Fənn haqqinda məlumat. Metalların təsnifatı



Yüklə 10,48 Mb.
səhifə1/28
tarix25.05.2022
ölçüsü10,48 Mb.
#87932
  1   2   3   4   5   6   7   8   9   ...   28
Materialşünas imtahan cvb



  1. Fənn haqqinda məlumat.Metalların təsnifatı

Metalların təsnifatı
Metallar polikristallik maddə olub, çoxlu miqdarda xırda ölçüləri 10-3 -10-7 mm olan, bir-bi-rinə nisbətən müxtəlif istiqamətlərdə yerləşmiş kristallardan ibarətdir. Mendeleyevin dövri siste-mində bordan ( B ) astata ( A ) qədər çəkilmiş pilləli qara xəttin solunda yerləşən elementlər nə-zərdə tutulur. Bunların 83-ü metaldır. Xəttin sərhəddində yerləşən bir sıra elementləri. xassələ-rinə görə həm metallara və həmçinin qeyri-metallara aid etmək olar . Parlaqlığı olan döyülə bi-lən elektriki və istiliyi yaxşı keçirən çismə metal deyilir.
Hər bir metal başqa metaldan öz quruluş və xassələrinə görə fərqlənir. Bir sıra göstəricilərinə görə metalları əsasən iki qrupa ayırırlar: qara metallara və əlan metallara
Qara metallar qara rəngdə olur, yüksək sıxlığa, yüksək ərimə temperaturuna , yüksək bərk-liyə və əksər hallarda allotropik çevrilmə qabiliyyətinə malikdirlər.
Qara metallar da öz növbəsində bölünürlər:
1. Dəmir metalları qrupu-buraya dəmir, kobalt, nikel ( ferrromaqnit metalar ) və onlara xas-səcə yaxın olan manqan aiddir.
2. Yüksək ərimə temperaturuna malik olan metallar qrupu-buraya ərimə temperaturu dəmi-rin ərimə temperaturundan , yəni 15390 C-dən yuxarı olan metallar-volfram, molibden və.s aid-dir. Bu metallar legirli poladların və xüsusi məqsədlər üçün itifadə edilən ərintilərin tərkibinə qa-tılır.
3. Uran qrupu metalları-aktinoidlər, atomenergetikasında istifadə edilən ərintilərdə tətbiq edilir.
4. Az tapılan metallar qrupu-bura lantanoidlər ( lantan, serium, neodium, prazeodium ) və xassələri bunlara yaxın olan ittirium və skandium aiddir. Bu metalları ərintilərə əlavə edərək on-ların xassələrini yüksəltmək olur.
5. Torpaq qələvi metallar-xüsusi hallardan başqa sərbəst metallik halında tətbiq olunmurlar.
Əlvan metallar adətən qırmızı, sarı və ağ rəngdə olub , yüksək plastikliyə , kiçik bərkliyə, də-mirə nisbətən aşağı ərimə temperaturuna malikdirlər. Bu qrupun tipik nümayəndəsi misdir. Əlvan metallara aşağıdaılar aiddirlər:
1. Yüngül metallar. Bura az sıxlığa malik berillium, maqnezium alüminium aiddir.
2.Nəcib metallar. Bu qrupa gümüş, qızıl, platin, palladium iridium, rodium, osmium, rutenium və misi də aid etmək olar. Onlar korroziyaya qarşı yüksək müqavimətə malikdirlər.
3.Tezəriyən metallar. Bunalra sink, kadmium, civə, qalay, qurğuşun, bismut, tallium, sürmə və zəif metallik xasələrə malik germaniumu aid etmək olar.



  1. Yüklə 10,48 Mb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə