F. Köçərli adına Respublika



Yüklə 220,64 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix22.03.2018
ölçüsü220,64 Kb.
#33178
  1   2   3   4   5   6   7


 

                  



        

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

 



 

 

 



 

                          

Siz tək deyilsiniz 

 

 

Xüsusi  qayğıya  ehtiyacı  olan  uşaqlara  mənəvi  dəstək  göstərmək 

məqsədilə,  mərkəzi  kitabxanaların  uşaq  şöbələri,  MKS-nin  şəhər, 

qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış  metodik vəsait 

 

 



 

 

 



Bakı-2017 


 

  Tərtibçi:                                        Ruhiyyə Məmmədli                                          



 

                                              Sevil Əhmədova  

 

 

  İxtisas  redaktoru və                      Şəhla Qəmbərova 



  buraxılışa məsul:                           Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 



 

Siz tək deyilsiniz : metodik vəsait / tərt.ed.: R.Məmmədli; ix. 

red. və burax. məsul Ş.Qəmbərova; F.Köçərli adına Respublika 

Uşaq Kitabxanası.- Bakı, 2017.-37s.  

                                                              

 

 

 



 

 

 

 

 

 

 

      ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017 

 


 

 



                                           Tərtibçidən: 

 

Cəmiyyətdə  elə  qrup  insanlar  var  ki,  onlara  münasibət 



daha  böyük  diqqət  və  həssaslıq  tələb  edir.  Qayğı  və  diqqətə, 

həssas münasibətə həmişə ehtiyacı olan fiziki imkanları məhdud 

olan  insanların  sosial  müdafiəsinin  gücləndirilməsi  dünya 

ictimaiyyətini 

düşündürən 

əsas 


məsələdir. 

Onların 


reabilitasiyası,  cəmiyyətə  inteqrasiyası  mühüm  sosial 

vəzifələrdən biridir. Bu mənada respublikamızda əlillərin sosial 

müdafiəsinin  gücləndirilməsi  dövlət  siyasətinin  mühüm 

istiqamətlərindən  birini  təşkil  edir.

 

Azərbaycanda  əhalinin  6 



faizə  yaxını,  yəni  570  min  nəfəri  əlilliyi  olan  şəxslər  və 

sağlamlıq  imkanları  məhdud  uşaqlardır. 

Hazırda  əlilliyi  olan 

insanlar və onların ailə üzvləri də nəzərə alınarsa, Yer kürəsində 

təqribən  iki  milyarda  yaxın  insan  əlilliyin  doğurduğu 

problemlərdən  əziyyət  çəkir.  Azərbaycan  dövləti  isə  əlilliyin 

acılarını  yaşayan  vətəndaşlarını  taleyin  ümidinə  buraxmır, 

onların  cəmiyyətə  inteqrasiyası  istiqamətində  tədbirlər  görür. 

Hüquqi  dövlət  olan  Azərbaycan  dövləti  insan  və  vətəndaş 

hüquqlarının təmin edilməsi məsələsini daim diqqət mərkəzində 

saxlayır. 

Təsadüfi deyil ki, əlillərin ehtiyaclarını başa düşmək, 

onların  ləyaqət,  hüquq  və  rifahına  ehtiramla  yanaşmaq, 

həmçinin  məhdud  imkanlı  insanları  siyasi,  sosial  və  mədəni 

həyata cəlb edərək, cəmiyyətin həyatında iştirakına nail olmaq 

məqsədilə dekabrın 3-ü BMT Baş Məclisi tərəfindən Beynəlxalq 

Əlillər  Günü  elan  edilib. 

Əlillərin    cəmiyyətə    inteqrasiyası,  

onların    istedadlarının  üzə  çıxarılması  və  inkişaf  etdirilməsi, 

əməklərinin  qiymətləndirilməsi 

məqsədilə  F.  Köçərli  adına 

Respublika  Uşaq  Kitabxanasının  Elmi  metodika  şöbəsinin 

əməkdaşı olaraq bu vəsaiti işləməyi özümüzə borc bildik.

 



 

 



 

                                            Plan: 

1. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara dövlət qayğısı: 

a)

  Heydər Əliyev dühası qayğıkeşlik nümunəsidir



b) 

Dövlət dəstəyi xüsusi qayğıya ehtiyacı olan insanların 

adaptasiyasına stimul verir. (İlham Əliyevin xüsusi qayğıya 

ehtiyacı olan insanlara dəstəyi); 

c) Məqsəd xoşməramlı olanda...(

 

 Azərbaycan Respublikasının 



Birinci  vitse-prezidenti  Mehriban  xanım  Əliyevanın,  Heydər 

Əliyev  Fondunun vitse-prezidenti   Leyla  xanım  Əliyevanın 

xüsusi qayğıya ehtiyacı olan insanlara dəstəyi); 

2. Siz tək deyilsiniz 

3

.

Təhsil almaq hər birimizin haqqıdır:İnklüziv təhsil  



4.  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanasının  əlillərlə  iş 

üzrə hesabatı 

5.  Kitabxanalarda,  bir  sıra  mədəniyyət  müəssisələrində  xüsusi 

qayğıya ehtiyacı olan uşaqlarla birgə keçiriləcək tədbirlər:  

“Ümidli  gələcək”  başlığı  altında  konfrans,  sərgi,  oxucularla 

söhbət, bu mövzuda çəkilmiş kinofilmlərin nümayişi, kitabların 

müzakirəsi. 

  

 



 

 

 



 

 

 




 

 



 

                   Əlillərə dövlət qayğısı günbəgün artır 

 

Hər  bir  ölkənin  və  onun  əhalisinin  təhlükəsiz,  əmin-



amanlıq  şəraitində,  rifah  halında  yaşaması  güclü  dövlətin  ən 

mühüm  şərtidir.  Bu  mənada  müstəqil  Azərbaycan  dövləti 

dünyanın  bir  çox  inkişaf  etmiş  dövlətləri  ilə  müqayisə  edilə 

bilər.  Dövlətimizin  ildən-ilə  artan  sosial  yönümlü  büdcəsi  də 

bunu  söyləməyə  imkan  verir.  Dövlətin  və  cəmiyyətin  idarə 

olunmasında  müəyyən  mexanizmlər  mövcud  olsa  da,  bütün 

maddi və mənəvi problemlərin həllində dövlət daim cəmiyyətin 

dəstəyinə arxalanır. 

Bu  gün  Azərbaycanda  423  minə  yaxın  əlil,  61  minə 

yaxın    isə    sağlamlıq    imkanları    məhdud    olan    uşaq  var. 

Əlillərin,  o  cümlədən  sağlamlıq  imkanları  məhdud  olan 

insanların  sosial  problemlərinin  həllinə  dövlət  büdcəsindən 

ayrılan  vəsaitin  hər  il  artırılması  Azərbaycan  dövlətinin  bu 

kateqoriyadan olan insanlara diqqət və qayğısının təzahürüdür.  

Əlillər cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən 

biri olduğundan onlara qarşı diqqət mühüm əhəmiyyət kəsb edir. 

Azərbaycanda  əlilliyin  səviyyəsinin  digər  ölkələrə  nisbətən 

aşağı  olmasının  əsas  səbəbi  ölkə  əhalisinin  gənc  olmasıdır. 

Ölkəmizdə əlilliyin artmasında Ermənistan-Azərbaycan, Dağlıq 

Qarabağ  münaqişəsinin  rolu  olub.  Respublikamızın  ərazi 

bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlərdə 12 minə yaxın 

vətəndaşımız  əlil  olub.  Həmçinin  Azərbaycan  ərazisinin 

Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş 20 faiz 

hissəsindən məcburən köçkün düşmüş əhali arasında əlillik 6,5 

faizə  çatdığı  halda,  ölkənin  digər  əhalisi  üzrə  bu  göstərici  5,5 



Yüklə 220,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə