F. Köçərli adına



Yüklə 177,86 Kb.
tarix25.06.2018
ölçüsü177,86 Kb.
#51493


                                F. 

Köçərli adına 

 

                   

Respublika 

Uşaq Kitabxanası

 

 

 

 

 

 

 

 

 

 

 

Sənət köhlənindən enməyən şair – Cabir Novruz 

 

Cabir Novruzun 85 illik yubileyi münasibətilə  mərkəzi kitabxanaların 



uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə,  kənd  kitabxana filialları  üçün 

hazırlanmış  metodik vəsait 

 

 

 

                                  

 

Bakı – 2018 


 

Tərtibçilər:                                      Aynurə Əliyeva 



                                           

           Şəhla Əliyeva  

Redaktor:                                         Könül Ağazadə 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 

buraxılışa məsul:                             Əməkdar Mədəniyyət işçisi                                    

                                                   

        

     Sənət köhlənindən enməyən şair – Cabir Novruz:  Cabir 

Novruzun 85 illik yubileyi münasibətilə mərkəzi  kitabxanaların  

uşaq    şöbələri,    MKS-nin    şəhər,    qəsəbə,  kənd  kitabxana 

filialları  üçün  hazırlanmış  metodik  vəsait  /  Azərbaycan 

Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyi,  F.  Köçərli 

ad.Respublika Uşaq Kitabxanası; tərt.ed. A. Əliyeva; ixt.red. və 

burax.məsul Ş. Qəmbərova; red. K. Ağazadə. - Bakı: F. Köçərli 

ad.Respublika Uşaq Kitabxanası, 2018. – 28 s.   

 

 

 



 

 

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018 


 

Tərtibçidən 

     Poeziya  ən  çətin  sənətlərdən  biridir.  Bəlkə  də  yeganəsidir. 

Yalnız ona görə yox ki, o söz sənətidir. Onun xüsusi qanunları 

vardır,  insandan  peşəkarlıq  və  bacarıqdan  başqa  bir  də  ilahi 

vergi, istedad istəyir. Həm də ona görə ki, onu seçən, özünü ona 

həsr  edən  şəxsdən  bu  sənətin  məsuliyyətini,  nəcib  məqsəd  və 

ideallarını,  fəlsəfəsini  dərin  və  geniş  dərk  etməyi  tələb  edir. 

Poeziya şairdən poeziyanı tale yolu, sənət və əqidə yolu kimi  

etiraf edən insandan onun  bütün  varlığını, bütün həyatını tələb 

edir, bütün qəlbini və idrakını  istəyir, bütün mənəvi qüvvəsini 

ancaq və ancaq ona həsr etməyi əsas şərt olaraq irəli sürür, şairin 

qarşısına ali məqsəd olaraq qoyur. Əgər insanda bu keyfiyyətlər 

yoxdursa,  o,  şair  deyildir.  Cabir  Novruz  tanrının  ona  verdiyi 

ömür  payını  bütövlükdə  yazıb-yaratmış,  müasir  poeziyada 

çalışmış,  fəaliyyət  göstərmiş,  mürəkkəb,  narahat  çağdaş  milli 

poetik prosesdə fasiləsiz iştirak etmiş, onun vəzifələrini həyata 

keçirmək  istiqamətində  yaradıcılıq  qüvvəsini  əsirgəməmişdir. 

Onun  şeirləri hər kəsi məftun edir. Ümumiyyətlə, Cabir Novruz 

haqqında  cəsarətlə  demək  olar  ki,  o,  Azərbaycanın  ən  böyük 

vurğun şairlərindən biridir. Şair yaşasaydı onun 85 yaşını salon 

dolusu  pərəstişkarları  ilə  qeyd  edəcəkdik.  İndi  bu  ad  gününü 

təəssüflər olsun ki, onsuz qeyd edirik... Cabir Novruzun 85 illik 

yubileyi münasibətilə bu vəsaiti işləməyi özümüzə borc bildik. 

Vəsait iki hissədən ibarətdir. I hissə “Ömürdən bir gün də keçdi, 

beləcə” adlanır və C.Novruzun həyatından bəhs edir. II hissədə 

isə onun yaradıcılığından bəhs edən tədbirlərdən söhbət açılır.      

     Təqdim  etdiyimiz  bu  vəsaitdən  uşaqların  intellektual 

səviyyələrinin  artmasında  böyük  rol  oynayan  kitabxanaçılar, 

müəllimlər və s. istifadə edə bilərlər. 

 



 

Həyat və yaradıcılığı 

Tək yaşamaq istəmirəm özüm üçün, 

Anam üçün, oğlum üçün, qızım üçün. 

Qoyun məndən inciməsin əzizlərim, 

Qəlblərinə toxunmasın bu sözlərim. 

İstəmirəm bir onlara gərək olum, 

İstəyirəm milyonlara gərək olum. 

Gərək olum mən yada da, yaxına da, 

Adamların qarasına, ağına da. 

Lazım olum insanların bu gününə, 

xoş vaxtına, 

Xəstəsinə, sağlamına, bədbaxtına, 

xoşbaxtına. 

     Azərbaycan 

ədəbiyyatının 

görkəmli 

nümayəndəsi, 

Azərbaycanın  Xalq  şairi,  Azərbaycan    Əməkdar  incəsənət 

xadimi  Cabir  Novruz  1933-cü  il  mart  ayının  12-də  Xızı 

rayonunun  Upa  kəndində  anadan  olmuşdur.  O,  orta  məktəbi 

bitirdikdən 

sonra 

M.Ə.Sabir 



adına 

Bakı 


Pedaqoji 

Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət 

Universitetinin  jurnalistika  fakültəsinə  daxil  olmuşdur.  Bir  il 

sonra  Azərbaycan  Yazıçılar  İttifaqının  tövsiyəsi  ilə  təhsilini 

davam  etdirmək  üçün  Moskvaya,  Maksim  Qorki  adına 

Ədəbiyyat  İnstitutuna  göndərilmiş  və  1957-ci  ildə  oranı 

bitirmişdir.  1958-ci  ildə  “Bakı”  axşam  qəzetinin  ədəbiyyat 

şöbəsində  ədəbi  işçi  kimi  əmək  fəaliyyətinə  başlayan  Cabir 

Novruz  1967-1970-ci  illərdə  “Azərbaycan”  ədəbi-bədii 

jurnalının,  1991-1993-cü illərdə isə “Ədəbiyyat  və  incəsənət” 

qəzetinin  baş  redaktoru  vəzifələrində  çalışmışdır.  O,                    

1970-1997-ci  illərdə  Azərbaycan  Yazıçılar  İttifaqı  İdarə 

Heyətinin katibi olmuşdur. 



 

     Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının 



parlaq səhifələrindən birini  təşkil edir. Onun  əsərlərində Milli 

irsimizin  zəngin  ənənələri  müasir  ədəbi  cərəyanların  tələbləri 

ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən 

şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə 

oxucuların  dərin  məhəbbətini  qazanmışdır.  Onun  qələmindən 

çıxan  lirik  poeziya  nümunələri  və  epik  lövhəli  əsərlər  bədii 

səviyyəsi,  mövzu  rəngarəngliyi  ilə  seçilir.  Şairin  yüksək 

mənəviyyata səsləyən  yaradıcılığı və vətəndaş ruhunun hakim 

olduğu  poeziyası  öz  dilinin  bədii  gözəlliyi  və  rəvanlığı  ilə 

səciyyələnir.  Onun  sözlərinə  bəstələnmiş  çoxsaylı  mahnılar 

musiqisevərlər  tərəfindən  həmişə  böyük  rəğbət  və  sevinclə 

qarşılanmışdır.  Həmin  mahnılara  aşağdakıları  nümunə 

göstərmək  olar:  “Məhəbbət”,  “Bakının  qızları”,  “Mənim 

duyğularım”, “Cavanlığım”, “Bulaq suyu, dağ havası”, “Dünya 

düzələn deyil”, “Böyüməyə tələsmə”, “Bu nə cür məhəbbətdir”, 

“Səsim səsinə öyrəşib”, “Ömür keçir”, “Məhəbbət ölməyəcək”, 

“Gəlin  gələndə”,  “Sən  oldun”,  “Gecikmiş  məhəbbət”, 

“Tənhalıq”, “Təki sənin səsin gəlsin” və s.  

     Cabir  Novruz  yaradıcılığı  vətənpərvərlik  və  mübarizlik 

ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vətənin 

taleyi  üçün  narahatlıq  hissinin  xas  olduğu  Cabir  Novruz 

poeziyasının başlıca mövzuları azərbaycançılıq ideyaları ilə sıx 

bağlı  olmuşdur.  Şairin  əsərləri  dünyanın  müxtəlif  xalqlarının 

dillərinə  tərcümə  edilərək  nəşr  olunmuşdur.  Onun  bədii 

tərcümələri  sayəsində  isə  Azərbaycan  oxucusu  dünya 

poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı 

qazanmışdır.  

     Cabir  Novruzun  ictimai  fəaliyyəti  də  zəngin  olmuşdur.            

O,  həyatının  bütün  mərhələlərində  Azərbaycanda  gedən            

ictimai-siyasi  proseslərin  həmişə  fəal  iştirakçısı  olmuş, 

xalqımızın  həyatında  baş  verən  təleyüklü  hadisələrə  düzgün 



 

qiymət  verməsində  əsl  vətəndaşlıq  mövqeyi  nümayiş 



etdirmişdir. 

   Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. 

O,  “Əməkdar  incəsənət  xadimi”,  “Xalq  şairi”  fəxri  adlarına, 

dövlət  mükafatına,  orden  və  medallara  layiq  görülmüşdür. 

Cabir  Novruz  1995-ci  ildə  Azərbaycan  Milli  Məclisinin 

deputatı seçilmişdir. 

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar 

incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi 

təqaüdçüsü,  Xalq  şairi  Cabir  Mirzəbəy  oğlu  Novruzov  (Cabir 

Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat 

etmişdir. 

     Cabir  Novruz  poeziyaya,  sənətə  bütün  varlığı,  ruhu  ilə, 

məhəbbət və nifrəti ilə bağlıdır. O, kitablarına yazdığı ön sözdə 

özünü  poeziya  vurğunu,  poeziya  dəlisi  adlandırır.  Cabir 

Novruzun şeirlərinin pərəstişkarları,  onu yaxından tanıyanlar, 

yaradıcılıq  yolunu  müntəzəm  izləyənlər  çox  gözəl  bilirlər  ki,         

bu  belədir;  özü  haqqında  belə  söylərkən  şair  qətiyyən                 

qeyri-təvazökarlıq  etməmişdir.  Təsadüfi  deyil  ki,  qırx  illik 

poetik  fəaliyyəti ərzində o, ancaq şair olaraq, özü də əsasən lirik 

şair  olaraq qalmışdır. Ədəbi yaradıcılığın  başqa formalarına və 

janrlarına  müraciət  etməmişdir.  O  yalnız  şeir  yazır,  yalnız 

sehrli,  ilahi  poeziya  pərisinə  xidmət  edir.  Bu,  pisdirmi, 

yaradıcılıq    məhdudiyyətidirmi?  Məncə  yox,  bu  sözün  geniş 

mənasında özünə poeziyaya sədaqətin yüksək və eyni zamanda 

ən adi təzahürlərindəndir.  Bununla  əlaqədar  olaraq, mən başqa 

bir  həqiqəti də xatırlamaq istəyirəm. O da budur ki, şair əgər 

doğurdanda şairdisə,  adi nəzm ustası deyilsə, başqa sözlə, şair 

istedad  və  fikir  sahibidirsə,  onun  böyük  sənətə,  böyük 

poeziyaya  yolu həmişə fərdi və təkrarsızdır.  C.Novruz da belə 

şairdir, müasir poeziyamızın belə görkəmli nümayəndələrindən 

biridir.  Baxmayaraq  ki,  o,  çox  istedadlı,  böyük  yaradıcılıq 



 

imkanlarına  malik  şairlərlə  bir  vaxtda,  bir  tarixi  şəraitdə 



yazmağa  və  çap  olunmağa  başlamışdır.  Onun  poeziya  yolu, 

yaradıcılıq  taleyi  və  xüsusiyyətləri  demək  olar  ki,  heç  kimə 

bənzəmir. C.Novruz poetik fərdiyyəti tapmaq  və güclü olmaqla  

bərabər,  həm  də  mənsub  olduğu,  içərisində  təşəkkül  tapdığı 

yaradıcılıq  mühitinin,  yaradıcılıq  prosesinin  bir  çox  əsas, 

mahiyyətli  xüsusiyyətlərini  meyillərini  də  özündə  ehtiva  edir.  

Cabir şeir üslubu onun özünəməxsus quruluşu, xarakteri vardır, 

bənzərsiz təhkiyə, lirik özünüifadə tərzi və səciyyəsi vardır. Bu 

belə də olmalıdır. Çünki Cabir Novruz poeziyada həmişə, hətta 

öz  imkanlarından  bir  qədər  aşağı  şeirlərində  də  özünə 

sədaqətlidir,  kimsə  yox,  məhz  özüdür.  C.  Novruz  böyük  və 

coşqun  yaradıcılıq  həvəsi  və  ilhamı  ilə,  öz  əsərləri  və  bu 

əsərlərin  ifadə etdiyi tamam yeni  məzmunlu, yeni keyfiyyətli, 

yeni  tərzli,  əhvali-ruhiyyə  və  meyili  ilə  həmişə  diqqət  

mərkəzində olubdur.  

    İstedadlı  şairimiz Cabir Novruzun anadan olmasının 85 illik 

yubileyi ilə əlaqədar olaraq,  bir sıra  tədbirlər: kitab müzakirəsi, 

oxucu  konfransı,  rəsm  və  şeir  müsabiqəsi,  ədəbi-bədii  gecə 

keçirilə  bilər.  Şairi  sevdirmək,  yaradıcılığını  gənc  nəslə  və 

şagirdlərə  tanıtmaq  məqsədilə  kitabxanada  ilk  növbədə 

müxtəlif  başlıqlar  altında  kitab  sərgisi  təşkil  olunmalıdır. 

“Şeirlərindən  boylanan  şair”,    “Sənət  köhlənindən    enməyən 

şair”,  “Hələ  külçə  idim,  şeir  külçəsi,  Misramın  dan  yeri 

sökülməmişdi”,  “Poeziya  vurğunu,  poeziya  dəlisi”,  “Elin, 

xalqın şairi – Cabir Novruz”, “Üzü dan üzünə bənzəyən şair”, 

“Unudulmayan  Cabir  Novruz”,  “Həqiqət,  təbiilik  və 

səmimiyyət  şairi”,   “İnsana himn  yazan şair”,  “Poeziyamızın 

Cabir Novruz yüksəkliyi”, “Təpədən dırnağacan poeziya adamı 

Cabir  Novruz”,    “Xalq  ruhunda  köklənən  şair”,  “Düşündürən 

poeziya  sahibi  Cabir  Novruz”,  “Şəxsiyyət  ömrünün  anları”, 

“Səsim ünvan axtarır”, “Şeirləri mahnıya çevrilən şair” və s. 



 

Kitab sərgisi 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Görkəmli şəxslərin Cabir Novruz haqqında söylədikləri  



fikirlər: 

    Cabir  Novruzun  yüksək  bədii    həqiqəti  onun  şəffaf,  təmiz, 

daxili səmimiyyətindən irəli  gəlir. 

                                                          Ağamusa Axundov, 



                                                           professor 

 

    Cabir Novruz təkcə  bir sənətkar, bir şair kimi yadda qalmır. 

O  həm  də  yüksək    insani    xüsusiyyətlərə  malik  olan,  mənəvi 

saflığı ilə seçilən sadə, səmimi bir şəxs kimi, bütün varlığı ilə 

vətəninə, xalqın, el-obasına  bağlı bir vətəndaş kimi yadda qalır.  

                                                            Yusif Seyidov, 



                                                              professor 

 

    Cabir Novruzun sözlərinə  yazılmış “Vətən əbədi qoruqdur” 

mahnısı  vətənpərvərlik mövzusunda yaradılmış ən mükəmməl  

əsərlərdən  biridir.  Bu  mahnı  xalqımızı  istiqlal  mübarizəsinə  

ruhlandıran bir himndir. 

                                                             Yusif Həsənbəy,  



                                                          Əməkdar incəsənət xadimi 

 

    Cabir Novruz yaradıcılığının məğzini, əsas qayəsini, bu cür 

ifadə etmək olar: səmimiyyət və cəsarət. 

                                                                     Aslan Kəmərli, 



                                                                     şair    

        

 

 

 

 


10 

 

Yubileylə bağlı keçirilən tədbirlər 

    Nəğməkar  şairin  yubileyi  ilə  əlaqədar  kitabxanalarda 

keçiriləcək  tədbirlərdən  biri  də,  “Bir  dünyam  var”  adlı  şeir 



müsabiqəsidir.  Kitabxanaçı  ilk  olaraq  şairin  bir  neçə  şeir 

kitabını  məktəblilərə  təqdim  edir.  Məktəblilər  müəyyən 

etdikləri  şeiri  əzbərləyərək  təyin  edilmiş  tarixdə  kitabxanaya 

gəlirlər.  Qonaqlar  və  münsiflər  öz  yerini  aldıqdan  sonra 

kitabxanaçı  hər  kəsi  salamlayaraq  tədbirə  keçid  alır.  O,  ilk 

olaraq  Cabir  Novruzun  həyat  və  yaradıcılığından,  onun  ömür 

yolundan,  əsərlərindən  və  kitablarından  söhbət  açır.  Nəfis 

şəkildə  nəşr  olunmuş  kitablar  hər  kəs  tərəfindən  rəğbətlə 

qarşılanır.  Kitabxanaçı  səhnəyə  yaxınlaşaraq  qonaqları 

salamlayır və şair haqqında qısa məlumat  verir. 



Kitabxanaçı:  C.  Novruzun  poeziyaya  gəlişi  səssiz,  haraysız 

olmayıb.  Bu  şair  xoşbəxtliyidir  ki,  daim  diqqət  mərkəzində 

olasan,  həmişə  oxucuların  sevimlisinə  çevriləsən,  şeirlərin 

özünə geniş auditoriya qazana, səni hamı tanıya. Stendalın bir 

fikrini  xatırlayıram:  “Əgər  mən  təkəmsə,  bir  heçəm,  əgər 

mənim arxamca heç kəs gəlmirsə, mən bir heçəm. Əgər oxucu 

desə  ki,  bu  adam  fikir  aləmini  irəli  aparmışdır,  onda  mən  hər 

şeyəm”. 


    Məncə,  C.  Novruz  da  müasir  səviyyəli,  onu  sevən,  duyan 

həqiqi oxucular əhatəsində idi. O, gəncliyin sevgi və məhəbbət 

duyğularını,  analara,  atalara  sonsuz  ehtiramını,  tələbəlik 

həyatını, vətənpərvərlik eşqini böyük bir ilhamla qələmə alırdı. 

Sənətkar-oxucu  problemi  həmişə  ciddi  sosial-estetik  məna 

daşıyır.  Elə  sənətkarlar  da  var  ki,  illər  keçdikcə  onun 

oxucularının sayı daha da artır, çünki o, hər dəfə nəsə yeni söz 

deməyə çalışır və çox vaxt buna müvəffəq olur. Cabir Novruz 

məhz  belə  şairlərdən  idi.  Şeir  kitablarının  birinə  yazdığı  ön 

sözdə C.Novruz deyirdi: “Neçə-neçə şeir kitabım çap olunsa da, 




11 

 

yenə həyəcan içindəyəm. Mən bu imtahandan necə çıxacağam, 



deyə  bilmərəm.  Lakin  ürək  çırpıntıları  ilə  sətirlərimi,  necə 

deyərlər, doğma balalarımı oxucu imtahanına verirəm. İstərdim 

ki,  həyat,  insanlar,  dünya,  bu  gün,  sabah,  doğma  Azərbaycan 

haqda qoşduğum təzə nəğmələr onların ürəyincə olsun”. 

     Cabir  Novruz  yaradıcılığı  dövründə  həmişə  oxucu 

tələbkarlığına  inana-inana,  onu  məyus  etməyərək,  bir-birinin 

ardınca  gözəl  şeirlər  və  poemalar  yaratmışdır.  Bəs  bu  şairin 

fərdiliyi və özünəməxsusluğu nədədir? 

     Cabir  Novruz  haqqında  yazılan  məqalələrdə,  onun 

kitablarına  həsr  edilən  resenziyalarda  tez-tez  belə  bir  ifadə                  

ilə  rastlaşırsan:  “Cabir  Novruz  təbiiliyi  tərənnüm  edir,  o,                   

sadə  yazır”.  Qeyd  edək  ki,  bu  fikirlə  razılaşmamaq                            

qeyri-mümkündür, lakin həmin mülahizə izah olunmadığı üçün 

natamam təsir bağışlayır. C. Novruz təbii şairdir,  bu onun bütün 

şeirlərində duyulur.  

 

    Bu robotlar, süni əllər, süni gözlər 



 

            dövründə mən. 

 

    İstəyirəm şeirimdə mən, 



 

    Təbiiliyi vəsf eləyim. 

 

    ...Üz tuturam uşaqlara, böyüklərə, 



 

            nəsillərə, 

 

    Üz tuturam hələ sabah göz açacaq 



 

          əsrlərə, 

 

    Söyləyirəm təbii olun, təbii olun, 



 

    Alimlərin fikri olun

 

         şairlərin təbii olun. 



 

    Ey ilhamlar, istedadlar, 

 

      təbii olun. 



 

    Ey fəhlələr, ey nazirlər, 

 

      təbii olun. 



 

   Üzü yeni, içi köhnə müasirlər, 




12 

 

 



      təbii olun. 

 

   Vəzifədə əyləşənlər, 



 

      adamların taleyinə qol çəkənlər, 

 

   Raketçilər, aya-günə 



 

       yol çəkənlər, 

 

   Təbii olun, insan odur 



 

   Təbii ola, təbii ola. 

     Təbiiliyə  çağırış  Cabir  Novruz  poeziyasının  başlıca 

mahiyyətini  ifadə  edir.  Biz  bunu  iki  mənada  yoza  bilərik. 

Birinci  halda  şair-gördüyümüz  kimi,  təbiilik  anlayışının  öz 

mənasına, məğzinə, cövhərinə üz tutur. Lakin onu da qeyd edək 

ki, təbiilik C.Novruz poeziyasında həm də məhəbbət, həqiqət, 

bütövlük,  ilkinlik  və  inam  çalarları  qazanır.  “İnsan  himnləri” 

adlı  lirik-fəlsəfi  poemada  C.Novruz  təbiiliyin  bədii-estetik 

hüdudlarını  daha  da  genişləndirir,  milyon  illər  dəyişməyən 

duyğuları vəsf edir. Çünki “onlar daim təzə qalan duyğulardır. 

Ən  müasir  kəşflərə  bəzək  olan  duyğulardır”.  Bu  duyğuları 

özündə yaşadan hər bir insan isə ayrıca bir dünyadır. 

İlk iştirakçı səhnəyə yaxınlaşaraq “Vətən qorudun sənindir...” 

adlı şeiri deməyə başlayır.   

 

                   Vətən qorudun sənindir

                   Qorumadın özgənindir,  

                   Qorumadın yağınındır, 

                   Qorumadın axırındır... 

 

                   Vətən qorudun sənindir,    



                   O, bayraq tutan əlindir, 

                   Basılmaz qalan, dağındır,  

                   Qorumadın göz dağındır... 

 



13 

 

İkinci  iştirakçı  səhnəyə  yaxınlaşaraq  “Kaş  millətdə  ruh 



yaşasın...”adlı  şeiri deməyə başlayır.   

                          Millət əzər-əzilər də,  

                          Kaş millətdə ruh yaşasın. 

                          Əyri qəddi düzələr də  

                          Kaş millətdə ruh yaşasın. 

                          Zaman-zaman, nəsil-nəsil, 

                          Babəklərin gəlir səsi. 

                          Nəsimilər tükənməsin, 

                          Kaş millətdə ruh yaşasın... 

 

Üçüncü iştirakçı səhnəyə yaxınlaşaraq “Özünü qoru, xalqım...” 

adlı  şeiri deməyə başlayır.   

                         Müqəddəs, ulu xalqım, 

                         Gözümün nuru, xalqım... 

                         Ən dəhşətli zamandır, 

                         Özünü qoru, xalqım... 

                         Bir tora ilişmisən,  

                         Caynaqları  dərində... 

                         Bir oyuna düşmüsən,   

                         Oyuncaqlar əlində... 

                         Üzərində əsirlər,  

                         Qara yellər görürəm. 

                         Sənə quyu qazırlar,  

                        Mənfur əllər görürəm... 

                        Təklənmisən yenə də,  

                        Yenilməz ulu, xalqım... 



Sonda  münsiflər  heyəti  qiraəti  ilə  fərqlənən  iştirakçıları 

mükafatlandırır.  

     Cabir  Novruzun  85  illik  yubileyi  ilə  bağlı  kitabxanada 

keçirilən tədbirlərdən biri  də   “Söz satıram, alan yox...”  adlı  



14 

 

biblioqrafik icmaldır. Kitabxanaçı biblioqrafik icmal keçirərkən 



oxuculara ədibin kitabları haqqında məlumat verir.  

Kitabxanaçı:  Cabir  Novruzun  poeziyası  haqqında  düşünəndə 

həmişə  gözlərimiz  qabağına  Xızının  zümrüd  meşələrə 

bürünmüş  sıldırımlı dağlarının döşündən qopan  şəlalə gəlir. Bu  

şəlalə  hündürlükdən  qopub  gümüş  qollarını  torpaq  səadətinə 

uzatdığı  kimi  Cabir  Novruz  da  uşaqlıq  və  gənclik    həyatının  

şirin   və romantik   çağlarının  xoşbəxt,  qayğısız  zirvəsindən  

xalqın böyük  həyatına  can atır  və bu səadətlə birləşməyi  şair 

üçün  ən yüksək  zirvə sanır.  Şəlalə sərt qayalarla  ana torpaq  

arasındakı  ani  məsafəni  sevinclə,  həsrətlə  enib  torpağa 

qovuşduqdan  sonra mavi çaya dönərək öz şəlalə  uşaqlığından  

ayrıldığı  kimi  Cabir  Novruz  da  yaradıcılığının  romantik 

aşırımlarından  və bu dövrə məxsus  mövzulardan təbəssümlə 

ayrılmışdır. O, yaradıcılığının təbiət qədər gözəl və rəngarəng, 

yaşıl  təbəssümlərlə  dolu  olan  bu  mərhələsindən  bədii 

təfəkkürün  kamillik  hökmüylə  ayrılıb,  həyatın  dərinliklərinə 

baş vurmağı bacardı. Nəhayət, şəlalələr dənizə çevrildiyi kimi 

bu  yaradıcılıq  mərhələlərini  təbii  olaraq  cəsarətlə  addımlayan 

Cabir Novruzu da Xəzər kimi dəniz olmaq səadətinə yüksəltdi.  

Şair ilk dəfə poeziyamıza  ana mövzusunda yazdığı məşhur şeiri 

ilə gəlmişdir. Hələ çox gənc olan Cabir həmin şeirini tribunadan  

oxuyarkən Xalq yazıçısı Mirzə İbrahimov üzünü məclisdəkilərə 

tutub demişdi:  “Görürsünüz,  yoldaşlar, şeirimizin gələcəyi də 

parlaqdır”. 

 

             Ömrün gözəl çağı, cavanlıq dəmi  



             Çox arvad güvəndi evdə ərinə, 

             Sənsə külüng çaldın kişilər kimi,  

             Odun da doğradın kişilər kimi. 

 

 




15 

 

             Bir əlində oxlov, bir əlində çin,  



             Dərz də bağladın, yayma da yaydın,  

             Buğda xaralları duranda çin-çin, 

             Özünü dünyanın xoşbəxti saydın.  

 

     Fərhad kimi külüng vuran  ana  meşələrdən odun, tarlalardan 



taxıl, bulaqlardan su daşıyıb oğul  böyüyürdü.  Oğlunun  isə  şair 

müşahidəsi və oğul məhəbbəti belədir:  

 

             Bu həyat gəlmədi əsla eyninə, 



             Bir yol körpə sinəm bir dağ görmədi.  

             Sən yamaqlı paltar geydin əyninə, 

             Mənim  corabım da yamaq görmədi.  

  

             Ana, yorulmaram ana deməkdən,  



             Qoy halına yanan mən olum, ana. 

             İndi dayan, səni mən bəsləyim, mən,  

             İndi dayan, anan mən olum, ana. 

Kitabxanaçı  şair  haqqında  danışdıqdan  sonra  kitablar 

haqqında məlumatlara keçid alır.  

     İstedadlı şair Cabir Novruzun “İllərin ömrü” adlı kitabı bir 

neçə şeir toplusundan ibarətdir. Müxtəlif, rəngarəng mövzulara 

həsr olunmuş  bu əsərləri  birləşdirən  ümumi bir  ideya vardır: 

insana  məhəbbət, şair təkcə özü üçün, ailəsi üçün deyil, bütün 

cəmiyyət  üçün,  bəşəri    hisslərlə    yaşamağa  çağırır.  Bu  fikir 

kitabdakı  şeirlərin əas leytmotividir.  

     Cabir Novruzun növbəti kitabı “Bir dünyam var” adlanır. Bu 

kitab şairin doqquzuncu kitabıdır. Buraya toplanmmış əsərlərin 

əsas  hissəsini  müəllifin  1970-ci  ildə  xüsusi  mükafata  layiq 

görülmüş “Adi həqiqətlər” kitabı öz silsilə şeirləri təşkil edir. 

Kitabda  eyni  zamanda  şairin  yeni  lirik  şeirləri,  uşaqlar  üçün 

yazdığı  əsərləri və bir sıra  mahnıları da daxil edilmişdir.  



16 

 

     1983-cü ildə nəşr edilmiş  “Seçilmiş  əsərləri”  adlı iki  cildli   



kitabına  Cabir  Novruzun  şeirləri  ilə  yanaşı  poemaları  

toplanmışdır.  Bu  poemaların  hər  biri  oxucular  tərəfindən 

rəğbətlə 

qarşılanmışdır. 

“İnsan 

məhəbbəti” 



poeması                

tələbə-gənclərin  həyatına,  “Cəfərlə  görüş”  poeması  görkəmli 

sovet  dramaturqu  Cəfər  Cabbarlıya  həsr  edilmiş,  “Zaman”, 

“Kəndimizin  antik  heykəli”,  “Elegiya”  və  “İnsan  himnləri” 

poemalarında  müasirlərimizi  narahat  edən  məsələlər  dərin 

əksini tapmış, sadə adamların, adi insanların sevincləri, kədər 

və  qəmləri  obrazlı  şəkildə  qələmə  alınmışdır.  “İtmiş  kəndin  

nağılları”,  “Son  gülləni  özü  üçün  saxlar  igidlər”  və  “Qərbi 

Berlin”  poemaları  müharibənin  törətdiyi  dəhşətləri,  ağrıları, 

acıları, xalqımızın  qələbəsini, igidliyini, mərdliyini, qorxuların, 

cılızların  iç üzünü açıb  göstərən əsərləridir.  

     Cabir Novruzun  növbəti kitablarından biri  2004-cü ildə nəşr 

olunan  “Seçilmiş  əsərləri”  kitabında  lirik  şairin  yarım  əsrlik  

yaradıcılığı  müddətində qələmə  aldığı  seçilmiş şeirləri , “İnsan 

hünəri”  və “Azərbaycan”  poemaları  daxil edilmişdir. Şeirlərdə 

şairin  həm  incə,  həm  kövrək  lirik  duyğuları,  həm  də 

ümumbəşəri və milli ağrılardan doğan vətəndaş-şair narahatlığı  

əks olunmuşdur.  



Tədbirin sonunda məktəblilər Cabir Novruzun yaradıcılığından  

səhnələr nümayiş etdirə bilər.  

     Cabir Novruzun 85 illik yubileyi ilə əlaqədar  kitabxanalarda 

keçiriləcək tədbirlərdən biri də, “Xalqın şairi” adlı oxucularla 

söhbət  adlanır.  Tədbir  yuxarı  sinif  şagirdlərinin  iştirakı  ilə 

keçirilir.  Tədbirə  şair  və  yazıçıları,  tədqiqatçıları,  ədəbiyyat 

müəllimlərini  və  bütövlükdə  sözə,  şeirə  vurğun  gənc  nəsil 

nümayəndələrini  dəvət  etmək  məqsədəuyğundur.  Tədbir 

kitabxananın oxu zalında keçirilə bilər. Kitabxanaçı ilk olaraq 

gələn  qonaqları  salamlayır  və  istedadlı  şair  Cabir  Novruz 

haqqında məlumata keçid alır.  



17 

 

                  O bu boyda bir cahanı yaradıb, 



                  Yeri-göyü, asimanı yaradıb, 

                   İnsan onu, o insanı yaradıb,  

                   Bu dünyanın  əlifbası-məhəbbət, 

                   Ən ilk  nəğmə, ən ilk  yazı məhəbbət.  

     Öz    poeziya    sələflərinin    geniş  səmasının  ənginliklərində 

cəsarətlə  qanad  çalan  xələflər  içərisində  görkəmli  şairimiz 

Cabir  Novruz  özünəməxsus  yer  tutur.  Bu  şairin  ədəbi  

simalarımız içərisində öz dəst-xətti və  yaradıcılıq yolu vardır. 

Onun  yaradıcılıq  aləminə    daldıqda    qəribə  bir  mənzərənin  

şahidi olursan. Sanki göy guruldayır, şimşək çaxır, leysan tökür,  

ancaq  bir  azdan  elə  bil  hava  yox  olur,  səma  aydınlaşır,  günəş 

şəfəqləri bərq vurur, təbiətdən bahar təravəti, bahar  ətri  gəlir. 

Şairin  hər  bir  misrası  ürəyə  məlhəm  qoyur,  insanı  həyata 

yenidən  möhkəmcə  bağlayır.  Həyatın  rəngarəngliyi,  coşqun  

bulaqların,  yamyaşıl  dağların,  ömrə  rövnəq  verən  meşələrin, 

dosta  hörmətin,  düşmənə  nifrətin,  müqəddəs  analara  sönməz 

məhəbbətin  nə  demək  olduğunu  yaxşı  bilmək  istəyirsinizsə, 

Cabir Novruzun  əsərlərini  diqqətlə oxuyun. Şairin yaradıcılığı 

xalqımızın  həyat  tərzi,  məişəti,  əməyi,  hünəri  ilə  möhkəm 

bağlıdır. Məlumdur ki, öz kökü, rişəsi ilə möhkəm bağlananda  

daha çox tanınır və sevilir. Bu baxımdan şairin yaradıcılığı həm 

doğma  respublikamızda  həm  də,  ümumiyyətlə,  insanların  

həyatı ilə ayrılmaz şəkildə bağlıdır. Şair sənətin qüdrətinə, onun 

əbədiliyinə  inanır.  “Siz  qalsanız  bəsimdir”  adlı  şeirindən  bir 

parçaya diqqət yetirək:   

             ...Damarıma, qanıma,  

                     canıma hopmusunuz, 

             İlhamımla qurduğum   

                     evimsiniz siz mənim! 

             Şənliyimsiniz mənim,  

                   eynimsiniz siz mənim!  



18 

 

     Sənətə məsuliyyət hissi ilə yanaşmağı, onun fədaisi olmağı 



bu misralar parlaq şəkildə əks etdirir.  

     Cabir  Novruz  yaradıcılığındakı  realizm,  xəlqilik    onun 

tükənməz istedadının əbədi mehmanıdır. Şairin yaradıcılığı ilə 

yaxından  tanışlıq  göstərir  ki,  o  heç  vaxt  mövzu  üçün 

darıxmamış,  “nə  yazım”,  “nədən  yazım”  barədə  çətinliyə  

düşməmişdir.  Çünki  həqiqi  sənətkar  üçün  qələm  çalmağa  

mövzu  məhdudiyyəti  yoxdur.  Onun  fitri  istedadı  ilə 

müşahidəsinin  nəticəsi  idrakda  birləşir,  ürəyinin  qaynar 

kürəsində  sətirlər  bişir,  qanadlı  nəğmətək    ünvandan-ünvana 

uçurlar. Şairin poeziya çələnginin  ən rayihəli, ən ətirli çiçəkləri 

anamız  Azərbaycandır. Cabir Novruz  poeziyasının  da bütün 

məğzini, ulu diyarımız Azərbaycanın vəsfi təşkil edir: 

 

                  Hər çiçəyin, hər yarpağın  əsillidir, nəsillidir. 



                  Hər işığın, hər çırağın bir səadət vüsalıdır.  

                  Hər doğulan təzə balan bir mənə böyük təsəllidir,  

                  Şeirim, sözüm, toy-düyünüm, nəğməm mənim, 

                 Azərbaycan xalqım mənim. 

 

Şairin yaradıcılığının mayası orijinallıq, qayəsi humanizmdir: 



 

                 ...Mənə oğul  deməyinlə ölməzəm, 

                 Bircə tikə çörəyinlə ölməzəm, 

                 Bircə solmuş çiçəyinlə  ölməzəm, 

                 Bircə  əsim küləyində  səsim var... 

     Bu  misralar hissə, duyğuya yalçın qayalar  arxasından qıjıltı 

ilə axıb  yerə tökülən şəlalənin  səsindən  daha təsirlidir. 

     Şairin  yaradıcılığında  vətən  mövzusu  həm  müstəqim,  həm          

də  ictimai  məna  kəsb  edir.  Öz  xalqını,  torpağını  sevməyən                    

bir  insan  başqalarını  da  sevə  bilməz.  Cabir  Novruz 

yaradıcılığında  Vətənə  məhəbbət  hissi,  bizim  vətənə  sevgi 



19 

 

gerçəkliyimizin  qanunauyğunluğundan  irəli  gəlir.  Şair  doğma 



Azərbaycanını  sevdirməklə  böyük  vətənimizə  məhəbbətin 

gözəl tərənnümçüsünə çevrilmişdir. Sənətkarın yaradıcılığında 

diqqəti  cəlb  edən  cəhətlərdən  biri  onun    müasirliyi,  bu  günün 

nəbzini  tutması,  bütün  varlığı  ilə  hadisələrə  nüfuz  etməsi, 

zamanın səsinə səs verməsidir: 

               ...Mənim anam Təbrizə çata bilmirəm, 

               Siz onu odlara qalayırsınız. 

               Mən onun dərdindən yata bilmirəm,  

               Siz onu qurd kimi talayırsınız... 

     Sənətkarın  böyüklüyü  ondadır  ki,  o,  seyrci  deyil,                    

canlı  müşahidəçi  olsun.  Həmin  müşahidələri  sonradan 

gerçəkliklə    möhkəm    bağlaya  bilsin.  Cabir  Novruzda  bu         

cəhət  qüvvətlidir.  “Anam  Qızılgülə”  şeiri  bu  baxımdan 

xarakterikdir.  Sanki  şair    anbaan,  günbəgün  doğma  anasının 

bütün  cizgilərinin  dəyişdiyini,  qocaldığını,  nuraniləşdiyini 

diqqətindən yayındırmayıb.  Əlbəttə, bu mənzərəni şairin təkcə 

gözləri deyil, kövrək qəlbinin bəsirəti də görmüş, duymuşdur: 

                       ...Sənin üzündəki saysız qırışlar,  

                       Mənim qəmlərimdir, kədərlərimdir. 

                       Səndə o mənalı baxışlar ki, var,  

                       Mənim qızıl saçlı səhərlərimdir.  

     Şairin digər şeirlərinin az qismi “Qəriblik” başlığı altındadır. 

Şair  bu  şeirlərində  qürbətdə  olarkən  insanın  vətəninin 

müqəddəsliyini,  əzizliyini  necə  də  həsrətlə  yad  etdiyini 

xatırladır. Bu şeirlərdə forma ilə məzmun arasında gözəl vəhdət 

vardır.  Hadisələrin  canlılığı,  təsirliliyi,  düşmənə  nifrətin  gücü 

son dərəcə səmimi qələmə alınmışdır.  

                 İnsan vətənində böyükdür ancaq,  

                 İnsan vətənində ancaq gərəkdir. 

                 İnsan qərib yerdə bir yükdür ancaq, 

                 İnsan qərib yerdə ölü deməkdir.  



20 

 

     



C.Novruzun şeir və poemaları, bütövlükdə  əsrləri sənətkarın 

bədii 


düşüncəsinin,  yaradıcılq  yolunun  təkrarolunmaz 

mənzərəsi,  düşündürücü  güzgüsüdür.  Cabir  Novruz  elə  bir 

şairdir ki, onun yaradıcılığına müraciət  etmək, şəxsiyyətindən 

söhbət  açmaq  çox  çətindir.  Cabir  Novruz  dünyasını  çox  tez 

dəyişdi.  Hələ  də  inanmaq  olmur  ki,  şair  bu  həyatda  yoxdur. 

Cabir  Novruz  həm  ruh  etibarilə,    həm  fiziki,  həm  də  mənəvi 

cəhətdən çox sağlam adam idi. Bu Azərbaycan ədəbiyyatı üçün 

çox ağır oldu. Cabir Novruz dərin düşüncəli müdrik, dinamik, 

poetik,  coşqun  tribun  şairidir.  Məhz  belə  şairlər  öz  dövrünün 

xüsusiyyətlərini,  faciələrini,  müvəffəqiyyətlərini  açıq  şəkildə 

boğa bilir və bu mənada tarixə çevrilirlər. C. Novruzun şeirləri 

başdan-ayağa, öz keçmişinə ricətdir. Cabir Novruz bir şeirdə, 

demək olar ki, on-on beş problemə  toxunub  və onların  həllinin  

yolunu da göstərib. 



Tədbirin  sonunda  şairin  şeirləri  məktəblilər  tərəfindən 

səsləndirilir.  

     Vətənpərvər  şair  Cabir  Novruzun  85  illik  yubileyi  ilə 

əlaqədar  olaraq,  keçirilən  maraqlı  tədbirlərdən  biri  də  “Mən 

şairəm,  mənim  kimi  bir  varlı  doğulmayıb”  adlı    ədəbi-bədii 

gecədir.  Gecədə  Azərbaycanın  görkəmli  ədibləri:  şair  və 

yazıçılar, sənət-söz adamları, bəstəkar və müğənnilər, oxucular, 

məktəblilər və ümumilikdə vətənə,  yurda, sevgiyə, məhəbbətə 

dəyər  verənlər  toplaşır.  Qonaqlar  şairin  şəkilləri,  müxtəlif            

adda  əsər  başlıqları  və  şeir  misraları  yazılmış  çərçivələrlə 

bəzədilmiş zalda öz yerlərini alırlar. Gecənin əvvəlində tədbir 

iştirakçılarına Cabir Novruzun  həyat və yaradıcılığından bəhs 

edən slayd təqdim olunur. Sonra isə  ədəbi-bədii  gecəyə  şairin 

sözlərinə  Telman  Hacıyevin  bəstələdiyi  və  Elmira 

Rəhimovanın  ifa  etdiyi    “Tələbə”  adlı  mahnı  ilə  start  verilir. 

Gözəl ovqatdan sonra aparıcılar səhnəyə yaxınlaşır.  



21 

 

I aparıcı: Ölməz Füzulinin eşqi ilə şeirə gələn, Nəsimi taleyini 

özünə həyat amalı seçən Sabirdən həqiqəti əxz edərək “həqiqəti 

deyən  adam  güclü  olur”  söyləyən,  30  yaşında  gedər-gəlməzə 

göndərilən  Müşfiqdən  nakamlığı  öyrənən  Cabir  Novruz 

Azərbaycan  poeziyasında  özünəməxsus  cığır  açaraq  ədəbilik 

qazanıb. Yarım əsrlik  yaradıcılıq yolu keçmiş Cabir Novruzun  

şeirləri  hər  zaman  onu  sevənlərin  ürəyini  oxşayacaq.  Ancaq 

bütün bunlar təəssüf ki, onsuz baş verəcək. Onun yoxluğu ilə 

barışmayan oxucu, şeirləri  oxuyanda qəlblərində bir daha Cabir 

Novruz nuru, sönməz işığı,  yanacaq. Bir daha  əmin olacaqlar 

ki,  Cabir Novruz şeiri bəşəridir, həmişəyaşardır.  



II aparıcı:  Misralarım, sözlərim,  

                            ən mehriban kəslərim... 

                   Doğma torpağım qədər 

                              doğmam, müqəddəslərim... 

                   Sizdən özgə mənimçün  

                                 hər nə var əfsanədir... 

                   Şöhrət, şan əfsanədir 

                   Sizdən ayrı mənimçün 

                             bu cahan əfsanədir.  

                   Heç zaman uçulmayan 

                            qalamsınız siz mənim... 

                   Atamsınız siz mənim,  

                           balamsınız siz mənim... 

                   Mən olmasam, nə eybi,  

                          siz varsınız, bəsimdir, 

                   Məndən xatirə kimi  

                           qalsanız da bəsimdir. 

                  Ölüm belə bacarmaz 

                     hətta sizi öldürə!  

                  Yoxdur elə bir qüvvə 

                     şeiri, sözü öldürə!..     



22 

 

I aparıcı: Cabir Novruz şeirləri Cabir Novruz varlığı deməkdir. 

Onun  ürək  çırpıntıları,  mübarizəsi,  əqidəsi,  məramı,  sevgisi, 

nifrəti  qətrə-qətrə  kitablarına  səpələnib.  İlhamı  xalqına  

məhəbbətdən    yoğrulmuş    şairimiz  bu  yaxınlarda  85  yaşını 

tamamlayır. Ünvanına çox təbriklər, sözlər qanadlanır. Biz də 

sevimli  şairimizi  dərin  məhəbbət  və  ehtiramla  yad  edirik. 

Sağlığında insanların qiymətləndirilməsi ən böyük  arzusu olub. 

Bunu məşhur şeirində çox sərrast deyib: 

                Yaxşılara sağ olanda yaxşı deyin, 

                Sağlığında yaman deyin yamanlara... 

II aparıcı:  Cabir Novruzun  poeziyası ilk  növbədə onun   fərdi 

xarakteridir, şəxsi taleyidir. O, həmişə bir sözlü insan, şəxsiyyət 

oldu.  Buna  görə  də  onun  əsərlərində  də,  insanlarla  olan 

münasibətlərində  də  böyük  səmimiyyət,  bəlkə,  ən  səciyyəvi 

cəhət  idi.  Səmimiyyət  isə  inam  doğurur.  Xüsusən  poeziyada! 

Ürəkdən  deyilməyən  hər  bir  söz  “qəlp”  intonasiya  “xaric” 

səslənən musiqi kimi dərhal sezilir, keçilir, qəbul olunur. Cabir 

Novruz  əsl  şair  kimi  böyük  oxucu  auditoriyası  ilə    səmim 

qəlbdən  dərdləşə  bilirdi.  Gündəlik  adi  məişət  qayğılarından 

tutmuş,  böyük  siyasi-ictimai  problemlərə  qədər  geniş 

diapazonlu  mövzuları ilə  lap çoxlarının  ürəyindən  xəbər verən 

dərdləşmələr  aparır,  hər  kəsin  yaxın  sirdaşına  çevrilir, 

mehriban,  səmimi  ünsiyyət  yaradırdı.  Son  illərdə  ona  rahatlıq 

verməyən Qarabağ dərdi ilə əlaqədar olan əsərləri bu cəhətdən 

daha  təsirlidir.  Şair  vəfalı  bir  oğul  qəlbi  ilə  xalqının  bu  

mürəkkəb və qorxulu günlərinə  dərin həyəcanını, narahatlığını  

bildirir.  

I  aparıcı:  İnsanın  əsl  ömür  yaşı  onun  həyatı  dərk  etdiyi, 

xoşbəxtlik  sorağına düşdüyü  zamandan başlayır. Onun  da bir 

qismini  müəyyən  həyat şəraiti, cəmiyyət mövqeyi əldə etmək 

üçün çəkilən ağır zəhmətlərə, mübarizələrə sərf olunur,  güzəran 

qayğılarına  qurban  gedir...  Bu  gözəl  dünyada  nisbətən  rahat 



23 

 

ömür sürmək vaxtı isə hərənin  qismətinə bir cür düşür. Yaşa 



dolduqca və nəslinin  “yarpaq tökümü” başladıqda  insanın   əsl 

mənalı ömrünün  haradan başlayıb, harada bitdiyini gördükdə, 

bu  dövrün  necə  qısa  olduğuna  və  taleyin  kəmfürsətliyinə 

dərindən    təəccüb  və  təəsüf  edirsən.  Unudulmaz  şair  Cabir 

Novruzun  taleyinə  olan  acı  təəssüflər  kimi...  Onun  ard-arda 

itirdiyi doğmaları söz olub, sətirlərə düzüldü.  

                   Məni tənha qoyub gedən əzizim. 

                   Sənsiz yaşamaqda məna görmürəm. 

                   Elə bil tutulub tamam sağ gözüm,  

                   Bir gözlə necədir, dünya, görmürəm. 



II  aparıcı:  Böyük  ləyaqət  və  istedad    sahibi  Cabir  Novruzu 

çarəsiz xəstəlik taqətdən salıb həyat köhlənindən endirdisə də, 

sənət  köhlənindən  endirə  bilımədi.  Cabir  Novruzu  heç  vaxt 

unutmayan və unuda bilməyən insanlar var və daim olacaqdır. 

Özü  dünyadan  köçsə  də,  C.Novruzun  poeziyası  canlı  bir 

ehtirasla  bizi  bütövlüyə  çağırır,  bütöv  Azərbaycan  qayəsini 

tərənnüm  edir.  Bu  əbədiyaşar  poeziyanın  cövhərində 

Azərbaycana, onu özünə vətən sayan bütün insanlara tükənməz 

bir  sevgi var.  

                       Azərbaycanı sevin, sevin Azərbaycanı, 

                       Bu gün odlu sevgiyə onun ehtiyacı var ... 

                       Sevin odum, ocağım, evim Azərbaycanı, 

                       Bu millətin qeyrətli oğulları, qızları,  

                       Sevgimiz xilas edər bu gün Azərbaycanı... 

                       Adını uca tutun hər arzudan, diləkdən, 

                       Doymayın, usanmayın, ona ana deməkdən... 

     Bizlər onusevən vətəndaş kimi qürur və şərəf hissi duyuruq 

ki,  Cabir  Novruz  kimi  ləyaqət  sahibi  olan  çox  təvazökar  və 

istedadlı bir şairimiz ona bəslənən el hörmətinin, ehtiramının, 

dövlət qayğısının şahidi oldu. Bu onun sağlığına da, indiki vaxt 

və sabaha da şamildir.   



24 

 

Ədəbiyyat siyahısı 



Əsərləri 

Kitablar 

Latın qrafikası ilə  

 

Seçilmiş əsərləri : şeirlər, poemalar. - Bakı : Lider nəşriyyatı, 



2004.  -  288  s.  -  (Müasir  Azərbaycan  ədəbiyyatı).  -  Kitab 

Azərbaycan 

Respublikası 

Prezidenti 

İlham 

Əliyevin 



"Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata 

keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə 

nəşr olunub. 

 

Kiril qrafikası ilə 



  

Seçilmiş əsərləri. İki ciliddə, 1-ci cild : şeirlər. - Bakı : Yazıçı, 

1982. - 340 s.  

Bir dünyam var : şeirlər və poemalar. - Bakı : Gənclik, 1974. - 

170 s.  

Bizim əsr : şeirlər və poema. - Bakı : Azərnəşr, 1968. - 60 s. 

Həyat, sən nə qəribəsən : şeirlər. - Bakı : Azərnəşr, 1971. - 154 

s.  


İllərin ömrü : şeirlər. - Bakı : Azərnəşr, 1965. - 112 s.  

İnsan himnləri : şeirlər və poemalar. - Bakı : Yazıçı, 1978. - 202 

s. 

Nə qədər ki, sağam : şeirlər. - Bakı : Gənclik, 1980. - 185 s.  



Nənələr, babalar, nəvələr : şeirlər və poemalar. - Bakı : Gənclik, 

1985. - 52 s. 

Poemalar. - Bakı : Yazıçı, 1983. - 246 s.  



25 

 

Taleyin töhfələri : şeirlər və poemalar. - Bakı : Gənclik, 1972. - 



143 s. 

 

Əsərləri mətbuatda 

 

“Babam söz verib ki, sabah gələcək” ... : Seyfəddin Dağlı -80 // 



Ədəbiyyat qəzeti. - 2006. - 18 avqust. - S.5. - Məqalə 18 yanvar 

1983-cü ildə yazılmışdır. 

Cabir  Novruz:  Məni  taparsınız  şeirlərimdə  :  [Xalq  şairi  Cabir 

Novruzun  oğlu,  Müşfiq  Cabiroğlu  ilə  müsahibə  /  söhbətləşdi 

S.Hüseynoğlu]  //  Ədəbiyyat  qəzeti.  -  2017.  -  16  dekabr.  -  № 

48/49. - S. 5.  

Cavanlığım. Məhəbbət : şeir // Azərbaycan. - 2007. - 11 mart. - 

S.8. 


Ən əziz, ən şirin, ən uca günlər ; O bunu bəyənməyir, bu onu 

bəyənməyir  :  şeirlər  :  şairi  anım  günü  //  Ədəbiyyat  qəzeti.  - 

2012. - 14 dekabr. - № 46. - S. 4.  

Gecikmiş məhəbbət mahnısı ; Demə... ; Yuxun şirin olsun sənin 

; Məhəbbət ; və b. şeirlər // Yeni Mədəni-maarif jurnalı. - 2008. 

- № 5. - S. 40-46.  

Heydər Əliyev deyəndə : poemadan parça // Göyərçin. - 2010. 

- № 5. - S. 3.  

İxtiyarım olsa idi : poemadan bir parça // Azərbaycan. - 2006. - 

12 dekabr. - S.10.  

Qan içində : şeir // Savalan. - 2015. - 16-22 yanvar. - № 3/4. - 

S. 2.  


Qorudun sənindir : şeir // Göyərçin. - 2013. - № 4. - S. 2.  

Özünü qoru, xalqım : şeir // Göyərçin. - 2012. - № 1. - S. 5.  

Sən elə bir vaxtda rast gəldin mənə... : şeir // Mədəni Həyat . - 

2014. - № 6. - S. 93.  




26 

 

Şuşa qalam – Uca qalam : şeir // Savalan. - 2011. - 5-7 aprel. - 



№ 20. - S. 2.  

Tələsin, insanlar... : şeir // Yada düşdü. - 2014. - № Mart/Aprel. 

- S. 33.  

Vətən əbədi qoruqdur : şeir // Füyuzat. - 2017. - № 1. - S. 28-

29.  

Yaman  inanıram  mən  o  uşağa  :  şeir.  Seyfəddin  Dağlının 



xatirəsinə // Ədəbiyyat qəzeti. - 2006. - 18 avqust. - S.5.  

 

Haqqında 



Kitablarda 

 

Xəyal S. Cabir Novruzun itmiş  əlyazmaları // Dünən-bugün o 



tay- bu tay. – Bakı : MBM, 2010. – S.65-76. 

Xəyal  S.  Cabir  Novruz  yaradıcılığında  musiqiyə  qiymət  // 

Mədəniyyəti incəsənəti yaşadanlar. - Bakı : MBM, 2010. – S. 

57-59. 


Şair Cabir Novruz // Müasir Azərbaycan ədəbiyyatı : dərslik. - 

Bakı : Bakı Universiteti nəşriyyatı, 2007. - C. I. - S. 363-365.  

 

Haqqında 

Dövri mətbuatda 

 

Axundova  N.  Tükənməyib  bəşər  hələ  :  Cabir  Novruz  -  80  // 



Azərbaycan. - 2013. - № 3. - S. 117-120.  

Babayev  A.  Ülvi  məhəbbət  kimi  ;  Müəllimim  sanıram  : 

xatirələrin işığında // Mədəni Həyat. - 2013. - № 3. - S. 61-63.  

Bəhmənli  V.  Sağlığında  cəza  verin  insanlara  :  şeir  // 

Azərbaycan. - 2012. - № 8. - S. 3-19.  

 



27 

 

Fərəcov S. İnsan Vətənində böyükdür ancaq! : Cabir Novruz // 



Mədəniyyət. - 2013. - 13 mart. - № 19. - S. 11.  

Həsənbəy  Y.  Dostluğu  dəyərləndirən  :  Xalq  şairi  Cabir 

Novruzun xatirəsi  yad edildi // Ədəbiyyat qəzeti. - 2006. - 15 

dekabr. - S.5. 

Xalq şairi Cabir Novruzun xatirəsi anıldı // Ədəbiyyat qəzeti. - 

2013. - 15 mart. - № 10. - S. 8.  

Xəlilzadə F. Şeirlərindən boylanan şair : Cabir Novruz  - 80 // 

Azərbaycan. - 2013. - 12 mart. - № 55. - S. 10.  

Xəlilzadə, F. Əbədi ayrılığın şeirləri : Azərbaycanın Xalq şairi 

Cabir  Novruzun  yaradıcılığı  haqqında  //  Kaspi.  -  2014.  -  8 

noyabr. - № 186. - S. 22.  

Qoca  X.  "Sağlığında  qiymət  verin  insanlara"  :  Cabir  Novruz 

haqqında // Xalq qəzeti. - 2006. - 10 dekabr. - S.6. 

Teymur  M.  "...Tələbəlik  illəri"nin  sevinci  :  Xalq  şairi  Cabir 

Novruz haqqında // Xalq qəzeti. - 2007. - 15 aprel. - S.5.  

Yusifli V. Həqiqət, məhəbbət, inam şairi : Cabir Novruz - 80 // 

Mədəni Həyat. - 2013. - may. - № 5. - S. 70-73.  

Yusifli V. Unudulmayan Cabir Novruz : Cabir Novruz  - 80 // 

Ədəbiyyat qəzeti. - 2013. - 8 mart. - № 9. - S. 3.

 

 



 

 

 



 

 

 



 

 

 




28 

 

Sənət köhlənindən enməyən şair – Cabir Novruz 



(metodik vəsait) 

 

 

 



 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 

 

F.Köçərli adına Respublika 



Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 18 

Çapa imzalanmışdır:15.02.2018 



Tirajı:100 

Pulsuz 

Yüklə 177,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə