Fənn (kod, adı, kreditlər)



Yüklə 49,76 Kb.
tarix05.03.2018
ölçüsü49,76 Kb.
#30214


Ümumi məlumat

Fənn

(kod, adı, kreditlər)

CHEM 420, Kimya Texnologiyası (3 kredit)


Departament

Kimya

Program

(bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz 2016

Müəllim

Ph.D. Karim Eyubov

E-mail:

keyyubov@khazar.org

Tel:

(+994055) 7724426

Prerekvizit

Yox

Dil

Azəri

Məcburi/Seçmə

Məcburi

Tələb olunan dərs vəsaitləri

Ədəbiyyat:

  1. S.Ə.Novruzov.    “Ümumi kimya texnologiyası və sənaye ekologiyası” , Bakı – 1991.

  2. T.I.Rəsulbəyova.   “Ümumi kimya texnologiyası”, Bakı – 2000.

  3. Rzayev M.N., Cabbarov A.Ə.    “Ümumi kimya texnologiyası”, Bakı, "Maarif", 1975




Kursun təsviri

Kimya texnologiyasının əsasları, xammal və onun çevrilmələri, sulfat və nitrat turşularının istehsalı, elektrokimyanın əsasları, mineral gübrələr və onların istehsalı, metallurgiya, polad və çuqunun alınması, üzvi maddələr texnologiyası, əsas üzvi sintez prosesləri, neft məhsullarının emalı

Kursun məqsədi

Kursun əsas məqsədi təhsil fakültəsinin tədris proqramının tələblərinə uyğun olaraq kimya texnologiyası əsaslarının tələbələrə çatdırılmasıdır.

Kursun spesifik məqsədləri

  • Tələbələrə akademik yardım göstərmək, onların potensialının reallaşdırılması imkanlarını artırmaq

  • Tələbələrin fəallığına dəstək vermək

  • Kimya texnologiyası fənninin əsaslarının anlaşılmasını inkişaf etdirmək




Tədrisin nəticələri

Tələbələrdə inkişaf etdirilən qabiliyyət:

  • Kimya texnologiyası haqqında ümumi biliklərin olması

  • Kimya texnologiyasında müxtəlif tipli birləşmələrin (üzvi və qeyri-üzvi) sintez yollarının bilgisi

  • Kimya texnologiyasında istifadə olunan qurğuların və avadanlıqların iş prinsiplərinin mənimsənilməsi




Tədris metodları

Mühazirə

x

Ev tapşırıqları

x

Kurs işi

x

Qrup müzakirəsi

x

Qaydalar

Ümumi qaydalar

Davamiyyət tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Yalnız üzürlü səbəb olduqda dekanlığa və müəllimə xəbərdarlıq etməklə dərs buraxıla bilər.

Gecikmə Tələbə dərsə 10 dəqiqədən artıq gecikmişdirsə ,onun dərs otağına daxil olması və dərsə maneçilik törətməsinə icazə verilmir.

İmtahanlar İmtahanda iştirak etməmə yalnız dekanlığın icazəsi ilə mümkündür. İctimai fəaliyyətlə əlaqədar imtahanlardan yayınma hallarına yol verilmir . İmtahanlar kumulyativ xarakterli olmalıdır . Son imtahanda sualların əksəriyyəti aralıq imtahandan sonra keçirilmiş materialların əsasında tərtib olunur.

Tələbənin kursu başa vurması 60% və daha artıq bal toplamış tələbə kursu bitirmiş hesab olunur. Əks halda tələbə bu kursu yenidən keçməlidir.

Pozuntu halları Aralıq və son imtahanlarda mövcud qayadaların pozulması ( köçürmə cəhdləri və digər qanunsuz hərəkətlər ) hallarında tələbənin imtahan işi ləğv olunur .

Dərslərdə davranış Tələbə dərs zamanı müvafiq akademik şəraitin yaradılması üçün mümkün olan hər şeyi etməlidir . İcazəsiz danışığa, lüzumsuz hərəkətlərə və s. qeyri – etik davranışa qətiyyən yol verilmir .Tələbə dərsdə ən fəal şəkildə iştirak etməl, lazım olduqda suallar verməli və müzakirələrdən kənarda qalmamalıdır

Qiymətləndirmə

Komponentlər

Tarix

Faiz (%)

Midterm İmtahanı

Aprel 2016

30

Quiz




20

Davamiyyət/Qrup müzakirəsi




10

Final İmtahanı

İyun 2016

40

Cəmi




100



Dərs cədvəli



Həftə

Gün


Mövzu

Dərslik

1

11.02.2016

Kimya texnologiyasının yaradılması,inkişafı,əhəmiyyəti. Texnoloji hesablamalar.

[1]

[2]


2

18.02.2016

Xammal və enerji.

[1]

[2]


3

25.02.2015

Su – kimya sənayesində.

[1]
[2]

4

03.03.2016

Sulfat turşusu istehsalı.

[1]



5

10.03.2016

Azotlu birləşmələr. Ammonyak istehsalı

[1]

[2]


6

17.03.2016

Nitrat turşusu istehsalı. Duru nitrat turşusunun qatılaşdırılması .

[1]


7

31.03.2016

Elektrokimya xlorid turşusu ,ağardıcı əhəng istehsalı. Dəmir və civə katodlu el-z van-sı.

[1]

[2]


8

07.04.2016

Mineral gübrələr. Fosfor,azot,kalium gübrələri istehsalı

[1]

[2]


Midterm İmtahanı


9

14.04.2016

Metallurgiya. Metalların ümumi alınma üsulları. Alüminium istehsalı

[1]


10

21.04.2016

Dəmir və onun ərintiləri. Çuqun və polad istehsalı.

[1]


11

28.04.2016

Silikatlar texnologiyası.

[1]


12

05.05.2016

Üzvi maddələr texnologiyası.Yanacaqıar. Bərk yanacaqlar emalı.

[1]

13

12.04.2016

Maye yanacaqlar. Neft emalı.

[1]


14

19.05.2016

Əsas üzvi sintez prosesləri.

[1]

[1]



15

26.05.2016

Yüksəkmolekullu birləşmələr texnologiyası

[1]


Final İmtahanı


Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.
Yüklə 49,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə