Fakültə: Kulturologiya İxtisas: Turizm işinin təşkili



Yüklə 1,37 Mb.
səhifə1/5
tarix26.05.2022
ölçüsü1,37 Mb.
#88043
  1   2   3   4   5
admiu




Sərbəst iş:

Fakültə: Kulturologiya


İxtisas: Turizm işinin təşkili

Fənn: Turizm davranışı


Tələbə: Quliyev Hüseyn

Mövzu: Qız Qalası turistik məkan kimi

Qız Qalası turistlərin Bakıda gəzib-görə biləcəyi 10 möhtəşəm yerdən biridir. İlkin olaraq bu möhtəşəm tarixi tikilinin qiymətləriylə maraqlandım.


Azərbaycanlıların Qız qalası adlandırdıqları bu yer Bakı şəhərinin ən görməli məkanlarındandır. Abidə baxış sayına görə, Hava limanından sonra ikinci yeri tutur. Qalanın zirvəsinə qalxdıqda, Bakının füsunkar gözəlliyinə heyran qalırsan.
Şirvanşahlar sarayı kimi, Qız qalası da İçərişəhərin ərazisinə daxildir və abidəyə qədər olan yolu piyada getmək mümkündür.
Giriş qiyməti:
· Xarici turistlər üçün - 4 AZN
· Azərbaycan vətəndaşları üçün - 2 AZN
· Şagirdlər üçün - 0,60 AZN
Qiymətlər o qədərdə yüksək deyil, lakin niyə öz vətandaşlarımız bura ödənişli daxil olur o mənə maraqlıdır.

İ çərişəhər Tarix-Memarlıq Qoruğu İdarəsinin mədəni irsin tədqiqi bölməsinin müdiri, professor Kamil İbrahimovla söhbətimiz zamanı dedi ki, arxeoloji qazıntı aparılmadan öncə bu ərazidə zərgərlik fabriki fəaliyyət göstərirdi. Məhz fabrikdə yanğın nəticəsində qəza vəziyyətinə düşən bina söküldükdən sonra burada elmi axtarışlara başlanılmışdır. 1980-1985-ci illər ərzində aparılan arxeoloji qazıntılar həmin yerdə qədim yaşayışın olduğundan xəbər verdi. Qədim bağ kompleksindəki arxeoparkda müxtəlif illərdə açılmış üç arxeoloji qazıntı sahəsi vardır. Tədqiqatlar nəticəsində torpaq altından yeraltı gizli yol, qayada oyulmuş su yolları, kəhriz və təsərrüfat quyuları, təndir yerləri, müxtəlif dövrlərə aid memarlıq tikililəri aşkarlanmışdır.


Professor K.İbrahimov onu da bildirdi ki, 1982-ci ildə qədim Bakının tikildiyi təpənin şərq ətəyində aparılmış arxeoloji qazıntı nəticəsində şəhərin sosial-iqtisadi və mədəni həyatını əks etdirən unikal maddi-mədəniyyət abidələri - keramik və fayans təsərrüfat qabları, metal alətlər, şirli və şirsiz qab qırıqları, boşqab, bardaq və qara çıraqlar aşkar olunmuşdur. Qayaüstü təpəyə qədər qazıntı sahəsində qayada ovulmuş bir neçə təsərrüfat quyuları açılmışdır.

B
u ərazidə şimal-cənub istiqamətində uzanan üstü tava daşlarla örtülmüş yeraltı yol da aşkarlanmışdır. 1925-ci ildə V.M.Sısoyev tərəfindən Qız qalası qarşısında tapılmış yeraltı yol, həmçinin Multan karvansarayının altında olan həmin keçid Qoşa qala qapılarına doğru gedir. Yeraltı yol iki hissədən ibarət idi və məqsədyönlü şəkildə tikilmişdir. Professor K.İbrahimov dedi: “Bu qazıntı sahəsində əldə olunan maddi-mədəniyyət qalıqları, memarlıq abidələri, həmçinin mühəndis-inşaat qurğuları İçərişəhərin orta əsr həyatının öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Cənub-şərq qala divarlarının yaxınlığında 1984-1985-ci illərdə qazılmış və hazırda konservasiya olunmuş arxeoloji qazıntı sahəsi isə şəhərin XIV-XVII əsrlərə aid tarixini əks etdirən mədəni təbəqədə kompleks tikinti qalıqlarının aşkar edilməsi baxımından diqqəti cəlb edir. Bu ərazidə həm də qoşa memarlıq tikilisi və böyük təsərrüfat kompleksi üzə çıxmışdır. İçərişəhərin “Qədim bağ” və “Qoşa məqbərə” komplekslərində aparılan son torpaq təmizlik işləri nəticəsində aşkar olunmuş arxeoloji materialların təyinatına və qarışıq memarlıq tikililərinin, həmçinin mədəni təbəqənin stratiqrafiyasına görə IX-XII əsrlərdə burada yaşayışın olduğu müəyyən edilmişdir. Tapıntılar qala divarlarının yaxınlığındakı ərazinin arxeoloji irsə malik olduğunu təsdiqləyir”. K.İbrahimov xüsusi vurğuladı ki, bu gün İçərişəhər tarixi simasını özünə qaytarır. Onun ərazisi ilə bağlı araşdırmalar, mütəmadi olaraq aparılan qazıntı işləri nəticəsində əldə olunmuş arxeoloji materialların zənginliyi göstərir ki, İçərişəhər xalqımızın tarixinin, o cümlədən milli dövlətçilik salnaməsinin açılmamış səhifələri haqqında, misilsiz maddi və mədəni sərvətlər xəzinəsi barədə dəyərli, mötəbər məlumatlar verən və tədqiqinə hələ də ehtiyac duyulan tükənməz mənbədir.
Qız qalasında bərpa işləri və yeni muzey ekspozisiyasının yaradılması hökumətin təşəbbüsü ilə 2011-2013-cü illərdə ən müasir standartlara uyğun aparılıb. Bərpa və konservasiya Almaniyanın “Remmers” şirkəti və Avstriyanın “Atelier Erich Pummer” firması tərəfindən, ekspozisiyanın yaradılması isə Latviyanın “Dd studio” şirkəti ilə birgə həyata keçirilib.
2014-cü ilin yanvarında ziyarət üçün yenidən açılan cavanlaşan və gözəlləşən Qız qalası şəhər sakinlərini və paytaxtın qonaqlarını texniki təchizatına görə Avropada tayı-bərabəri olmayan yeni ekspozisiya ilə qarşıladı. Özünüz nəticə çıxarın, qalanın 8 mərtəbəsində ümumilikdə 22-si interaktiv olan 34 nümayiş paneli və monitor quraşdırılıb. Yeni ekspozisiya üçün xüsusi olaraq üç ölçülü qrafik və animasiya dizaynının köməyi ilə onlarla çarx və müasir instalyasiya hazırlanıb. Bu çarxlar və instalyasiyaların vasitəsilə müxtəlif tarixi dövrlərdə dəyişən Qız qalasının quruluşu, daxili strukturu və təyinatı haqqında məlumat təqdim olunur. Qala muzeyində hətta unikal heliodispley var. Bu displeydə təsvir çox nazik su tozundan ibarət bulud üzərinə köçür və bununla holoqramın qeyri-adi effektini formalaşdırır.
Bərpa işləri həm qalanın özündə, həm də onu əhatə edən ekoloji mühitdə zərgər ustalığı ilə aparılıb. Bircə misal. Məlumdur ki, Qız qalası çoxdan bəri qaralmış hörgü arasında və ya pəncərəaltı oyuqlarda özlərinə yuva quran uzunquyruqların sevimli məskəninə çevrilib. Qız qalasının konservasiyası proqramı çərçivəsində yüzlərlə belə yuva ehtiyatla abidənin yaxınlığındakı tikili və binalara köçürülüb. Quşları yeni yaşayış mühitinə cəlb etmək üçün xaricdən gətirilən xüsusi elektron manna yarmasından istifadə edilib.
Qız qalası ətrafında ekoloji tarazlığın qorunması üzrə görülən işlər üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Greenpeace” beynəlxalq ekoloji təşkilatının təşəkkürünü qazanıb.
Qeyd edək ki, bərpa işləri zamanı aşkar edilən artefaktlar Qız qalasının ekspozisiyasını daha da zənginləşdirib və onun tarixi ilə bağlı bir sıra məsələlərə yeni işıq salmağa imkan yaradıb.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə