F. Köçərli adına Respublika



Yüklə 446,38 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix20.09.2017
ölçüsü446,38 Kb.
#934
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

29 

 

Həyatın  qorunub  saxlanması  üçün  alətlərdir.  Bizim  hansı 



fincana  sahib  olmamız  –  bizim  Həyatımızın  keyfiyyətini 

müəyyən  etmir  və  dəyişmir.  Bəzən  biz  diqqətimizi  yalnız 

fincana  yönəldərək,  qəhvənin  özünün  dadından  həzz  almağı 

unuduruq.  

Öz qəhvənizdən həzz alın! 

Ən xoşbəxt insanlarda hər şeyin ən yaxşısı yoxdur. Lakin 

onlar malik olduqlarından ən yaxşıları seçirlər. Xoşbəxtlik sənin 

olanı istəməkdədir! Nə istəyirsənsə, ona malik olmaq deyil! 

 

*** 


 

Bir dəfə qoca pişik balaca pişik balası ilə rastlaşır. Pişik 

balası dövrə vuraraq qaçır, öz quyruğunu tutmaq istəyirdi. Qoca 

pişik dayanıb tamaşa etməyə başladı. Pişik balası fırlanır, yıxılıb 

durur,  yenidən  qaçmağa  davam  edirdi.  Qoca  pişik  dözməyib 

soruşdu: - Sən niyə öz quyruğunun dalınca qaçırsan? 

Pişik balası: Mənə deyiblər ki, mənim quyruğum mənim 

xoşbəxtliyimdir. Mən də onu tutmağa çalışıram.  

Qoca  pişik  gülümsəyərək  dedi:  -  Mən  sənin  yaşında 

olanda,  mənə  də  quyruğumun  xoşbəxtliyim  olduğunu 

demişdilər. Mən də uzun müddət onu tuta bilmək üçün arxasınca 

qaçdım.  Yemədim,  içmədim,  elə  hey  quyruğumun  arxasınca 

qaçdım. Yıxılırdım, dururdum,  yenə  də qaçırdım. Axırda mən 

qaçmaqdan yoruldum. Başımı götürüb hara gəldi getməyə qərar 

verdim. Bilirsənmi, nə gördüm? 

Pişik balası təəccüb dolu gözlərlə soruşdu: - Nə? 

Gördüm ki, hara getsəm də, quyruğum mənim dalımca 

gəlir.  


 


30 

 

İrqi Ayrı-Seçkiliyin Ləğv Olunması Uğrunda 



Beynəlxalq Mübarizə Günü 

 

 

İrqi 


Ayrı-Seçkiliyin 

Ləqv 


Olunması 

Uğrunda 


Beynəlxalq  Mübarizə  Günü  (İnternational  Day  for  the  Racial 

Discrimination)  BMT-nin  Baş  Assambleyasının  1966-cı  il  26 

oktyabr tarixində keçirilən XXI sessiyasının qərarı hər il martın 

21-də  keçirilir.  1960-cı  ilin  həmin  günü  polis  Şarpevildə 

(Cənubi 

Afrika) 


aparteid 

rejiminin 

Cənubi 

Afrika 


Respublikasında  afrikalıların  məcburi  pasportlaşdırılması 

haqqında qanunun əleyhinə dinc nümayiş zamanı atəş açmış və 

69  nəfəri  öldürmüşdür.  BMT-nin  Baş  Assambleyası  bu  günü 

elan  edərək  beynəlxalq  birliyi,  irqi  ayrı-seçkiliyin  bütün 

formalarının  ləğv  olunması  üçün  səylərini  birləşdirməyə 

çağırmışdır. Bununla BMT təsdiq etmişdir ki, irqi ayrı-seçkiliyi 

insan  hüquqlarının,  əsas  azadlıqların  və  ədalətin  inkarı  hesab 

etmək  olar  və  o,  insan  ləyaqətinə  qarşı  cinayətdir.  BMT  ayrı-

seçkiliyin  sosial  və  iqtisadi  inkişafa,  həmçinin  beynəlxalq 

əməkdaşlığa və sülhə maneə olduğunu da qəbul edir. 

Uşaqlarda  kiçik 

yaşlarından  başqalarına  qarşı 

tolerantlığın  tərbiyə  edilməsi  çox  vacibdir.  Onlara  bütün 

insanların irqindən, dərisinin rəngindən asılı olmayaraq bərabər 

olduqlarını,  bu  dünyada  hər  kəsin  bərabər  şərtlərdə  yaşamaq 

hüququna  malik  olmasından  danışmaq  lazımdır.  İrqi  Ayrı-

Seçkiliyin  Ləğv  Olunması  Uğrunda  Beynəlxalq  Mübarizə 

Gününün qeyd olunması bu baxımdan bir fürsətdir.  

Kitabxanada uşaqlar üçün ayrı-seçkiliyə dair oyun təşkil 

etmək  olar.  Oyunun  məqsədi  bəzi  insan  qruplarının  ayrı-

seçkiliyə 

məruz 


qalması 

haqqında 

uşaqları 

məlumatlandırmaqdır.  Oyunu  aparan  şəxs  (kitabxanaçı)  




31 

 

iştirakçıları  üç  qrupa  bölür  və  hər  qrupa  bir  rəngi  əks  etdirən 



plakat və ya dairə verir.  

1-ci raundun qaydaları: 

“Yaşıllar”  hakimiyyətə  malikdirlər  və  onlara  oturmaq 

üçün oturacaqlar və hətta qəhvə, çay və şokolad verilir. Onlar 

“Qırmızılar”a  üzlərini  divara  çevirib  burunlarını  divara 

söykəməyi  əmr  edirlər.  Onlar  danışmamalı  və  ətrafda  baş 

verənlərə  baxmamalıdırlar.  Onlar  tamamilə  cəmiyyətdən 

kənarlaşdırılmışlar. Eyni zamanda “Yaşıllar” “Göylər”ə də əmr 

verirlər  (məs.,  ayaq  üstə  dayanmaq  və  ya  müxtəlif  səslər 

çıxarmaq  və  s.  kimi).  “Göylər”  “Yaşıllar”ın  əmrlərini  yerinə 

yetirməlidirlər.  

2-ci və 3-cü raundlar: Bir neçə dəqiqə vaxt verin və sonra 

qruplar  arasında  rolları  dəyşdirin.  İndi  “Qırmızılar”ı  divardan 

kənarlaşdırın  və  “Göylər”ə  xidmət  göstərmələrini  tapşırın.  Bu 

tərzdə  oyunu  davam  etdirin  ki,  bütün  qruplar  hüquqların 

pozulması, hakimiyyət və üstünlüyü hiss etsinlər. 

Sonda hər bir iştirakçıdan öz fikirlərini söyləməyi xahiş 

edin.  Qoy  onlar  oyunun  hər  bir  raundunda  özlərini  necə  hiss 

etməkləri  barədə  söyləsinlər.  Oyun  zamanı  nə  baş  verdiyini 

müzakirə edin.  

 

 

 



 

 

 



 

 

 



 

 

 




32 

 

Ümumdünya İngilis Dili Günü 



 

İlk  dəfə  İngilis  dili  günü,  BMT-nin  digər  rəsmi  dilləri 

kimi  2010-cu  ildə  qeyd  olunmuşdur.  Belə  təkliflə  təşkilatın 

ictimaiyyətlə  əlaqələr  departamenti  çıxış  etmişdir.  Yeni 

bayramların  məqsədi  –  dünyada  çoxdillilik  ənənələrini 

möhkəmləndirməkdir.  Birləşmiş  Millətlər  Təşkilatı  təqvimdə 

altı gün – hər bir rəsmi dil üçün bir gün ayırmışdır. İngilis dilinin 

qeyd olunması böyük ingilis şairi, yazıçısı, dünyanın ən məşhur 

dramaturqu Uilyam Şekspirin anadan olduğu günlə bağlıdır. Bu 

gün  ingilis  dili  -  dünya  dili  hesab  olunur,  bu  dildə  dünyanın 

onlarla ölkəsində bir milyarddan çox insan danışır. Bu dil yalnız 

ingilislərin  deyil,  həm  də  ABŞ,  İrlandiya,  Kanada,  Malta, 

Avstraliya,  Yeni  Zelandiya  sakinlərinin  dilidir.  O,  Asiya  və 

Afrikanın bir neçə dövlətinin rəsmi dilidir.  

İngilis  dili  gününün  qeyd  olunması  ənənəsi  yeni 

yarandığı  üçün  bu  məsələdə  kitabxanaçının  üzərinə  böyük 

məsuliyyət düşür. Çünki bunun üçün o, kifayət qədər məlumatlı 

olmalı,  mütaliəsi  geniş  olmalı  və  işə  yaradıcı  yanaşmağı 

bacarmalıdır.  Kitabxanada  ənənəvi  olaraq  ən  vacib  iş  kitab 

sərgisinin  qurulmasıdır.  İngilis  ədəbiyyatının  ən  görkəmli 

simalarının əsərlərindən ibarət maraqlı sərgi qurmaq olar. Sərgi 

üçün təqdim olunan başlıqlardan birini seçmək olar: “Sadə, asan, 

bir  o  qədər  də  çətin  və  mürəkkəb  dil”;  “Dünya  ingilis  dilində 

danışır”,  “Gələcəkdə  hər  kəsin  ikinci  ana  dili  –  ingilis  dili 

olacaq!”  və  s.  Məşhur  şəxsiyyətlərin  ingilis  dili  haqqında 

söylədikləri aforizmlərdən də istifadə etmək olar: 

 

 

 




Yüklə 446,38 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə