Fakultə: Ümumi İqtisadiyyat Qrup: 22 a tələbənin adı: Asif İsmayılov



Yüklə 33 Kb.
tarix31.08.2018
ölçüsü33 Kb.
#65843
növüQaydalar

Azərbaycan Dövlət İqtisad Universiteti.


Fakultə: Ümumi İqtisadiyyat
Qrup: 22 A
Tələbənin adı: Asif İsmayılov
Sərbəst iş

Maliyyə investisiyalarının və qiymətli kağızların uçotu

Qiymətli kağızlar üzrə əməliyyatlarda bankların iştirakı hər bir ölkənin qanunvericiliyi tərəfindən, milli fond bazarının xüsusiyyətlərindən asılı olaraq, özünəməxsus qaydalarla idarə olunur. Müasir dövrdə qiymətli kağızlar bazarında ən aktiv fəaliyyət göstərən, qanunvericilik məhdudiyyəti olmayan bazar iştirakçıları Almaniyanın universal banklarıdır. ABŞ-da isə əksinə kommersiya banklarına qeyri-dövlət qiymətli kağızları üzrə əməliyyatları qadağan edilmişdir.
Bizim ölkəmizdə bank qanunvericiliyinə əsasən, kredit təşkilatları ənənəvi bank əməliyyatlarını qiymətli kağızlar bazarında həyata keçirə bilərlər.
Hal-hazırda kommersiya bankları qiymətli kağızlar bazarında peşəkar və qeyri-peşəkar iştrakçılar kimi fəaliyyət göstərirlər.
Qeyri-peşəkav iştirakçılar kimi kommersiya bankları nizamnamə kapitalını genişləndirmək və borc vəsaitlərini cəlb etmək məqsədilə şəxsi qiymətli kağızlarını buraxırlar.
Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətlə peşəkar iştirakçı kimi lisenziyası olan banklar məşğul ola bilərlər. Mərkəzi Bank aşağıdakı peşəkar fəaliyyətləri üçün lisenziya təqdim edir:
- broker fəaliyyəti, fiziki şəxslərlə əməliyyatları istisna etməklə;
- fiziki şəxslərlə broker fəaliyyəti üzrə;
- diler;
- qiymətli kağızlarla etibarlı idarəetmə üzrə;
- depozit fəaliyyəti üzrə;
- klirinq fəaliyyəti üzrə.
Lisenziya almaq üçün, kredit təşkilatlarının heyətində hər bir peşəkar fəaliyyəti üzrə ixtisas şəhadətnaməsi olan mütəxəssislər çoxluğu təşkil edilməlidir.
Qiymətli kağızlar bazarında qeyri-peşəkar fəaliyyət, kredit təşkilatları tərəfindən bank əməliyyatlarının həyata keçirilməsi üçün təqdim olunan lisenziya üzrə yerinə yetirilir.2. Bankların qiymətli kağızlarla investisiya əməliyyatları
Bankın qiymətli kağızlarla investisiya əməliyyatları birbaşa və dolayı gəlir əldə edilməsi üçün ehtiyatların qiymətli kağızlara qoyuluşunu xarakterizə edir. Qiymətli kağızların qoyuluşundan əldə olunan birbaşa gəliri bank divident, faiz və likvidlik gəliri şəklində alır.
Dolayı gəlirlər bankların qiymətli kağızlarının nəzarət paketi vasitəsilə müştərilərə təsiri nəticəsində əmələ gəlir.
Qiymətli kağızlara qoyuluşların uçotu «Qiymətli kağızllarla əmə-liyyatlar» mühasibat balansının aktiv hesab bölməsində aparılır.
1. borc öhdəliklərinə qoyuluşlar;
2. səhmlərə qoyuluşlar;
3. hesaba alınmış veksellər;
«Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı»na əsasən Borc qiymətli kağızların uçotu üçün aşağıdakı hesablar açılır və bu qruplar aktiv hesablara daxildir:
1401 Dövlətin borc güzəştli qiymətli kağızları – Milli valyutada; dövlətin borc güzəştli qiymətli kağızları – xarici valyutada.
Bu qiymətli kağızlar 1402 və 1412-ci hesablarda əks olunan güzəşti nəzərə almaqla əks olunur.
Bu zaman:
Dt – dövlətin alınan və girovdan qaytarılan borc güzəştli qiymətli kağızları əks olunur
Kt – dövlətin satılan, geri qaytarılan, girov qoyulan və balansdan silinən borc güzəştli qiymətli kağızları əks olunur
Maliyyə hesabatlarında qiymətli kağızlar təyinatına görə aşağıdakı qaydada təsnifləşdirilir:
Borc qiymətli kağızlar
Dilinq əməliyyatları üçün qiymətli kağızlar
İnvestisiyalar
Borc qiymətli kağızların alınmasında məqsəd ödəniş müddəti tamamlanana qədər saxlanılmaqla, müəyyən olunmuş faiz gəlirlərinin əldə olunmasıdır.
Dilinq əməliyyatları üçün qiymətli kağızların alınmasında əsas məqsəd faiz və dividend gəlirlərinin götürülməsi deyil, bu qiymətli kağızların alış və satış dəyərinin arasındakı fərqdən gəlir əldə olunmasıdır.
Maliyyə hesabatlarında investisiyalar müəssisələrin fəaliyyətində iştirak payından asılı olaraq təsnifləşdirilir.
Qiymətli kağızlar portfelində olan qiymətli kağızlar Azərbaycan Respublikası qanunvericiliyinə və Milli Bankın normativ aktlarına uyğun olaraq bankın daxili sərəncamına əsasən müvafiq məqsədlərə uyğun yenidən təsnifləşdirilə bilər.
Qiymətli kağızların yenidən təsnifləşdirilməsi balans dəyərinə əsasən aparılır.
Yüklə 33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə