F. Köçərli adına



Yüklə 463,55 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix02.06.2018
ölçüsü463,55 Kb.
#47023
  1   2   3   4   5   6   7   8   9   ...   17


                                F. 

Köçərli adına 

 

                   

Respublika Uşaq Kitabxanası

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Azərbaycan folklorunun vurğunu Firidun bəy Köçərli 

 

 

 

 

Firidun  bəy  Köçərlinin  155  illik  yubileyi  münasibətilə  mərkəzi 

kitabxanaların  uşaq  şöbələri,  MKS-nin  şəhər,  qəsəbə,  kənd  kitabxana 

filialları üçün hazırlanmış  metodik vəsait 

 

 

 

 

 

 

 

 

Bakı - 2018 



 

Tərtibçi:                                        Ruhiyyə Məmmədli                                          



 

                                           Sevil Əhmədova  

 

Redaktor:                                      Könül Ağazadə 

 

İxtisas  redaktoru və                    Şəhla Qəmbərova 

buraxılışa məsul:                          Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 



 

   Azərbaycan  folklorunun  vurğunu  Firidun  bəy  Köçərli: 

Firidun    bəy    Köçərlinin    155    illik    yubileyi    münasibətilə 

mərkəzi    kitabxanaların    uşaq    şöbələri,    MKS-nin    şəhər,  

qəsəbə,  kənd  kitabxana  filialları  üçün  hazırlanmış  metodik 

vəsait  /  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm 

Nazirliyi,  F. Köçərli  ad.Respublika  Uşaq  Kitabxanası ;  tərt.ed. 

R. Məmmədli ;  ixt.red.  və  burax.məsul  Ş. Qəmbərova ; red. 

K. Ağazadə. - Bakı : F. Köçərli ad.Respublika Uşaq Kitabxanası, 

2018. - 69 s.  

                                                              

   

 

 



 

 

       ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018                                  




 

                                        Tərtibçidən 



    Firidun bəy Köçərli Azərbaycanın tanınmış  ədəbiyyatşünası, 

pedaqoq  və  publisistidir.  Onu  böyüklü,  kiçikli  hamı  sevir. 

Mütəxəssislərin  də  təsdiqlədikləri  kimi  folklorşünaslığın 

yaranması şifahi xalq ədəbiyyatının toplanması, sistemləşdirilib 

nəşr  olunmasında  Firidun  bəy  Köçərlinin  böyük  xidmətləri 

olmuşdur.  Bu  şəxs  ədəbiyyat  tariximizi  yazmaqla  bütün 

keçmişimizi diriltdi, şairlərimizin ülvi ruhlarını canlandırdı. O, 

Azərbaycan  ədəbi  dilinin  saflığı  uğrunda  daim  mübarizə 

aparmışdır. Bəli, Firidun bəy Azərbaycan folklorunun vurğunu 

idi  və  hesab  edirdi  ki,  xalqımız  yalnız  böyük  keçmişindən, 

soyundan-kökündən bəhrələnərək  xoşbəxt   gələcək qura bilər. 

Odur ki,  bir maarifçi kimi xalqın savadlanması yolunda əlindən 

gələni edirdi. O hesab edirdi ki, xalqın müdrikliyinin, sevinc və 

kədərinin,  adət-ənənələrinin,  parlaq  şəkildə  əks  olunduğu  bu 

nağıllar,  uşaq  oyunları,  tapmacalar,  atalar  sözləri, məsəllər, 

yanıltmaclar, bayatılar, laylalar, oxşamalar millətin  yoluna işıq 

salan əbədi mayakdır. “Balalara hədiyyə” o dövrdə Azərbaycan 

uşaq    ədəbiyyatının    inkişafında  böyük   hadisə  idi.   Bir  çox 

yazıçı  və  şairlərimiz   Firidun  bəyin  sevə-sevə  topladığı   bu 

folklor  incilərindən  ruhlanaraq, sizlər  üçün  gözəl-gözəl  əsərlər 

yaradıblar.  Abdulla  Şaiq,  Seyid  Hüseyn,  Fərhad  Ağazadə, 

Eynəli  bəy  Sultanov  kimi  mütərəqqi  ziyalılar   kitabdan  “vətən 

qoxusunun,  dağların  ətrinin  gəldiyini”  yazır,  onu  “milli 

duyğularımızı  oyadan”,  “keçmişimizi,  özümüzü  özümüzə 

tanıdan” gözəl töhfə kimi qiymətləndirirdi. Onun uşaqlar üçün 

yazdığı  “Balalara  hədiyyə”  kitabı  Azərbaycanın  ən  dəyərli 

sərvətlərindəndir.  Müəllif  bu  kitabda  ən  çox  şifahi  xalq 

ədəbiyyatı  nümunələrindən  istifadə  etmişdir.



 

Firidun  bəy 

Köçərlinin  fikrincə,

 

uşaq  dünyası  çox  zəngindir.  Uşaqlarda 

poetik  duyum  çox  güclüdür.  Onların  təfəkkürü  yazıçı 



 

təfəkkürünə uyğundur. Uşaq ədəbiyyatı böyüməkdə olan nəslin 



tərbiyəsində böyük əhəmiyyətə malikdir. Yüksək səviyyəli uşaq 

əsərlərinin  yazılmasına  həmişə  böyük  ehtiyac  olub.  Uşaqlar  

üçün yazılan əsərlərdə müasir dövrün nəbzi tutulmalı, coşqun və 

qaynar  həyatımız  öz  bədii  inikasını  tapmalıdır.  Bu  uşaq 

yazıçılarını düşündürən aktual problemdir. Müasir dövrün indiki 

mərhələsində xalqımıza kamil, şüurca yetkin insanlar daha çox 

lazımdır.  Belə  insanların  yetişdirilməsində  uşaq  ədəbiyyatının 

misilsiz  əhəmiyyəti  vardır.  Məhz  elə  buna  görə  də  uşaq 

ədəbiyyatının ideya-bədii səviyyəsinin yüksəldilməsinə həmişə 

qayğı  göstərilməlidir.  Firidun  bəy  Köçərli  uşaq  dünyası  nəsri 

sahəsində  səmərəli  xidmət  göstərən  ədiblərimizdəndir.  Onun 

yaratdığı    əsərlərə    həmişə    ehtiyac    vardır.    Qeyd    edim    ki,  

1965-ci  il  yanvarın  1-dən  Mədəniyyət  Nazirliyinin  qərarı  ilə  

kitabxanamız  Firidun bəy Köçərlinin adını daşıyır. F. Köçərli 

adına Respublika Uşaq Kitabxanası olaraq bu sahədə üzərimizə 

çox  mühüm  vəzifələr  düşür.  Bizim  ən  ümdə  vəzifəmiz  böyük 

ədibimizi oxucularımıza tanıtmaq, onun dəyərli əsərlərini onlara 

sevdirməkdir. Çünki ulu öndər Heydər Əliyevin söylədiyi kimi 

kitabxana məbədgahdır, hər bir ziyalının yolu bu məbədgahdan 

keçir.  Balacaları  vətənpərvərlik,  humanizm,  düşmənə  nifrət, 

beynəlmiləlçilik ruhunda tərbiyə etmək üçün biz kitabxanaçılar 

çox  çalışmalıyıq.  Biz  inanırıq  ki,  illər  ötsə  də  hər  dəfə  uşaq 

ədəbiyyatından  söz  düşəndə  uşaqların  da,  böyüklərin  də 

sevimlisi Firidun bəy Köçərli hörmətlə anılacaq, yada düşəcək. 

Bu  il  sevimli  ədibimizin  155  illik  yubileyi  qeyd  olunacaq. 

Yubileylə  əlaqədar  hazırlanmış  “Azərbaycan  folklorunun 

vurğunu Firidun bəy Köçərli” adlı metodik vəsaiti təqdim edirik.  

 

                          



 

 



Yüklə 463,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə