F.
Köçərli adına
Respublika Uşaq Kitabxanası
Sərvəti və səxavəti ilə məşhur insan
Hacı
Zeynalabdin
Tağıyevin
yubileyi
münasibətilə
mərkəzi
kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana
filialları üçün hazırlanmış metodik vəsait
Bakı – 2018
2
Tərtibçilər: Nərgiz Məcidova
Sevil Əhmədova
Redaktor: Könül Ağazadə
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
Sərvəti və səxavəti ilə məşhur insan: Hacı Zeynalabdin
Tağıyevin yubileyi
münasibətilə mərkəzi kitabxanaların uşaq
şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün
hazırlanmış metodik vəsait / Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi, F. Köçərli ad.Respublika
Uşaq Kitabxanası ; tərt.ed. N. Məcidova ; ixt.red. və
burax.məsul Ş. Qəmbərova ; red. K. Ağazadə. - Bakı : F. Köçərli
ad.Respublika Uşaq Kitabxanası, 2018. - 29 s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018
3
Tərtibçidən
Maarifpərvər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin
tariximizin 1920-ci ilə qədərki dövründə, incəsənət və elm
qarşısında xidmətləri hamımıza məlumdur.
Hacı Zeynalabdin
Tağıyevin həyatı və fəaliyyəti xeyriyyəçiliyə ən yaxşı
nümunədir. O, hələ sağlığında ikən «millət atası» titulunu
qazanmışdı. Bu gün də onun adı hər yerdə «xeyirxahlıq» kəlməsi
ilə qoşa çəkilir.
Böyük xeyriyyəçi Tağıyevin fəaliyyətini oxuculara çatdırmaq
üçün yubiley tədbirlərinin keçirilməsi məqsədəuyğundur.
Çünki yubiley tədbirlərinin keçirilməsində əsas məqsəd
Tağıyevin fəaliyyətini balalarımıza çatdırmaqla onları həm də
düşündürməkdir. Milyonçunun həyatından bəhs edən teatr
səhnəsində qoyulan tamaşa, haqqında yazılan pyes, şeir,
məqalələr və s. bu tədbirlərin həyata keçirilməsinə bir vasitədir.
Respublika uşaq kitabxanası olaraq hazırladığımız vəsaitdə həm
həyat və yaradıcılığından, həm də tədbirlərdən bəhs edilir.
Vəsait mədəniyyət müəssisələri, məktəb, lisey və s.
kitabxanalarının istifadəsi üçün nəzərdə tutulub .
4
Həyatı
Bir xalqa məxsus mədəniyyətə də, tarixə də heç nəyi əlavə
etmək olmur. Tarix yalnız onu yazanların mənafeyinə uyğun,
tarixi şəxsiyyətlərin hesabına dəyişir. Hacı Zeynalabdin Tağıyev
də Azərbaycan tarixi və mədəniyyətinə xüsusi səhifə yazmış
belə şəxsiyyətlərdəndir. Öz zəkası, fitri istedadı sayəsində
adi bənnalıqdan milyonçu səviyyəsinə yüksələrək nüfuzlu
bir şəxsiyyətə çevrilən milyonçu, qazandıqlarını millətin
maariflənməsi, mədəniyyətin tərəqqisi yolunda səxavətlə
xərcləyərək Hacı Zeynalabdin Tağıyev adını Azərbaycan
və Azərbaycandan çox-çox uzaqlarda yaymışdır. Onun
fəaliyyətində xalqın ehtiyacı öz şəxsi mənafeyindən və
qazancından qat-qat üstün olmuşdur. İrəli sürdüyü fikirlər çox
vaxt yerli və əcnəbi kapitalistləri qorxuya saldığından, həmin
kapitalistlər hər vasitə ilə ona mane olmağa çalışırdılar. Ancaq
bütün mürəkkəbliklər qarşısında Hacı Zeynalabdin Tağıyev öz
əməlləri ilə xalqın əbədi rəğbətini, hörmətini qazanmağa nail
olmuşdur.
Erkən yaşlarında anasını itirən İçərişəhərdə başmaqçı işləyən
atasının tərbiyəsi ilə böyüyən Zeynalabdin, əmək fəaliyyətinə
palçıq daşıyan kimi başlayıb xırda alver ilə məşğul olur. Son
dərəcə güclü iradəsi, dözümü bacarığı sayəsində az keçmədən,
bir neçə dükan sahibi və ağ neft istehsalçılarından biri olur.
1870-ci ildə o artıq iki qazanlı ağ neft zavodunun sahibi olur. O
dövr Rusiyada tətbiq edilən “Ticarət və digər işlərlə məşğul
olmaq hüququ üçün gömrüklər haqqında əsasnamə” 1876-cı ildə
Azərbaycana da şamil ediləndə Hacı Zeynalabdin Tağıyev ikinci
gildiya taciri zümrəsinə qəbul olunur. Öz dövrünün ən işıqlı
ziyalılarından sayılan Həsən bəy Zərdabi ilə qonşuluğu onun
xeyriyyəçilik, xüsusilə də maarifçilik işlərinə qoşulmasına ciddi
təsir edir. 1900-cü ildə Hacı Zeynalabdin Tağıyevin nəsli fəxri
5
vətəndaş adına layiq görülür. 1907-ci ildə ona dördüncü dərəcəli
həqiqi mülki müşavir rütbəsi verilir, hansı ki, neft sənayeçiləri
arasında Hacı Zeynalabdin Tağıyevdən başqa həqiqi mülki
müşavir rütbəsi ancaq E. Nobelə verilmişdir. Senatın 8 fevral
1910-cu il tarixli fərmanı ilə Hacı Zeynalabdin Tağıyev nəsli
zadəgan rütbəsinə layiq görülmüşdür. 1923 (1938)-ci ildə
Bakıda kasıb başmaqçı ailəsində anadan olmuş Hacı
Zeynalabdin Tağıyev on yaşında olarkən anası Ümmü (bəzi
mənbələrdə Anaxanım) xanımı itirmişdir. Əvvəlcə atasının
yanında fəaliyyətə başlayan Zeynalabdin daha sonra on iki
yaşında bənna yanında daşyonma sənətini, on beş yaşında
bənnalığı öyrənmiş, Bakıda bir çox binaların inşa olunmasında
iştirak etmişdir. 1973-cü ildə qazdığı ilk neft quyusunun fontan
vurması onun həyatında dönüş yaratmışdır. Onu milyonçu Hacı
Zeynalabdin Tağıyevə çevirmişdir. O, 1894-cü ildə Mərdəkanda
Kənd təsərrüfatı məktəbinin, 1896-cı il Peterburq müsəlman
xeyriyyə cəmiyyətinin, 1901-ci ildə Bakıda ilk qız məktəbinin,
1883-cü ildə ilk teatr binasının, 1905-ci ildə ilk Müsəlman
Xeyriyyə Cəmiyyətinin əsasını qoyur. 1898-ci ildə “Kaspi”
mətbəəsini alaraq həmin adla Azərbaycan ziyalılarının ixtiyarına
verir. Milyonçu “Quranı” ilk dəfə Azərbaycan dilinə tərcümə
etdirir, Məhəmməd Hadinin "Firdovsi - ilhamat" kitabı öz xərci
hesabına “Kaspi” mətbəəsində çap etdirir.
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, 101
yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir. Onun
dəfninə çox böyük izdiham toplanmışdı. İnsanlar yas
mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətirirdilər.
6
Yubiley tədbirlərinin keçirilməsi
1938-ci ildə anadan olmuş böyük maarifçi, mesenat Hacı
Zeynalabdin Tağıyevin bu il 180 illik yubileyidir. Öz
maarifpərvərliyinə, xeyriyyəçilik fəaliyyətinə görə dövründə
nəinki Bakıda, həmçinin rus sərmayədarları arasında tanınmış
H. Z. Tağıyevin yubileyi ilə bağlı dövlət müəssisələrində,
mədəniyyət müəssisələrində kitabxanalarda təhsil müəssisələri
ilə birgə il ərzində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə
tutulur. Mədəniyyət müəssisəsi olaraq bu böyük şəxsiyyətin
kitabxanada da oxuculara tanıdılması üçün kitab sərgiləri, rəsm
sərgisi, ədəbi-bədi gecə, haqqında yazılmış əsərlərin, kitabların
icmalı və müzakirəsinin keçirilməsi nəzərdə tutulub. Keçiriləcək
sərgi müxtəlif başlıqlarda ola bilər: “Əməlləri ilə xalqın
hörmətini qazanmış insan”, “Xeyirxahlıq simvolu”, “Millətin
atası”, “Dövrünün müdrik ağsaqqalı”, “Zəmanəsinin məşhur
şəxsiyyəti” və s. Sərgi nümunəsini sizə təqdim edirik:
1. Başlıq: “H.Z. Tağıyev – 180”
2. Tağıyevin portreti
3. Kitabların nümayişi
4. Görkəmli insanların H. Z. Tağıyev haqqında söylədikləri
fikirlər
5. Dövri mətbuatda nəşr olunan məqalələr.
8
Görkəmli şəxsiyyətlərin Hacı Zeynalabdin Tağıyev
haqqında söylədikləri fikirlər:
Azərbaycan xalqının böyük oğlu Hacı Zeynalabdin Tağıyevin
evinin bərpası bizim mənəvi borcumuz idi. Öz zəhməti hesabına
böyük maliyyə imkanları qazanmış bu şəxsiyyət Azərbaycan
xalqı haqqında müsbət fikir formalaşdırmışdır, gənclərin
maariflənməsinə böyük töhfələr vermişdir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Ümumi xeyirdən ötrü bu əsəri – insafımız rəva görmüyor ki,
cənab H. Z. Tağıyevi nəzərimizdən keçirməyək, ta gələcəkdə
millətin balaları bu cənabın millətə qeyrətini, vətənə
məhəbbətini, insana himmətini və həmiyyətini tarixdə oxuyub,
gözləri rövşən və qəlbləri şad olsun.
Nəriman Nərimanov,
Həkim, yazıçı, publisist
Hacı Zeynalabdin Tağıyevin müsəlman milləti üçün elədiyi
xidmətlərini durub burada saymaq fikrinə düşsək, heç olmasa bir
ay qəzetimizi ancaq elə bu təfsilatla doldursaq, yenə hamısını
deyə bilmərik.
Haşım bəy Vəzirov,
naşir, yazıçı, tərcüməçi
H. Z. Tağıyevin 180 illik yubiley münasibətilə keçirilən
tədbirlər zamanı onun xalqı üçün gördüyü işlərdən bəhs edən
slaydın hazırlanması, ona həsr edilmiş əsərlərin müzakirəsi və
ona həsr edilmiş filmlərin nümayişi məqsədəuyğundur. Bu
baxımdan Teyyub Qurbanın Hacıyeva həsr edilmiş “Əbədiləşən
ömür” adlı poeması maraqlıdır. Kitabxanada bu əsərin icmalını,
9
müzakirəsini keçirmək olar. Oxucularla kitabxanada keçirilən
belə tədbirlər onlarda yeni baxışlar formalaşdırır. Yeni əsərlə
tanışlıq kitaba həvəsi və mütaliəyə marağı artırır. Müzakirədən
sonra H. Z. Tağıyev haqqında anket sorğusu tərtib etmək olar:
1) H. Z. Tağıyev kimdir?
a) milyonçu
b) yazıçı
c) pedoqoq
2)Neçənci ildə anadan olmuşdur?
a) 1923
b) 1938
c)1841
3) H.Z.Tağıyevi milyonçu edən nə oldu?
a) su
b) neft
c) iqtisadiyyat
4)Sizdə Tağıyev kimi milyonçu olmaq istiyərdinizmi?
a) hə
b) yox
5) Tağıyev kimi milyonçu olsanız hansı işləri görərdiniz?
__________________________________________
5) Onun Bakıda tikdirdiyi hansı binaları tanıyırsınız?
__________________________________________
6) H. Z. Tağıyevə həsr edilmiş əsərlərdən hansılarının adlarını
çəkə bilərsiniz?
__________________________________________
10
7) H.Z Tağıyevin mülki yerində indi hansı muzey yerləşir?
a) tarix
b) ədəbiyyat
c) xalça
Məktəblilərlə ucadan oxu
Vaxtilə böyük şairimiz Hüseyn Cavid Tağıyev haqqında
təqribən əlli misra farsca bir şeir yazmış və Hacının mədəniyyət,
maarif və incəsənətin inkişafına göstərdiyi xidmətlərini
yüksək qiymətləndirmişdir. Müəllif burada Tağıyevin millətin
aydınlanması, oxuması üçün gördüyü işləri önə çəkib və elə
buna görə də onun şəxsini uca tutaraq fikirlər söyləmişdir.
Kitabxanada bu şeirin məktəblilərlə ucadan oxusunu təşkil edə
bilərik. Sonra isə suallarla onların fikirlərini öyrənə bilərik.
Şeirin müəllifi kimdir?, Hüseyn Cavid bu şeiri kimə həsr
etmişdir?, Niyə məhz Tağıyevə həsr etmişdir?, Şeirdə Tağıyev
necə tərənnüm edilir? və s.
Ədiblərin qələmi belə hekayə yazdı,
Bülbüllərin dilindən gülzarə namə yazdı.
Şən nəğməli tutilər yaşıl rəngli qələmlə,
Çox bəzəklər yaratdı, gülşənsərayə yazdı.
Hər ölkədə, diyarda, şəhər, kənd məktəbinə,
Namələrlə bərabər çoxlu xitabə yazdı.
Məclislərdə deyilən sözlər, xitabələrdən,
Onun üçün katiblər bir çox hekayə yazdı.
Naxçıvanda gözəl bir yeni məktəb açıldı,
O böyük şəxs adına daşda abidə yazdı.
Müsəlmanlar onunla sevindi, fərəhləndi,
Sözsüz bu bir dərmandır, xalqın dərdinə yazdı.
Budur o səxavətli Hacı Zeynalabdin,
11
Soyadı Tağıyevdir, həmin ünvanə yazdı.
Min manat bəxşiş verib, böyük bir yardım ilə,
Yerlərdə və göylərdə bir parlaq ayə yazdı.
Tükənməz ətasilə ümumxalq arasında,
Günəş kimi nur saçmış geniş səmayə yazdı.
Qızların təhsili üçün bir çox məktəblər açdı,
Onlar üçün arxayın, möhkəm himayə yazdı.
Qadınlara oxumaq, böyük ya kiçik olsun,
Daha lazımdır hər bir şeydən ziyadə yazdı.
Bakıda mədəniyyət işıqları yandırdı,
Mətbuat onun haqda hər gün bir namə yazdı.
Dəmiryol işlərini əlinə almasıyla,
Şəni müsəlmanların qalxdı ucayə yazdı.
Kimdir Hatəm Tai ki, ona bərabər olsun,
Tayı yox, Süleymana onu həmpayə yazdı.
Avropadakı məşhur jurnal, qəzetlər belə,
Haqqında çox təriflər deyib məqalə yazdı.
Nuşirəvana bənzər, ölməzdir o, yaşayar,
Adı itiməz, ömrünə olmaz nəhayə yazdı.
Səxavətin gücilə bütün dərdlər sağalar,
Səxavətlə mis belə dönər kimyayə yazdı.
Elm əsasını qoyan, maarifin hamısı,
Elm əhlinə süd verən mehriban dayə yazdı.
Bir çox pullar sərf etdi elm, hünər yolunda,
Müdrik adı, şöhrəti qalxır səmayə yazdı.
Biliyin faydası var həm dünya, həm üqbada,
Biliklə əldə olar məqsəd və qayə yazdı.
Elm – gülüstandırsa, o, elmin bağbanıdır,
Çiçəklənəcək məktəb yaxın zəmanə yazdı.
Ağaclar yaşıllaşır elmin işığı ilə,
Geyindirir onları yaşıl qəbayə yazdı.
Çox çəkmədən ağaclar gözəl meyvələr ilə,
12
Rəngarəng incilərdən alar pirayə yazdı.
İndi Qafqaz əhlinə vacibdir elm oxumaq,
Göz açmalıdır əhli işıq dünyayə yazdı.
Başqa millətlər hamı bəhrə almış elmdən,
Bizə qalmışdır ancaq baxmaq ətayə yazdı.
Xarici xalqlar daim hərəkətdə zamantək,
Ümidi müsəlmanın qalmış ah-vayə yazdı.
İndi hamıdan artıq elm gərəkdir bizlərə,
Savadsızlıq qul edər, salar bəlayə yazdı.
Naxçıvanda başlanmış yeni tədbir bu yolda,
Şükür olsun o qüdrətli, böyük Xudayə yazdı.
Digər xalqlartək bu xalq elmə sahib olacaq,
Bu xalqın ümidinə yoxdur nəhayə yazdı.
Xalq elçiləri ömrü uzun olsun, əbədi
Elmin talibləri də çatsın səfayə yazdı.
Çox çəkməz ki, bizlər də mədəniyyət alarıq,
Şükür böyük Allaha, o bihəmtayə yazdı.
Hacı Zeynalabdin uzun illər ömr etsin,
Rəhim Allahdan olsun ona himayə yazdı...
Hacı Zeynalabdin Tağıyevin sarayına – Azərbaycan Tarix
Muzeyinə ekskursiya.
Kitabxanaçı məktəb, lisey şagirdləri ilə birgə bu gün də adı
insanpərvərlik rəmzi kimi çəkilən məşhur Bakı milyonçusu Hacı
Zeynalabdin Tağıyevin tarix muzeyinin nəzdində yerləşən
doqquz otaqlı ev muzeyinə ekskursiya təşkil edə bilər. Xatirə
muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası
ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri
H.Z.Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki
görkəmində yenidən bərpa eləmişlər. Şagirdləri muzeyi təşkil
edən bu otaqlarla tanış edirik: 1) H.Z. Tağıyevin iş kabineti, 2)
Şərq zalı, 3) kitabxana, 4) bilyard otağı, 5) yemək otağı, 6)
13
məlumat otağı, 7) Sona xanım Tağıyevanın bəzək otağı –
buduar, 8) yataq otağı, 9) təmizlik otağı.
Bələdçi muzeyi gəzərkən
şagirdlərə otaqlar haqqında
məlumat verir. Xatirə muzeyinin
ekspozisiyası H. Z. Tağıyevin iş
kabinetindən başlayır. Kabinet
özünün sadə gözəlliyi ilə seçilir.
Onun divarları qırmızı ağacdan düzəldilmiş panellərlə və naxışlı
tünd yaşıl divar kağızı ilə bəzədilmişdi. Burada bilavasitə
Hacının özünə məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və
dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış
digər əşyalar da vardır. Kitab şkafında Rusiya imperiyasının
qanunlar toplusu, məlumat kitabları, ensiklopediyalar saxlanılır.
Yazı stolunun arxasındakı divarda Hacının öz şəkil
kolleksiyasından İran hökmdarları Nadir şah Əfşar və Fətəli şah
Qacarın, solda isə Rusiya imperatoru II Nikolayın və onun
xanımı Aleksandra Fyodorovnanın portretləri asılıb. Kabinetin
pəncərələri ilə üzbəüz divarda isə rəssam Ayvazovskinin
“Dənizdə fırtına” adlı əsəri asılıb. Hacının İran şahı
Müzəffərəddinlə görüşünü əks etdirən portret və ev sahibinin
yaşadığı günlərdə olduğu kimi əvvəlki yerində asılmışdır. Yazı
stolu ilə üzbəüz H.Z.Tağıyevin portretini görmək olar. Bakıda
orta texniki məktəbin binasının tikilməsində göstərdiyi
xidmətlərə, maddi yardıma görə şəhər duması H.Z.Tağıyevin
portretinin sifariş edilməsi barədə qərar vermişdi. Əsər 1912-ci
ildə görkəmli rəssam İ.Brodski tərəfindən çəkilmişdir. Burada
H.Z.Tağıyev təltif edildiyi bütün medal və ordenlərdə əks
olunub. Onların arasında Rusiyanın “Müqəddəs Stanislav”
ordenləri, “Səyinə görə” üç qızıl medal, İranın “Şiri xurşid”
ordeni, Buxara Qızıl Ulduzu vardır.
14
Sarayın
iki
ən
böyük
zallarından biri olan, qədim
oriyental ornamentlərini özündə
birləşdirən Şərq zalı gözəlliyi və
möhtəşəmliyi ilə seçilir. Burada
qəbullar, rəsmi müşavirələr və
təntənəli mərasimlər keçirilirdi.
Qapıları qoz, fıstıq, armud ağaclarından hazırlanmış Şərq zalı
xüsusi zövqlə bəzədilmişdi. Buraya şəbəkəli stollar, stullar,
royal, kreslolar və s. qoyulub. Zalın tavanına Quran ayələri
yazılıb. Bu yazı və bəzəklərə 9 kiloqram qızıl işlədilib. Nəhəng
çil-çıraq və güzgülərin üzərindəki bralar zalı işıqlandırmaqla
bərabər, onun gözəlliyini daha da artırır. Pəncərələrin
bədənnüma şüşələrində H.Z.Tağıyevin ərəb hərfləri ilə adı və
soyadı yazılmışdır. Zalın müxtəlif hissələrində rast gəlinən və
müsəlman memarlığında geniş işlədilən altıgüşəli ulduz
Süleyman peyğəmbərin üzüyünün qaşı formasındadır. İnanca
görə, o, insanı pis nəzərdən qoruyur.
Zaldakı sütunlu tağlar möhtəşəm
Şərq zalına xüsusi gözəllik verir.
Sütunlu tağların altından keçərək
H.Z.Tağıyevin kitabxanasına daxil
olur. H. Z. Tağıyev maarifçiliyin
tərəqqisi üçün misilsiz səy və
xidmətlər göstərmişdir. Onun vəsaiti
hesabına görkəmli yazıçı və şairlərin,
tarixçilərin əsərləri çap olunmuşdur.
Tağıyev “Kaspi” qəzetini almış və onun sahibi olmuşdu. Quran
Azərbaycan dilində ilk dəfə həmin qəzetin nəşriyyatında nəşr
edilmişdi. Azərbaycanda “Nəşri-maarif”, “Nicat” və b. xeyriyyə
cəmiyyətlərinin təsis edilib fəaliyyət göstərməsində Hacı böyük
əmək sərf etmişdi. Kitabxanada ağ rəngli, yumşaq, ipək
15
oturacaqlı mebel dəsti, iki taxta stol, stullar və kreslolar, kitab
şkafları yerləşdirilib. Kitab şkaflarında Rusiya imperiyasının
qanunlar topluları saxlanılır. Xalça və pərdələr otağa xüsusi
yaraşıq verir.
Kitabxananın sağında yerləşən
qapı bilyard otağına aparır. Otağın
ortasında bilyard stolu qoyulmuşdur.
Buradakı arxası hündür göndəri
divan,
kreslolar
istirahət
üçün
nəzərdə tutulmuşdur. Otağı xüsusi
quruluşlu çil-çıraq bəzəyir. Bilyard otağı və kitabxanadan çıxıb
yenidən sütunlu tağlar olan guşəyə daxil olmaq olar. Buradan
solda yerləşən qapı yemək otağına aparır. Otağın divarlarına
məxməri-ipək parça çəkilmişdir. Ortada uzun düzbucaqlı masa
və ətrafına oturacağı məxmərdən olan stullar qoyulub. Buxara
əmirinin hədiyyəsi olan gümüşdən hazırlanmış üstü minalı qab
dəsti burada nümayiş etdirilir. Şkaflarda H.Z.Tağıyevin
Fransadan gətirdiyi və üzərində özünün venzeli olan xörək dəsti,
gümüş bıçaqlar, büllur qədəhlər qoyulub.
Otaqda
həmçinin
qoz
ağacından
düzəldilmiş, gözəl ornamentli böyük
bufet yerləşir. Bufetdən soldakı qapı
monitor olan otağa aparır. H. Z.
Tağıyevin həyat və fəaliyyəti ilə
maraqlananlar
burada
quraşdırılan
panellər və monitordan ətraflı məlumatlar əldə edə bilərlər.
Həyat yoldaşı Sona xanımın kiçik qonaq otağı öz gözəlliyi və
orijinallığı ilə o birilərindən fərqlənir. Tavan fiqurlu güzgülü
lövhəciklərdən quraşdırılmış, divarlar rəngarəng naxışlarla
bəzədilmişdir. Otaq bəzən güzgülü zal da adlandırılır. Mərkəzdə
orijinal dəyirmi divan yerləşir. Onun üstündə lampa üçün yer
16
var. Burada həmçinin dördguşəli naxışlı stollar, yumşaq
kreslolar və stullar qoyulub. İkinci hissədə isə kiçik və dəyirmi
stol, divan, kreslolar, stullar qoyulmuşdur.
Yataq otağına bitişik balaca bir otaq var. Bu, təmizlik оtаğıdır.
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycanın tanınmış
neft sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin
ev-muzeyinin ekspozisiyasına yeni vitrin əlavə olunmuşdur.
Vitrində Tağıyevə məxsus olmuş Quran qabı və dini kitablar
nümayiş olunur. Azərbaycanın tanınmış neft sahibkarı və
xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin
ekspozisiyasına “H.Z.Tağıyevin təltif nişanları” adlı yeni vitrin
əlavə olunmuşdur. Belə ki, vitrində H. Z. Tağıyevin müxtəlif
illərdə təltif olunduğu İranın “Şir-i xurşid” ordeninin 1-ci
dərəcəsinin ulduz və nişanı (lentlə), Buxara əmirliyinin “Şərəfli
Buxara ulduzu” ordeni, həmçinin Rusiya imperatorluğunun “III
Aleksandrın tacqoyma mərasiminə həsr olunmuş medal”,
“İmperator III Aleksandrın dövründə xidmətlərə görə”, “Səylərə
görə” medalları nümayiş etdirilir. Quran qabı gümüşdən
düzəldilmiş, qızıl suyuna çəkilmiş, mina və qiymətli daşlarla
bəzədilmişdir. Belə ki, şərq naxışları fonunda mərkəzi dəyirmi
medalyonda mahir zərgərlər 7 iri və 6 kiçik yaqut daşı, 8 zümrüd
daşı, ikinci medalyonda isə 8 iri, 6 kiçik yaqut, 6 zümrüd daşı
yerləşdirmişlər. Çəkisi 1850 qram olan qabın üzərində ərəb
qrafikası ilə “Buxareyi şərif töhfə” (“Buxara hökmdarının
hədiyyəsi”) yazısı və “1225” təqvim ili göstərilib.
Hələ 1935-ci ildə Muzeyə verilmiş əşyaların sənədləri muzey
əməkdaşların axtarışları nəticəsində 2012-ci ildə aşkarlanmışdır.
Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan Hacı
Zeynalabdin Tağıyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı
tədqiqat və axtarışlar davam edir. Onun Mərdəkanda qorunub
saxlanan bağı haqqında oxuculara slayd hazırlaya bilərik.
17
Ədəbi-bədii gecə
Kitabxanada H.Z.Tağıyevin anadan olmasının 180 illlik
yubileyi münasibətilə hazırlanmış “Sərvəti və səxavətilə məşhur
insan” başlıqlı ədəbi-bədii gecənin ssenarisini təqdim edirik:
Səhnə qurulur. H.Z.Tağıyevin portreti, haqqında deyilmiş
fikirlər divara vurulur. Zalda mesenat haqqında yazılmış
kitablardan sərgi yerləşdirilir. Sərgidə həmçinin dövri
mətbuatda haqqında yazılan məlumatlardan, ailə şəkillərindən,
CD məlumatlardan istifadə edilir.
I aparıcı: Əziz iştirakçılar, hörmətli qonaqlar, bura bütün
varlığı ilə tərəqqipərvər və maarifpərvər bir insanı anmaq üçün
yığışmışıq. Bu şəxs Hacı Zeynalabdin Tağıyevdir.
II aparıcı: Təvəllüdü bəzi mənbələrdə 1938, bəzi mənbələrdə
1923 göstərilən Tağıyev yanvarın 25-i Bakıda İçərişəhərdə
anadan olmuşdur. Hələ uşaqkən ailəsinin əziyyətlə dolanışığını
görən Hacı, kiçik yaşlarından bənnalıqla zəhmətə alışaraq ağlı
və çevikliyi sayəsində zəmanəsinin ən varlı adamına
çevrilmişdir. Onun ən böyük varı millətini inkişaf etdirmək idi.
Bunun üçün xalqı milləti yolunda hər cür malından sərvətindən
istifadə edirdi.
I aparıcı: O, Azərbaycan iqtisadiyyatının birtərəfli inkişafına
qarşı çıxaraq yüngül sənaye müəssisələrinin işə salınmasına,
bank, ticarət sektorunun inkişafına böyük səy göstərirdi. Bu
ölməz şəxsiyyət varidatının yarısını xalqın maariflənməsinə sərf
etmişdir. O bilirdi ki, xalqın təhsilini inkişaf etdirmədən,
maariflənmə işini köklü sürətdə yaxşılaşdırmadan milli dirçəlişə
nail olmaq olmaz. Bu məqsədlə o, ilk ağır və yüngül sənaye
müəssisələrinin, Bakıya kənardan çəkilmiş ilk möhtəşəm şollar
su kəmərinin, ilk gəmi tərsanəsinin və Xəzər gəmiçiliyinin
inkişafı ilə yanaşı, öz dövründə 25-ə yaxın qəzet və jurnalın
18
nəşrinə himayədarlıq etmiş, ölkəmizdə ilk qız və oğlan
məktəbinin açılmasına nail olmuşdur.
II aparıcı: 7 oktyabr 1901-ci ildə açılan qız məktəbinin açılışı
münasibəti ilə Peterburqdan, Tiflisdən, Zaqafqaziyadan,
Bağçasaraydan, Bakı quberniyasının baş keşişi və s. kimi
maarifpərvərlərdən gələn təbriklərə Hacı Zeynalabdin belə
cavab verir: “Bu məktəbin güşadı barəsində sizin bu növ
izhari-rizaməndlik və məmnuniyyətiniz və bu məktəbə olan
məhəbbət və hissiyyatınız məni bais edir ki, gələcəkdə mən bir
mərtəbə dəxi bu məktəbin imarətinin üstünə vaxtilə bu məktəbi
müsəlmanlar üçün ünasiyyə mədrəseyi rüşdiyyəsi (gimnaziyası)
qərar verəm. Və sizin bu növ hümmətiniz mənim bu fikrimin
əncama gəlməyinin dəxi də təcilinə bais olacaqdır.
I aparıcı: Qarabağdan Mirzə Əli Ələsgər Növrəs isə qız
məktəbinin açılışı münasibətilə Hacını bu şeirlə təbrik edir:
Tapdı rövnəq binayi-niknam,
Salı, min doqquz yüz bir ildə tamam.
Sali-islamı eyləmək izhar,
Əbcəd ilə deyil mənə düşvar.
Bəli tarixə misra inşadır,
Təqiyof uşqolu mühəyyadır.
II aparıcı: Gəlin Teyyub Qurbanın Tağıyevə həsr etdiyi
“Yaşayan ömür” əsərində Tağıyevin qız məktəbinin açılması
qərarına necə gəlməsi səhnəsinə tamaşa edək:
( Səhnə qurulur. Hacının bağı. Nəriman Nərimanov, Həsən
bəy Zərdabi ilə söhbət edir. Rolları ifa etmək üçün məktəblilər
gəlir.)
H.Z.Tağıyev: Millətin ümidi ziyalılardır
Mənim də sizlərə hörmətim vardır.
Gəlin məsləhətlə bir fikrə gələk:
19
Müsəlman uşağı oxusun gərək.
Demirəm bağlansın mollaxanalar,
Təzə məktəbləri etməyək inkar.
N. Nərimanov: Hacı, dünyalarca razıyıq sizdən,
Yenə xəbər verdin ürəyimizdən.
Bunu yaxşı bilir ki, məsləkdaşlar,
Xalqın nicat yolu məktəbdən başlar.
Yoxdur dövrə dair məktəblərimiz,
Mollanın evində dərs keçirik biz.
Həm də bu mollalar, mollabacılar
Tifili çubuqlar, söylər acılar.
İstəsə uşağı nökəri edər,
Şagird su daşıyar, dükana gedər!
Həsən b. Zərdabi: Ay, gün tutulanda qazan çalırıq
Göydə ulduzları nişan alırıq
Cadudan, həmzətdan, cindən qorxuruq,
Kitab açdırırıq, fala baxırıq.
Yenə qoç döyüşü, xoruz döyüşü
Olub çoxlarının əyləncə işi.
Mərsiyə deməklə, sinə vurmaqla
Şəbeh göstərməklə, oyun qurmaqla,
Vaxtını ötürür nəsillərimiz,
Avamlıq, mövhumat əsiriyik biz
H.Z.Tağıyev: Məktəb ana dili öyrətsə əgər,
Uşaq ana kimi məktəbi sevər.
Ərəbcə, firəngcə bilmək yaxşıdır,
Fəqət, ana dili ömrün naxşıdır.
20
N. Nərimanov: Dini bayraq edib, kor bayraq qalmaq olar,
Dini bayraq edib, ucalmaq olar.
Həsən b. Zərdabi: Gərəkdir müəllim müqəddəs olsun.
Xalqın ürəyində ülvi səs olsun.
H.Z.Tağıyev: Millət ziyalısız qaranlıq gecə,
Günəşli sabaha adlayar necə?
Həsən bəy Zərdabi: Elm silah olsa əlində sənin,
Cəhalət neyləyər elində sənin
H.Z.Tağıyev: Elmin açarıdır üsuli-cədid,
Onun banisidir fəxrimiz Seyid
Quran, təqvid, imla.., hesab dərsləri,
Tarix, coğrafiya, bunlar hər biri
Bizim uşaqlara keçilsin gərək,
Belə məktəbləri genişləndirək.
Həsən b. Zərdabi: Demək qızlarada açırsan məktəb.
(Hacı fikrə gedir)
N. Nərimanov: Bu qədər vəsait, bu qədər bina...
Duruş gətirərsən Hacı sən buna?
H.Z.Tağıyev: Pulu xərcləməsəm, olmaram aram.
Canıma dərd düşər tez qocalaram.
Həsən bəy Zərdabi: Hacı, yorduq səni, izn ver gedək,
H.Z.Tağıyev: Gəliniz, gediniz öz eviniz tək.
( Görüşüb gedirlər. Hacı tək qalır.)
21
H.Z.Tağıyev: Xalqın çiyinləri dağlar qaldırar,
Çünki bu dağların etibarı var.
Dağlara bənzəyir ziyalılar da,
Fəqət bu dağları saxlayan harda?
Ehtiyac içində yaşayır onlar,
Millətin yolunda fəda olanlar.
Köçdü Seyid Əzim vaxtsız dünyadan,
Şairin kəlamı çıxarmı yaddan?!
(Həzin bir musiqi.)
H.Z.Tağıyev: (tək fikirli)
Həsən bəy dediyi qızlar məktəbi...
Necə bəyan edək biz bu mətləbi?
Aha... lap duma da nə edə bilər,
Çar özü razılıq verərsə əgər...
Qızların ürəyi zərif, kövrəkdir,
Qız ilə gül kimi rəftar gərəkdir.
Qızın getdiyi yer bir toydur, bir yas.
Qalan vaxtlarında bayıra çıxmaz.
Yetər cəhalətin köləsi olmaq,
Avropalılardan geridə qalmaq,
Bizim qızlardadır abır-həya da.
Yoxdur bərabəri bütün dünyada,
Ceyran qızlarımız azad yaransın,
Odlar diyarına qanad yaransın.
Balaca Saram da onlar içində,
Yanır ata qəlbim qızım üçün də...
I aparıcı: 1901-ci ildə Bakıda qız məktəbinin açılması üçün 5
milyon qızıl pul sərmayə qoyan Hacı Zeynalabdin, 1919-cü ildə
Azərbaycan Dövlət Darülfünunun (BDU) açılmasında da
dövlətə maddi yardımını əsirgəmir. Bu barədə o fikirlərini “Tazə
həyat” qəzetinin 1908-ci il 12 noyabr sayında belə açıqlayırdı:
22
Kasıb olduqlarından ata-anam mənə sevgi, məhəbbət,
nəvazişdən başqa heç nə verə bilməyiblər, məndə olan bütün
yaxşı cəhətlər üçün onlara – məhəbbət və nəvazişlərinə
borcluyam. Şübhəsiz, bu da Allah - taalanın iradəsi ilə olub.
Bütün işlərimlə yanaşı, fikrim-zikrim xalqımı xoşbəxtliyə
çatdırmaqdır. Buna görə gecə-gündüz əlləşirəm. Məqsədə
çatmaq üçün çoxlu məktəb açmaq lazımdır. Çoxlu kitab,
məcmuə və qəzet çap etdirib, hər yerə – uzaq kəndlərə
göndərilməlidir.
II aparıcı: Ona görədə məşhur Bakı milyonçusu, sənayeçisi,
sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin adı
xalqımız tərəfindən bu gün də insanpərvərlik rəmzi kimi çəkilir,
xatirəsi ehtiramla yad edilir. Çünki o həyatını şam kimi əridərək
xalqının maariflənməsi yolunu nura qərq etmişdir. Onun zəkası
iki qayə üzrə çalışmışdır: I zəngin olmaq, II milli qayəmizə
xidmət etmək, milli inkişafımızı və yüksəlişimizi dəstəkləmək.
O, XX yüz ilin elə parlaq bir şəxsiyyətidir ki, onun fəaliyyətinin,
Azərbaycan üçün elədiklərinin üstündən nə qədər xətt çəkilsə
də, onun tikdirdiyi abidələrdə hələ yüzillər boyu adı
yaşayacaqdır.
( Sonda “Yük” filmi nümayiş edilir. Film 1995-ci ildə
çəkilmişdir.)
Tarixin səhifələrini vərəqlədikcə hələ neçə əsrlər bundan
qabaq öz nefti - qara qızılı ilə şöhrət tapan Bakımızın, neftinin
müxtəlif ölkələrə daşınması barədə qeydlərə rast gəlirik.
1847-ci ildə dünyada ilk dəfə neft quyusunun qazılması da
Bakının şöhrətini hər yana yayaraq yerli əhali arasından
insanları milyonlara, taxt-taca, səltənətə sahib etdiyini bilirik.
Hələ uşaq vaxtlarında gündə bir qəpiyə palçıq qarışdırmaqla və
daşımaqla işləməyə başlayan Zeynalabdinin də qazdığı neft
quyusunun fontan vurması onu bu milyonçulardan birinə çevirir.
Bənna işləməklə qəpik-quruş qazanan Zeynalabdin öz
23
zəhmətsevərliyi, fərasəti sayəsində milyonçu Hacı Zeynalabdin
Tağıyevə çevrilir, şöhrət qazanır.
I aparıcı: Bəzi mənbələrdə 1838-ci ildə Bakı şəhərində anadan
olduğu qeyd edilsədə, müasir tədqiqatçılardan M. Əliyevin
“Maarifpərvər H.Z.Tağıyev” adlı məqaləsində 1823-cü ildə
anadan olduğu 1924-cü ildə 101yaşında sətəlcəm xəstəliyindən
vəfat etdiyi qeyd edilir. Lakin 1900-cü ildə Nəriman Nərimanov
və 1903-cü ildə Axund Yusif Talıbzadə tərəfindən yazıldığı
ehtimal olunan Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halında
onun hicri-qəməri tarixlə 1256, miladi tarixlə isə 1838-ci ildə
anadan olduğu göstərilir. Əbülfəz Haşımoğlu, Əkrəm Bağırov,
Paşa Əlioğlunun tərtibçiliyi ilə “Hacı Zeynalabdin Tağıyev”
kitabında tərtibçilərin birinin Tağıyevin qızı Sara xanımla
söhbət edərkən də o atasının 1838-ci ildə anadan olduğunu
söyləmişdir.
Öz zəhməti və işgüzarlığı hesabına 1873-cü ildə topladığı pulu
ilə neft quyusu qazdıran Hacının neft fontanları onu milyonçu
Hacı Zeynalabdin Tağıyevə çevirir. Lakin Hacı heç vaxt kasıb
günlərini unutmayıb, milyonlarını xalqın maariflənməsi, təhsil
alması yolunda xərcləməkdən qürur duyur. Özü savadsız
olduğundan Hacı savadsızlığın acısını duyan buna görə də kasıb,
yetim oğlan və qızlarımızın təhsil almasına böyük qayğı
göstərir. Böyük xeyriyyəçi hər il öz pulu ilə 20 azərbaycanlı
tələbəni müxtəlif universitetlərə təhsil almağa göndərmiş,
Qafqazda dörd məktəbin maliyyə xərclərini çəkmişdir.
II aparıcı: Ümumilikdə Hacının maarif sahəsində xidmətləri
çox geniş və çoxşaxəlidir. 30 min manatdan artıq xərc çəkib
yetim və kasıb uşaqlar üçün Mərdəkanda kənd təsərrüfatı
təmayüllü internat məktəbi açır, teatr binası tikdirib artist və
yazıçıların istifadəsinə verir, qiraətxanalar üçün qəzet və
jurnalların pulunu ödəyir. 1905-1911-ci illər İran məşrutə
24
hərəkatından sonra, İranda onlarla məktəbin açılmasına yardım
göstərir, onları məktəb ləvazimatı ilə təmin edir.
Bakı ətrafı kəndlərdə axar suyun yoxluğu su dəyirmanı
qurmağa imkan vermirdi. Bunu nəzərə alaraq Hacı Mərdəkanda
1899-cu ildə dən üyüdən elektrik dəyirmanı da tikdirir və
qəsəbənin əhalisinə elektrik işığı verir.
H.Z.Tağıyevin savab əməllərinin siyahısı çox uzundur. O,
özündən sonra zəngin irs qoyub getmişdir. Hacını bu xeyirxah
işlərə sövq edən isə xalqına olan böyük məhəbbəti idi. O,
millətinin imzasını imzalar içində görmək istəyirdi.
Xalqımız onun xatirəsini uca tutur, insanlar onu həmişə
minnətdarlıq hissi ilə yada salırlar. Bakıda və respublikanın
rayonlarında ayrı-ayrı yaşayış məntəqələrinə, küçələrə, təhsil
ocaqlarına, fabriklərə H.Z.Tağıyevin adı verilmiş, böyük
xeyriyyəçinin şərəfinə nüfuzlu mükafatlar, xeyriyyə fondları,
diplomlar təsis edilmişdir.
25
Ədəbiyyat siyahısı
Haqqında
Kitablar və kitablarda
Dilsuz. Hacı Zeynalabdin. - Bakı : Beşik, 2008. - 18 s. - (Mən
və mənim dünyam. Güvəncin nağılları).
İlkin Q. Hacı Zeynalabdin Tağıyev // Bakı və bakılılar. - B. :
Nurlar, 2006. - S. 234-243.
Qurban T. Əbədiləşən ömür : Hacı Zeynalabdin Tağıyevin
ölməz ruhuna. - Bakı : Qismət, 2003. - 240 s.
Qurban T. Hacı Zeynalabdin Tağıyev: ömrü boyu və yubliey
yaşında // Ömür yolları. - Bakı : OL, 2013. - S. 6-20.
Qurban T. Hər oxuyan Molla Pənah olmaz, hər varlanan Hacı
Zeynalabdin // Ömür yolları. - Bakı : OL, 2013. - S. 101-106.
Qurban T. Səsimə hay verən var... : Hacı Zeynalabdin
Tağıyevin qızı Sara xanım haqqında // Ömür yolları. - Bakı : OL,
2013. - S. 70-84.
Mahmudov C. Hacı Zeynalabdin Tağıyev // Bakı nefti, neft
milyonçuları və Nobel qardaşları. - Bakı : Nurlan, 2006. - II
fəsil: Bakının neft milyonçuları, onların sahibkarlıq fəaliyyəti,
ailə həyatı və taleləri. - S. 90-116.
Nərimanov N. Hacı Zeynalabdin Tağıyevin 50 illiyi // Seçilmiş
əsərləri. - Bakı : Çaşıoğlu, 2006. – S. 471-516. - (Azərbaycan
Ədəbiyyatı).
Süleymanov M. Hacı Zeynalabdin Tağıyev // Eşitdiklərim.
Oxuduqlarım. Gördüklərim. - Bakı : Xəzər, 2009. - S. 131-146.
26
Dövri mətbuatda
Babaşlı M. Nəşri-maarif cəmiyyətinin Azərbaycan maarifçilik
tarixində yeri // Füyuzat. - 2015. - № 5. - S. 36-40.
Bayramoğlu A. Tariximizin iki məşhur siması : təsadüfi deyil
ki, Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə ali təhsil
alan onlarla gəncdən biri Nəriman Nərimanov idi // Kaspi. -
2016. - 8-10 oktyabr. - № 160. - S. 7.
Dünyaminqızı Q. Böyük xeyriyyəçinin bəxtsiz övladları : Hacı
Zeynalabdin Tağıyevin qızlarının qəribə taleyi olub // Kaspi. -
2016. - 29 iyul. - № 129. - S. 7.
Dünyaminqızı Q. Millət atası, yoxsa istismarçı kapitalist? :
Hacı Zeynalabdin Tağıyev varidatını xalqının maarifi,
mədəniyyəti, xoşbəxtliyi yolunda sərf etsə də, sovetlər onu tam
başqa cür qələmə verirdi // Kaspi. - 2016. - 4 oktyabr. - № 156.
- S. 15.
Dünyaminqızı Q. Avropaya təhsilə göndərilən 99 gənc :
onlardan intihar edənlər, həbsə düşənlər və ömrünü qürbətdə
başa vuranlar da oldu // Kaspi. - 2015. - 28-30 noyabr. - № 199.
- S. 6.
Eyvazova Y. Heykəllər tarixdən söz açır // Qobustan. - 2015. -
№ 3. - S. 64-67. – Məqalədə H. Z. Tağıyevin evi haqqında da
məlumat verilir.
Əliyev Z. Bir portretin tarixi : Hacı Zeynalabdin Tağıyevin
naturadan çəkilmiş portreti haqqında // Ədəbiyyat qəzeti. - 2016.
- № 25.
27
Fərəcov S. Ziyalı və milyonçunun əqidə birliyi : Hacı
Zeynalabdin Tağıyev haqqında // Mədəniyyət. - 2014. - 10
oktyabr. - № 77. - S. 13.
Fərzəliyev Y. Azərbaycan xalqı qarşısında böyük xidmətləri
olan insan : Hacı Zeynalabdin Tağıyev haqqında // Azərbaycan
Müəllimi. - 2015. - 12 dekabr. - № 46. - S. 11.
H. Z. Tağıyev : Neft sənayesinin təxirəsalınmaz ehtiyacları
(Rusiya Sənayesi və Ticarətinə Yardım Cəmiyyəti Bakı
bölməsində çıxış) // Xalq qəzeti. - 2017. - 6 avqust. - № 169. -
S. 4.
Hüseynzadə F. Xeyirxahlıq rəmzi – Hacı Zeynalabdin Tağıyev
: sağlığında "millət atası" kimi tanınan bu mesenatın 175 il keçir
// Palitra. - 2013. - 26 yanvar. - № 15. - S. 10.
Qurbanova N. Tarixin izi, milyonçunun özünün yaşadığı
məkan // Həftə içi. - 2017. - 8 iyun. - № 102. - S. 4.
Məmmədli C. Mesenatlıq məktəbi: tarixdən bu günümüzə //
Kaspi. - 2016. - 8-10 oktyabr. - № 160. - S. 7.
Milyonçu, maarifçi... : Hacı Zeynalabdin Tağıyev // Savalan. -
2015. - 3-5 noyabr. - № 74. - S. 3.
Nəsrəddinov N. Tağıyevin unudulmuş 110 yaşlı ibtidai məktəbi
// Kaspi. - 2014. - 23 aprel. - № 68. - S. 10.
Niyaz qızı A. Xeyirxahlıq simvolu : Hacı Zeynalabdin Tağıyev
öz əməlləri ilə xalqın əbədi rəğbət və hörmətini qazanmışdı //
Kaspi. - 2016. - 26 yanvar. - № 14. - S. 13.
28
Rüstəmova-Tohidi S. Hacı Zeynalabdin Tağıyev Bakıda mart
hadisələrinə dair teleqram göndəribmi? // Azərbaycan : qəzet. -
2015. - 31 mart. - № 65. - S. 7.
Rzalı R. Hacı Zeynalabdin Tağıyev: "Anası savadsız olan xalq
kordur" // Kaspi. - 2014. - 25 noyabr. - № 196. - S. 15.
Tağıyevə həsr olunmuş bədii əsərlər
Bayram T. Hacı Zeynalabdin Tağıyevin abidəsi qarşısında : şeir
// Seçilmiş əsərləri. - Bakı : Lider, 2005. - S. 154.
Əmirli Ə. Mesenat // 15 pyes. – Bakı : Öndər, 2006. – S.471-
516.
Xəzri N. Hacı Zeynalabdin çilçırağı : şeir // Seçilmiş əsərləri. 2
cilddə. - Bakı : Lider, 2004. – C. I. - S. 115.
Xələfli Ə. R. Ötəri küləyin səsi : Hacı Zeynalabdin Tağıyevə //
Həsrət körpüsü. - Bakı : Azərbaycan, 2003. - S. 110-111.
Qurban T. Yaşayan ömür : İki hissəli mənzum pyes. Hacı
Zeynalabdin Tağıyevin (1823-1924) anadan olmasının 185 illiyi
münasibətilə. - Bakı : ADPU nəşriyyatı, 2007. - 73 s.
Qurban T. Sara : poema. - Bakı : Şirvannəşr, 2002. - 110 s.
29
Sərvəti və səxavəti ilə məşhur insan
(metodik vəsait)
Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;
E-mail: childlibbaku@yahoo.com
URL:www.clb.az
F.Köçərli adına Respublika
Uşaq Kitabxanasında
çap olunmuşdur.
Sifariş: 14
Çapa imzalanmışdır:01.02.2018
Tirajı:100
Pulsuz
Dostları ilə paylaş: |