AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
Fakültə:Beynəlxalq münasibətlər və
Regionşünaslıq
İxtisas:Beynəlxalq münasibətlər
Qrup:171A
Müəllim:dos.N.C.Əsədov
Tələbə:Rzayeva Neyjəm
Fənn:Avropa və Amerika ölkələri tarixi
2019
Mövzu:Kəşmir problemi
Kəşmir
Kəşmirin tarixi qədim dövrlərə təsadüf edir.Hələ eramızdan min illər əvvəl insanlar bu ərazidə məskunlaşmışlar.Qədim İpək yolunun üzərində yerləşməsi səbəbindən Kəşmir və ətraf ərazilər böyük ticarət mərkəzinə çevrilmişdi.Kəşmirin paytaxtı Sriniqar o dövrdə bölgənin ən böyük elm və mədəniyyət mərkəzlərindən hesab edilirdi.Eramızın əvvəllərindən başlayaraq,Kəşmirdə İslam sürətlə yayılaraq ölkənin əsas dinlərindən birinə çevrilmişdi.Hazırda Kəşmirin şimalında müsəlmanlar,cənubunda induistlər,şərqində isə buddistlər çoxluq təşkil edir..
Təbiəti-Kəşmir 3 dövlət arasında bölüşdürülərkən təbii baxımdan əlverişsiz,qeyri-məhsuldar torpaqları Pakistana,insanı öz gözəlliyi ilə valeh edən mənzərəli yerlər isə Hindistana düşüb.Kəşmirin turizm baxımdan olduqca cəlbedici əraziləri Hindistanın tabeliyində olduğu üçün buraya adıçəkilən ölkənin icazəsilə gəlmək mümkündür.
Əhalisi-Hazırda Hindistan Kəşmirində rəsmi məlumatlara görə 4,qeyri-rəsmi məlumatlara görə isə 10 milyondan yuxarı müsəlman yaşayır.
Kəşmirdə əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur.Burada ən çox düyü yetişdirilir.Kəşmirin yun,ipək parçaları,xalçaları bütün dünyada məşhurdur.
Dostları ilə paylaş: |