Fənn: Maliyyə və Kredit Fənn müəllimi: Aslanov Habil m. Tələbə



Yüklə 65,94 Kb.
tarix28.11.2017
ölçüsü65,94 Kb.
#12967







MÖVZU



Fakültə: Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər
Kafedra: Beynəlxalq İqtisadi Münasibətlər
İxtisas: Beynəlxalq İqtisadi Münasibətlər
Fənn: Maliyyə və Kredit
Fənn müəllimi: Aslanov Habil m.
Tələbə: Abdurahmanov Elvin
Bakı 2009

Plan


  1. Maliyyə siyasəti




  1. Valyuta siyasətinin maliyyə siyasətinin tərkib hissəsi kimi




  1. Maliyyə mexanizmi




  1. Maliyyə mexanizmi haqqında maddə


Maliyyə siyasəti

Maliyyə siyasəti dövlətin iqtisadi siyasətinin tərkib hissəsi olmaqla iqtidadiyyatın tənzimlənməsində, makroiqtisadi səviyyədə ölkənin gəlir və xərclərinin müəyyn olunmasında mühüm əhəmiyyət kəsb edir. Dövlətin iqtisadi funksiyalarının həyata keçirilməsində maliyyə münasibətlərinin böyük rolu olduğu üçün dövlətin iqtisadi və sosial tədbirlərinin həyata keçirilməsində məhz maliyyə münasibətlərindən geniş səviyyədə istifadə edilir, maliyyə vasitələri ilə təsir göstərilir və dövlətin qarşıya qoyduğu iqtisadi funksiyalar həyata keçirilir. Bütün bunlar dövlətin maliyyə siyasəti vasitəsilə təmin edilir. Digər tərəfdən, dövlətin maliyyə siyasəti vasitəsilə maliyyə konsepsiyaları müəyyən edilir, onun əsas istiqamətləri dəqiqləşdirilir, çevik maliyyə mexanizminin formalaşmasıtəmin edilir. Dövlətin maliyyə siyasətinin bu baxımdan əsasını maliyyə konsepsiyaları təşkil edir. bu strateji maliyyə konsepsiyalarına uzun və qısa müddətli maliyyə resurslarının səfərbər edilməsi, o cümlədən, maliyyə planlaşdırılması daxil edilir. Dövlətin maliyyə siyasətinin əsasını təşkil edən maliyyə konsepsiyalarına uyğun olaraq maliyyə resurslarının səfərbər olunması və onlardan səmərəli istifadə olunması həyata keçirilir. Maliyyə siyasəti dövlətin qarşısında duran iqtisadi vəzifələrin reallaşdırılmasına istiqamətlənir ki, bunlar aşağıdakılardır:


  1. Ölkənin maliyyə resurslarının maksimim təmin olunması;




  1. Ölkənin maliyyə resurslarının səmərəli bölüşdürülməsi və istifadəsinin təmin edilməsi;




  1. Maliyyə metodları vasitəsilə iqtisadi və sosial proseslərin tənzimlənməsi;




  1. Maliyyə siyasətinə uyğun olaraq maliyyə mexanizminin işlənib hazırlanması və onun iqtisadi inkişafın dinamikasına uyğunlaşdırılmasının təmin edilməsi;

Bu qeyd olunan vəzifələrin həyata keçirilməsi zamanı maliyyə resurslarının səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət kəsb edir.


Ölkənin maliyyə ehtiyatlarının qanunvericilik əsasında səfərbərliyə alınması, onların bölüşdürülməsi və istifadə edilməsi ilə əlaqədar olaraq dövlətin həyata keçirdiyi tədbirlərə maliyyə siyasəti deyilir. Bu siyasətin istiqamətləri ölkənin iqtisadi vəziyyətindən, həll olunan sosial-iqtisadi problemlərdən asılıdır. İqtisadiyyat böhranlı vəziyyətdə olduqda, dövlətin yeritdiyi maliyyə siyasəti bir tərəfdən istehsalın azalmağa dogru meyl etməsinin qarşısının alınmasına və onun stimullaşmasına (məsələn, istehsalçılar üçün güzəştlərin edilməsi), digər tərəfdən isə sosial proqramların həyata keçirilməsinin dayandırılması və ölkənin müdafiəsinin təşkili ilə əlaqədar xərclərin azaldılmasına yönəldilən tədbirlərlə müəyyən edilir. Buna uyğun olaraq, cəmiyyət bir keyfiyyət halından başqa bir keyfiyyət halına keçdikdə dövlətin maliyyə siyasətinin istiqamətləri də dəyişir. Həm də qeyd etmək lazımdır ki, proqnozları və tövsiyələri işləyib hazırlayarkən ölkədəki mövcud iqtisadi durumu arzu olunduğu kimi yox, əsl həqiqətdə olduğu kimi, tənqidi qiymətləndirmək lazımdır. Bu ona görə vacibdir ki, milli iqtisadiyyatın tənzimlənməsində məsələn, dövlətin sosial - təminat proqramının həyata keçirilməsi, gəlirlərin orta səviyyəsinin gözlənilməsi, səhiyyənin, təhsilin və s. maliyyələşdirilməsi və ya subsidiyaların verilməsi - dövlət məhz maliyyə siyasəti vasitəsilə iştirak edir.
Dövlətin maliyyə siyasəti bir – biri ilə qarşılıqlı əlaqədə olan aşağıdakı iki istiqamətdə aparılır:
1)Vergitutma və dövlət xərclərinin quruluşunun tənzimlənməsi;
2)Büdcənin tənzimlənməsi;
Bunlardan birincisinə fiksal siyasət, ikincisinə isə büdcə siyasəti deyilir. Fikskal siyasət (bu siyasətin əsas məqsədi işsizliyi və inflyasiyanı aradan qaldirmaqdan ibarətdir) iqtisadiyyatda sabitləşdirici təsir göstərdiyinə görə o, 1930-cu illərdəki “Böyük depressiya” dövründə daha geniş miqyas almağa başlamışdır. Lakin ayrı-ayrı ölkələrdə bu sahədə ikinci dünya müharibəsindən sonra bir sıra konkret tədbirlər görülmüşdür. Bunu ABŞ-ın timsalında daha aydın görmək olar. Belə ki, müharibədən sonra işsizlik problemi kəskinləşdiyi üçün 1946-cı ildə federal hökumət iqtisadi sabitliyin təmin olunmasında məsuliyyət daşıdığını qanunla təsbit etmişdir.
Bu qanuna uyğun olaraq ABŞ prezidenti hər il iqtisadiyyatın cari vəziyyəti haqqında iqtisadi məruzə təqdim etməlidir. Bu məqsədlə iqtisadi məsləhətçilər şurası yaradılmışdır. Şura prezidentə və ABŞ konqresinin birləşmiş iqtisadi komitəsinə kömək edir və iqtisadi məsələlər üzrə tövsiyələr hazırlayır. Bundan başqa, ABŞ-da 1978-ci ildə Xemfri-Xoukinsa adı ilə məşhur olan bir qanun qəbul edilmişdir. Və bu qanun tam məşğulluq və tarazlaşdırılmış artıma xidmət göstərməklə, iqtisadiyyatin sabitləşdirilməsi sahəsində federal hökumətin səlahiyyətlərini genişləndirməyə imkan vermişdir.
Dövlətin maliyyə siyasəti, vergilərin yıgılması, işgüzar fəallığın tənzimlənməsi və bir sıra sosial vəzifələrin həll olunması üçün dövlət büdcəsində olan vəsaitdən istifadə edilməsi imkanlarını nəzərdə tutur. Fiksal siyasətin başlıca vasitələri vergi dərəcələrinin, vergitutma obyektlərinin və vergilərin növlərinin dəyişdirilməsidir. Fiksal siyasətin işlənib hazırlanması ölkənin qanunvericilik orqanlarının müstəsna səlahiyyətindədir. Çünki, vergitutma və dövlət büdcəsindəki vəsaitin xərclənməsinə məhz onlar nəzarət edirlər.
Dövlətin həyata keçirdiyi fiksal siyasətin metodlarına dair müxtəlif baxışlar vardır. Belə ki, Keynsin metod tərəfdarları ənənəvi olaraq iqtisadi inkişafın başlıca stimulu olan səmərəli ümumi təklifin yaradılmasına üstünlük verir və hesab edirlər ki, vergilərin azaldılması istehsalın artmasına səbəb olur. Lakin qısa müddətli dövrdə büdcəyə daxilolmalar azalır, büdcə kəsiri isə artır.
Dövlətin büdcə siyasəti dedikdə, büdcənin gəlir və xərclərinin, habelə büdcə kəsirinin idarə edilməsi ilə əlaqədar olaraq dövlətin həyata keçirdiyi tədbirlər nəzərdə tutulur. Dövlətin büdcə siyasəti ilə əlaqədar bir-neçə konsepsiyası vardır: Birinci konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, büdcə hər il tarazlaşdırılmalıdır. Son zamanlaradək milli iqtisadiyyatın sabit inkişaf etdirilməsini təmin edən büdcə, maliyyə siyasətinin məqsədini ifadə edən və hər il tarazlaşdırılan büdcə hesab edilirdi. Lakin bu problemi bir qədər dərindən və hərtərəfli nəzərdən keçirsək aydın olacaq ki, belə büdcə dövlətin fiksal siyasətinin səmərəliyini ya tamamilə aradan qaldırır, yaxud da onu azaldır. Bunu yaxşı başa düşmək üçün bu vəziyyəti nəzərdən keçirək.

Tutaq ki, iqtisadiyyatda uzunmüddətli işsizlik hökm sürür və əhalinin gəlirləri gündən – günə azalır. Aydın məsələdir ki, bu zaman vergilər hesabına büdcəyə daxilolmalar azalacaqdır. Hökumət, büdcəni tarazlaşdırmaq üçün ya vergi dərəcələrini qaldırmalı, ya dövlət xərclərini ixtisar etməli, yaxud da onları bir-biri ilə əlaqələndirməlidir. Lakin bunlar ümumi tələbin daha da azalmasına səbəb ola bilər.


Büdcənin hər il tarazlaşdırılmasına cəhd göstərilməsinin inflyasiyanın stimullaşdırılmasına gətirib çıxardıgı ikinci misalı nəzərdən keçirək. İnflyasiya şəraitində pul gəlirlərinin artması vergilər hesabına daxilolmalrın çoxalmasına səbəb olur. Odur ki, dövlət müxtəlif tədbirlər görməlidir (birinci misalda göstərildiyi kimi).
Büdcə siyasəti ilə əlaqədar ikinci konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, büdcə hər il yox, iqtisadi tsiklin gedişində tarazlaşdırılmalıdır. Bu konsepsiyanın məntiqi cəhətdən əsaslandırılması olduqca sadədir. Belə ki, istehsalın azalmasının qarşısını almaq üçün hökumət o vergiləri azaldır və dövlət xərclərini artırır, yəni şüurlu surətdə müvəqqəti olaraq büdcə kəsirinin artmasına şərait yaradır.İstehsalda yüksəlişə nail olunduqda vergilər artırılır, dövlət xərcləri isə ixtisar olunur. Büdcədə əmələ gələn müsbət qalıqdan, istehsal azaldığı dövrdə meydana çıxan kəsirin “örtülməsi” üçün istifadə edilir. Beləliklə, dövlət bu cür siyasət yeritməklə iqtisadi tsiklin müxtəlif mərhələlərində büdcəni tarazlaşdırır.
Bu konsepsiyanı reallaşdırdıqda meydana çıxan başlıca problem ondan ibarətdir ki, iqtisadi tsikldə azalma və yüksəliş, müddətlərinə görə eyni olmurlar. Məsələn: istehsalın uzun müddətli azalma meyli qısa müddətli yükləliş dövrü ilə əvəz oluna bilər. İstehsal azaldığı dövrdə əmələ gələn büdcə kəsiri və dövlət borcu yüksəliş dövründə əldə edilən çox da böyük olmayan müsbət qalıqla örtülmür. Bu isə o deməkdir ki, büdcədə vaxtaşırı kəsir əmələ gəlir.
Maliyyə, pul münasibətlərinin ayrılmaz tərkib hissəsi olmaqla iqtisadiyyatın bütün sahələrini əhatə edir. Bu özünü əsas etibarilə dövlət və banklarla müəssisələr, müəssisələrin öz aralarında, onların daxilində müxtəlif istehsalatlar, müəssisələrlə işçilər, dövlətlə əhali arasında meydana çıxan pul münasibətlərində göstərir. Maliyyə münasibətlərin toplusu dövlətin maliyyə sistemini əmələ gətirir və onun tərkibinə:
a) ümum dövlət maliyyəsi ;
b) müxtəlif mülkiyyət formalarına mənsub olan firma və müəssisələrin maliyyəsi;
c) ev təsərrüfatlarının maliyyəsi daxildir;
Dövlət həyata keçirilən maliyyə siyasətinin başlıca subyektidir. O, perspektiv üçün maliyyənin inkişafının əsas istiqamətlərinin strategiyasını, qarşıdakı dövrə dəaliyyət taktikasını, iqtisadi məsələlərə nail olmağın vasitə və yollarını müəyyən edir.

Valyuta siyasətinin maliyyə siyasətinin tərkib hissəsi kimi

Maliyyə siyasəti təkcə regional deyil, həm də beynəlxalq sferanı əhatə etməlidir. Ölkədəki sabit iqtisadi inkişaf (aşağı dərəcəli inflyasiya, elastik valyuta, real % dərəcələri və s.) maliyyə siyasətinin beynəlxalq maliyyədə yerini və rolunu müəyyənləşdirir. Bunun üçün önəmlidir ki, ölkədə düzgün valyuta siyasəti həyata keçirilsin. Valyuta siyasəti iqtisadi siyasətin mühüm tərkib hissəsidir və onun çoxtərəfli məqsədlərinin yerinə yetirilməsinə,yəni dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə, işsizlik və inflyasiyanın artımının dayandırılmasına, ödəniş balansı müvazinətinin dəstəklənməsinə yönəldilir. Valyuta siyasətinin əsasən bu formalarda həyata keçirilir: diskont, deviz siyasəti və onun növləri olanIvalyuta intervensiyası, valyuta ehtiyatlarının diversifikasiyası, valyuta məhdudlaşdırmaları, valyuta dönərliliyi dərəcəsinin tənzimlənməsi, valyuta məzənnəsi rejimi, devalvasiya, revalvasiya.


Valyuta siyasəti dövlətin daxili valyuta bazarında həyata keçirilən xarici valyuta ilə əməliyyatların və xarici valyuta məzənnəsinin tənzimlənməsi istiqamətində apardığı daxili və xarici iqtisadi siyasətdir. Valyuta siyasəti mərkəzi bank və digər maliyyə-kredit təşkilatları qismində mərkəzi hökumət orqanları tərəfindən həyata keçirilir. Mərkəzi Bankın yürütdüyü pul siyasəti ölkədə makroiqtisadi stabilliyin təmin olunmasına və ölkənin əlverişli beynəlxalq rəqabət qabiliyyətinin qorunub saxlanmasına yönəldilir. Dayanıqlı makroiqtisadi sabitlik və aşağı inflyasiya davamlı iqtisadi artımın və əhalinin sosial rifahının yüksəldilməsinin əsas şərtləridir. Valyuta siyasəti tədiyə balansının müsbət saldoya çatması üçün aprılan beynəlxalq maliyyə siyasətinin tərkib hissəsidir. Dövlət valyuta siyasətinin əsas elementləri kimi, valyuta valyuta intervensiyasından və məhdudiyyətlərindən istifadə edir.


Maliyyə mexanizmi

Ölkənin maliyyə siyasətinin həyata keçirilməsində maliyyə mexanizminin rolu böyükdür. Maliyyə mexanizmi maliyyə siyasətinin tərkib hissəsi kimi dövlətin maliyyə münasibətləri sferasında mövcud olan resursların toplanması və istifadəsi formalarının və metodlarının məcmusunu əks etdirir. Maliyyə siyasəti dövlətin qarşısında duran iqtisadi vəzifələrin reallaşdırılmasına istiqamətlərindən biri də maliyyə mexanizminin formalaşdırılmasıdır. Təcrübi olaraq, maliyyə mexanizmi maliyyənin əhatə olunduğu münasibətlərin sistemidir. Bura maliyyə resurslarının formalaşdırılması, onların bölüşdürülməsi və istifadəsiylə bağlı olan qanunvericilik və normativ aktların sistemi daxildir. Bu formalarda dövlət gəlirlərinin və xərclərinin müəyyənləşdirilməsi, büdcənin təşkili, qiymətli kağızlar bazarının idarə olunması təmin edilir. Maliyyə mexanizmi maliyyə siyasətinin daha çox çevik və dəyişkən bir tərkib hissəsi kimi maliyyənin planlaşdırılmasının və idarə olunmasının həyata keçirilməsini də özündə əks etdirir.


Müəssisələrdə maliyyənin idarə edilməsi maliyyə mexanizmi vasitəsilə baş verir. Ona görə də maliyyə mexanizminin mahiyyəti, maliyyənin idarə edilməsi sistemi və bu sistemə daxil olan hər element öyrənilməli, maliyyə metodu,maliyyə alətləri mütləq araşdırılmalıdır.
Maliyyənin bölgü və nəzarət funksiyaları təsərrüfat mexanizminin tərkib hissəsi olan maliyyə mexanizmi vasitəsilə reallaşdırılır. Maliyyə mexanizmi - maliyyə münasibətlərinin idarə edilməsi üsullarının məcmusudur. Maliyyə mexanizmi özünə - dövlətdə maliyyə münasibətləri formalarını, mərkəzləşdirilmiş və qeyri – mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşması və istifadəsi qaydalarını, maliyyə planlaşdırılması metodlarını, maliyyənin idarə edilməsi formalarını və maliyyə qanunvericiliyini daxil edir.
Rəqabət bazar münasibətləri şəraitində aqrar sahədə iqtisadi tərəqqinin mühüm amilidir. Bununla belə, kənd təsərrüfatı və onunla sıx əlaqədar sahələr sistem transformasiyalarına, xüsusilə sahədaxili rəqabəti gücləndirən proseslərə yüksək dərəcədə həssasdır. Odur ki, islahatlar dövründə rəqabət mühitinin formalaşmasında iqtisadi-maliyyə mexanizminin artan rolu müşahidə olunur.
Sahələrarası və sahədaxili iqtisadi münasibətlərin dayanıqlığı maliyyə mexanizminin islahatlar dövrünə adekvat çevikliyini tələb edir.

Dövlətin iqtisadi vəzifələri ilə maliyyə mexanizmi arasında qarşılıqlı əlaqə var, o cümlədən, əgər dövlət əhalinin rifahı, sosial vəziyyəti ilə məşğul olursa, necə deyərlər, əhalinin qayğısına qalmaq funksiyasını yerinə yetirirsə, onda istər – istəməz vergilər məsələsi obyektiv hal kimi ortaya çıxır. Bu mənada vergilər ölkə iqtisadiyyatında maliyyə tənzimlənməsinin ən mühüm və səmərəli mexanizmi, aləti kimi təzahür etmiş olur.



Maliyyə mexanizmi haqqında maddə

1. Konfransın Tərəfləri Konvensiyanın həyata keçirilməsi məqsədilə toxunulan inkişaf etməkdə olan ölkələrə—Konvensiyanın Tərəflərinə, xüsusilə də Afrika ölkələri üçün maliyyə mexanizmlərinin mövcudluğunu təmin etməyə kömək edir və bu cür maksimum maliyyə ehtiyatları ilə təmin edilməsi mexanizmini həvəsləndirirlər. Bunun üçün Konfransın Tərəfləri, o cümlədən qəbul edilmiş yanaşma və siyasətləri nəzərdən keçirir, hansı ki:


a) Konvensiyanın uyğun müddəalarının icrasının fəaliyyəti üçün lazım olan maliyyə ehtiyatlarının milli, subregional, regional və Qlobal səviyyələrdə təmin olunmasına kömək edir;
b) çoxsaylı maliyyə mənbələrinin istifadəsini və həmçinin 20-ci maddəyə uyğun olaraq onların qiymətləndirilməsini nəzərdə tutan yanaşmaları, mexanizmləri və razılaşmaları həvəsləndirirlər;
c) maliyyə vəsaitlərinin mövcud mənbələri və maliyyələşdirmə şərtləri haqqında onların arasında əlaqələndirməni həvəsləndirmək üçün maraqlı tərəflərə uyğun hökumətlərarası təşkilatlara və qeyri-dövlət təşkilatlarına mütəmadi əsaslarla məlumatlar təqdim edirlər;
d) toxunulan inkişaf etməkdə olan ölkələrdə maliyyə ehtiyatlarının yerlərə cəld və səmərəli istiqamətləndirilməsi üçün qeyri-dövlət təşkilatlarının mexanizmlərini daxil etməklə səhralaşma ilə mübarizə üçün milli fondların, mexanizmlərin lazımi qaydada yaradılmasına kömək edirlər; və
e) Konvensiyanın daha səmərəli həyata keçirilməsinə kömək üçün mövcud fondları və maliyyə mexanizmlərini subregional və regional səviyyələrdə, xüsusilə də Afrikada möhkəmləndirmək.
2. Konfransın Tərəfləri həmçinin inkişaf etməkdə olan ölkələrə—Konvensiyanın Tərəflərinə Konvensiya üzrə öz öhdəliklərini yerinə yetirməyə imkan verən Birləşmiş Millətlər Təşkilatının sisteminin müxtəlif mexanizmləri və çoxşaxəli maliyyə təşkilatları vasitəsilə milli, subregional və regional səviyyələrdə kömək edən fəaliyyəti həvəsləndirirlər.
3. Toxunulan inkişaf etməkdə olan ölkələr—Konvensiyanın Tərəfləri bütün mövcud maliyyə ehtiyatlarından səmərəli istifadə etmək üçün milli inkişaf proqramına daxil edilmiş milli əlaqələndirmə mexanizmlərindən istifadə edir, lazım gəldikdə isə yaradır və/və yaxud möhkəmləndirir. Onlar həmçinin iştirak prosesində qeyri-dövlət təşkilatlarını, xüsusi bölməni və yerli qrupları işləmələr zamanı vəsait toplanmasına və həmçinin yerli qrup səviyyəsində proqramı həyata keçirərkən və maliyyə vəsaitlərinə girişi təmin edərkən istifadə edirlər. Bu hərəkətlər kömək təqdim edənlərin daha səmrəli əlaqələndirilməsinin və mütəhərrik proqramlaşdırılmasının köməkliyi ilə daha da gücləndirilə bilər.
4. Mövcud maliyyə mexanizmlərinin səmərəliliyinin artırılması məqsədilə bununla toxunulan inkişaf etməkdə olan ölkələr—Konvensiyanın Tərəflərinə təmənnasız və/və yaxud güzəştli əsaslarla texnologiyanın səfərbər edilməsinə istiqamətlənmiş tədbirlərə yardıma aparan Qlobal mexanizm yaradır. Bu Qlobal mexanizm Tərəflərinin Konfransı rəhbərliyi və idarəsi ilə fəaliyyət göstərir və onun qarşısında cavab verir.
5. Qlobal mexanizminin aid ediləcəyi təşkilat Tərəflərin Konfransının birinci növbəti sessiyasında müəyyən edilir. Tərəflərin Konfransının və müəyyənləşdiriləcək təşkilat Qlobal mexanizmin fəaliyyət şərtlərini razılaşdırır ki, belə mexanizm:
a) Konvensiyanın həyata keçirilməsi üçün mövcud olan uyğun ikitərəfli və çoxtərəfli əməkdaşlıq proqramlarının aşkar edilməsinin və həyata keçirilməsinin uçotunu aparsın;
b) sorğu olduğu halda Tərəflərə maliyyələşdirmənin yeni metodları və maliyyə köməyinin mənbələri və milli səviyyədə əməkdaşlıq üzrə fəaliyyətin əlaqələndirilməsinin təkmilləşdirilməsinə aid məsləhətlər verir;
c) maraqlı Tərəflərə və uyğun hökumətlərarası və qeyri-dövlət təşkilatlarına onların arasında əlaqəni həyata keçirməyə yardım etmək məqsədilə mövcud maliyyə vəsaitləri mənbələri və maliyyələşdirmənin üsullarına aid məlumatları təqdim edir; və
d) Tərəflərin Konfransının ikinci sessiyasından başlayaraq öz fəaliyyəti haqqında ona məruzə təqdim edir.
6. Tərəflərin Konfransı özünün birinci sessiyasında Qlobal mexanizmin aid edildiyi təşkilata münasibətində mövcud büdcə vasitələri və insan ehtiyatları imkanları baxımından belə mexanizmin inzibati fəaliyyətini təmin etmək üçün uyğun tədbirlər həyata keçirir.
7. Tərəflərin Konfransı özünün üçüncü növbəti sessiyasında 7-ci maddənin müddəalarını nəzərə almaqla 4-cü bəndə uyğun olaraq onun qarşısında hesabat verəcək Qlobal mexanizminə baxacaqdır. Bu xülasəyə əsasən o baxış keçirəcək və uyğun tədbirlər qəbul edəcəkdir.

Ədəbiyyat siyahısı


  1. Nurpaşa Novruzov “Maliyyə”




  1. Maliyyə və Kredit”dərs materialı




  1. www.deyer.orq




  1. www.google.az




  1. www.anspress.com




  1. www.firststeps.az



Yüklə 65,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə