F. Köçərli adına



Yüklə 312,79 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix14.05.2018
ölçüsü312,79 Kb.
#43607
  1   2   3   4   5   6   7   8   9   10   11


     

                      F. 

Köçərli adına 

 

             

Respublika Uşaq Kitabxanası

 

 

 

 

 

 

 

 

 

 

 

İnsanlığın xilası naminə irqi ayrı-seçkiliklə 

mübarizə

 

İrqi  Ayrı-Seçkiliyin  Ləğv  Olunması  Uğrunda  Beynəlxalq  Mübarizə 

Günü  ilə  bağlı  mərkəzi  kitabxanaların  uşaq  şöbələri,  MKS-nin  şəhər, 

qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış  metodik vəsait 

 

 

 

                              

 

Bakı – 2018 


 

Tərtibçilər:                                      Aynurə Əliyeva 



                                           

           Sevil Əhmədova  

 

Redaktor:                                         Könül Ağazadə 

 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 

buraxılışa məsul:                             Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

     İnsanlığın xilası naminə irqi ayrı-seçkiliklə mübarizə: İrqi 

Ayrı-Seçkiliyin Ləğv Olunması Uğrunda Beynəlxalq Mübarizə 

Günü  münasibətilə  mərkəzi  kitabxanaların  uşaq  şöbələri,   

MKS-nin  şəhər,  qəsəbə,  kənd  kitabxana  filialları  üçün 

hazırlanmış  metodik  vəsait  /  Azərbaycan  Respublikası 

Mədəniyyət  və  Turizm  Nazirliyi,  F.  Köçərli  ad.Respublika  

Uşaq Kitabxanası; tərt.ed. A. Əliyeva;  ixt.red. və  burax.məsul 

Ş.  Qəmbərova;  red.  K.  Ağazadə.  –  Bakı:  F.  Köçərli 

ad.Respublika Uşaq Kitabxanası, 2018. - 47 s.  

 

 

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018 



 

Tərtibçidən

 

     Mübağiləsiz  olaraq demək olar ki, bu gün bəşəriyyəti ən çox 



düşündürən məsələlərdən biri insanlar, cəmiyyət, irq,  dinlər və 

məzhəblərarası  münasibətlərdir.  Çünki  bəşəriyyətin  gələcəyi 

müəyyən  mənada  tolerantlıq  prinsiplərinin  necə  və  hansı 

səviyyədə    bərqərar olmasından asılıdır.  Dünyada  yüzlərlə  irq, 

din, təriqət, məzhəb,  minlərlə xalq və etnik qruplar olsa da, onlar 

bir planetdə – yer kürəsində yaşamağa məhkumdurlar. Deməli, 

dünyanın  gələcəyi,  müəyyən  mənada,  bu  irqlər,  dinlər  və 

insanlar arasındakı münasibətlərin nizamlılığı ilə bağlıdır.  

     Tarixdə  irqçilik,  irqi  ayrı-seçkilik,  dini  və  milli  zəmində  

zaman-zaman  müharibələr,  toqquşmalar  baş  vermişdir  ki, 

nəticədə  milyonlarla  insan  bu  qarşıdurmaların  qurbanına 

çevrilmişdir. Bugünkü qloballaşan  dünya isə  belə məsələlərdə 

daha həssas olmağı tələb edir. Çünki müasir insan bütün dünyanı  

məhv  edə  biləcək  güclü  silaha  –  nüvə  silahına  malikdir.  Bu 

səbəbdəndir ki, indi dünyamızın tolerantlığa, multikulturalizmə 

daha böyük ehtiyacı vardır. Məlumdur ki, tolerantlıq ifadəsi latın 

sözü  olub,  hərfi  mənada  “dözümlülük,  təmkinlik,  səbr 

mənalarını, fəlsəfi termin kimi isə  digər  dünya baxışına, həyat 

tərzinə, 

adət-ənənəsinə 

və 

bütünlükdə  mədəniyyətlərə 



dözümlülük”  kimi başa düşülür. 

     Hal-hazırda bəşər övladı  irqçilik, irqi ayrı-seçkilik,  dini  və 

milli  zəmində  münaqişələrə  və  ayrımçılığa  son  vermək  üçün 

müxtəlif  işlər  görür  və  nailiyyətlər  əldə  edir.  F.  Köçərli 

kitabxanası  olaraq  biz  də  21  mart  İrqi  Ayrı-Seçkiliyin  Ləğv 

Olunması Uğrunda Beynəlxalq Mübarizə Gününə həsr edilmiş 

bu  vəsaiti  işləməyi  özümüzə  borc  bildik.  Vəsait  iki  hissədən 

ibarətdir.  I  hissə  bu  günün  yaranma  tarixindən,  II  hissə  isə  bu 

mövzu ilə bağlı keçiriləcək tədbirlərdən bəhs edir.  

                              



 

I hissə 

     Zaman 

keçdikcə  surətlənən  və  insanları,  xalqları                      

bir-birinə  yaxınlaşdıran  qloballaşma  millətlər  arasında  etiqad 

fərqliliyindən qaynaqlanan  xüsusiyyətləri  daha da dərinləşdirir.  

Hazırda  bəşəriyyət  dini  ayrı-seçkiliyin  gücləndiyi,  bəzən  dini 

zəmində  qarşıdurmaya  bilərəkdən  rəvac  verdiyi  bir  zamanla      

üz-üzədir. Buna görə də dini dözümlülük şəraitinin  yaranması 

vacib  və labüddür.  İftixar hissi  ilə  qeyd edilməlidir ki,  bu gün  

dünyanın  başlıca  demokratik  dəyərlərindən  biri  kimi  təbliğ 

edilən tolerantlıq xalğımızın  əsrlər boyu formalaşan və çoxları 

üçün  örnək olan  xüsusiyyətlərindəndir. 

     Etnik  hökmdarlıq  nəticəsində  irqi  ayrı-seçkilik  əhalinin 

müəyyən qrupun hüquq və azadlıqlarının  məhdudlaşdırılmasına  

və 


ya 

onlardan 

məhrum 

edilməsinə 



gətirib 

çıxarır.                 

Gündəlik həyatda bu, həmin qrumun restoranlara, çimərliklərə 

kinoteatrlara  və ya şəhərin  bəzi  rayonlarına getməyinə qadağa 

qoyulmasında, istehsal  sahəsində bəzi peşələrlə  məşğuliyyətin  

məhdudlaşdırılmasında hamı kimi  təhsil almaq, uğurlu  karyera 

yaratmaq  imkanın  olmamasında,  psixoloji  planda-lağlağı  

ləqəblərdə, “Geridə qalmış” xalqlar haqqındakı lətifələrdə və s. 

özünü göstərir.  

     Diskriminasiyanın  insanlığa  sığmayan  forması  –  hər  hansı 

millətin və ya etnik  qrupun nümayəndələrinin  yararsız, dəyərsiz 

və  ya  düşmən  kimi  elan  olunaraq  məhv  edilməsidir  ki,  bu  da 

soyqırım (genosid) və holokost adlanır. XX əsr  milli zəmində  

ehtirasların  coşması  və  bunun  nəticəsində  baş  verən  faciəvi  

hadisələrlə doludur. Nasist Almaniyası insanların bir qrupunun  

başqaları  üzərində  hakimiyyətə  malik  olması  və  xüsusi  ali   

irqin-bütün  dünyanı idarə etməklə olan ayrıca seçilmiş millətin 

mövcudluğu haqqında nasist ideya ilə silahlanaraq dünyaya ən 

dəhşətli  soyqırım  nümunəsi  göstərmişdir.  Bu  ideyanın  həyata 

keçməsi ona gətirib çıxarmışdır ki, faşistlər yəhudiləri, qaraçıları 




Yüklə 312,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə