Fəlsəfi antropologiya
Fəlsəfi antropologiya (yun. “anthropos”- insan və “logos”- təlim, söz )
ekzistensializmə yaxın olan fəlsəfi prinsipi insanın elmi baxımdan öyrənilməsi ilə
birləşdirmək, seçdikləri fəlsəfi prinsipləri elmi faktlarla əsaslandırmaq cəhdindən
ibarətdir.
XX əsrin birinci yarısında Qərb fəlsəfəsi diqqətini insana doğru çevirdi. İnsan
problemi ilə bu və ya digər dərəcədə məşğul olan, həmin problemi əks etdirən
çoxsaylı fəlsəfi konsepsiyalar ümumi fəlsəfəyə antropologiya adı altında birləşir.
Bu terminin əsas mənası fəlsəfi fikrin insanın təbiətini və imkanlarını dərindən
anlamaqla əlaqədardır. Hələ 1929– cu ildə M.Haydegger «Kant və metafizika
problemləri» adlı əsərində Kantın məşhur «Mən nəyi bilərəm?», «Mən nə
etməliyəm?» və «Mən nəyə güvənə bilərəm?» fikirlərinin yeni yozumunu verməyə
çalışmışdır. Öz məcmusuna görə, «insan nədir» ümumiləşdirici fikrinə aparıb
çıxarırdı. Əslində fəlsəfi antropologiya üçün başlıca vəzifə insan idrakının,
fəaliyyətinin və etiqadının predmetinə yeni traktovka ilə yanaşmaqdır. Müasir
şəraitdə vacib olan odur ki, biz necə dərk edirik, necə fəaliyyət göstərir və necə
etiqad edirik?
Fəlsəfi antropologiya emosiya, instinkt, ehtiras sahələrini tədqiq etməyə cəhd
edir, insanın daxili aləmindəki bu cəhətləri mütləqləşdirir, zehni (intellektual)
başlanğıcın rolunu kiçildir.
Antropoloji fəlsəfənin nümayəndələri özlərinin insan və onu əhatə edən
gerçəklik haqqında anlayışlarını insanın öz varlığından çıxarır, dünyanı insanın
mahiyyətindən törəyən bir şey hesab edirlər.
Fəlsəfi antropologiyanın ideya mənbələri hər şeydən əvvəl alman romantik
fəlsəfəsi və həyat fəlsəfəsinin sonrakı mərhələsidir. İnsan varlığının müxtəlif
təzahürlərinin meltodoloji cəhətdən əsaslandırılması və bilavasitə təhlili üçün
fəlsəfi antropologiya – kantçılıq və yeni kantçılıq transsendentalizminin, Husserlin
transsendental fenomenologiyasının, Haydeggerin ekzistensializminin bəzi
prinsiplərindən geniş istifadə edir. Fəlsəfi antropologiyaya Nitsşe və Dilteyin də
təsiri böyükdür.
Fəlsəfi antropologiya indiki zamanda yalnız fəlsəfi bilik sahəsi, müəyyən
fəlsəfi istiqamət deyil, həm də məntiq sahəsinə prinsipcə daxil olmayan xüsusi
təfəkkür metodudur. Yeni fəlsəfi antropologiyanın başlanğıc nöqtəsi konkret
(tarixi, sosial, ekzistensial, psixoloji) situasiyada insandır.
ХX əsr fəlsəfəsinin dini-idealist cərəyanlarından biri də fəlsəfi antropologiya
çərçivəsində fəaliyyət göstərən personalizmdir. (lat. «persona»-şəxs, fərd).
Personalizmin fərqləndirici əlaməti şəxsiyyətin ilkin reallıq və ali mənəvi dəyər
hesab edilməsidir. Burada şəxsiyyət varlığın ilkin mənəvi elementi sayılır.
Personalizmdə Ali şəxsiyyət hər şeyə qadir olan AIIahdır.
Personalizmə görə əsas sosial vəzifə dünyanı dəyişdirmək deyil, şəxsiyyəti
dəyişdirmək, yəni onun mənəvi kamilliyə çatmasına kömək etməkdir.
Fəlsəfi antropologiyanın əsas zəmini E.Qusserlinin fenomenoloji fəlsəfəsi və
eksiztensializmlə qoyulmuşdur. Fəlsəfi antropologiyanın tərəfdarlarının fikrincə,