Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları



Yüklə 443,22 Kb.
səhifə1/3
tarix14.05.2018
ölçüsü443,22 Kb.
#43717
  1   2   3



«Dövlət qeydiyyatına alınmışdır»
Az
ərbaycan Respublikası
Ədliyyə Nazirliyi
Qeydiyyat № 2837
16 may 2002-ci il
Nazir
F.F.M
ƏMMƏDOV

«Təsdiq edirə
Az
ərbaycan Respublikası
DİN BDYTİ
Əmr № 43
06 may 2002-ci il
R
əis
M.Q.Hüseynov


Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi Qaydaları

I. Ümumi müddəalar

1.1. Bu qaydalar yaşayış evləri, yataqxanalar, mehmanxanalar, inzibati binalar, eləcə də kooperativ və fərdi qarajlar üçün, onların idarə məsuliyyətindən və mülkiyyət formasından asılı olmayaraq yanğın təhlükəsizliyinin əsas tələblərini müəyyən edir.

Bu qaydaların tələbləri, həmçinin yaşayış fonduna xidmət göstərən binalara, otaqlara və qurğulara (texniki xidmət blokları, dispetçer xidmətlərinin bina və otaqları, emalatxanalar, anbarlar, qazanxanalar və s.) şamil edilir.

Yaşayış binalarında, yataqxanalarda, mehmanxanalarda və inzibati binalarda yerləşən ticarət, ictimai iaşə, məişət xidməti və digər müəssisələr üçün yanğın təhlükəsizliyi tələbləri müvafiq təlimatlar və qaydalar ilə müəyyən edilir.

1.2. Yaşayış binalarında (fərdi və tikinti yaşayış kooperativlərinə məxsus olanlardan savayı) eləcə də yaşayış fonduna xidmət göstərilməsi üçün nəzərdə tutulan bina, qurğu və otaqların yanğın təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasında məsuliyyət mənzil-istismar təşkilatlarının rəhbərliyinin üzərinə düşür. Mehmanxanaların, yataqxanaların, eləcə də inzibati binaların yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət həmin binaların rəhbərlərinin üzərinə düşür.

Tikinti-yaşayış kooperativlərinə (TYK) məxsus yaşayış binalarının yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət həmin kooperativlərin sədrlərinin üzərinə düşür.

Şəxsi evlərin, qarajların, həyətyanı tikililərin yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət onların sahiblərinin üzərinə düşür.

Yaşayış mənzillərinin yanğın təhlükəsizliyinin təmin olunmasında məsuliyyət mənzil sakinlərinin üzərinə düşür.

Kooperativ və fərdi qarajların yanğın təhlükəsizliyinin təmin olunmasında, məsuliyyət kooperativ sədrlərinin və sahibkarların üzərlərinə düşür.

Mənzil-istismar sahələrinin, yataqların, inzibati binaların və digər təşkilatların müvafiq vəzifəli şəxsləri, eləcə də mühəndis-texniki xidmətləri həmin binaların avtomatik yanğınsöndürmə, tüstü xaric edən və yanğına qarşı su təchizatının texniki vəziyyətinə görə məsuliyyət daşıyırlar.

1.3. Yanğın təhlükəsizliyinə cavabdeh olan fəhlə, qulluqçu, eləcə də mühəndis-texniki işçilər bu qaydaların tələblərini bilməli və ona əməl etməlidirlər.

1.4. Mehmanxanaların, yataqxanaların və inzibati binaların xidməti heyəti, eləcə də mühafizəçiləri xüsusi proqram üzrə yanğın təhlükəsizliyi qaydalarının tədrisi kursunu keçməlidirlər (qoşma № 1).

1.5. Mənzil istismarı təşkilatlarının, yataqxanalarının rəhbərləri və inzibati müəssisə, binaların istismarına cavabdehlik daşıyan xidmət rəhbərləri bocludurlar:

1.5.1. Həmin qaydaların öyrənilməsi və yerinə yetirilməsi üzrə cavabdeh şəxs təyin etmək;

1.5.2. Xidməti, anbar və köməkçi otaqlarda yanğına qarşı ciddi rejim müəyyən etməli və ona ciddi riayət olunmasını daima nəzarətdə saxlamalı;

1.5.3. Binaların, otaqların yanğına qarşı vəziyyətini, yanğına qarşı su təchizatının, yanğınsöndürmə avadanlıqlarının, köçürmə yollarının texniki vəziyyətlərini daima yoxlayaraq, mühafizə və xidməti heyətin iş fəaliyyətinə nəzarət etmək;

1.5.4. Müvəqqəti tikililərin və qarajların qurulmasını qadağan etmək;

1.5.5. Yanğınsöndürmə qurğularının (daxili yanğınsöndürmə su xəttləri, yanğın xəbərverici qurğular, tüstüyə qarşı müdafiə və eləcə də insanları yanğın haqqında xəbərdar etmə sistemləri) texniki xidmətini, təmirini və daima işlək vəziyyətdə saxlanılmasını təmin etmək;

1.5.6. Yanğın-texniki komissiya və könüllü yanğın drujinası yaradaraq onların fəaliyyətini qüvvədə olan mövcud qanunvericiliyə uyğun olaraq təmin etmək, obyektlərdə dövlət, tabeli və ya könüllü yanğından mühafizəni təşkil etmək;

1.5.7. Xidməti otaqlarda və yataqxana otaqlarının hər biri üçün ayrıca yanğın təhlükəsizliyi barədə təlimatlar, orada yaşayan sakinlər üçün onlar tərəfindən yerinə yetirilməsi və yanğın baş verən zaman necə hərəkət etmələri barədə yaddaş kitabçasının işlənib hazırlanmasını təmin etmək (qoşma № 2, 3, 4);

1.5.8. İldə iki dəfədən az olmayaraq, xidməti heyət ilə yanğın zamanı köçürmə planı üzrə hərəkətlərin (yanğınsöndürmə xidmətinin çağırılması, insanların təxliyyə edilməsi və yanğınsöndürmə qurğularının düzgün istifadə edilməsi) təlim-məşqlərini təşkil etmək;

1.5.9. İnzibati binaların, yataqxanaların, mehmanxanaların fəhlə və qulluqçuları ilə (ilkin və təkrar) yanğına qarşı təlimatların, eləcə də yanğın-texniki minimum üzrə dərslərin keçirilməsini təşkil etmək;

1.5.10. Yanğın təhlükəsizliyinə dair sertifikatın alınması üçün tədbirlərin vaxtlı-vaxtında yerinə yetirilməsini təmin etməli;

1.6. Yanğın baş verən zaman mehmanxananın hər bir əməkdaşı və ya xidməti heyətin birinci növbədə vəzifə borcu, insanların xilas edilməsi üzrə tədbirlərin həyata keçirilməsindən ibarətdir.

1.7. Mehmanxana və yataqxanaların hər bir korpusunda, mərtəbələrində yanğına qarşı vəziyyətə cavabdehliyi, mehmanxana rəhbərinin əmri ilə bu funksiyanın yerinə yetirilməsi üçün təyin edilmiş mərtəbə üzrə növbətçilər, xidmət rəisləri və digər vəzifəli şəxslər daşıyırlar. Onların borcudur:

1.7.1. Onlara havalə edilən sahələrdə yanğına qarşı rejimə, köçürmə yollarının vəziyyətinə nəzarət etmək;

1.7.2. Yanğınsöndürmə, rabitə və xəbərverici qurğuların daima işlək və hazır vəziyyətdə saxlanılmasını təmin etmək;

1.7.3. Mehmanxanaya gələn hər bir şəxsi yanğın təhlükəsizliyi qaydalarının əsas tələbləri ilə tanış etmək;

1.8. İnzibati binaların, mənzil-istismar sahələrinin, mehmanxanaların və mehmanxana komplekslərinin baş mühəndisləri borcludurlar:

1.8.1. Elektrik qurğularının, kondisionerlərin, isindirmə və havadəyişmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına gündəlik nəzarət etmək və hər hansı bir yanğının baş verməsinə səbəb ola bilən nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirləri həyata keçirmək;

1.8.2. Yanğınsöndürmə qurğularına vaxtlı-vaxtında texniki xidmətin göstərilməsini təşkil etmək;

1.8.3. Yanğın texniki komissiyaya rəhbərlik etmək və ildə iki dəfədən az olmayaraq binanın, mühəndis qurğularının yanğın təhlükəsizliyinin və yanğına qarşı müdafiə sistemlərinin vəziyyətlərinin yoxlanılması üçün komissiya təşkil etmək;

1.9. Yataqxanaların komendantları, mənzil-istismar sahələrinin mühəndis-texniki əməkdaşları və digər müvafiq vəzifəli şəxslər borcludurlar;

1.9.1. Yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək məqsədi ilə yaşayış evlərinin və yataqxanaların çardaq və zirzəmi otaqlarına, pilləkən qəfəslərinə, mənzillərə vaxtaşırı baxış keçirmək;

1.9.2. Onların tabeliyində olan ərazidə keçidlərin, yolların, yanğın su mənbələrinin və onların göstəricilərinin vəziyyətinə nəzarət etmək;

1.9.3. Mənzil sahiblərini və yataqxanada yaşayan şəxsləri yanğına qarşı təlimatlandırmaq (qoşma № 5);

1.9.4. Köçürmə yollarının, çöl köçürmə nərdivanlarının, balkonlarda və lodjilərdəki keçid qapılarının yanğına qarşı qurğuların, qurğu boruların, eləcə də ildırımötürücülərin vəziyyətinə daima nəzarət etmək;

1.10. Ev sahibləri borcludurlar:

1.10.1. Ümumi istifadə edilən pilləkən və dəhlizləri artıq əşyalarla tutmamaq;

1.10.2. Elektrik naqillərini, elektrik və qızdırıcı qurğularını daima saz vəziyyətdə saxlamaq və uşaqların odla oynamalarına yol verməmək;

1.10.3. Boyaların və lakların tətbiqi ilə mənzil daxili işlərin aparılması, kimyəvi məişət əşyalarından, qaz cihazlarından istifadə edilən zaman təhlükəsizlik tədbirlərinə riayət etmək;

1.10.4. Yüksək mərtəbəli yaşayış binalarında təyin edilmiş yanğına qarşı rejimə riayət etmək;

1.10.5. Yanğın baş verən zaman, yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər görmək və dərhal yanğının söndürülməsini ilkin yanğınsöndürmə vasitələri ilə təşkil etmək;

1.11. Mənzil-istismar təşkilatlarının rəhbərləri, yaşayış otaqlarının sakinlərinə və onların ailə üzvlərinə yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsini təşkil etməlidirlər.

1.12. Mehmanxana və yataqxana rəhbərləri, inzibati binaların istismarına cavabdeh vəzifəli şəxslər kütləvi tədbirlərin keçirilməsi zamanı bu qaydaların tələblərinə riayət etməlidirlər.

1.13. Mehmanxanalarda, yataqxanalarda və inzibati binalarda yanğın təhlükəli işlərin tətbiq olunması ilə aparılan əsaslı təmir işləri dövründə həmin binalarda yaşayan əhalinin və xidməti heyətin digər binalara köçürülməsi təmin edilməlidir.

1.14. Yaşayış evlərində, mehmanxanalarda, yataqxanalarda və inzibati binaların görünən yerlərində yanğın təhlükəsizliyi haqqında «yaddaş kitabçaları» asılmalıdır.

1.15. Mənzil kommunal təşkilatlarının, tikinti yaşayış kooperativlərinin, mehmanxanaların, yataqxanaların və inzibati binaların yanğın təhlükəsizliyinə cavabdeh şəxsləri bu qaydaların tələblərini yerinə yetirmirlərsə, qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

1.16. Yeni tikilən və istifadəyə verilən yaşayış binalarında sakinlərin məskunlaşdığı zaman, onlar məcburi qaydada mənzil istismar təşkilatlarında yanğına qarşı təlimatlandırılmalıdırlar.

II. Yanğın təhlükəsizliyinin əsas tələbləri

2.1. Ərazinin saxlanması:

2.1.1. Yaşayış evlərinin, mehmanxanaların və yataqxanların, eləcə də inzibati-müəssisə binalarının həyətyanı sahələri yanan materiallardan daima təmizlənməlidir. Yana bilən tullantılar xüsusi meydançalarda quraşdırılmış konteynerlərə yığılmalı və vaxtında daşınıb aparılmalıdır.

2.1.2. Bütün bina və qurğulara sərbəst yaxınlaşma təmin edilməlidir.

Yol örtüyünün vəziyyəti xüsusi avtonəqliyyat vasitələrinin binalara sərbəst yaxınlaşmasına maneə törətməməlidir. Yanğına qarşı su hovuzuna və binalara gedən giriş-çıxış yolları, həmçinin yanğın qurğularına və vasitələrinə sərbəst yaxınlaşma təmin etməlidir.

2.1.3. Yaxınlıqda olan yanğına qarşı su hovuzlarının yerləşdiyi yeri göstərən standart göstəricilər binaların fasad hissəsində, xüsusi dirəklərdə yerləşdirilməlidir. Yanğın su mənbələrinin göstəriciləri rənglənməli və su mənbəsinin ünvanı aydın və dəqiq rəqəmlərlə göstərilməlidir. Günün gecə vaxtlarında göstərici etibarlı işıqlandırıcılarla işıqlandırılmalıdır.

2.1.4. Yanğın avtomobillərinin hərəkətinə maneə törədə bilən ayrı-ayrı yol sahələrinin, keçidlərinin təmiri zamanı bu barədə Yanğından Mühafizə Xidməti məlumatlandırılmalıdır. Yolların təmiri dövründə, təmir sahəsindən keçib getmək və yanğın su hovuzuna yaxınlaşılması mümkün olan yolların istiqamətlərini göstərən göstəricilər məqsədə müvafiq yerlərdə qoyulmalıdır.

2.1.5. Yanğın hidrantlarının qapaqları daima kənar əşyalardan, tullantılardan, qış mövsümündə isə qar və buzdan təmizlənməli və konusvari örtüklərlə bağlanmalıdır.

2.1.6. Kənd yerlərində baş verən yanğının söndürülməsinə sakinləri gəlməkdə borcu olan evlərin divarlarında yanğın inventarlarının şəkili çəkilmiş lövhələr asılmalıdır.

2.1.7. Kənd yaşayış məntəqələrinin ərazilərində olmalıdır:

2.1.7.1. İnsanların yanğın haqqında xəbərdar edilməsi üçün səs siqnalları quraşdırılmalı və yanğınların söndürülməsi üçün su ehtiyatları nəzərdə tutulmalıdır;

2.1.7.2. Yay mövsümündə hər tikintinin yanında su ilə dolu çəllək (odsöndürən) qoyulmalıdır;

2.1.7.3. Yanar dam örtüyü olan hər bir yaşayış binasının yanında, uzunluğu dam örtüyünə qədər olan söykəmə nərdivan olmalıdır.

2.1.8. Yaşayış evlərinin, mehmanxanaların, yataqxanaların və inzibati binaların ərazilərində qadağandır:

2.1.8.1. Müvafiq İcra Hakimiyyəti orqanlarının icazəsi olmadan yaşayış binalarında, yataqxanalarda yenidənqurma işlərinin aparılması, qarajların və tikililərin quraşdırılması;

2.1.8.2. Meydançalarda və həyətyanı sahələrdə yanar və tezalışan mayelər olan çənlərin, həmçinin təzyiq altında olan qaz balonlarının yerləşdirilməsi;

2.1.8.3. Tikililərə yaxın yerdə tonqalların qalanması.

2.1.9. Meşə massivlərində yerləşən yaşayış sahələrinin ətrafında, meşə yanğınları zamanı alovun bir sahədən digərinə keçməməsi üçün tədbirlər görülməlidir.

2.2.Ümumi təyinatlı bina və otaqların saxlanılması:

2.2.1. Köçürmə (təxliyyə) yollarının konstruktiv elementlərinin odadavamlı örtüyü və ya onların üzərinə çəkilmiş suvağın müdafiə qatı yaxşı istismar vəziyyətində saxlanılmalıdır.

2.2.2. Pilləkən qəfəslərində quraşdırılmış elektrik şitləri etibarlı açarlar ilə bağlanmalıdır.

2.2.3. Binaların çardaqları daima təmiz olmalıdır. Texniki mərtəbələrin və çardaqların pəncərələri şüşələnməli, daima bağlı saxlanılmalıdır.

2.2.4. Çardaqların, texniki mərtəbələrin, zirzəmilərin, yanğınaqarşı divarların və havadəyişmə kameralarının qapıları daima bağlı vəziyyətdə saxlanmalıdır.

2.2.5. Binaların çardaqlarında yanar materialların və əşyaların saxlanılması qəti qadağandır.

2.2.6. Binaların zirzəmiləri daima bağlı saxlanılaraq, açarlar nəzarət otağında və yaxud kamendantda olmalıdır. Zirzəmilərin və texniki mərtəbələrin girişində, onların plan sxemləri asılmalıdır.

2.2.7. Yaşayış evlərində, mehmanxanalarda, yataqxanalarda və inzibati binalarda qadağandır:

2.2.7.1. Tez alışan və yanğın təhlükəli materiallar olan anbarların, mağazaların, emalatxanaların yerləşdirilməsi;

2.2.7.2. Pilləkən qəfəslərində və dəhlizlərdə anbarların quraşdırılması, eləcə də pilləkən meydançalarında hər hansı bir əşyaların saxlanması;



Qeyd: Pilləkən qəfəslərində və birinci mərtəbələrində yalnız mərkəzi qızdırma, su ölçən qurğuların və yanmayan arakəsmə ilə bağlanmış elektrik qutularının idarəetmə məntəqələrinin yerləşdirilməsinə icazə verilir.

2.2.7.3. Pilləkən qəfəslərinin özübağlanan qapılarının bağlanma qurğularının çıxarılması;

2.2.7.4. Pilləkən qəfəslərində, dəhlizlərdə layihə ilə nəzərdə tutulmuş yanğına qarşı qapıların çıxarılması, eləcə də yanğına və tüstüyə qarşı arakəsmələrin sökülməsi;

2.2.7.5. Açıq alovdan istifadə etməklə istilik, su və kanalizasiya borularının qızdırılması;

Boruların qızdırılması yalnız buxar, isti su və qum ilə, yaxud digər yanğına təhlükəsiz üsulla aparılmalıdır.

2.2.7.6. Zirzəmilərdə, dəhlizlərdə, pilləkən qəfəslərində, çardaqlarda və eyavnlarda tez alışan və yanan mayelərin saxlanılması;

2.2.7.7. Qabaqcadan iş sahəsini yanar əşyalardan təmizləmədən və bu sahəni ilk yanğınsöndürmə vasitələri ilə təmin etmədən elektrik, qaz qaynaq işlərinin aparılması; Elektrik, qaz qaynaq işləri, bina və otaqların istismarına cavabdeh şəxsin icazəsi əsasında aparılmalıdır. Qaynaq işlərinin sonunda iş aparılan sahə mütləq yoxlanılmalıdır.

2.2.7.8. Yanar materiallar saxlanılan yerlərdə və çardaqlarda, zirzəmilərdə siqaret çəkmək, eləcə də açıq alovdan istifadə edilməsi;

2.2.7.9. Giriş yolları ümumi təyinatlı pilləkən qəfəslərindən ayrılmayan emalatxanaların, yanar materiallar anbarlarının və təsərrüfat otaqlarının zirzəmi və kürsü mərtəbələrində yerləşdirilməsi;

2.2.7.10. Yataqxanaların, mehmanxanaların və inzibati binaların pəncərələrində dəmir barmaqlıqların quraşdırılması;

2.2.7.11. Texniki mərtəbələrin, texniki zirzəmilərin, havadəyişmə kameralarının təyinatı üzrə istifadə edilməməsi və onlarda yanar materialların saxlanılması;

2.2.7.12. Döşəmələrin və paltarların yuyulmasında tez alışan mayelərdən istifadə olunması;

2.2.7.13. Mənzilləri, mehmanxana və yataqxana otaqlarını, eləcə də inzibati binaları tərk edərkən televizor, maqnitafon və digər məişət elektrik qurğularının cərəyan altında saxlanılması;

2.2.7.14. Emalatxanalarda, yeni telefon qovşağında, laboratoriya və rotator otaqlarında sürtgü materiallarının səpələnməsi və yığışdırılmaması;

2.2.7.15. Yaşayış sahələrini qeyri-yaşayış sahələrdən ayıran yanğına qarşı arakəsmələrdə (divarlarda) mühafizə olmayan açıq oyuqların quraşdırılması;

2.2.8. İnzibati binalarda yerləşən arxivlərdə, kitabxanalarda, emalatxanalarda və digər köməkçi otaqlarda divarlarına, eləcə də tavanların üzərinə, ilkin olaraq odadavamlı məhlulla emal edilməmiş dekorativ örtüklərin çəkilməsi.

2.3. Elektrik qurğuları, şəbəkələr və işıqlandırıcılar:

2.3.1. Yaşayış evlərinin, həyətyanı tikililərin, yataqxana və mehmanxanaların, eləcə də inzibati binaların elektrik qurğuları, şəbəkələri və işıqlandırıcıları mövcud tələblərə tam cavab verməlidir;

2.3.2. Mühəndis-texniki xidmət növü olmayan yataqxana, mehmanxana və inzibati binaların rəhbərləri, istismar etdikləri elektrik qurğu və şəbəkələrə texniki qulluq göstərilməsini müqavilə yolu ilə xüsusiləşdirilmiş təşkilatlar tərəfindən həyata keçirilməsini təmin etməlidirlər.

2.3.3. Elektrik qurğularının və şəbəkələrinin istismarına cavabdeh şəxslər borcludurlar:

2.3.3.1. Elektrik avadanlıqlarına, müdafiə aparatlarına və elektrik şəbəkələrinə vaxtlı-vaxtında profilaktiki baxışların, eləcə də planlaşdırılmış təmirlərin keçirilməsini təmin edərək yanğın törədə bilən pozuntularının aradan qaldırılmasına;

2.3.3.2. Qısa qapanmadan, artıq yüklənmələrdən, artıq daxili və atmosfer gərginliklərindən və s. pozuntulardan mühafizə aparatlarının texniki baxımdan saz olmasına müntəzəm olaraq nəzarət edilməsinə;

2.3.3.3. Elektrik qurğularının istismarı zamanı yanğın təhlükəsizliyinin təmin edilməsinə dair suallar üzrə təlimatların və təlimlərin keçirilməsi sistemini təşkil etmək;

2.3.4. Növbətçi heyət (elektrik ustası) elektrik qurğularına və şəbəkələrinə baxış keçirməli, yanğına səbəb ola bilən pozuntuları dərhal aradan qaldırmalıdır. Baxışın nəticələri və aşkar edilən pozuntular xüsusi jurnalda qeydə alınmalıdır.

2.3.5. Bütün elektrik qurğuları qısa qapanmalardan və yanğın törədə bilən digər qeyri-normal vəziyyətlərdən müdafiə olunmalıdır.

2.3.6. Yanğın təhlükəsi törədən keçirici müqavimətin əmələ gəlməməsi üçün, kabel naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq edilməsi yolu ilə bərkidilməlidirlər.

2.3.7. Müvəqqəti elektrik şəbəkələrinin qurulması və istismarı qadağandır. İstisna hallarda tikinti, təmir və qəza işləri aparılan sahələrdə müvəqqəti elektrik şəbəkəsindən istifadə etmək olar.

2.3.8. Elektrik qızdırıcı qurğuların, stolüstü işıqlandırıcıların, radio-televizor cihazların, soyuducuların və s. cihazların şəbəkəyə qoşulması üçün yalnız zavod şəraitində hazırlanmış ştepsel birləşdiricidən istifadə edilməsinə icazə verilir.

2.3.9. Yanar materiallar saxlanılan anbarlarda elektrik işıqlandırıcıları yanmayan mühafizə örtükləri ilə təchiz edilməlidir.

2.3.10. Elektrik şəbəkələrinin və qurğularının istismarı zamanı qadağandır:

2.3.10.1. Üst örtüyü zədələnmiş elektrik naqilindən istifadə edilməsi;

2.3.10.2. Elektrik şəbəkələrinin qorunması üçün nəzərdə tutulmuş avtomat qoruyucular əvəzinə dövlət standartına uyğun olmayan qoruyuculardan (burulmuş məftil və s.) istifadə edilməsi;

2.3.10.3. Elektrik naqillərinin, işıqlandırıcıların kəndir ilə bərkidilməsi, lampa qalpaqların və çılçıraqların elektrik naqilindən asılması;

2.3.10.4. Mehmanxana nömrələrində və inzibati binaların otaqlarında müxtəlif elektrik qızdırıcı cihazların (su qaynadan, elektrik ütüləri və s.) istifadəsi;



Qeyd: Paltarın ütülənməsi, su və qidanın qızdırılması üçün rəhbərlik tərəfindən xüsusi otaqlar ayrılmalıdır.

2.3.11. Surğucun qızdırılması üçün, əvvəlcədən uyğunlaşdırılmış yerlərdə xüsusi qızdırıcı qurğudan istifadə etmək lazımdır.

2.3.12. Bina və otaqların köçürmə (təxliyyə) yollarının işıqlandırıcıları işlək vəziyyətdə olmalıdır.

2.3.13. Ağ neft lampaları və fənərlər tavana etibarlı bərkidilərək metal qoruyucu örtüklərlə təchiz edilməlidir. Lampa və fənərin tavan ilə ara məsafəsi 70 sm, divar ilə isə 20 sm olmalıdır.

2.3.14. Yaşayış evlərinin və inzibati binaların ümumi təyinatlı işıqlandırıcıları vaxtlı-vaxtında yoxlanaraq ildə 2 dəfədən az olmayaraq təmizlənməlidir.

2.4. İsitmə və hava dəyişmə:

2.4.1. Mənzil-istismar sahələrinin, mehmanxana və yataqxanaların, eləcə də inzibati binaların mühəndis-texniki əməkdaşları borcludurlar:

§  qızdırıcı sistemlərin, havadəyişmə qurğularının, sobaların və digər qızdırıcı qurğuların təhlükəsiz istismarını, eləcə də yanğın törədə bilən pozuntuların aradan qaldırılmasını təmin etmək.

2.4.2. Sanitar qovşağının texnikləri, qızdırıcı sistemlərə, eləcə də havadəyişmə qurğularına xidmət göstərərkən borcludurlar:

2.4.2.1. Vaxtlı-vaxtında onlara baxış keçirmək və aşkar edilmiş nöqsanları aradan qaldırmaq;

2.4.2.2. Sakinləri qızdırıcı cihazlardan təhlükəsiz istismar edilməsi barədə təlimatlandırmaq;

2.4.2.3. Rəhbərliyin yazılı icazəsi olmadan qaynaq işləri aparmaq.

2.4.3. Qış mövsümü başlanmazdan əvvəl bütün sobalara baxış keçirilməli və təmir işləri aparılmalıdır, nasaz sobalar və tüstü boruları istismara buraxılmamalıdır.

2.4.4. Sobaların qaz yanacağı ilə təhciz edilməsi mövcud «Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarına» uyğun aparılmalıdır.

2.4.5. Tüstü boruları dam örtüyünün xarici səthindən 70 sm hündürlükdə olmalıdır.

2.4.6. Sobalar və tüstü borularında çatlar olmamalıdır.

2.4.7. Adi odun sobalarının qızdırılması üçün daş kömürdən istifadə edərkən ocaqçı gecəriyən və odadavamlı kərpicdən istifadə etməlidir.

2.4.8. Tüstü borularının təmizlənməsi qış mövsümü başlanmazdan əvvəl həyata keçirilməlidir.

2.4.9. Hər sobanın qarşısında döşəmə üzərinə ölçüsü 70x50 sm olan yanar və yaxud çətin alışan metal təbəqə vurulmalıdır.

2.4.10. Mehmanxanalarda, yataqxanalarda və inzibati binalarda sobaların qalanması, ayrılmış şəxslər tərəfindən yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə aparılmalıdır.

2.4.11. Qazanxanada kondisioner və havadəyişmə sisteminin idarəetmə otaqlarında, mövcud qurğuların texnoloji sxemləri, eləcə də yanğın baş verən zaman xidməti heyətin hərəkəti haqqında təlimatlar olmalıdır.

2.4.12. Qızdırıcı cihazların və tüstü xaric edən boruların vaxtlı-vaxtında tozdan, eləcə də yanar materiallardan təmizlənməsi təşkil edilməlidir.

2.4.13. Bərk yanacaq ilə işləyən qazanxanaların boruları qığılcım söndürənlə təchiz edilərək, yarım ildə bir dəfədən az olmayaraq təmizlənməlidir.

2.4.14. Yay mövsümündə, güclü külək əsən zaman bərk yanacaq ilə işləyən sobaların, mətbəx ocaqlarının və qazanxana qurğularının yandırılması;

2.4.15. Qazanxana və havadəyişmə qurğuları otaqlarında qadağandır:

2.4.15.1. Odluqlardan (forsunkalardan) və boruların birləşmə yerlərindən maye yanacağın sızmasına yol verilməsi;

2.4.15.2. Qaz odluqlarına (forsunkalarına) sönmüş halda yanacağın verilməsi;

2.4.15.3. Qızdırma rejiminə nəzarət edən avtomatik qurğuların nasaz olduğu halda işləməsi;

2.4.15.4. Hava və ilkin üflənməmiş qazanxana və qurğularının istismarı müvəqqəti dayandırılmalıdır.

2.4.16. Qızdırıcı cihazların və boruların üzərinə sürtgü yağına bulaşmış parçaların və yanar materialların yığılmasına icazə verilmir.

2.4.17. Ocaqdan çıxarılmış kül və şlak su ilə isladılaraq onlar üçün ayrılmış xüsusi, təhlükəsiz yerə aparılmalıdır.

2.4.18. Kaloriferdə qızmış isti hava nəql edən kanallarda yarıq, dəlik olmamalıdır.

2.4.19. Kaloriferin işlədiyi zaman onun elektrik havavurucu və qızdırıcı elementlərinə daimi nəzarət təşkil olunmalıdır.

2.4.20. Nasaz qaz cihazlarının istismar edilməsi, qaz boru və cihazlarının açarlarının açıq saxlanılması, mətbəx və digər yanar əşyaların qaz cihazlarına 20 sm məsafədən yaxın quraşdırılması qadağandır.

2.4.21. Otaqda qaz iyi hiss etdikdə dərhal qazın verilməsi dayandırılmalı, otağın havası dəyişdirilməli və dərhal qəza-təmir xidmətinə xəbər verilməlidir.

Nasazlığı aradan qaldırana qədər otaqda kibritin, açıq alovun istifadəsi, siqaret çəkilməsi, eləcə də elektrik cihazlarının istismarı qadağandır.

2.4.22. Havadəyişmə sistemlərinin istismarı zamanı qadağandır:

2.4.22.1. Havadəyişmə kanallarından tüstü bacası kimi istifadə etmək, qaz qızdırıcı qurğularını onlara qoşmaq, havadəyişmə kameralarında kənar əşyalar saxlamaq;

2.4.22.2. Alovun qarşısını alan qurğuları şəbəkədən ayırmaq və ya ləğv etmək;

2.4.22.3. Havadəyişmə kanallarında yığılan kondensatı, yanar maddələri və yağ hopmalarını yandırmaq;

2.4.22.4. Sorucu kanalları, deşikləri və barmaqlıqları bağlamaq.

2.4.23. İsitmə və məişət qızdırıcı cihazlarının istismarı zamanı qadağandır:

2.4.23.1. Çatları olan, qapağı bağlanmayan, taxta konstruktiv elementlərdən, arakəsmələrdən ara məsafəsi az olan sobalardan istifadə etmək;

2.4.23.2. Sobaların yandırılmasında benzin, ağ neft və digər tezalışan mayelərdən istifadə etmək;

2.4.23.3. Sobanın həddindən artıq qızmasına, eləcə də onun yaxınlığında odunun, paltarların və digər yanar materialların qurudulmasına yol vermək;

2.4.23.4. Sobaları nəzərdə tutulmayan yanacaq ilə yandırmaq;

2.4.23.5. Yanar vəziyyətdə olan sobaları, ağ neftlə işlədilən cihazları nəzarətsiz qoymaq və həmən cihazların istismarına nəzarət olunmasını az yaşlı uşaqlara həvalə etmək;

2.4.23.6. Ümumi təyinatlı dəhlizlərdə, pilləkən qəfəsinin meydançalarında və digər yardımçı otaqlarda qaz cihazlarından, primus və digər məişət elektrik cihazlarından istifadə etmək;

2.4.23.7. Ağ neftlə işlədilən cihazları benzin ilə doldurmaq, bundan əlavə bu cihazların doldurulması zamanı açıq alovdan istifadə etmək;

2.4.23.8. Kütləvi tədbirlər keçirilən vaxt otaqlarda soba yandırmaq;

2.4.23.9. Tüstü yolu kimi, keramik, azbestsement və metal borulardan, həmçinin gildən hazırlanmış borulardan istifadə etmək. Tüstü borusu və kanalı üçün yalnız yandırılmış yaxud odadavamlı kərpicdən istifadə etmək lazımdır.

2.4.24. Müəssisələrin inzibati binalarında, yataqxanalarda və mehmanxanalarda müvəqqəti sobaların quraşdırılmasına icazə verilmir. İstisna hallarında yaşayış otaqlarında daimi isitmə qurğularının quraşdırılması mümkün olmadıqda, müəyyən edilmiş şərtlərə sözsüz əməl olunmaqla Dövlət Yanğın Nəzarəti orqanı ilə razılaşdırılmış qaydada müvəqqəti olaraq sənaye istehsalı olan sobaların quraşdırılmasına icazə verilir.

2.4.25. Odsaxlayan qurğular (qarajlar), havadəyişmə sistemləri, yanğına qarşı arakəsmələr vaxtaşırı olaraq yoxlanılmalı və daima işlək vəziyyətdə saxlanılmalıdır.

2.4.26. Maye yanacaqla işləyən sobaların istismarı zamanı yanacaq çəni daima bağlı vəziyyətdə olmalıdır.

2.4.27. Sobanın yandırılması üçün maye yanacaq, ancaq, metal yanacaq kəməri vasitəsi ilə verilməlidir. Yanacaq kəmərinin, birləşmə yerləri etibarlı kipliklərlə təmin olunmalı, armatur və siyirtmədən sızmanın qarşısı alınmaqla daima işlək vəziyyətdə saxlanmalıdır.

2.4.28. Maye yanacaqla işləyən sobaların istismarında qadağan olunur:

2.4.28.1.Tüstü bacasının nasazlığı ilə, birləşmənin qeyri-möhkəmliyi olan armatur və siyirtmə ilə, (ventil) yanacaq kəmərinin kipliyinin pozulması ilə sobanı işlətmək;

2.4.28.2. Sönmüş odluğa (farsunka) yanacaq verilməsində, yanacaq kəməri kimi rezin birləşdiricilərdən və rezin şlanqlardan istifadə etmək;

2.4.28.3. İşləyən sobanı nəzarətsiz qoymaq və ya az yaşlı uşaqlara həvalə etmək.

2.4.29. Maye yanacaqla işləyən müvəqqəti soba quraşdırılması qadağan olunur.

2.4.30. Yanacaq çəninin qarışıq kamerasını, odluğu (farsunka) ayda bir dəfə mütləq hisdən, çirkdən yuyub təmizləmək lazımdır.

2.4.31. Mehmanxana, yataqxana və inzibati binaların mətbəx otaqlarında sorucu çətirləri, mətbəx qurğularının boru kəmərlərinin çölə açılan bacaları, ventilyatorun qanadlarını və gövdəsini vaxtaşırı təmizlənməli, onların çirklənməsinin qarşısı alınmalıdır.

2.5. Yüksək mərtəbəli binalar, evlər, yataqxanalar və mehmanxanalar:

2.5.1. Tüstüdən müdafiə sistemi, yanğın avtomatika qurğuları, qəza işıqlandırıcıları, yanğına qarşı daxili su kəməri, qəza lifti müntəzəm yoxlanmalı və işlək vəziyyətdə saxlanılmalıdır. İnzibati binalarda və mehmanxana komplekslərinin dispetçer məntəqələrində olan yanğına qarşı müdafiə cihazları və idarəetmə qurğuları xidmətə başlayan növbətçi heyət tərəfindən daima işlək vəziyyətdə saxlanılmalı və hər növbə vaxtı yoxlanmalıdır.

2.5.2. Yataqxanaların, mehmanxanaların, inzibati müəssisə binalarının, yüksək mərtəbəli binaların yanğına qarşı su təchizatı və tüstüyə qarşı müdafiə sistemləri, otaqlarda və köçürmə yollarında quraşdırılan avtomatik yanğın xəbərverici siqnalizasiya sistemlərinə qoşulmalı və daima işlək vəziyyətdə saxlanılmalıdır.

2.5.3. Yanğın vaxtı işə salınan xüsusi ventilyatorlarının, siqnalizasiya cihazlarının, yanğına qarşı sistemlərinin işə salma qurğularının təyinatı və işlətmə qaydası lövhəyə yazılıb asılmalıdır.

2.5.4. Avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya qurğularına, tüstüyə qarşı müdafiə sisteminə, yanğına qarşı daxili su şəbəkələrinin nasos stansiyasına texniki xidmət ixtisaslı mütəxəssis tərəfindən həyata keçirilməlidir.

2.5.5. Təbii işıqlandırıcısı olmayan köçürmə yolları daima elektrik işığı ilə işıqlandırılmalıdır.

2.5.6. Tüstüyə qarşı müdafiə sisteminə açılan qapı saz, özübağlanan qurğu və kipləşdirici ara qatla təmin olunmalıdır.

2.5.7. Yüksək mərtəbəli yaşayış binalarının, avtomatik yanğına qarşı müdafiə vasitələri və qurğuları, mənzil kommunal təsərrüfatının vahid dispetçer xidməti sisteminə qoşulmalı və aşağıdakıları təmin etməlidir:

2.5.7.1. Yanğına qarşı müdafiə sisteminin texniki sazlığı haqqında məlumat (hava vuran, tüstü soran və yanğınsöndürən);

2.5.7.2. Yanğın zamanı bu sistemlərin işə düşməsi barədə məlumat:

§  birləşmiş dispetçer sisteminin olmadığı halda həmçinin böyük mehmanxana kompleksində yanğın baş verməsi siqnalı və yanğına qarşı müdafiə sisteminin işə qoşulması barədə yerli dispetçer məntəqəsinə məlumat verilməlidir. Yanğın haqqında məlumat (siqnal) alan dispetçer gecikmədən, şəhər və müəssisə yanğın təhlükəsizliyi xidmətinə xəbər verməlidir. Dispetçerin sonrakı hərəkəti konkret vəziyyətdən və ya onun üçün hazırlanmış təlimatla müəyyən edilir.

2.5.8. Göstərilən binalarda quraşdırılmış tüstüyə qarşı müdafiə sistemi, avtomatik yanğınsöndürmə qurğuları və yanğına qarşı daxili su kəməri sistemləri, dövrü olaraq möhkəmliyi, sazlığı və bu sistemlərin avtomatik olaraq qoşulması funksiyası yoxlanmalıdır. Qəza və köçürmə işıqlandırıcıları ehtiyat elektrik enerji qidalandırıcıları ilə yoxlanmalıdır.

2.5.9. Daxili yanğına qarşı su şəbəkəsinin və tüstüyə qarşı müdafiə sisteminin istismarı, bu sistemə xidmət göstərilməsi üçün xüsusi qrup yaradan və ya müqavilə əsasında sistemə texniki qulluq göstərilməsi üçün xüsusi təşkilatları cəlb edən mənzil istismarı təşkilatlarına həvalə olunur.

2.5.10. Tüstüyə qarşı avtomatik müdafiə sisteminə texniki xidmət göstərən təşkilat borcludur:

Sistemə sınaq-nəzarət yoxlanılmasını həyata keçirməklə texniki xidmət sahəsində görülən işləri xüsusi jurnalda qeyd etməklə cari və əsaslı təmir işlərini həyata keçirir.

2.5.11. Tüstüyə qarşı müdafiə sisteminə texniki xidmət göstərən ixtisaslaşdırılmış qabaqcıl təşkilat, sistemin saxlanılmasına cavabdehlik daşıyan mənzil istismar təşkilatının hesabında qalır və sistemin düzgün istismar edilməsinə nəzarəti həyata keçirir.

2.5.12. Tüstüyə qarşı müdafiə sistemi ilə təchiz olunmuş binalarda hava verilməsi üçün nəzərdə tutulan lift şaxtasında yanğın zamanı, sərnişin lifti aşağı mərtəbəyə endirilir və orada saxlanılır.

2.5.13. Yanğına qarşı müdafiə sisteminin işlək vəziyyətdə olması vaxtaşırı yoxlanmalıdır. Həftəlik yoxlama zamanı əl ilə işə salma düyməsi qısa müddətli (3-5 dəq.) işə qoşulur, yanğın siqnalizasiya qurğusu, tüstü klapanının açılması, sorucu və vurucu ventilyatorun işə düşməsinə diqqət yetirilir. Cari aylıq təmir zamanı, elektrik qidalandırıcı xəttlərinin şəbəkəsi və lövhəsi, aparatların qoşulma sazlığı, mərtəbələrin tüstü klapanlarının və vertilyator qapaqlarının elektrik ötürücülərinin işlək vəziyyətdə olması, yanğına qarşı su kəməri sistemlərini, yanğın nasoslarının qoşma aparatlarını, mərtəbə şkaflarında olan yanğın inventarlarını (kran, yanğın şlanqı, lülə və s.) yoxlamalı, həmçinin yanğına qarşı su təchizatı sisteminin işə salınması və dayandırılması üçün sınaq yoxlanması keçirilməlidir.

Bütün görülən işlər işçi jurnalında qeydiyyata alınır.

2.5.14. Müəssisə rəhbəri tüstüyə qarşı müdafiə sisteminə xidmət etmək üçün cavabdeh şəxs təyin etməlidir, həmin şəxs aşağıdakıları yerinə yetirməlidir:

2.5.14.1. İcra mexanizminin qapaqlarının, havadəyişmə sisteminin barmaqlıqlarının və s. təmizliyə nəzarət etmək;

2.5.14.2. Elektrik aparatlarının, havavurucuların nasazlıqlarını aradan qaldırmaq;

2.5.14.3. Aparatların işlək vəziyyətdə olmasını təmin etmək.

2.5.14.4. Nasazlıqlar yarandıqda onların aradan qaldırılması üçün təcili tədbirlər görmək;

2.5.15. Mehmanxana və yataqxanaların bütün otaqlarında görülən yerlərdə aşağıda qeyd edilənlər asılmalıdır:

2.5.15.1. Otağın yerləşmiş olduğu müvafiq mərtəbənin ayrıca köçürülməsi üçün, yanğın siqnalizasiya sisteminin və ilkin yanğın söndürmə vasitələrinin yerləşdirildiyi yerin, köçürmə çıxışlarının və onlara gedən yolların izahedici mətnlə göstərilən sxemli planı;

2.5.15.2. Mehmanxana və yataqxanada yaşayan şəxslər tərəfindən riayət olunması məcburi sayılan Yanğın Təhlükəsizliyi Qaydaları haqqında qısa yaddaş kitabçası – (qoşma № 3);

2.5.15.3. Yanğın baş verdiyi halda insanların hərəkəti haqqında yaddaş kitabçası – (qoşma № 4).

2.5.16. Əcnəbi turistlər üçün nəzərdə tutulan mehmanxanalarda, yanğın təhlükəsizliyi qaydaları və yanğın vaxtı insanların hərəkəti haqqında yaddaş, həmçinin yaddaş haqqında radio verilişlərinin mətni fransız, alman və ingilis dillərində hazırlanmalıdır.

2.5.17. Yerlərin sayı əlli nəfərdən artıq olan mehmanxanalarda və yataqxanalarda səs gücləndirici qurğular quraşdırılmalıdır, insanların yanğın vaxtı köçürülmə qaydalarını xəbərdar etmək üçün radio verilişləri şəbəkəsindən, dispetçer rabitəsindən, elektrik zəngindən istifadə oluna bilər.

2.5.18. Siqaret çəkilməsinə icazə verilən yerlərdə müvafiq işarələr asılmalıdır. Belə yerlərdə su ilə təchiz olunan yanmayan materiallardan olan külqabı qoyulmalıdır. Külqabı özü bağlanan qapaqla təchiz olunmalıdır.

2.5.20. Yüksək mərtəbəli binalarda, mehmanxanalarda və yataqxanalarda qadağan olunur:

2.5.20.1. Köçürmə qapısının qarşısına mebel və ya başqa əşyaları yığmaq, eyvandakı bacaları (lükləri) köçürmə pilləkənlərini və çıxışları tamam bağlamaq;

2.5.20.2. Tüstüləməyən pilləkan qəfəsələrində şüşəbənd və ya jalüz düzəltmək;

2.5.20.3. Köçürmə yolunda hərəkətedən və fırlanan qapıların quraşdırılması;

2.5.20.4. Yeni tikilmiş binalarda yanğına qarşı müdafiə sisteminin işlək vəziyyətə gətirilənə qədər insanların ora yerləşdirilməsi;

2.5.20.5. Asan alışan mayelərdən istifadə edərək mebel təmizlənməsi, təmir və bərpa olunması işlərinin aparılması; (Bu məqsədlə ancaq yanğın təhlükəsiz yuyucu məhlullar və preparatlardan istifadə olunmalıdır.)

2.5.20.6. Mənzillərin eyvanlarında və lodjilərində şüşəbənd düzəldilməsi;

2.5.20.2. Mehmanxana və yataqxanada yaşayan şəxslər tərəfindən riayət olunması məcbur sayılan Yanğın Təhlükəsizliyi Qaydaları haqqında qısa yaddaş kitabçası – (qoşma № 3);

2.5.20.8. Mənzillərdə tez alışan və yanar mayelərin saxlanması.

2.6. Kütləvi tədbirlərin keçirilməsi üçün konfrans zalları və digər otaqlar:

2.6.1. Tamaşa, nümayiş, mühazirə, konfrans və qonaq zallarının, klubların, restoranların, kafelərin, yeməkxanaların tutumu, insanların hesablama sayına uyğun gəlməlidir. Klubların tamaşa zalında, nümayiş zalında, konfrans zalında, onlara bərabər tutulan otaqlarda tikinti norma və qaydalarına (TN və Q) uyğun olaraq hər bir tamaşaçıya 0,7 kv.m. yer nəzərdə tutulur.

2.6.2. Kütləvi insan toplaşan yerlərin (restoranlar, klublar, mühazirə zalları və s.) binanın aşağı mərtəbəsində yerləşdirilməsi tövsiyyə olunur.

2.6.3. Kütləvi insan toplaşan yerlər normativə uyğun sayda köçürmə çıxışları ilə təmin olunmalı və saz vəziyyətdə saxlanmalıdır.

2.6.4. Mehmanxana kompleksinin bar və restoranlarında, diskoteka otaqlarında sintetik yanar materiallardan dekorasiya və digər təyinatlar üçün istifadə edilməsi qadağan olunur.

2.6.5. Zirzəmi və kürsülü mərtəbələrdə yerləşdirilmiş bar otağının bəzədilməsi yanmayan materiallardan təşkil olunmalıdır. Zirzəmi və kürsü mərtəbəli otaqlardan diskoteka və digər mədəni tamaşa, əyləncə tədbirlərinin keçirilməsi üçün istifadə olunması qadağan olunur.

2.6.6. Tamaşa, konsert, gecə şənlikləri, yeni il bayramları və digər kütləvi tədbirlərin, ən az 2 (iki) köçürmə çıxışı və işıqlandırıcı göstəricilərlə təchiz olunmuş otaqlarda keçirilməsinə icazə verilir.

2.6.7. Çölə bir çıxış qapısı olan inzibati müəssisə və yataqxanalarda iclasların, mühazirələrin keçirilməsinə bu şərtlə icazə verilir ki, həmin otaqda iştirak edənlərin sayı 50 nəfərdən çox olmasın. Taxta materiallardan tikilmiş binalarda kütləvi tədbirlərin keçirilməsinə ancaq 2 (ikinci) mərtəbədən yuxarıda yerləşməyən otaqlarda icazə verilir.

2.6.8. Kütləvi insan toplaşan otaqlarda xalça və ayaqaltlıqları döşəməyə bərkidilməlidir. Belə otaqların köçürmə yollarında yanar və yandıqda zəhərli tüstü ayrılan müxtəlif materiallar, xalça və yanğının yayılmasını tezləşdirən digər döşəmə örtüklərindən istifadə edilməsi qadağan edilir.

2.6.9. Kino qurğuları üçün yanğın təhlükəsizliyi qaydalarının tələbləri kinofilm nümayiş etdirilən mühazirə zallarında, təşviqat məntəqələrində və köməkçi otaqlarda ciddi yerinə yetirilməlidir. Kinofilmlərin zirzəmi otaqlarında nümayiş etdirilməsinə icazə verilmir.

2.6.10. Kütləvi tədbirlər keçirilən zaman, ictimaiyyətdən yaxud xidmətçi heyətdən cavabdeh növbətçi təyin edilir və yanğın təhlükəsizlik qaydaları ilə təlimatlandırılır.

2.6.11. Kütləvi tədbirlər zamanı klublarda və onlara bərabər tutulan otaqlarda siqaret çəkmək, zalın keçidlərinə stul qoymaq, köçürmə çıxış qapılarını qıfılla bağlamaq, otağın pəncərəsini pəncərə qapağı ilə bağlamaq, otağa təyin olunmuş normadan artıq adam buraxmaq, pəncərəyə metal barmaqlıqlar quraşdırılması qadağan edilir.

2.6.12. Kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulan otaqlarda bayramların, konsertlərin, kinoseansların, yeni il şənliklərinin keçirildiyi zaman yanğın təhlükəsizliyinə riayət olunmasına cavabdeh şəxs mənzil istismar təşkilatının rəhbəri və yaxud digər vəzifəli şəxslər sayılır. İnzibati binanın istismarına cavabdeh olan şəxsin icazəsi olmadan kütləvi tədbirlərin keçirilməsinə icazə verilmir.

2.6.13. Kütləvi tədbirlərin keçirilməsi həvalə edilmiş şəxslər, tədbir başlanmazdan əvvəl otağı diqqətlə yaxlamalı və onun yanğına qarşı təhlükəsizliyinin tam təmin olunmasına əmin olmalıdırlar.

2.6.14. Yeni il bayramları keçirildiyi zaman aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır;

2.6.14.1. Şam ağacı möhkəm özül üzərində elə quraşdırılmalıdır ki, budaqları divara, tavana toxunmasın;

2.6.14.2. Otaqlarda elektrik işıqlanması olmadıqda yeni il şənlikləri ilə əlaqədar tədbirlər yalnız gündüz vaxtı keçirilməlidir.

2.6.14.3. Yeni il şənliyi keçirilərkən şamlardan, atəşfəşanlardan istifadə etmək, şam ağacının sellüloid oyuncaqlarla, odadavamlı məhlulla hopdurulmamış pambıqla bəzədilməsi qadağandır.

2.6.15. Yeni ilin şam ağacı (yolka), elektrik qurğularının quraşdırılması qaydalarına riayət olunmaqla işıqlandırılmalıdır. İşıqlandırılma şəbəkəsinin elektrik cərəyanından istifadə edərkən, alçaldıcı transformatorlar vasitəsi ilə 12V–luq gərginlikli lampalardan istifadə olunmalı; elektrik naqilləri, işıqlandırma lampaları saz olmalı və etibarlı izolə olunmalıdır. İşıqlandırmada nasazlıq hiss olunduqda (naqillər qızdıqda, lampalar yanıb söndükdə, qığılcım olduqda) təcili onu elektrik şəbəkəsindən ayırmaq lazımdır.

2.6.16. Yaşayış mənzillərində yeni ilin şam ağacı, soba və başqa qızdırıcı cihazlardan təhlükəsiz məsafədə möhkəm özül üzərində, bəzək işıqlarının quraşdırılmasında ehtiyat təhlükəsizlik tədbirlərinə riayət etməklə quraşdırılmalıdır.

2.6.17. Yeni ilin şam ağacının yanında, çıraqbanların yandığı zaman yaşlıların nəzarəti olmadan az yaşlı uşaqları saxlamaq olmaz.

2.7. Hərəkət edən yaşayış vaqon-evlərin müvəqqəti istifadəsi;

2.7.1. Müvəqqəti istifadə olunan yaşayış vaqon evlərinin, vaqon şəhərciyinin yanğın təhlükəsizliyinə cavabdehliyi aidiyyatı üzrə obyekt rəhbərliyi daşıyır.

2.7.2. Hər vaqon evcik üzrə müdiriyyət tərəfindən, bu vaqonlarda yaşayanlardan yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təyin olunmalı və görünən yerdən onların adı, soyadı yazılmış lövhə asılmalıdır.

2.7.3. Vaqon evciklərin yerləşdirilməsi yerli Dövlət Yanğın Nəzarəti Orqanı ilə razılaşdırılmalıdır.

2.7.4. Vaqon evciklərin yerləşdiyi ərazidə yanğını söndürmək üçün mütləq su ehtiyatı olmalıdır.

2.7.5. Vaqon evciklərindən ibarət müvəqqəti qəsəbədə əvvəlcədən yanğının söndürülməsində kömək çağırışı qaydası müəyyən olunmalıdır (telefon yaxud radiorabitə, çapar).

2.7.6. Müvəqqəti istifadə edilən vaqon evləri bir-birinə cüt-cüt, köndələn şəkildə quraşdırılmalıdır. Vaqon evlərin çıxışları bir-birinin əksinə olmalıdır.

2.7.7. Müvəqqəti vaqon evlərin hər qrupunda 10 (on) vaqon evcik olmalıdır. Hər qrup vaqon evlərin arasında ən azı 18 m yanğına qarşı zolaq olmalıdır, yaxud onlar arasında yanğına qarşı divar inşa olunmalıdır.

2.7.8. İnzibati, məişət xidməti üçün istifadə olunan hərəkət edən vaqonlar (mağaza, anbar, yeməkxana, məktəb və s.) ayrıca yaşayış vaqonlarından ən azı 24 m məsafədə quraşdırılır.

2.7.9. Hər vaqon evcik ilk yanğınsöndürmə vasitələri ilə və orada yaşayanlar isə yanğın təhlükəsizliyi tədbirlərinə dair «yaddaş» kitabçası ilə təmin olunmalıdır.

2.7.10. Müvəqqəti istifadə olunan vaqon evlərinin yerləşdiyi ərazidə yanğın zolaqlarının, keçidlərin tutulması və müəssisələr arası komissiyasının icazəsi olmadan hər hansı tikintinin aparılması qadağan olunur.

2.7.11. Müvəqqəti istifadə olunan yaşayış vaqon evlərində qadağan olunur:

2.7.11.1. Pəncərələrdə metal barmaqlıq quraşdırılması:

2.7.11.2. Köçürmə (təxliyyə) yolunun tutulması, yanan material saxlamaq üçün anbar quraşdırılması;

2.7.11.3. Açıq oddan istifadə olunması;

2.7.11.4. Sobanı tez alışan və yanan maye ilə yandırmaq, geyim formasını və başqa yanar materialı sobanın üstündə və qarşısında qurutmaq;

2.7.11.5. Müvəqqəti istifadə yaşayış evlərində və sosial, mədəni-məişət obyektlərində qızdırıcı vasitə kimi penopolistiroldan istifadə etmək;

2.8. Fərdi istifadə üçün avtomobil qarajları və kooperativ qarajlar:

2.8.1. Fərdi istifadə üçün avtomobil qarajlarının yalnız yerli icra hakimiyyəti tərəfindən ayrılmış sahələrdə quraşdırılmasına icazə verilir.

2.8.2. Qarajların tikintisi və fərdi qarajların quraşdırılmış meydança ilə yaşayış və inzibati binaların ara məsafəsi tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq olmalıdır.

2.8.3. Qarajların ərazisində və avtomobillərin xırda təmiri və gündəlik texniki xidməti üçün möhkəm örtüklü sahə ayrılmalıdır, həmçinin işlənmiş yanacaq və sürtgü materialları, filtr, zibil üçün yanmayan materialdan olan qapaqlı çən ayrılmalıdır.

2.8.4. Avtomobillərin xırda və gündəlik texniki təmir meydançalarının hər birində yanğınsöndürmə vasitəsi ilə təmin olunmuş yanğın postu yaradılmalıdır (2 odsöndürən vedrə, su ilə dolu çən, kürək və s.)

2.8.5. Qarajın otaqları və ərazisi daima təmiz saxlanılmalıdır. Axıdılan yanacaq və sürtgü yağlarının üstünə dərhal qum tökülməli və təmizlənməlidir. Avtomobillərə yanacaq doldurulması ancaq Yanacaq Doldurma Məntəqələrində həyata keçirilməlidir.

2.8.6. Qarajın dayanacaq otaqlarında qadağandır:

2.8.6.1. Yanacaq çənində, yanacaq kəmərində və karbüratorunda sızma halları, həmçinin elektrik qurğusu sistemində nasazlıq olan avtomobillərin saxlanılması.

2.8.6.2. Gündəlik ev əşyalarının, həmçinin tez Alışan Maye və Yanar Maye ehtiyatını aşağıda qeyd edilən miqdarda Benzin-201-dən, yağların isə – 5 kq-dan çox olmayaraq saxlanması;

Benzin 201-dən, yağlar isə 5 kq-dan çox olmayaraq yalnız dəmir və kip bağlanan qablarda saxlanılmasına icazə verilir.

2.8.6.3. Avtomobillərin rənglənməsi və ya yanacaq ilə doldurulması;

2.8.6.4. Detalların kerosin və benzin ilə yuyulması, həmçinin açıq oddan istifadə etməklə təmir işlərinin aparılması, avtomobillərin mühərriklərinin qızdırılması üçün məşəllərdən istifadə edilməsi;

2.8.6.5. İki və daha çox mərtəbəli binalarda avtomobillərin saxlanılması üçün boksların ara kəsmələr vasitəsi ilə ayrılması;

2.8.6.6. İstifadə olunmuş neft məhsullarını kanalizasiyaya və ya qarajın ərazisinə axıdılması.



3. Yanğınsöndürmə vasitələri

3.1. Mehmanxanalar, yataqxanalar, inzibati binalar, şəxsi evlər, otaqlar 6 saylı qoşmaya uyğun olaraq yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

3.2. Yanğın texnikasının və ilkin yanğınsöndürmə vasitələrini təyinatına uyğun olmayaraq istifadə olunması qadağandır.

3.3. Daimi yanğınaqarşı su kəmərlərinin yanğın kranlarını atıcı şlanq və lülələrlə təmin etmək lazımdır. Bunlar plomblanmış şkafın içində olmalıdır. Yanğın şlanqları quru, yaxşı bükülmüş, yanğın kranına və lüləsinə birləşdirilmiş halda olmalıdır.

Yanğın kranlarının şkafının qarşısında – YK – hərfi indeksi, onun sıra nömrəsi və yanğından mühafizənin telefon nömrəsi olmalıdır.

3.4. Daxili yanğına qarşı su kəmərinin su qidalandırıcıları, nasos stansiyaları, sprinkler və drençer qurğuları vaxtaşırı suyun buraxılması yolu ilə və ya ölçü-nəzarət aparatları vasitəsi ilə yoxlanılmalıdır. Yanğına qarşı su təchizatının texniki vəziyyətini öz qüvvələri hesabına yoxlaya bilməyən müəssisələr isə bu işlərin aparılması üçün başqa təşkilatlarla müqavilə bağlamalıdırlar.

3.5. Yanğın su nasosu stansiyası otağında yanğına qarşı su təchizatının, obyektin sprinkler və drençer qurğularının sxemi və onların istismarı haqqında təlimat asılmalıdır, hər siyirtmənin və yanğın yüksəldici nasosların üstündə onların təyinatı göstəriciləri olmalıdır.

3.6. Hər nasos stansiyası, onu obyektin və ya şəhərin yanğın təhlükəsizlik xidməti ilə əlaqələndirən telefon və ya siqnalizasiya sistemi ilə təhciz olunmalıdır.

3.7. Su nasos stansiyasının yanğın nasosları həmişə istismara hazır vəziyyətdə olmalıdır və hər 10 gündə bir dəfədən az olmayaraq işə salınma üsulu ilə lazım olan təzyiqin yaradılması yoxlanılmalıdır (müvafiq jurnalda qeyd olunmalıdır).

3.8. Mərtəbələrdə olan tüstüyə qarşı ventilyatorun işə salma düyməsi və yanğın nasoslarının məsafədən işə salma düymələrinin üzərləri şüşə ilə bağlanılmalı və üstündə «tüstüyə qarşı mühafizə sisteminin ventilyatorunun işə salınması», «yanğın nasosunun işə salınması» sözləri yazılmalıdır.

3.9. Odsöndürənlərin yerləşdirmə qaydası aşağıdakı tələblərə uyğun olmalıdır:

3.9.1. Odsöndürən yer səviyyəsindən 1,5m hündürlükdən çox olmamalıdır. Qapının küncündən (asılı vəziyyətdə) 1,2m az olmayan məsafədə yerləşdirilməlidir. Odsöndürən köçürmə (təxliyyə) yollarında maneçilik törətməməlidir.

3.9.2. Odsöndürənlərin yerləşdirilməsi üçün şkafların konstruksiyaları və xarici görünüşü elə olmalıdır ki, onların içində saxlanılan odsöndürənlərin növlərini əyani görmək mümkün olsun.

3.9.3. Odsöndürən elə quraşdırılmalıdır ki, onun gövdəsində olan məlumat yazısı görünsün.

3.9.4. Yanğınsöndürmə vasitələrinin və yanğın avtomatikası sisteminin saxlanılmasına aid tələblər 7 saylı qoşmada göstərilmişdir.

3.10. Dispetçerlərin xidməti otaqlarında, yerli telefon stansiyaları, yanğına qarşı mühafizə sistemlərinin idarəetmə pultları, yanğın baş verməsi zamanı həyəcan siqnalının verilməsi və yanğın hissələrinin çağırılması qaydaları haqqında təlimatlar olmalıdır.



4. Yanğın baş verən zaman insanların təhlükəsizliyinin təmin edilməsinə dair tələblər

4.1. Mənzil və ev sahibləri, mehmanxanalarda və yataqxanalarda yaşayan şəxslər, inzibati müəssisənin əməkdaşları, bina və otaqlarda olan insanların səhhətlərini və həyatlarını təhlükə altına qoyan, həmçinin yanğının baş verməsinə gətirib çıxara bilən hərəkətlərə yol verməməlidir.

4.2. İnzibati müəssisələrin binalarında, mehmanxana və yataqxanalarda olan adamlar yanğın təhlükəsizliyi ilə əlaqədar təmin edilirlər:

4.2.1. Yanğın baş verən zaman insanların köçürülməsinə (təxliyə olunmasına) kömək edən qurğuların (yanğın haqda xəbər verici, tüstüdən mühafizə qurğuları, köçürmə (təxliyə) işıqlandırıcıları və təhlükəsizlik nişanları) işlək və saz vəziyyətdə saxlanması;

4.2.2. Köçürmə yollarının yanar materiallardan olan üzlüklərlə bəzədilməsinə yol verilməməsi;

4.2.3. Mənzil, mehmanxana və yataqxanalarda yaşayan sakinlər, eləcə də təşkilatların əməkdaşları tərəfindən yanğın təhlükəsizliyi qaydalarının öyrənilməsi və onlara riayət edilməsi;

4.2.4. Elektrik qurğularını, cihazlarını, isitmə sistemlərinin istifadəsi və təmiri zamanı təhlükəsizlik tədbirlərinə ciddi riayət olunmasının müəyyən edilməsi;

4.2.5. Tüstüdən müdafiə sisteminə daxil olan özü bağlanan qurğuların, pilləkən qəfəsələrinin qapılarının kipləşdiricilərinin işlək vəziyyətdə saxlanılması.

4.3. Mehmanxanalarda, yataqxanalarda və inzibati binalarda köçürmə (təxliyyə) planı hazırlanmalı və hər hansı bir yanğın hadisəsi baş verdiyi zaman insanların köçürülməsi üçün (təxliyyə olunması) mühafizə və xidməti heyətin vəzifə bölgüsü müəyyən edilməlidir.

4.4. Yataqxana, mehmanxana və mehmanxana komplekslərində, xidməti heyət elektrik işıqlandırıcılarla (fənərlərlə) və tənəffüs orqanlarının müdafiə olunması üçün fərdi vasitələrlə təchiz edilməlidirlər.

4.5. Köçürmə (təxliyyə) yollarının üzərində, döşəmədən 2-2,5 m hündürlükdə «ÇIXIŞ» sözü yazılmış işıqlandırıcı lövhələr asılmalıdır.

4.6. Pilləkən qəfəsələri, köçürmə (təxliyyə) yolları, keçidlər və dəhlizlər adamların hərkətinə maneə törədə bilən kənar əşyalardan daima təmizlənməlidir.



5. Yanğın zamanı hərəkətlər:

5.1. Yanğın zamanı mehmanxanaların, yataqxanaların, inzibati təşkilatların müdiriyyətinin hərəkətləri adamların təhlükəsizliyinə və köçürülməsinə yönəldilməlidir.

5.2. Yanğının aşkar edildiyi zaman aşağıdakılar tələb olunur:

5.2.1. Tez yanğından mühafizə orqanlarına xəbər vermək, yanğının dəqiq yerini və binada insanların olması haqqında məlumat vermək;

5.2.2. Yanğın hissəsi gələnə qədər insanların köçürülməsini və yerlərdə olan vasitələrlə yanğının söndürülməsini təşkil etmək (odsöndürənlərlə, daxili yanğın kranlarının lülələri ilə);

5.3. Yataqxanalarda, mehmanxanalarda və inzibati binalarda yanğın baş verdiyi zaman bu müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

5.3.1. Yanğın təhlükəsizliyi xidmətinin çağırılmasını yoxlamaq;

5.3.2. Növbətçi və xidməti heyət ilə birgə mövcud köçürmə planına əsaslanaraq insanların köçürülməsini təşkil etmək və onların arasında çaşqınlıq yaranmasının qarşısını almaq;

5.3.3. Yanğın hissəsi gələnə qədər yanğın söndürməyə rəhbərliyi öz üzərinə götürmək;

5.4. Yanğın zamanı pəncərələrin və qapıların açılmasından, həmçinin şüşələrin sındırılmasından mümkün qədər imtina etmək lazımdır. Otağı və ya binanı tərk edərkən qapıları və pəncərələri bağlamaq lazımdır, çünki hava axını yanğının yayılmasına şərait yaradır.

5.5. Tüstüdən müdafiə sistemi olan binalarda yanğın zamanı, tüstünün xaric edilməsini və havanın vurulmasını təmin edən ventilyatorları hərəkətə gətirmək lazımdır.

5.6. Yanğın zamanı könüllü yanğınsöndürmə dəstələri öz aralarında bölüşdürülmüş vəzifələri yerinə yetirirlər (yanğından mühafizənin çağırılması, adamların təxliyyəsi, daxili yanğın kranlarının lülələri ilə işləmək, yanğına qarşı mühafizə sisteminin və yanğın nasoslarının işə salınması və s.).

5.7. Yanğın yerinə gələn yanğın hissələrinə kömək etmək üçün döyüş dəstəsinə daxil olan drujinaçılar yaxşı təlim keçmiş, hazırlıqlı olmalıdırlar.

5.8. Yanğından mühafizə bölməsi yanğın yerinə gəldiyi zaman, yanğının söndürülməsinə rəhbərlik edən şəxs və ya orada yaşayan şəxslərdən biri, yanğından mühafizə bölməsinin yüksək vəzifəli şəxsinə yanğın haqqında məlumat verməlidir (binada adamların olması haqqında, yanğının mənbəyi haqqında, yanğının ləğv edilməsinə yönəldilmiş işlər haqqında məlumat, həmçinin binada yanğının ləğv edilməsi ilə məşğul olan könüllü yanğınsöndürənlər haqqında məlumat).

İnsanların, əmlakın köçürülməsi və yanğının ləğv edilməsi ilə məşğul olmayan xidməti heyəti başqa köməkçi işlərə cəlb etmək lazımdır.

5.9. Obyektdə baş vermiş hər bir yanğın faktı üzrə obyektin inzibati nümayəndələri yanğının baş verməsinə səbəb ola bilən bütün amilləri aydınlaşdırmalı və belə halların təkrar olunması ehtimalını aradan qaldıran profilaktiki tədbirləri həyata keçirməlidirlər.



Yüklə 443,22 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə