Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev



Yüklə 63,73 Kb.
Pdf görüntüsü
tarix17.09.2017
ölçüsü63,73 Kb.
#455


 

Fənn: Klinik psixologiya            



Müəllim:  Dos.N.Z.Çələbiyev 

Mövzu  5.  Psixi  fəaliyyətin  pozulmasının  patopsixoloji  tədqiqi-duyma  və 

qavrama pozuntusu 

 

 

    Plan: 

1.

 



Psixi xəstəliklərin ümumi simptomasiyası. 

2.

 



Duyğu prosesinin pozulması. Aqnoziya. 

3.

 



Qavrayışın pozulması.  İllüziya və hallüsinasiyalar. 

  



Ədəbiyyat. 

1.

 



 Bayramov  Ə.S.  Şəxsiyyətin  təşəkkülünün  aktual  psixoloji  problemləri, 

Bakı, 1981. 

2.

 

Bayramov  Ə.S.,  Əlizadə  Ə.Ə.,Seyidov  İ.Ə.  Məhkəmə  psixologiyası 



məsələləri, ADU, 1985. 

3.

 



İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya. “Maarif” 

nəşriyyatı, Bakı, 2002. 

4.

 

İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya (dərslik) 



2-ci nəşr, Bakı, 2008. 

5.

 



İsmayılov N.V. Psixiatriya, Bakı, 1998. 

6.

 



Şəfiyeva E.İ. Uşaqlarda anomal psixi inkişaf. Bakı, 1997. 

7.

 



Метделевич 

В.Д. 


Клиническая 

и 

медицинская 



психология. 

Практическое руководство.M., 1998. 

 

                   Duyğu və qavramanın pozuntuları 

         Xarici aləm haqqında bütün məlumatları insan duyğu orqanları vasitəsilə əldə 

edir. Duyğu orqanlarına və ya analizatorlara görmə, eşitmə, qoxu, dad orqanizmin 

xaricində  və  daxilində  yerləşən  ümumi  hissiyat  reseptorları  aiddir.  Cisim  və 

hadisələrin  duyğu  orqanlarına  təsiri  nəticəsində  əmələ  gələn  və  bu  cisim,  yaxud 

hadisələrin  ayrı-ayrı  xassələrinin  inikasından  ibarət  olan  ən  sadə  psixi  proses 



duyğu adlanır. 


 

      Duyğu vasitəsilə insan soyuğu, istini, işığı,  qaranlığı, acını, şirini, ağrını və s.-



ni  hiss  edir.  Duyğu  bizi  əhatə  edən  varlığın,  ümumiyyətlə,  bütün  biliklərimizin 

başlanğıcı, ilkin mərhələsidir. 

    Duyğu  prosesininn  pozulması  nəticəsində  senestopatiyalar  baş  verir.  Bunlara 

göynəmə,  dartılma,  təzyiq,  qıdıqlama,  sancma,  soyuqluq  və  bir  sıra  digər 

xoşagəlməyən  hissələr  aiddir.  Senestopatiyalar  əksər  hallarda  əzabverici  və 

davamlı olur. Onlar bədənin bütün sahələrində müşahidə oluna bilər. 

    Senestopatiyalar  bir  sıra  hallarda  ipoxondrik  şikayətlərlı  birlikdə  təsadüf  edilir. 

Bu  əlamətlər  həm  somatik,  həm  də  psixi  xəstəliklərdə,  travmatik 

ensefalopatiyalarda,  beynin damar xəstəliklərində, nevrozlarda və s. xəstəliklərdə  

rast  gəlinir. Reseptor  duyğu prosesinin pozuntularına sadə psixopatoloji əlamətlər 

kimi təzahür edən hipersteziyalar və hiposteziyalar da aid edilməlidir. 

    Hipersteziya  qıcıqların  kəskinləşmiş  (güclü)  qavranılmasıdır.  Adi  lampa  işığı 

gözqamışdırıcı  projektor,  ətrafdakı  əşyaların  rəngi  olduqca  əlvan,  səslər  gurultu 

kimi  və  s.  qavranılır.  Hipersteziyalar  əksər  hallarda  somatik  xəstəliklərdə, 

yorğunluqla  əlaqədar  və  nevrozlarda  rast  gəlinir.  Bir  sıra  hallarda  psixi 

xəstəliklərin başlanğıc mərhələsində meydana çıxır. 

    Hiposteziya  –  qıcıqların  zəif  qavranmasıdır.  Belə  pozuntu  zamanı  mühitdən 

əşya  və  hadisələr  solğun,  məzmunsuz,  səslər  zəif,  qoxular  kütləşmiş  qavranılır, 

depressiv hallar da tez-tez rast gəlinir. 

       Daxili  orqanlarda  gedən  bir  sıra  patoloji  proseslərlə  əlaqədar  yaranan 

parasteziyalardan  senestopatiyaları  fərqləndirmək  lazımdır.  Parasteziyalar 

senestopatiyalardan fərqli olaraq müxtəlif daxili orqanlarda meydana çıxan patoloji 

proseslər nəticəsində müşahidə olunur. 

      Duyğular  əsasında  yaranan  mürəkkəb  proseslər  qavramadır.  Qavrama  zamanı 

əşyaların  həcmi,  rəngi  və  digər  xüsusiyyətləri  bütövlükdə  dərk  olunur.  Duyğu 

orqanları  vasitəsilə  obyektiv  varlığın  mərkəzi  sinir  sistemində  əks  olunmasına 



qavrama  deyilir.  Qavrama  aktiv  proses  olub  digər  psixi  funksiyalarla  sıx 

əlaqədardır.  Məsələn,  insanın  əhvali-ruhiyyəsi,  maraq  dairəsi  və  intellektual 

səviyyəsindən  asılı olaraq  əşya  və hadisələr  müxtəlif cür  qavranıla bilər. Rəssam 

təbiət mənzərəsini, yaşıllıqlar arasında axan çayı yüksək bədii vüsətlə, başqa birisi 

həmin mənzərəni sönük, məzmunsuz qavraya bilər və ya da istirahət zamanı, yaxşı 

əhvali-ruhiyyədə  hər  hansı  bir  musiqini  dinləyərək  ondan  yüksək  zövq  alan  şəxs 

ovqatı pis, yorğun olarkən həmin musiqini qıcıqlandırıcı bi səs kimi qavraya bilər. 

      Qavramanın  pozuntuları  4  qrupa  bölünür:  1)aqioziyalar;  2)  illüziyalar;  3) 

hallüsinasiyalar; 4) psixosensor pozuntular. 



 

    Aqnoziya.  Qnozis  –  yunan  sözü  olub,  tanımaq  (idrak),  a-  isə  inkar  



mənasındadır,  yəni  tanımanın  pozulması  deməkdir.  Bu  duyğu  orqanlarının 

anatomik və fizioloji pozuntusu ilə deyil, beyin qabığının ali inteqrativ şöbələrinin 

zədələnməsi nəticəsində əmələ gəlir. Aqnoziyalar bütün duyğu orqanlarına aid ola 

bilər. 


      Görmə  (optik)  aqnoziyası  nisbətən  tez-tez  rast  gəlinir. Buna  “ruhi  korluq” da 

deyilir.  Belə  pozuntu  zamanı  xəstə  hər  hansı  bir  əşyanı  baxmaqla  tanıya  bilmir, 

lakin  əli  ilə  toxunduqda  düzgün  qavraya  bilir.  Görmə  aqnoziyası  bəzən  əşyalara 

deyil, onların məzmununa aid ola bilər. Məsələn, xəstə hər hansı bir şəklə baxarkən 

orada  təsvir  olunan  hadisənin  məzmununu  başa  düşə  bilmir.  Bəzi  hərfləri  tanıya 

bilmədiyi üçün yazını oxuya bilmir (alepsiya). Bəzn not yazılarını (optik amuziya), 

rəqəmləri, rəngləri, bir sıra hallarda isə xəstə ona yaxşı məlum olan əşyaları sanki 

ilk dəfə görür. 

        Eşitmə aqnoziyası (buna “ruhi karlıq” da deyilir) zamanı xəstə ona tanış olan 

səsləri,  sözləri,  musiqi  melodiyalarını  başa  düşmür.  Aqnoziyalar  başlıca  olaraq 

beyinin  orqanik  pozuntularında,  travmalar,  şişlər,  damar  xəstəlikləri  və  s.  də  rast 

gəlinir. 

     İllüziya  (illusio)  fransızca  aldadıcı  təsəvvür,  yanılma  deməkdir.  Başqa  sözlə 

təhrif  olunmuş  qavramadır.  Duyğu  orqanlarına  müvafiq  olaraq  illüziyalar  beş 

formaya bölünür: görmə, eşitmə, qoxu, dad və taktil illüziyalar. Bəzən illüziyalar 

psixi  cəhətdən  sağlam  adamlarda  da  müşahidə  olunur.  Belə  hallarda  xəstəlik 

əlaməti  haqqında  deyil,  qavramanın  bu  və  ya  başqa  səbəbdən  çətinləşməsi 

nəticəsində  və  ya  fiziki  hadisələrdən  yaranan  qeyri-pataloji  illüziyalar  haqqında 

düşünülməlidir. Məsələn, qulağı ağır eşidən və ya gözü zəif görən adamın səs və 

əşyaları düzgün qavramaması, yaxud içərisində maye olan stəkana salınmış qaşığın 

sınmış görünməsi və s. İllüziyalar bəzən fiziki və mənəvi yorğunluq nəticəsində də 

meydana çıxa bilər. 

      Psixi  pozuntu  nəticəsində  yaranan  illüziyalar  zamanı  xəstə  öz  səhvini 

düzəltmək  iqtidarında  olmur.Yanlış  qavrama  xəstəliyin  ağırlıq  dərəcəsindən  və 

davametmə  müddətindən  asılı  olaraq  uzunmüddətli  olur.  İllüziyalar  düşüncə 

pozuntuları ilə müşayiət olunan xəstəliklər zamanı (məsələn, yüksək temperaturla 

davam edən yolxucu xəstəliklərdə, intoksikasiyalarda) daha tez-tez təsadüf olunur. 

Belə hallarda  illüzion pozuntu  eyni zamanda bir neçə duyğu orqanını əhatə edir. 

Məsələn,  xəstə  xəstəxana  işçilərinin  öz  qohumlarına,  müxtəlif  alət  və  cihazları 

əcayib  heyvanlara  bənzədir.  Xəstələrin  və  ya  tibb  işçilərinin  bir-biri  ilə  etdiyi 

söhbəti  onun  haqqında  danışıq  kimi,  mətbəxdən  gələn  qoxunu  insan  ətinin 



 

bişirilməsindən yaranan qoxuya bənzədir və s. Duyğu orqanına məxsus illüziyalara 



əlavə daha üç növ illüziyalar aid edilir: affektiv, verbal və pareydolik. 

    Affektiv  (affektogen)  illüziyalar  hissiyatın  güclənməsi  fonunda  –  qorxu, 

vahimə,  gərgin  gözləmə  zamanı  təsadüf  olunur.  Xəstə  güncdə,  divardan  asılmış 

paltonu  evə  girmiş  oğruya,  ağacın  əyri  budağını  ona  hücum  etməyə  hazırlaşan 

zəhərli ilana, pəncərə şüşəsindən düşən kölgəni caniyə bənzədir. 

     Verbal (latınca verbalis –nitq, söz deməkdir) illüziyalar zamanı xəstə ətrafdakı 

adamların  adi  söhbətlərini  onun  ünvanına  deyilmiş  təhqir,  söyüş  və  s.  kimi 

qavrayır. 

     Pareydolik  illüziyalarda  ətrafdakı  obrazlar,  məsələn,  divandan  asılmış 

xalçanın  naxışları,  müxtəlif  cizgilər,  səmadakı  buludlar  fantastik  səhnələri 

xatırladan  hadisələr  kimi  qavranılır.  Bu  növ  illüziyalar  deliriyoz  halın  (alkoqol 

psixozu) başlanğıc fazasında rast gəlinir. 



     Hallüsinasiya  (“Hallusinatio”  –latın  sözü  olub,  qarabasma,  sərsəmləmə 

deməkdir).  Hazırda  xəstənin  qavrama  sferasında  olmayan  əşyaların,  hadisələrin 

yalançı qavrama obrazlarının yaranmasıdır. Yəni obyektsiz qavramadır. İllüziyalar 

kimi  hallüsinasiyalar  da  duyğu  orqanlarına  müvafiq  olaraq  beş  dormada  təsadüf 

edir  (görmə,  eşitmə,  qorxu,  dad  və  taktil  hallüsinasiyalar).Hallüsinasiyalar  bəzən 

bir neçə hiss orqanını əhatə edə bilər. Məsələn, xəstə qoluna ilan sarındığını görür, 

onun nəfəsini eşidir və soyuqluğunu hiss edir. 

      Eşitmə hallüsinasiyalarında xəstə kiminsə onu çağırdığını, təhqir etdiyini və ya 

hansı  mülahizələr  söyləməsini  eşidir.  Bəzi  xəstələr  heç  bir  məna  ifadə  etməyən 

səslər  (küylər)  eşidir.Akoazm  adlanan  belə  hallüsinasiyalara  sadə  (elementar) 

eşitmə hallüsinasiyaları deyilir. 

        Verbal  (danışıq)  hallüsinasiyalar  məzmunu  etibarilə  müxtəlif  formada  rast 

gəlinə  bilər:  ayrı-ayrı  sözlər,  uzun-uzadı  söylənən  nitq  və  s.  Xəstənin  özü  və 

ətrafdakı  adamlar  üçün  təhlükəli  olan  imperativ  hallüsinasiyalardır.  Bunlar 

əmredici  xarakterli  olub,  xəstələri  cinyət  hərəkətləri  etməyə  sövq  edə  bilər.  Belə 

hallüsinasiyanın  təsiri  altında  bir  xəstə  qadın  öz  uşağını  balta  ilə  öldürmüşdür. 

Başqa  bir  xəstə  iş  yerində  yanğın  törətmiş,  idarənin  bütün  lazımi  sənədlərini 

yandırmışdır.  Belə  xəstələri  təcili  xəstəxanaya  yerləşdirməli  və  onların  üzərində 

nəzarət qoyulmalıdır. 

         Görmə hallüsinasiyaları bəzən sadə (məsələn, qığılcım, parıltı, tüstü, cizgi və 

s.  görünməsi)  bunlara  fotopsiya  deyilir,  bəzən  isə  mürəkkəb məzmunlu ola bilər. 

Sonuncu  halda  xəstələr  obyektiv  mövcud  olmayan  heyvanlar,  müxtəlif  adamlar, 

hadisələr  (məsələn,  döyüş  meydanının  xatırladan  səhnələr  və  s.)  göründüyünü 

söyləyirlər. Xəstələr bəzən qarşılarında özlərini görə bilərlər. Ağır psixi xəstəliyə 



 

tutulmuş bir xəstə belə demişdir: qarşımda üç nəfər adam dayanıb, birinin əlində 



nizə, o birində tapança, üçüncüsündə isə balta vardır. Onların üçüdə mən özüməm.      

      Qoxu  hallüsinasiyaları  olan  xəstələr  əksərən  burunlarına  pis  qoxunun 

gəlməsini  (iylənmiş  ət,  kəskin  qoxulu  dərman,  benzin  və  s.)  bildirirlər.  Bir  sıra 

hallarda  isə  xəstələr  günlərlə  yeməkdən  imtina  edir,  oraya  zəhərli  maddələr 

qatıldığını və xörəyin meyid ətindən bişirildiyindən söyləyirlər. 

        Taktil  hallüsinasiyalarda  xəstələr  bədənin  müxtəlif  nahiyələrində  göynəmə, 

soyuqluq,  dartılma  və  s.  kimi  hissiyatın  olması,  bədənlərində  cücülərin  və 

qarışqaların gəzdiyini deyirlər. Bir sıra hallarda bu böcəklər  onları sanki dişləyir, 

cırmaqlayır və digər formada narahat edir. 

     Tajktil  hallüsinasiyaların  visseral  formasında  xəstələr  daxili  orqanlarında 

(yemək  borusu,  mədə  və  bağırsaqlarda,  oynaqlarında  və  s.)  tikan,  bıçaq  və  ya 

canlıların (arı, qarışqa, böcək, ilan və s.) olmasını bildirirlər. 

     Hallüsinasiyalar hansı duyğu orqanına aid olmasından asılı olmayaraq həqiqi və 

yalançı olmaqla iki yerə bölünür: 

    Həqiqi  hallüsinasiyaların  obyekti  orqanizmdən  kənar  mühitdə  yerləşmiş  olur. 

Məsələn, “səs” divarın arxasından, küçədən, qoxu o biri otaqdan gəlir və s. 

    Yalançı  hallüsinasiyalar  (psevdohallüsinasiyalar)  daha  mürəkkəb  xarakterli 

olub,  təkcə  qavramanı  deyil,  eyni  zamanda  təfəkkür  sferasını  da  əhatə  edir.  Bu 

zaman hallüsinator obraz orqanizmin özündə yerləşir. Belə ki, xəstə səsi, qoxunu, 

əcayib  heyvanı  bədəninin  daxilində  hiss  edir.  Söhbət  zamanı  o  qeyd  edir  ki, 

“səslər”  beynimin  içindədir,  qoxu  mədəmdən  gəlir,  vəhşi  heyvanları  “beynimin 

gözü”  ilə  görürəm.  Psevdohallüsinasiyalar,  adətən,  mürəkkəb  psixopatoloji 

sindrom,  psixi  avtomatizm  və  ya  Kandinski  –  Klerambo  sindromunun  tərkib 

hissəsini təşkil edir və şizofreniya xəstəliyinin inkişaf mərhələlərində rast gəlinir. 

Psevdohallüsinasiyalar zamanı xəstələr qeyd edirlər ki, səslər onları təqib edir, öz 

arzusundan asılı olmadan sani qəlbinə sirayət edir. Eyni zamanda xəstə qavranılan 

hadisələrin ona məcburi (iradəsindən asılı olmadan) təlqin olunmasını qeyd edir. 

       Hipnohagik    hallüsinasiyalar  yuxu  ilə  ayıqlıq  arasında,  yəni  mürgüləmə 

fazasında  rast  gəlinən  görmə  hallüsinasiyalarına  deyilir.  Bu  növ  hallüsinasiyalar 

bəzi  mürəkkəb  səhnələri  xatırladan  məzmunda  olur  (xəstələr  sanki  “televiziya 

verlişlərinə baxıram” söyləyirlər). Bəzən qeyri-adi adamlar onları qorxudur, hücum 

edir və ya lağa qoyur. Xəstə gözünü açdıqda bütün bu səhnələr yox olur, bir neçə 

müddətdən  sonra  yenidən  təzahür  edir.  Bir  sıra  hallarda  hipnohagik 

hallüsinasiyalar yuxudan oyananda (ayılmağa az qalmış, səhərə yaxın) baş verir. 

       Funksional  hallüsinasiyalar  yuxarıda  qeyd  olunan  hallüsinasiyalardan  fərqli 

olaraq real qıcıqlandırıcılar əsasında yaranır və yalnız qıcıq mənbəyi yox olduqdan 



 

sonra, o da yox olur. Məsələn, qatarda gedən şəxs təkərlərin ahəngdar səsini sözlər



onun  ünvanına  deyilən  müxtəlif  söyüşlər  kimi  eşidir.  Bu  növ  hallüsinasiyaları 

illüziyalara  bənzətmək  olar,  lakin  illüziyalardan  fərqli  olaraq  burada  xəstə  həm 

təkərlərin  tıqqıltısını,  həm  də  onun  ünvanına  deyilən  sözləri  eşidir.  Təkərlərin 

tıqqıltısı  dayanan  kimi  səslər  də  kəsilir.  Beləliklə,  funksional  hallüsinasiyalar  öz 

xüsusiyyətinə  görə  illüziyalardan  və  yuxarıda  qeyd  olunan  hallüsinasiyalardan 

fərqlənir. 



       Psixosensor  pozuntular.  Psixosensor  pozuntular  mərkəzi  sinir  sistemində 

sensor sintez prosesinin pozulması nəticəsində meydana çıxır. Metomorfopsiya adı 

altında təsvir olunan bu pozuntular əsasən üç formada rast gəlinir. 

     1)  makropsiya  -  ətrafdakı  əşyaların,  ölçüsündən  böyük  (məsələn,  küçələr, 

binalar, ağaclar, avtomobillər və s.) qavranılması; 

     2) mikropsiya - əşyaların ölşüsündən kiçik qavranılması; 

     3) 

dismeqalopsiya 

–  cisimlər  həcmdə  deyil,  formaca  dəyişilmiş 

(məsələn,üçbucaq  çevrə  şəklində,  çevrə  dördbucaq,  düz  xərr  əyri-üyrü  və  s.) 

qavranılır. 

      Psixosensor  pozuntular  ətrafındakı  cisimlərə  aid  olarsa  bunlar:  derealizasiya

orqanizmin öz hissələrinə aid olarsa,  depersonalizasiya (person – şəxs deməkdir) 

deyilir.  Derealizasiya  zamanı  “kiçilmiş”,  “böyümüş”  və  ya  “öz  formasını 

dəyişmiş”  əşya  orqanizmdən  kənar  mühitdə  yerləşir.  Depersonalzasiyada  isə 

pozuntu bədənin hissələrinə aid olur. Xəstəyə elə gəlir ki, onun bütün bədəni və ya 

ayrı-ayrı orqanları (məsələn, qolu, başı, ayaqları) mütənasib və ya qeyri-mütənasib 

şəkildə böyümüşdür və ya kiçilmişdir. Bir çox hallarda bədən quruluşunun parsial 

pozuntuları qeyd edilir. Xəstə hiss edir ki, başı həddindən artıq böyümüşdür, onu 

çiyinləri üzərində saxlaya bilmir və ya qolu o qədər böyümüşdür ki, hətta yorğanın 

altına  belə  sığmır.  Bəzən  xəstəyə  elə  gəlir  ki,  qolu,  ayağı  və  ya  başı  bədənindən 

ayrılıb sanki havada dayanıb, yaxud da başı bir çiyin üzərindədir. 

       Psixosensor  pozuntular  əksər  təsadüflərdə  qısamüddətlidir,  xəstəlik  halı 

keçdikdən  sonra  patoloji  qavrama  da  yox  olur.  Mərkəzi  sinir  sisteminin  orqanik 

xəstəliklərində və şizofreniyada rast gəlinən psixosensor pozuntular xeyli müddət 

davam edə bilər. 

       Qavrama 

pozuntularının 

patofizioloji 

mexanizmi. 

İllüziyaların, 

hallüsinasiyaların  və  psixosensor  pozuntuların  ayrı-ayrılıqda  və  birlikdə 

patofizioloji  mexanizmini  izah  edən  müxtəlif  nəzəriyyələr  yaranmışdır.  Lakin  bu 

nəzəriyyələrin heç biri klinik psixiatriyanı qane edən səviyyədə deyildir. 

      Uzun  illər  alimlər  hesab  edirdilər  ki,    hallüsinasiyaların  səbəbi  mühiti  sinir 

sistemində  (reseptor  aparatda)  yaranan  pozuntulardır.  Sonralar  psixiatriya 



 

klinikalarında  aparılan  tədqiqatlar  göstərdi  ki,  hallüsinasiyaları  olan  xəstələrdə 



mühiti  sinir  sistemində  heç  bir  patoloji  hal  yaranmırr.  Bu  mülahizəni  qulağı 

eşitməyən  (kar)  və  kor  adamların  psixi  xəstəliyə  tutularkən  onlarda  eşitmə  və 

görmə hallüsinasiyalarının olması tamamilə sübut etdi. 

     Mühiti  sinir  nəzəriyyəsi  inkar  edildikdən  sonra  mərkəzi  nəzəriyyə  tərəfdarları 

hallüsinasiyaların meydana gəlməsini beyin qabığı və qabıqaltı nahiyələrdə gedən 

pozuntularla izah edirdilər (Kandinski, Benkin və s.). 

      Neyrofizioloji  biliklərin  zənginləşməsi  ilə  əlaqədar  olaraq  sovet  psixiatrı 

B.A.Gilyarovski  (1940)  belə  bir  fikir  irəli  sürdü  ki,  sensor  yolun  bu  və  ya  digər 

hissələrinin zədələnməsi hallüsinasiyaların əmələ gəlməsinə, xarakterinə təsir edən 

amillərdən olub həm də yeganə amil deyildir. 

      İ.P.Pavlov  və  onun  şagirdləri  tərəfindən  ali  sinir  fəaliyyətinin  fizioloji 

mexanizmlərinin  tədqiqi  qavrama  pozuntularına  yaranma  səbəblərinin 

öyrənilməsinə böyük təkan verdi. İ.P.Pavlov belə bir nəzəriyyə irəli sürdü ki, yuxu 

zamanı  beyin  qabığının  bütün  hüceyrələri  ləngimə  prosesinə  uğramır,  onun  bəzi 

sahələrində  “gözətçi  məntəqələr”  qalır.  Həmin  məntəqələrdə  oyanma,  ləngimə 

nisbətən üstünlük təşkil edir, yuxugörmə və hallüsinasiyalar həmin “məntəqələrin” 

fəaliyyəti ilə əlaqədardır (A.V.İvanov –Smolenski). 

      Hallüsinasiyaların  kliniki  və  eksperimental  tədqiqatlarının  müəllifi  sovet 

psixiatrı Y.A.Popov, İ.P.Pavlov məktəbinin elmi mülahizələrindən istifadə edərək 

izah  etdi  ki,  hallüsinasiyalar  beyin  qabığında  baş  verən  hipnotik  fazaların 

(paradoksal) nəticəsində  yaranır.  Bu  zaman zəif qıcıqlar güclü, güclü qıcıqlar isə 

zəif reaksiyalarla təzahür edir. Y.A.Popovun fikrincə əvvəllər qavranılan hadisə və 

əşyaların izləri real olaraq təsir edən obyektlərə nisbətən zəif qıcıqlandırıcı rolunu 

oynayır.  Patoloji  proses  nəticəsində  xəstə  şəxsin  beyin  qabığında  paradoksal 

vəziyyət  yaranarkən,  bu  zəif  qıcıqlar  güclü  qıcıq  mənbəyinə  çevrilir  və 

hallüsinasiyalar baş verir, digər hallarda isə hallüsinator  obraz mühitə proyeksiya 

olunmur  və  psevdohallüsinasiyalar  baş  verir.  Beləliklə,  “gözətçi  məntəqə”  və 

“hipnotik fazalar” haqqında İ.P.Pavlov təlimi qavrama pozuntularının patofizioloji 



məzmununu dərk etməyə imkan verən elmi nəzəriyyə sayıla bilər. 

 

Yüklə 63,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə