Fənn: “Menecment” MÖvzu menecmentin priNSİp və funksiyalarinin təRKİBİ VƏ qarşiliqli əlaqəSİ plan



Yüklə 0,84 Mb.
səhifə1/15
tarix24.01.2023
ölçüsü0,84 Mb.
#99161
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   15
UNEC 1674556086.docx


Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Menecment” kafedrasının Professoru K.A.Şahbazov
menecment_1987@mail.ru
Fənn: “Menecment”


MÖVZU 7. MENECMENTİN PRİNSİP VƏ FUNKSIYALARININ TƏRKİBİ VƏ QARŞILIQLI ƏLAQƏSİ
PLAN:

  1. Menecmentin elmi prinsipləri

  2. Menecmentdə planlaşdırma

  3. Menecmentdə təşkiletmə

  4. Menecmentdə motivasiya

  5. Menecmentdə nəzarət

Giriş
Mühazirə mətni mənimsənildikdən sonra tələbə menecmentin prinsipləri, funksiyaları, onların tərkibi və qarşılıqlı əlaqəsi haqqında müxtəlif alimlərinin fikirlərini oyrənəcək, menecmentin prinsip və funksiyalarının firma və təşkilatların idarə edilməsind, menecmentin inkişafındakı rolu haqqında məlumat əldə edəck, həmçinin idarəetmə aparatının funksionallığı üçün onlardan necə istifadəolunmasını biləcəkdir. Həmin biliklər gələcək mütəxəssisə işgüzar təşkilatlarda idarəetmə aparatı qurularkən onların fəaliyyət istiqamətlərinə uyğun olaraq, menecmentin prinsip və funksiyalarından daha effektiv istifadə olunmasına imkan verəcəkdir.



  1. Menecmentin elmi prinsipləri

Menecmentin elmi prinsipləri dedikdə təşkilatin və menecerin fəaliyyətinin qaydalari başa düşülür. Bu elmi prinsipləri ilk dəfə tam şəkildə ANRİ FAYOL işləyib hazırlamışdır. Onların sayı 14 dür. Müasir dövrdə işləyən hər bir menecer fəaliyyətində hökmən bu prinsiplərdən istifadə etməlidir. Menecmentin elmi prinsipləri aşağıdakılardır:
1.Əmək bölgüsü prinsipi.
2.İntizam prinsipi.
3.Ədalətlik prinsipi
4.Tək başına rəhbərlik prinsipi.
5.İstiqamətin vahidliyi prinsipi.
6.Qayda prinsipi.
7.Heyətin mükafatlandirma prinsipi.
8.Heyət üçün sabit iş yeri prinsipi.
9.Şəxsi maraqların ictimai mənafeyə tabe edilməsi prinsipi.
10.Təşəbbüs prinsipi.
11.Korporativ ruh prinsipi.
12.Səlahiyyət və məsuliyyət prinsipi.
13.Mərkəzləşdirmə və qeyri mərkəzləşdirmə prinsipi.
14. Skalyar zəncir prinsipi.

  1. Əmək bölgüsü prinsipi-bu prinsipin əsas məqsədi keyfiyyətcə yüksək kəmiyyətcə çox məhsul istehsal etməkdir. Məhz bu məqsədə nail üçün əmək bölgüsü prinsipi işçilər arasinda onların ixtisasına uyğun konkret əmək bölgüsünün aparilmasını nəzərdə tutur. Lakin yadda saxlamaq lazımdır ki, lap dar çərçivədə əmək bölgüsünün aparılması monotonluğa gətirib çixarir. Bu isə təşkilatin faydalı iş əmsalına mənfi təsir göstərir.

  2. İntizam prinsipi-bu prinsipə görə təşkilatdakı bütün işçilər təşkilat daxili nizam-intizam qadalarına riayət etməlidirlər. Həmçinin nizam-intizam qaydalarının pozulmasına görə tətbiq edilən sanksiyalar da bura daxildir.

  3. Ədalətlilik prinsipi - bu prinsipə əsasən təşkilatda verilən bütün əmrlər və görülən işlər ədalətli qaydada olmalıdır. Bu prinsipin pozulmasi təşkilatin işçiləri arasinda ayrı-seçkiliyin yaranmasına gətirib çixarir. Bu isə öz növbəsində kollektivdə münaqişələr formalaşdırır.

  4. Tək başına rəhbərlik prinsipi. Bu prinsip istənilən təşkilatda vahid idarəedicinin olmasını nəzərdə tutur. Çünki vahid idarəedici olmadıqda işçilər arasında çaşqınlıq yaranır. Bu isə təşkilatin işinə mənfi təsir göstərir.

  5. İstiqamətin vahidliyi prinsipi – təşklatda vahid idarəedicinin olması ilə yanaşı bütün işçilərın vahid plan əsasında işləməsi vacibdir. Əks halda təşklatda istehsal olunan məhsul standartlardan kənarlaşa bilər.

  6. Qayda prinsipi. Bu prinsipə əsasən menecer təşkilatdakı bütün işçilər üçün öncə lazimi iş şəraitini yaratmalıdır. Yalniz bundan sonra onlardan nizam-intizam qaydalarına riayət etmələrini tələb edə bilər.

  7. Heyətin mükafatlandırılması prinsipi. Məlumdur ki, təşkilatda hər bir işçi öz əməyi müqabilində normal əmək haqqı ilə təmin olunmalıdır. O cümlədən, yaxşi işçinin pis işçidən maddi cəhətdən fərqləndirilməsi də bura daxildir.

  8. Heyət üçün sabit iş yeri prinsipi. Kadr axıcılığı təşkilatın faydalı iş əmsalına mənfi təsir göstərir. Buna görə də menecer hər bir işçinin işdən getmə səbəbini öyrənməli və səbəbi yaradan neqativ faktorları aradan qaldırmağa çalışmalıdır. Yəni heyət üçün sabit iş yeri yaratmalıdır.

  9. Şəxsi maraqlarin ictimai mənafeyə tabe edilməsi prinsipi. Bu prinsipə əsasən təşkilatda istənilən işçinin şəxsi marağı təşkilatin ümumi mənafeyindən üstün və ya ona zidd ola bilməz Əks halda təşkilat dağılar.

  10. Təşəbbüs pirinsipinə görə menecer işçilər arasında təşəbbüskarlığı artırmalı və hər bir işçinin normal qaydada təşəbbüs göstırməsi üçün lazımi şərait yaratmalıdır.

  11. Korporativ ruh prinsipi. Bu prinsipə əsasən təşkilatdakı işçilər arasında həmçinin, işçilərlə rəhbər arasında normal münasibətin olmasi vacibdir. Çünki normal münasibət yüksək əhval-ruhiyyə yaradır. Əhval-ruhiyyənin yüksəkliyi kollektivdə ittifaq formalaşdırır, ittifaq isə güc və enerjidir.

  12. Səlahiyyət və məsuliyyət prinsipi. Səlahiyyət idarəetmədə rəsmi yolla verilən hüquqlardır. Məsuliyyət isə hər hansı bir işin icrasına görə daşınan cavabdehlikdir. Bu prinsipə görə təşkilatdakı hər bir işçi. o cümlədən rəhbər öz səlahiyyətlərini aşmamalıdır və tutduğu vəzifənin məsuliyyətini dərk etməlidir.

  13. Mərkəzləşdirmə prinsipi. Bu prinsip idarəetmənin bütün səlahiyyət və funksiyalarının bir əldə cəmlənməsini nəzərdə tutur. Bu zaman hər bir işçiyə rəhbər tərəfindən birbaşa təsir göstərilir və idarəetmə həlqələri arasında şaquli əlaqələr mövcud olur. Qeyri mərkəzləşdirmə prinsipi. Bu prinsip səlahiyyət və funksiyaların idarətmənin yuxarı səviyyəsindən aşağı səviyyəsinə ötürülməsini əks etdirir. Yəni mərkəzləşdirmənin əksidir. Bu zaman idarəetmə həlqələri arasinda üfüqi əlaqələr mövcud olur. Bu prinsipdən daha çox inkişaf etmiş avropa ölkələrində istifadə olunur.

  14. Skalyar zəncir prinsipi – yuxarı təbəqədən aşağı idarəetməyə qədər tabeçilikdir. Hakimiyyət bu zəncirin hər bir nöqtəsindən özünə yоl açır. Başqa sözlə desək, bu prinsip idarəetmə həlqələrinin pilləvari düzülüşünü nəzərdə tutur. Yəni hər hansi bir pillədə dayanan işçi özündən bir pillə yuxarıda duran əməkdaşa tabedir.





  1. Yüklə 0,84 Mb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə