Fərhad Məmmədov "Əsl həqiqət "niyə"," necə" sualları ilə məhdudlanmır"



Yüklə 354,29 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix30.04.2018
ölçüsü354,29 Kb.
#40615
  1   2   3   4   5   6   7   8   9   ...   17


 

 

 

AQONİYA 

Bədənin son 

müqaviməti 

 

Fərhad Məmmədov 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

“Əsl həqiqət “niyə”,” necə” sualları ilə məhdudlanmır”  

Hakim Sənai 

I  

TRANS 

 

Xeyr buna qaranlıq demək olmazdı...Elə bil kimsə səmanı və ətrafı qara rəngə 

boyamışdı. Qaranlıq bir yana, soyuqdan onun ayaqlarının sümükləri zingildəyirdi. 

İşıqlı asfalt yola təxminən 30 metr məsafə olsa da dəhşətli külək onun hər irəliyə 

doğru addımını iki addım geri qaytarırdı. Aclıq da öz sözünü demişdi...Bəlkə 

başqası olsa idi belə vəziyyətdə şoka düşərdi. Mənzərə o qədər dəhşətli idi ki, o, 

inilti səsləri çıxarır və çabalarla irəliyə doğru israrla addımlayırdı. Lakin bunlar 

boşa idi. Külək onu elə hey arxadakı zülmət içində olan quyuya doğru aparırdı. O 

qorxusundan heç fırlanıb quyuya da baxmırdı. Sadəcə inildəyirdi...Buna səbəb 

onun qorxusunu son həddə çatdıran  və quyudan çıxan körpə  uşaq bağırtısı 

idi...Uşağı elə bil doğrayırdılar...Bu dəhşətli səs onun qulağını maqnit sahəsinin 

təzyiqi kimi sıxırdı. Çabalarını getdikcə artıran  “O, həmən adı  çəkilən” küləyin 

sürətinə daha həssas olurdu. Artıq quyuya təxminən 4 metr qalmışdı. Bilmək 

olmurdu ki, o, axı niyə quyuya nəzər salmırdı. Yalnız küləyin təkidi ilə dal-dala 

gedirdi. Bir neçə saniyə  də keçdi. Dabanı quyunu daş divarına toxunanda o, 

özündən getmək üzrə idi. Halbuki simulteyn olaraq küləyin və  uşaq bağırtısının 

kəsilməsi və kosmik sükutun yaranması onun xəfifcə və tədricən nəisə olacaq bilə 

quyuya tərəf dönməsinə  səbəb oldu. O bunu etmək istəmirdi. Lakin bədəni artıq 

onun  şüuruna tabe deyildi. Onu başqa qüvvə idarə edirdi. Əllərini quyunun 

divarlarına qoydu və  tədricən başını qabağa verib, quyunun zülmət içinə 

boylanmağa başladı. Ürək döyüntüsü sükunətin təsirindən olduqca asta idi. 

İnterval böyümüşdü. Dərin nəfəs buraxaraq ah çəkdi. 5 saniyə, 10 saniyə, 15 

saniyə  hələ heçnə görünmürdü. Gözü hələ  də quyunun zülmətinə alışa bilmirdi. 

Birdən elə bil arxadan ona tərəf lampa işığı saldılar. Diksinsə  də  dərhal 

arxasındakını adam bilib geri çevrildi. Lakin arxada nə işıq nə də ki insan var idi. 

Üzünü quyuya tərəf qaytarmağı ilə , quyunun içindən “qara kölgənin” onu içəri 

dartması bir oldu. Şok vəziyyətində 2-3 saniyədən sonra nəyləsə toqquşduğunu 

hiss etdi. Əslində belə toqquşmadan onun sağ çıxması qeyri-mümkün idi. Lakin o 

sağ  və  hətta sağlam olduğuna tam əmin idi. Toqquşan zaman heç bir ağrı 

olmamışdı , sadəcə elə bil əzələsindən kiçik bir cərəyan keçirmişdilər ki, bununla 

bütün bədəni silkələnmişdi. Başını qaldırdıqda önündə dairəvi  şəkildə  işığın 

teatrlarda olduğu kimi bir qoca qadını işıqlandırdığını gördü. Arxaya çevrilib işıqın 

haradan düşdüyünə baxmağa başladı...Lakin arxada yenə zülmət idi. Üzünü 

əvvəlki vəziyyətinə çevirəndə isə onu dəhşətə gətirən mənzərəni gördü. İşıq hələ 

də  ağ uzun turbanda olan qoca qarını  işıqlandırırdı. Axı bu ola bilməzdi. Bu 

fırlanmanı bir-neçə dəfə təkrarladı. Heç bir dəyişiklik yox idi. Bu o demək deyildi 

ki, o üzünü çevirəndə  işığı tez yandırırdılar. Xeyr. Sadəcə olaraq işığın mənbəsi 



görünmürdü.  Nəhayət (qorxu hissləri özü də bilmədən yox olmuşdu, o həyatında 

özünü belə rahat hiss etməmişdi) qalxıb həmən üzü örtülü qadına tərəf hərəkət 

etdi. Qəribədir qadının üzü bağlı idi, halbuki o həmən qadının qoca olduğunu 

əminliklə hiss edirdi. Qadının bağlı sifəti ona doğru istiqamətlənmişdi. 

Yaxınlaşdıqda qadının yanında bir taxta və ya taxtaya bənzər qurğunun yavaş-

yavaş jalyuzi effekti ilə peyda olmağa başladığını gördü. Qadına 2 metr qaldıqda o 

artıq həmən taxta qurğunun beşik olduğunu gördü. Beşiyin içində isə 3-4 aylıq 

körpə var idi. Və sadəcə gülümsəyirdi.  İnanılmaz idi...bu bağırtı  yəqin ki, bu 

körpədən çıxırdı. Körpənin olduqca nurani sifəti var idi. Birdən qadın mətanətli 

səslə “ Mən sənin yaxşı əməllərinəm, o isə günahlarındır” – bu cümlə bir neçə dəfə 

eyni tonla təkrarlandı və fasilədən sonra həmən qadın “o vaxta kimi ki sən qızıla 

sahibsən” – yenə  də pauza...  Qadının səsi birdən yoğunlaşmağa başladı “ Qızıl 

sənə sahib olsa isə bizim yerlər dəyişəcək” – deyə bağırdı və əynindəki ağ turban 

qırmızı  rəngə çevrildi və qadının üzünü örtən dəsmal çıxdı. Mənzərənin dəhşəti 

olduqca, amma olduqca dəhşətli idi. Bu dəhşəti təsvir etmək qeyri mümkündür. 

Həmən eybəcər birdən libasından nizəyə bənzər bir şey çıxartdı və ildırımsürətilə 

beşikdəki uşağa soxdu.... 

Həmən an Rəsul yuxudan durdu və  həmən gecəni yanıq işıqlar altında 

keçirdi, yatmadı.    

 

 

II 

Emosional partlayış 

 

00:20   Bazar ertəsi  

Mərdəkan qəsəbəsi Əvhədi küçəsi,  

2-ci bina 2-ci blok, 2-ci mərtəbə, mənzil 6 

 

-



 

Qalmışdun da qızıvın xarabasında, nə var tezdən gəldin. Mən səni 

havayı saxlıyan deyiləm... 

-

 



Oğlum, anannan belə danışma...Səni doğulannan  Şah Abbasın nəvəsi 

kimi böyütmüşəm, nə lazım olub...hamsını... 

-

 

Yenə başdama, ağzıvı bağla, kaftar...İndi də sənə filan şeyi aldım, səni 



türmədən qurtardım...belə qara cəhənnəmə... 

Orxan bir qədər fasilə etdi. Halbuki, bu onun hirsini cilovlamaq üçün atılmış 

addım deyildi. Əksinə o, söhbəti pik nöqtəyə çatdırmağın yollarını axtarırdı və bu 

dava-dalaşa səbəb olmuş  qızıl söhbətini yenidən ortaya qoymağa səy etdi. Lakin 

bunun açıq aydın rüsvayçılıq olacağından qorxub, həmin söhbəti açmağa 

tələsmədi. Anasının zəif damarını tutmuşdu. 

-

 

Xoşduqla deyirəm evdimdəm rədd ol 



Ana bu ana qədər özünü saxlaya bilmişdisə, bu sözlərdən sonra sındı, şüur-

altında bir anlığa ildırım sürətilə, ana oğul arasında yaşanmış bir çox emosional 

anlar, xoş  məqamlar metamarfoz şəklində oynadı. Son kadr beynindən keçmişdi 



Yüklə 354,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə