F. Köçərli adına



Yüklə 466,86 Kb.
Pdf görüntüsü
səhifə1/18
tarix21.06.2018
ölçüsü466,86 Kb.
#50034
  1   2   3   4   5   6   7   8   9   ...   18


              

        F. 

Köçərli adına 

 

               

Respublika Uşaq Kitabxanası

 

                                                          

 

 

 

 

  



 

               

 

                                      

 

 

 

 

 

 

 

El üçün yaşayıb, yaradan yazıçı Elçin Əfəndiyev 

                                

 

 

 

Elçin 

Əfəndiyevin 

75 

illik 

yubileyi 

münasibətilə 

mərkəzi 

kitabxanalarının uşaq şöbələri, MKS-in şəhər, qəsəbə, kənd kitabxana 

filialları üçün hazırlanmış metodik vəsait 

 

 



 

 

                                    

 

Bakı – 2018 


 

Tərtibçilər:                                      Ruhiyyə Məmmədli 



                                           

          Sevil Əhmədova  

Redaktor:                                         Könül Ağazadə 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 

buraxılışa məsul:                             Əməkdar Mədəniyyət işçisi                                    

                                                   

        

 

 

     El  üçün  yaşayıb,  yaradan  yazıçı  Elçin  Əfəndiyev:  Elçin 

Əfəndiyevin  75  illik  yubileyi  münasibətilə  mərkəzi  

kitabxanaların  uşaq  şöbələri,  MKS-nin  şəhər,  qəsəbə, kənd 

kitabxana  filialları  üçün  hazırlanmış  metodik  vəsait  / 

Azərbaycan  Respublikası  Mədəniyyət  Nazirliyi,  F.  Köçərli 

ad.Respublika  Uşaq  Kitabxanası;  tərt.ed.R.Məmmədli;  ixt.red. 

və  burax.məsul  Ş.  Qəmbərova;  red.  K.  Ağazadə.  -  Bakı:                  

F. Köçərli ad.Respublika Uşaq Kitabxanası, 2018. – 67 s.   

 

 

 



 

 

 

 

   

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018 


 

Tərtibçidən 

     Hər  insan  sirli-sehrli  bir  aləm,  yazılmamış  bir  kitabdır. 

Yaradıcı  insanın  könül  dünyası  daha  cazibədar,  təlatümlü, 

coşqun, üfüqləri isə daha geniş, zəngin və əlçatmaz olur. Elçin 

Əfəndiyev də həmin yaradıcı insanlardandır. Yazıçı Azərbaycan 

ədəbiyyatında sıçrayış etməyi bacarmış bir sənətkardır. 

Elçin Əfəndiyev 60-cı  illərdə ədəbiyyatımıza gəlmiş və tez 

bir zamanda  əsərlərinin  poetik gücü ilə  geniş  oxucu kütləsinin 

hörmətini  qazanmış  yazıçılarımızdandır.  O,  Azərbaycan 

nəsrinin  “ədəbi  təəccüb”  hissindən  daha  çox  xalqımızın  milli-

tarixi təəccübünü qoruyub saxlayan nümayəndələrdəndir. 

     Elçin Əfəndiyev əsl bir ziyalı ömrü yaşayıb. Ötən əsrin 60-cı 

illərindən  üzü  bəri  yaşadığımız  həyatın  elə  bir  ciddi  hadisəsi 

yoxdur  ki,  onun  özünün,  sözünün,  qələminin  diqqətindən 

yayınsın;  bu  dövrdə  dünyada  baş  verən  elə  bir  dəyərli  ədəbi 

hadisə  yoxdur ki,  Elçin  Əfəndiyev ona münasibət  bildirməsin, 

öz  qiymətini  verməsin;  yaşlı,  gənc  nəslin  elə  bir  uğurlu  əsəri 

yoxdur  ki,  Elçin  Əfəndiyev  onun  haqqında  ayrıca  məqalə 

yazmasın  və  ya  fürsət  tapdığı  bir  məqamda  qələm  dostlarının 

nailiyyətlərinə 

sevinməsin. 

Bu 

dövrün 


mürəkkəbliyi              

daban-dabana zidd olan ideoloji sistemlər, imperiyanın çöküşü, 

müstəqillik uğrunda mübarizə, doğma Şuşa və Qarabağ itgisi ilə 

nəticələnən  işğalçılıq  müharibəsi  –  hamısı  xalq  yazıçısının 

əsərlərində  əksini  tapıb;  bu  tarixin  içindən  Elçin  Əfəndiyev 

alnıaçıq çıxıb, çünki həmişə xalqın tərəfində olub, vətəndaşlıq 

məfkurəsindən dönməyib, mövqeyi aydın və ardıcıl olub. Yazıçı 

indi də yorulmaq bilmədən mədəniyyətimizin, ədəbiyyatımızın, 

incəsənətimizin  inkişafı  üçün  əlindən  gələni  əsirgəmir. 

Yazıçının  povest  və  hekayələrdən  ibarət  kitabları,  seçilmiş 

əsərləri,  ədəbi  tənqidi  məqalələri  həmişə  diqqət  mərkəzində 

olmuşdur. Yazıçı çox oxumaq və sərbəst düşünmək nəticəsində 




 

lakonik, qısa, yığcam düşüncələr dünyası yaratmışdır. Elə buna 



görə  də  onun  hekayələri,  povestləri,  romanları  həmişə  diqqət 

mərkəzində  olmuşdur.  Bu  əsərlər  ümumittifaq  miqyasında  da 

şöhrət qazanmışdır.  

Elçin Əfəndiyev nədən yazırsa yazsın, ona oxucularının arzu 

və  düşüncələri  prizmasından  baxmağı  bacarmışdır.  Yazıçı 

tənqidi  fəaliyyətə  də  yazıçı  kimi  başlamışdır.  Lakin  tənqidi 

əsərləri öz canlılığı, kəsəri, aktuallığı ilə həmişə ümumi maraq 

oyatmışdır. Yazıçı müasirliyi aktuallıqla eyniləşdirməyi, hər iki 

estetik  kateqoriyadan  sənətkarlıq  hesabına  sui-istifadə  etməyi 

müasir  ədəbiyyatın  ən  yaralı  yeri  sayır  və  bədii  ədəbiyyatın 

sənətkarlıq  məsələlərini,  tənqidini  həmişə  onlarla  vəhdətdə 

aparır. 


     Bu  vəsaiti  Elçin  Əfəndiyevin  anadan  olmasının  75-ci 

ildönümü  münasibətilə  hazırlayıb  sizə  təqdim  edirik.  Əsas 

məqsədimiz oxucuların lirik hekayələr ustası, müqtədir romançı, 

mahir  komediyalar  müəllifi,  psixoloji  faciələr,  tragediyalar 

dramaturqu,  ədəbi  prosesə  hakimlik  etmək  səlahiyyəti  olan  

ustad  tənqidçi,  fundamental  monoqrafiyalarıyla  özünəməxsus        

elmi-nəzəri sistemini yaradan klassik ədəbiyyatşünas alim Elçin 

Əfəndiyev haqqında olan biliklərini daha da artırmaqdır. 

     “El üçün yaşayıb,  yaradan yazıçı Elçin Əfəndiyev” adlanan 

metodik  vəsait  “Giriş”  və  “Keçiriləcək  tədbirlər”  hissəsindən 

ibarətdir. Vəsaitin “Giriş” hissəsində Elçin Əfəndiyevin həyat və 

yaradıcılığından söhbət açılır. İkinci hissədə isə kitabxanalarda 

keçiriləcək tədbirlərdən bəhs olunur.       

 

 



 

 

 



 


Yüklə 466,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə