmaq olar.
aparıcı:
Cizgi filmləri istehsalında ixtisaslaşan The Walt
Disney mediaimperiyası 1926-cı ildən mövcuddur. Disneyin
işlərinin əhəmiyyəti barədə 26 ―Oskar‖ da daxil olmaqla,
çoxsaylı mükafatlar artıq hər şeyi deyir.
(Cizgi filmindən səslənən mahnı )
aparıcı:
Əgər dünyada haradasa cizgi filmi planeti varsa,
Disney burada böyük bir qitədir. Bu qitədə sehrbazlar,
xeyirxah heyvanlar, cəsur və gözəl şahzadələr yaşayır. Bu
nağıl dünyasını isə sonsuzadək araşdırmaq olar.
SON
23
Ədəbiyyat siyahısı:
Azərbaycan dilində:
Disney U. Qnomların yeni mənzili // Nağıla bax, nağıla: I
hissə.- S.24-26. - Bakı, 2012.
İnternetdə
https://ru.wikipedia.org/wiki
http://www.disneylandparis.ru
https://az.wikipedia.org
Rus dilində
Волшебный мир Диснея [Электронный ресурс] :
Волшебный мир Диснея [Электронный ресурс] :
Дисней У. Питер Пэн в Нетландии: Сказки. - М.: Эгмонт
Россия Лтд, 2003. - 80 с.
Дисней У. Книга джунглей: художественная литература.
- Эгмонт Россия Лтд, 2002. - 80 с.
Дисней У. Похождения императора: художественная
лит-ра. - М.: Эгмонт Россия Лтд, 2002. - 80 с.
Дисней У. Похождения императора: художественная
лит-ра . - М. : Эгмонт Россия Лтд, 2002. - 80 с.
Дисней У. Планета Сокровищ: Pассказы. - М.: Эгмонт,
2002. - 80 с.
Дисней У. Планета Сокровищ: Pассказы. - М.: Эгмонт,
2002. - 80 с.
Дисней У. Книга Джунглей 2: художественная
литература. - М.: Эгмонт Россия Лтд, 2003. - 80 с.
Дисней У. Спящая красавица: Cказки: Эгмонт Россия
Лтд, 2003. - 80 с.
Дисней У. Дамбо: художественная литература; - М.:
Эгмонт Россия Лтд, 2002. - 80 с.
Дисней У. Не Бей копытом: художественная лит-ра; - М.
: Эгмонт Россия Лтд, 2004. - 96 с.
24
Дисней У. 102 Далматинца: художественная лит-ра. -
М.: Эгмонт Россия Лтд, 2001. - 80 с.
Учим английский с героями Диснея. Дом, милый дом:
книжка с наклейками: Академия Смартбук, 2006. - 32 с
Учим английский с героями Диснея. Животные: научно-
популярная литература.: Академия Смартбук, 2007. - 32
с.
Учим английский с героями Диснея. Игры и игрушки:
научное издание. - Ярославль: Академия Смартбук,
2007. - 32 с
Учим английский с героями Диснея. Всё о погоде:
научно-популярная литература. - Ярославль: Академия
Смартбук, 2007. - 32 с.
Учим английский с героями Диснея. В городе: научно-
популярная литература. - Ярославль: Академия
Смартбук, 2006. - 32 с.
Учим английский с героями Диснея. Каникулы: научно-
популярная литература. - Ярославль: Академия
Смартбук, 2006. - 32 с.
Учим английский с героями Диснея. Мой дом: научно-
популярная литература. - Ярославль: Академия
Смартбук, 2006. - 32 с.
Учим английский с героями Диснея. Скоро в школу!:
научно-популярная литература. - Ярославль: Академия
Смартбук, 2007. - 32 с
Учим английский с героями Диснея. Приятного
аппетита!: научно-популярная литература. - Ярославль:
Академия Смартбук, 2006. - 32 с.
25
Disney və onun dostları: Vəsait bu il yubileyi qeyd
olunan Uolt Disney haqqındadır. Uolt Disneyin 115 illiyi
münasibəti ilə respublika uşaq kitabxanaları üçün
hazırlanmış metodik vəsait
Kompyuter yığımı
və dizayn: Nərgiz Məcidova
Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;
E-mail: childlibbaku@yahoo.com
URL:www.clb.az
F.Köçərli adına Respublika
Uşaq Kitabxanasında
çap olunmuşdur.
Sifariş:
Çapa imzalanmışdır:23.05.2016
Tirajı:100
Pulsuz
Dostları ilə paylaş: |