Əl
-
Fatihə
surəsi
1. Bağışlayan və mehriban Allahın adı ilə.
2. Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin)
idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur.
3. (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli
və mehriban Allaha.
4. Cəza gününün sahib və hökmdarına.
5. (Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6. Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et!
7. (Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin - (Sənin) qəzəb(in)ə
düçar olmamış və azmamışların yoluna!
Əl
-
Bəqərə surəsi
0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Əlif, Lam, Mim. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab
həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur.
Bu kitab «Əlif» (Allah) tərəfindən «Lam»ın (Cəbrailin) vasitəsi ilə «Mim»ə (Muhəmmədə -
səlləllahu əleyhi və alih) nazil edilmişdir. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri
vardır.)
2. Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar (aşağıdakı beş
xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət
mənbəyidir.
3. O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə)
inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah
yolunda) xərcləyirlər.
4. O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə
imanları və axirət (qiyamət) gününə yəqinlikləri vardır.
5. Məhz onlar (Qur’anın hidayətindən qabaq) Allahları tərəfindən (fitri və əqli) bir
hidayətdədirlər və nicat tapanlar da onlardır (və Qur’an onları bu məsələlərin arxasınca gələn
kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir).
6. Şübhəsiz, küfr edənlər (və öz küfrlərində israr edənlər) üçün onları qorxutmağınla
qorxutmamağın birdir, iman gətirməyəcəklər.
7. Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində
(qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir.
8. İnsanların bəziləri imanları olmaya-olmaya «biz Allaha və axirət gününə iman gətirdik»
deyərlər.
9. Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və
başa (da) düşmürlər.
10. Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini
artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır.
11. Onlara «yer üzündə fəsad törətməyin» deyildikdə «biz yalnız islah edənlərik» deyərlər.
12. Bil ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.
13. Onlara «siz də camaat kimi iman gətirin» deyildikdə (öz qəlblərində) deyərlər: «Biz də
səfehlər kimi iman gətirək?!» Bilsinlər ki, onların özləri səfehdirlər, lakin (bunu) bilmirlər.
14. Onlar iman gətirənlərlə görüşdükləri zaman «iman gətirdik» deyərlər, öz şeytanları (azğın
dostları) ilə xəlvətə çəkildikləri zaman isə «şübhəsiz, biz sizinləyik, biz (özümüzü iman gətirmiş
kimi göstərməklə onları) yalnız ələ salırıq» deyərlər.
15. Allah da (Qiyamətdə) onları ələ salacaqdır. (İndi) kor-koranə dolandıqları azğınlıqlarında
onlara möhlət verir və (azğınlıqlarını) gücləndirir.
16. Onlar azğınlığı hidayət bahasına satın almış kəslərdir. Buna görə də nə ticarətləri bir xeyir
verdi, nə də (haqq) yolu tapanlardan oldular.
17. Onların hekayəti (qaranlıq gecədə geniş bir çöldə) od yandıran şəxsin hekayətinə bənzəyir.
Beləliklə, (od) onun ətrafını işıqlandıran kimi, Allah (odu söndürməklə) onların nurunu aradan
aparar və onları heç görə bilməyəcəkləri bir qaranlıqda boşlayar.
18. Kar, lal və kordurlar. Buna görə də (haqqa tərəf) qayıtmırlar.
19. Yaxud (onların hekayəti) səmadan yağan və qaranlıqlar, göy gurultusu və şimşəyi olan doluya
(düşmüş şəxslərin hekayətinə) bənzəyir. Onlar ölümdən qaçmaq üçün ildırımın şiddətindən
barmaqlarını qulaqlarına tıxayarlar. Allah bütün kafirləri (elm və qüdrət baxımından) əhatə
etmişdir.
20. Çaxan şimşək az qalır ki, onların gözlərinin işığını aradan aparsın. Onlara işıq saçan zaman
həmin işıqda yol gedər, fəza qaranlıqlaşanda isə dayanarlar. Əgər Allah istəsəydi, onların eşitmə
və görmə (qabiliyyət)lərini əllərindən alardı. Çünki Allah hər şeyə qadirdir.
21. Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə (bununla) təqvalı
olasınız.
22. Həmin O Allah ki, yeri sizin üçün (sərilmiş) döşənəcək və göyü (ucaldılmış) bina etdi, göydən
(yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsilə sizin üçün meyvələrdən ruzi çıxartdı.
Buna görə də, (bütlərin bu cür varlıqları yaratmaq və ruzi vermək qüdrətinə malik olmamalarını)
bilə-bilə Allaha şəriklər qoşmayın.
23. Əgər Bizim Öz bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, doğruçusunuzsa siz də (fəsahət,
kəlmələrinin gözəlliyi, bəlağət, mənalarının dərinliyi baxımından və ya onun kimi heç kimdən
dərs almayan bir şəxs tərəfindən) bir surə gətirin və (bu işdə) Allahdan başqa bütün
köməkçilərinizi və şahidlərinizi də çağırın (ki, onlar sizin surənizin Bizim surəmiz kimi olmasına
şəhadət versinlər).
24. Və əgər (belə bir işi) etməsəniz - heç vaxt edə bilməyəcəksiniz də - onda , kafirlər üçün
hazırlanmış və yanacağı insanlar və daşlar olan oddan çəkinin.
25. İman gətirib yaxşı işlər görən şəxslərə müjdə ver ki, onlar üçün (evlərinin və ağaclarının)
altından çaylar axan cənnətlər (və ya bağlar) vardır. Həmin bağlardan onlara ruzi olaraq bir
meyvə verilən zaman deyərlər: «Bu, əvvəldən (dünyada) bizim ruzimiz olmuş şeydir.» Və onların
yanına bütün meyvələr (gözəllik və lətafət baxımından) bir-birinə oxşar gətirilər. Orada onlar
üçün (aybaşı, xəstəlik və pis xasiyyətdən) pak zövcələr vardır və onlar orada əbədi qalacaqlar.
26. Şübhəsiz, Allah hər hansı bir misalı çəkməkdən - ağcaqanad olsun, ondan böyüyü, ya
balacası- utanmaz. İman gətirənlər (fikirləşərək məqsədi dərk etməklə və ya mütləq itaət və
tabeçilik vasitəsi ilə) bilirlər ki, bu onların Rəbbi tərəfindən olan bir həqiqətdir. Kafirlər isə
deyərlər: «Görəsən Allahın bu məsəldən məqsədi nədir?!» (Bəli, Allah) onunla (bir həqiqəti
bəyan etməklə) çoxlarını azdırır (onların ixtiyari azğınlığa düşmələrinə səbəb olur) və çoxlarını
onunla hidayət edir. (Allah) onunla ancaq fasiqləri azdırır.
27. Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və
nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr
etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-
fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır.
28. Allaha necə kafir olursunuz, halbuki siz ölü idiniz (bədəninizi təşkil edən ilk maddələr bir-
birinə birləşməmişdən və ruh üfürülməmişdən qabaq cansız hissələr idi), O, sizi diriltdi, sonra sizi
öldürəcək və yenidən dirildəcək. Daha sonra isə Ona tərəf qaytarılacaqsınız.
29. Yer üzündə olanların hamısını sizin üçün yaradan, sonra isə səmaya (onun yaradılışına)
başlayan, beləliklə onları (hikmətə uyğun və yaradılışında heç bir nöqsan olmadan) yeddi səma
halında nizama salan Odur. O, hər şeyi biləndir.
30. Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin
(Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini)
Dostları ilə paylaş: |