2
BİR ŞAİR ÖMRÜNƏ TUTULAN GÜZGÜ
Əli Kərim…
Ömrügödək şairimiz.Bu halda «şair» sözündən əvvəl çox vaxt «nakam»
sifətini də işlədirlər.Yox, min dəfə yox, Əli Kərim nakam şairimiz deyil.O, ilham
pərisindən də kam alıb, həyati sevgisindən də, yerdən də, göydən də. Nəyə can
atıb, ondan kamını götürüb.Can atdığı ideal zirvə, yəni şeir deyildimi?! Neçə
poetik şeir uğuruna qovuşub, neçə uğurdan adı bənövşə qoxulu bahar nəsimi kimi
Odlar yurduna belədən - beləyə əsib.Bu nəfəsdən nəfəsimiz ətirlənib, duyğularımız
təzələnib,dilimizdə təzə təşbehlər cücərib qalxıb…poeziya aləmində cavan yaşında
qibtə mərkəzinə çevrilib.Deməli, ömrügödəklik şair üçün hələ nakamlıq
deyil.Həqiqi şairin ömrügödəkliyi onun təşnə oxucusu üçün nakamlıq yaradır: daha
neçə şeirindən kam alardıq bu daşqın ömürlü şairin.
Ən başlıcası, oxucu istəyindən də kam alıb Əli Kərim.Özü də bəsdi
deyincə.Bu istək xərclənmiş şair ömrünün dəyərini, qiymətini şərtləndirən
meyardır.Sənətkar xöşbəxtliyinə bax ki, oxucularından birisi həm də şairin
yorulmaz tədqiqatçısına çevrilib, onun poeziya ocağının başına pərvanə kimi
dolanmağa başlayıb.Bəli, Əli Kərimin şair taleyi Feyzi Mustafayev kimi həqiqi bir
dosta urcah olmağı ilə də qazanıb.Bu məhəbbət həsəd doğuran məhəbbətdir.Neçə
illərdir bir ahənrübaya dönüb: Əli Kərim soraqlı nə varsa, çəkir özünə.Özünün
şairlə üçillik təmasından artıb - çoxalan müşahidələri, qəlbin bütün hərarəti ilə
isinən, qızınan xatirə - lövhələri…Əli Kərimin Göyçaya sonuncu «səfərindən»
sonra bu böyük söz sərrafımızın yaddaşlara yazılmış unudulmaz xatirəsini bir yerə
cəmləyərək şair ömrünü yenidən bərpa edən poetik etüdləri Feyzi Mustafayevin
dost yolunda cəfasını birə - beş dəyərləndirir.Əli Kərimli silsilə oçerklər,
əslində,oçerklikdən çıxır; bunlar unudulmaz şairimiz haqqında az qala bir ömrün
əvvəlini, sonunu özündə birləşdirən sənədli povestin ayrı - ayrı fəsilləridir.Bu bədii
lövhələri başqa bir qələm sahibi, bəlkə də, bir sücet ətrafında birləşdirər, Feyzinin
dediklərinin hamısını oraya hopdura bilərdi.Burası da var ki, onda bu qısa, bu
mənalı ömrün dönümünü, döngəsini, bu yolun keçdiyi dağları, dərələri, sərt dönüm
- döngələri bu qədər aydın görə bilməzdik.Ünlü yaradıcı simalarımızın arxasınca
xatirə yazılarını çox oxumuşuq.Az halda xatirə müəlliflərinə irad tutduğumuz
olub.Susmağımız, əlbəttə, dünyasını dəyişən qələm sahibinə hörmətimizdən,
xatirəsini əziz tutmağımızdan irəli gəlir. «Bizdən ayrı düşənlərə borcumuzdur bu
ehtiram».Belə hallarda könül açan ağ yalanı da üzə vurmuruq.
Elə bu yerdəcə qeyd etməyə dəyər ki, şairlə uzun zaman canbir qəlbdə
dostluq etmiş, onun ən kiçik hərəkətini belə ürək gözü ilə izləmiş, bir söz
sənətkarının daxili dünyasını yaddaşına heyrət ediləcək bir şəkildə nöqtəbənöqtə
köçürmüş Feyzi Mustafayevin Əli Kərim həsrətli bu xatirələrinin ayrıca yeri,
ayrıca qiyməti vardır.Xatirələrin kitaba qədər mətbuat işığı görmüş az qisminin
oxucu kütləsi tərəfindən böyük hörmətlə qızğın sevgiylə qarşılanmasının səbəbi elə
3
budur.Xatirələrdə canlı bir şairi görürük: özünəməxsus danışığı ilə, şux zarafatları,
dadlı təbəssümləri, atmacaları…acıları, ağrıları, hərəkətləri, yaxşısı, pisi nəyi
varsa, hamısı ilə.Oçerklər elə maraqla oxunur ki, xatirəlik prinsipi yaddan çıxır, biz
özümüz də şair ömrünün yaxın bələdçilərinə çevrilirik.
Oçerklərdə müəllif bizi bəzən dar bir çərçivədə görüləcək hərəkətləri,
şeirindən əvvəl onu bürüyən poetik ovqatlarıyla da tanış edir.Bunlar
Əli Kərim
bütövlüyünün bir növ tamamlayıcı xırda cizgiləridir.Bu cizgilər şairi oxucusuna bir
köynək də yaxınlaşdırır.
Əli Kərimli xatirələr bu günün oxucusu üçün də doğmadır, gərəklidir;
sabahın oxucusu üçün beşqat artıq.Müəllifin böyük inamla qeyd etdiyi kimi, illər
keçdikcə Əli Kərim daha yüksəkdən görünən, qədir - qiyməti artan söz
zərgərlərimizdəndir.Demək istəyirəm ki, Feyzinin bu xatirələri uzunömürlü
olacağına ümid bəslənilən xatirələrdir.
Feyzinin kimdənsə eşitdiklərinin buraya əlavə olunmasının öz yeri var:
oxucu sevdiyi bir şairi bütöv yönləri ilə görə bilir,Əli Kərim dünyasına bir yazının
imkanları çərçivəsindən daha uzun səyahətə imkan tapır.Zərrələr yığılıb
poeziyamızın Əli Kərim planetini bütövləşdirir.
Bu kitabı «Elə bir dost istərəm» oçerki ilə də başlamaq olardı.Deyim ki,
əvvəlcə istədim müəllifin «düzgüsünü» bilərəkdən pozub bu əsəri kitabın əvvəlinə
gətirim.Son dərəcə zəngin faktlar, həyati məsələlər üzərində qurulmuş bu oçerk,
əslində öz ruhu etibarilə Əli Kərim göynəkli silsilə oçerklərlə üzvi şəkildə
bağlıdır.Başqa sözlə, yazılma tarixiycə «Dinmə, ey kədər»dən sonradır, qayəsiycə
ondan əvvəlin «malıdır».Siz özünüz də görəcəksininz ki,olduqca maraqlı oxunan
bu oçerkdəki ideal dostluq Əli Kərim dostluğundakı gözə çarpan ucalığın bir növ
sağlam və hündür postamentidir.
Burası da haqdır ki, siz də mənim kimi hövsələsizlik eləyib «axırdan»
başlasanız…dəxli yoxdur, müəllifin səmimiyyəti o qədər isti, o qədər cəlbedi-cidir
ki, sonradan əvvələ keçməmiş bu kitabdan ayrıla bilməzsiniz.
Feyzi elə bir dost istəyir ki…Kimdir bu dost? Onu əvvəlcədən demək
olurmu ki?! Dünya binnət olalı insan oğlu yaxşı ki, yaxşı dostlar da görüb.Amma
bu yaxşıların hər birisi bir özgə cür yaxşıdır.Müəllif bu dostların hər birini hər
yönünə imtahana çəkir.Feyzinin məhək daşı İnamdır.İnam yaranıncayadək dostlar
müxtəlif iqlim qurşaqlarından keçirilir, neçə sınaqdan adlayır.
Bu oçerki oxuduqca oxucu istər - istəməz özündən şəklənir,dönüb öz qəlbinə
də nəzər salır, səssizcə daxili etiraflar başlayır.Özünə hesabat verməyən insanın
cəmiyyət qarşısındakı hesabatına da inanmayın.
«Bir söyüddür ki, yaşla bəslənir xatirələr…»
Feyzi sanki bu həzin misranın həyatiliyini bir daha təsdiq üçün gözünün
yaşıyla «söyüd xatirələrini» vaxt - bivaxt sulayıb, qəlbinin hərarəti ilə
yetkinləşdirib. «Bu əsrdə şeir oxunmur» - deyə gümana düşənlər qoy Əli Kərim
poeziyasının Feyzi Mustafayev ünvanlı heyranının şeir üçün, şair üçün
kövrəlmələrinin bəhrəsi olan bu oçerkləri oxusunlar.
Feyzi öz əməli işi, ilhamlı kövrəlmələri ilə sübuta çalışır ki, Əli Kərim
dünyasının ən yaxın dostu, kamil bələdçisi odur.Həqiqət belədirsə, nə gözəl! Yox,