Fənn: Marketinq Müəllim: Ramil Cabbarov



Yüklə 51,77 Kb.
tarix12.10.2018
ölçüsü51,77 Kb.
#73354
növüMühazirə

Fənn: Marketinqd:\unec vizitkalar\unec logo-ag.png

Müəllim: Ramil Cabbarov

Əlaqə: r.jabbarov@unec.edu.az

+994 55 742 10 22

SƏRBƏST İŞ

Tapşırıq:

Aşağıdakı məqaləni oxuyun və daha sonra “Rolls-Royce Motor Cars” şirkətinə məxsus “Phantom” modelinin istehsalının dayandırılmasına hansı çevrə faktorlarının təsir etdiyini qısa şəkildə qeyd edin.

Müəllimin mühazirəsinin təqdimat faylı:

http://unec.edu.az/application/uploads/2016/02/2-muhazire.pdf

-

"Rolls-Royce Motor Cars" şirkəti "Phantom VII"nin istehsalını dayandırır

“Rolls-Royce Motor Cars” şirkətinin baş icraçı direktoru Torsten Müller-Otvos (Torsten Müller-Ötvös) bildirib ki, 2016-cı ildə şirkət cari nəsil “Phantom”modelinin istehsalını dayandıracaq. Bir müddət öncə isə şirkət 2018-ci ildən etibarən bütün “Rolls-Royce” modellərində istifadə olunacaq yeni alüminium platformasını sınamağa başladığını elan edib. Baş icraçı direktor onu da bildirib ki, “Phantom Coupe” və “Drophead Coupe” modelləri gələcəkdə istehsal olunmayacaq. Bu əfsanəvi modellərin dövrünün bitməsi 50 möhtəşəm avtomobildən ibarət xüsusi “Phantom Zenith” kolleksiyası ilə qeyd olunacaq.

Yeddinci nəsil “Rolls-Royce Phantom” modelinin istehsalına 13 il bundan öncə başlanılıb. Bu model “Rolls-Royce Motor Cars” brendinin dirçəlişində aparıcı rol oynayıb. Hazırda isə dəbdəbənin zərif və güclü göstəricisi sayılan möhtəşəm “Phantom VII” öz tarixinin sonuna yaxınlaşır.

Bu ilin noyabrında Qudvud əyalətində yerləşən “Rolls-Royce” zavodunda “Phantom Coupe” və “Drophead Coupe” modellərinin son nüsxələri buraxılacaq ki, bir müddət sonra bu nəsil avtomobillərin istehsalı dayandırılacaq. Lakin kolleksiyaçıları şad xəbər də gözləyir, belə ki, istehsalın dayandırılmasına qədər 50 xüsusi avtomobildən ibarət “Phantom Zenith” kolleksiyasını buraxacaq. Bunula yanaşı, bu il “Phantom VII” limuzinlərinin son nüsxələri də istehsal olunacaq.



“Mən fəxr və həyəcan ilə bildirirəm ki, yaxın zamanda biz qabaqcıl texnologiyalar və dizayn yenilikləri ilə istehsal olunmuş dəbdəbəli və müasir yeni “Phantom” avtomobilini təqdim edəcəyik. “Phantom” avtomobillərinin hər yeni nəsli – avtomobil tarixində yeni dövr yaradır, ona görə də biz mükəmməlliyi əldə etməyə çalışırıq”, - deyə T. Müller-Otvos bildirib.

“Rolls-Royce Motor Cars” şirkəti ilk dəfə “Phantom VII” modelini 2003-cü ildə təqdim edib və bununla da ultra-lüks avtomobil istehsalında yeni yüksək standartları müəyyənləşdirib. “Phantom VII” 13 ildən çox dəbdəbənin etalonu hesab olunub. Bu illər ərzində öz gözəlliyi ilə dünyanı heyrətləndirmiş və dəbdəbəli avtomobil anlayışını yenidən yaratmış bir sıra möhtəşəm “Phantom” modeli Qudvudda istehsal olunub. İndi isə məşhur modelin tarixində yeni səhifə açmaq vaxtıdır. / Facemark.az



-

Tələbə: ad və soyad

Fakültə:

Qrup:

Əlaqə nömrəsi:

Qeyd: Sərbəst iş 07-13 mart tarixlərində müəllimin email ünvanına göndərilməlidir. Email olmayan tələbələr çap variantda təqdim edilə bilər. Sərbəst işin həcmi ilə bağlı xüsusi limit yoxdur. Kreativ yanaşma tövsiyyə olunur.

Cavab:
Yüklə 51,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə