F. Köçərli adına



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix08.07.2018
ölçüsü0,87 Mb.
#54088
  1   2   3   4   5   6   7


                                F. 

Köçərli adına 

 

                   

Respublika 

Uşaq Kitabxanası

 

                                                                            

 

                                                 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan teatrının Tofiq Kazımov zirvəsi 

 

 

Tofiq Kazımovun 95 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların 

uşaq  şöbələri,  MKS-nin  şəhər,  qəsəbə,  kənd  kitabxana  filialları  üçün 

hazırlanmış metodik vəsait 

 

 



 

                           

 

Bakı – 2018 


 

Tərtibçilər:                                     Aynurə Əliyeva 



                                           

          Sevil Əhmədova  

 

Redaktor:                                        Könül Ağazadə 

 

İxtisas  redaktoru və                      Şəhla Qəmbərova 

buraxılışa məsul:                            Əməkdar Mədəniyyət işçisi                                        

                                                          

     Azərbaycan  teatrının  Tofiq  Kazımov  zirvəsi:  Tofiq 

Kazımovun  95  illik  yubileyi  münasibətilə  mərkəzi  

kitabxanaların  uşaq  şöbələri,  MKS-nin  şəhər,  qəsəbə, kənd 

kitabxana  filialları  üçün  hazırlanmış  metodik  vəsait  / 

Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyi,        

F. Köçərli ad.Respublika Uşaq Kitabxanası ;  tərt.ed. A.Əliyeva;  

ixt.red.  və  burax.məsul Ş. Qəmbərova ; red. K. Ağazadə. - Bakı: 

F. Köçərli ad.Respublika Uşaq Kitabxanası, 2018. -30 s. 



 

 

 



   

 

 

         

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018                                  


 

Tərtibçidən 



   

 Azərbaycan  teatr  sənətinin  qədim  və  zəngin  tarixi  vardır. 

Əmək  fəaliyyəti  ilə  bağlı  oyunlar  və  rəqslər,  mövsüm 

bayramları,  aşıq  sənəti,  meydan  mərasimləri,  “Qaravəlli”  tipli  

müxtəlif  tamaşa  növləri  xalq  teatrının  əsasını  müəyyən  etmiş, 

milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. 

Xalq  teatrının  repertuarını  təşkil  edən  əxlaqi  və  tərbiyəvi 

əhəmiyyətə  malik  əsərlərlə  yanaşı  dini  tamaşalar  da  teatr 

sənətinin  formalaşmasında  özünəməxsus  rol  oynamışdır.  XIX 

əsrin ikinci  yarısından başlayaraq Azərbaycanda  cərəyan edən 

ictimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına 

güclü  təkan  verdi.  Həmin  dövr  Azərbaycan  teatrı  üçün  də 

əlamətdar  oldu.  Dahi  mütəfəkkir  Mirzə  Fətəli  Axundovun 

ədəbiyyatımıza  dram  janrını    gətirməsi  xalq  teatrının  peşəkar 

teatr sənətinə çevrilməsində həlledici rol oynadı. Böyük maarifçi 

Həsən bəy Zərdabinin və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun 

təşəbbüsü  ilə  1873-cü  ildə  Bakıda  Mirzə  Fətəli  Axundovun 

“Hekayəti-vəziri-xani 

Lənkəran”

 

və 



“Hacı 

Qara” 


komediyalarının  tamaşaya  qoyulması  Azərbaycanda,  eləcə  də 

bütün  müsəlman  Şərqində  dünyəvi  peşəkar  teatrın  təməlini 

qoydu.  Teatrın  böyük  ictimai  əhəmiyyətini  dərk  edən 

Azərbaycan  ziyalıları  Bakıda,  Qubada,  Şəkidə,  Şuşada, 

Naxçıvanda, həmçinin Tiflisdə, İrəvanda teatr tamaşaları təşkil 

edirdilər. Azərbaycanın görkəmli ziyalıları Nəcəf bəy Vəzirov, 

Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov və başqaları 

dövrün  teatr  repertuarlarını  zənginləşdirirdilər.  Rusiyada  və 

Avropada  təhsil  aldıqdan  sonra  vətənə  qayıtmış  azərbaycanlı 

gənclər dünya klassiklərinin əsərlərini tərcümə edərək tamaşaya 

qoymaqla teatr həvəskarlarını  dünya  ədəbiyyatının nümunələri 

ilə tanış edirdilər.   



 


 

    

Azərbaycan  teatr  tarixinə  bir  çox  görkəmli  şəxsiyyətlər  iz 

qoyub getmişlər. Hərəsi də öz dəst-xətti, öz imzaları ilə.  Teatr 

tarixinə gəlişi  ilə səs salan  şəxsiyyətlərdən biri də xalq artisti, 

istedadlı  rejissor,  görkəmli  müəllim  Tofiq  Kazımovdur. 

Azərbaycanda  lirik-psixoloji  teatr  məktəbinin  yaranması, 

inkişafı  və  formalaşması  Tofiq  Kazımovun  adı  ilə  bağlıdır. 

Görkəmli ziyalı Tofiq Səməd Mənsur oğlu Kazımovun bu il 95 

yaşı tamam olur. Bu  münasibətlə bu vəsaiti işləməyi özümüzə 

borc  bildik.  Vəsait  iki  hissədən  ibarətdir.  I  hissə  “Səhnəmizin 

fədaisi  Tofiq  Kazımov”  adlanır  və  rejissorun  həyat  və 

yaradıcılığından  bəhs  edir.  II  hissə  isə  “Teatr  naxışlı  ömür  



sahibi”  adlanır  və  yaradıcılığından  bəhs  edən  tədbirlərdən 

söhbət açılır. 

                          

 

 



 

 

 



 

 

 



                                                          

 

 



                                                           

 

 



 

 

 



 


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə