Fərid Nəsibzadə
ONLAR
1
ONLAR
Görmədiyiniz yerlərdən gələrlər...
Bu yaxınlarda telefonuma çox xәtrini istәdiyim bir yoldaş zәng etmişdi. Mәnlә görüşmık istәdiyini vә
anladacaqları mәnimçün maraqlı olacağını vurğulayırdı. Doğrusu, işdәn sonra yorğunluğu bәhanә edә
bilmәdim. Görüşdük. Yanında çox sәliqәli geyinmiş, bir nәfәr dә var idi. Hiss olunurdu ki,namaz qılan
biridir. Bizim yoldaş da onu diqqәtlә dinlәmәyi xahiş etdi. Qeyd dәftәrçәmi açıb hazır olduğumu bildirdim.
Sadәcә adını olduğu kimi qeyd etmәmәyi xahiş etdi. Oxuyacağınız bu hekayәdә bütün hadisәlәr
dәyişdirilmәdәn saxlanılıb.
Adım Muraddır. Hazırda şirkәtlәrin birindә baş mühasib vәzifәsindә çalışıram. Sizә danışacağım hadisәlәr
16 il bundan öncә baş verib. O zaman ailәmlә bir yerdә, Bakı kәndlәrindәn birindә hәyәt evindә
yaşayırdıq. Evimizdәn bir az bataqlıq sıx qamışlıqla әhatәlәnmiş bataqlıq vardı vә o әtrafda yaşayan
insanların dediyinә görә oradan çox zaman hönkürtü sәslәri gәlәrmiş. Tәbii ki, o zaman uşaq idik vә bizә
bu cür "şәhәr әfsanәlәri" maraqlı gәlirdi. Hәtta bir neçә dәfә kiçik qardaşım vә bir neçә qonşu uşaqları ilә
oranı kәşfә getmişdik. Tәbii ki, gecә qorxduğumuz üçün gündüz guya nәsә görәcәkmişik kimi, hәyәcanla ,
bir-birimizin sözünü kәsә-kәsә, vurdalak (rus әfsanәlәrinә görә qorxunc mәxluq, vampir) çıxsa hamıız
әlbir olub ona hücum etmәyimizi müzakirә edirdik. Lakin, bir saatdan da çox orada boş-boş gәzdikdәn
sonra, heç nә görmәdik vә belә qәnaәtәr gәldik ki, bir gün gecә gәlәk (әslindә heç kәs bunu istәmirdi).
Qonşuluqda bir falçı yaşayırdı. Daim yanına xeyli adam gәlirdi. Әsasәn dә qadınlar... Qonşumuz Fazilә
xala anama deyәndә eşitmişdim ki, guya bu falçı cinlәrlә iş görür. O zaman bu mәxluqlar haqqında әmәlli
bir anlayışım olmadığı üçün, falçının doğrudan da nә işlә mәşğul olduğu barәdә bir nәticәyә gәlә
bilmәdim. Bir axşam evdәn qardaşımla zibil atmaq üçün çıxdığımız zaman, bu qadının nәsә donquldana-
donquldana küçә ilә bataqlıq olan tәrәfә getdiyini gördük. Gizlәnәrәk onu güdmәyә başladıq.
Bataqlığacan arxasınca izlәdik. Qadın qamışlığa çatdığında әlindәki torbanı açdı vә oradan nәsә çıxararaq
dodağının altında mızıldadığәnı eşitdik. Gecә olduğundan onun orada nә etdiyini vә o torbadan çıxardığı
şeylәri görә bilmәdik. Birdәn qadın әlini saxladı vә möhkәm sәslә "dәrhal gedin buradan, yoxsa çox pis
olacaq!Onlar sizi görür!" dedi. Hәmin an necә qorxmuduqsa, hәr ikimiz dabanımıza tüpürüb evә doğru
qaçdıq. Hәtta, qardaşım evә girәndә anam rәnginin qaçdığını gördü. Soruşduqda zibil atmaqdan
qayıdarkәn guya tanımadığımız uşaqların üstümüzә it saldığını dedi. Buna görә dә başqa istiqamәtә
qaçdığımızı, evә gec gәldiyimizi izah etdi. Anam ona tam inanmasa da, bizi rahat buraxdı.
Haradan bilәydim ki, falçının "onlar" dediyi mәxluqlar elә hәmin gecәdәn etibarәn bizi, әsasәn dә
mәnim yaşayışımı әmәlli-başlı qorxulu bir filmә çevirәcәklәr?!
İlk gecә evimizin çardağından gurultu sәsinә hәr kәs oyandı. Atam iri radiolu fәnәrlә(o zaman işıqlar tez-
tez kәsildiyindәn demәk olar ki, hәr evdә vardı) çardağa çıxdı. Mәn vә qardaşım, hәyәcan vә qorxu içindә
nәrdivanın aşağısında onu gözlәyirdik. Nәhayәt atam aşağı düşdü vә heç nә olmadığını, yәqin ki,
göyәrçinlәrin (çardağa hәrdәn girirdilәr, anca göyәrçin elә hay-küy qaldıra bilmәzdi.) sәs saldığını dedi.
Anam da tәlәsik bizi yatmağa göndәrdi. Sәhәrsә qardaşımla mәn and içdik ki, bir daha o fllçının evinin
yanından keçmәyәk.
Fərid Nəsibzadə
ONLAR
2
Heç vaxt unutmaram iki gün sonrakı gecәni... Yay olduğundan, qardaşımla otağımızda yerdәn yatırdıq.
Qәfildәn çox güclü bir әlin mәni silkәlәdiyii hiss etdim, daha sonra "qalx bizimlә gәl!" deyә amiranә sәs
eşitdim. Yuxulu olduğumdan " eee, yeri get dә, yatıram" deyә sayıqldım. Az sonra, kürәyimә dәyyn
şapalağı hiss etdim vә ağrıdan az qala zingildәdim. Tez kiçik qardaşımı oyatdım. Qardaşım әl fәnәrinin
işığında kürәyimdә möhkәm bir qızartı olduöunu dedi. "Elә bil kimsә kürәyinә şillә vurub, әl izi dә qalıb.
Dörd barmaqlı әlin izidir." Qardaşıma inanmayıb özüm baxmaq qәrarına gәldim. Güzgünün önünә
keçdim. İşığı yandırdım, kürәyimә baxdıqda qardaşım dediyi kimi, dörd barmaqlı әl izini gördüm. Hәmin
gecә yatmadıq. Sәhәrә yaxın yuxuya getdik qardaşımla...
Növbәti gecәni yuxuya getmәyә qorxurdum. Evdәn atamgilә keçәn gecә olanları danışmadıq. Qardaşım
erkәndәn yatmışdı. Sabah imtahanımız var idi deyә, gecә gec saatlara qәdәr dәrs oxumuşdum. Beynim
yorulmuşdu. Yerimә uzandım, ancaq keçәn gecә olanlar mәni çox qorutmuşdu. Sәssizliyi dinlәmәyә
başladım. Tәxminәn iyirmi dәqiqә sonra yuxu mәni apardı. "Dur, saata bax!!" deyә amirnnә tonda bir
qadın sәsi eşitdim. Әvvәl elә bildim anamdı. İmtahana gecikirәm deyә mәni oyadır. "Yaxşı, ana beşcә
dәqiqә.." deyә gözü yumulu ötәri cavab verdim. "Sәnlә deyilik?! Dur saata bax!!!" deyә qolumdan güclü
bir әl tutub silkәlәdi. Gözlәrimi açdım. Saata baxdım. Dördün yarısıydı. Otaqda heç kәs yox idi.
Barmaqlarımın ucunda anamgil yatan ltağa keçdim. Atam da, anam da hәr ikisi yatmışdılar. Qorxu canımı
bürüdü... Mәni oyadan kim idi?!
Sәhәr imtahanı müvәffәqiyyәtlә verdim. Artıq mәktәb bitmişdi. Atam evdә bunu qeyd etmәyi qәrara aldı.
Anam qәşәng süfrә açmışdı axşamacan yeyib-içdik. Atam da, anam da, çox sevinirdi. Bayırda hava isti
olduğundan hәyәtdә oturmamışdıq, evdә idik vә kondisioner yanırdı. Axşama doğru atam mәndәn
dükana getmәyimi, qazlı su, siqaret vә bir neçә xırda-para şey almağımı istәdi. Ayaqqabılarımı geyinib
hәyәtә çıxdım. Hava isti idi. Әl-üz yuyanda üzümә su vurub darvazadan çölә çıxdım. Arxadan kimsә
"Murad" deyә mәni sәslәdi. Geri çevrilib baxanda balacaboy, üzü ağappaq bir qoca qarı gördüm. İlahi, bu
hәm insan idi, hәm dә deyildi. İri qapqara gözlәri, çox eybәcәr üzü vardı. Arıq әllәrini ağzına tutaraq
mәnә baxaraq çox pis bir şәkildә gülürdü. İnanın, mәn bu cür pis gülüş hәyatımda görmәmişdim. "Ay
Allah" deyәrәk darvazamıza tәrәf qaçıb özümü hәyәtimizә tulladım. Qışqırığıma atam, anam, qardaşım
gәldi. Dilim söz tutmurdu. Hay-küyә qonşularımız töküldü. Tәcili yardım çağırdılar. Hәkimlәr gәlib mәnә
sakitlәşdirici vurdular. Gecәni sәhәrәcәn valideynlәrim mәnә keşik çәkdilәr. Atam bir dәfә sakitcә nәyә
görә belә etdiyimi soruşdular, cavab vermәdim. O dәhşәtli mәnzәrәni xatırladıqca ağlım az qala mәni
tәrk edirdi.
Bir neçә gün sakitçiliklә keçdi. Atam vә anam mәndәn heç nә soruşmurdu. Amma xatırlayıram, bir gün
sәhәr tezdәn atam mәni çörәk almağa göndәrmişdi. Yolum o qamışlıqdan keçirdi. Çörәk alıb qayıdanda
qamışlıqda sanki kimsә o bataqlığın içindә qamışları yara-yara gәldiyini gördüm. Birdәn xışıltı kәsildi vә
çox idbar bir sәs "Murad, gәlirsәn bura?" dedi.Var gücümlә evә qaçdım. Artıq nә edәcәyimi bilmirdim.
Valideynlәrimә deyә bilmәzdim, mәnә inanmazdılar, qardaşıma danışdım. O isә mәndәn kiçik
olduğundan lap bәrk qorxuya düşdü. Daha da pis etmişdim. Gecә kiçik qardaşım qorxusundan mәnlә
yatmışdı.
Aradan 3 ay keçmişdi məktəbin son sinifinə gedirdim. Universitetə hazırlaşmaq üçün dörd müəllim
yanına gedirdim. Dərslər məni çox yorurdu. Həyatıma girən bu varlıqlara da öyrəşmişdim. Artıq qorxu
Fərid Nəsibzadə
ONLAR
3
məndə şüur altıma nüfuz edərək, ətrafa qarşı biganə etmişdi. Evdə susurdum. Bir tək kiçik qardaşım
bilirdi. Dəfələrlə valideynlərimə bu mövzuları deməyə çalışsa da, izn verməmişdim. Evdən gecələr gələn
ayaq səsləri, qarşıma müxtəlif cildlərdə çıxan adını “ruh” bildiyim bu varlıqların həyatıma girmə
səbəblərini çox araşdırırdım. İnternet o zaman indiki qədər təşəkkül tapmamışdı. Bu müddət ərzində
internet klublara getdikcə, öz ağlımca araşdırma aparırdım. Nəticəm belə olmuşdu ki, biz tərəflərdə
kimlərsə əzabla ölüb onların ruhlarıdır gözümə görünənlər.. Amma haradan biləydim ki, bu zəhərli
varlıqlar əslində ruh deyil..
Bir gün yatdığım yerdə, qardaşımın səsinə oyandım. Qardaşım, çox qorxmuşdu. Divarda əl izlərinin peyda
olub yoxa çıxdığını deyirdi. “Artıq atamgilə deyəcəm, mən daha dözə bilmirəm.”. Ona susmasını xahiş
edirdim və sakitləşdirməyə çalışırdım ki, liliput, başı keçəl bir yaşlı kişinin dəli kimi otaqda gəzdiyini hər
ikimiz gördük. Kişi qeyri-adi surətlə yanımıza yaxınlaşdı. İlahi, çox dəhşətli gözləri var idi. Qardaşım
qışqırmaq istədi lakin, səsi çıxmadı. Kişi bəbəksiz ağappaq gözlərlə mənə baxıb, “səni aparacayıq” dedi və
bir andaca yox oldu. Qardaşım ağlamağa başladı. Mənsə susurdum… Deyəsən artıq taleyimlə barışmış,
“onlarla” getməyə hazır idim. Yoxsa “onlar”ın köləsimi olmuşdum? Bilmirdim…
Səhərisi gün qardaşım anama xəlvətcə hər şeyi danışır. Dərsdən gəldiyimdə, atam və anamı evdə gördüm.
Atamın niyə işdən tez gəldiyini isə evə qonşuluqda yaşayan bir namaz qılan tələbə oğlanla bir türk din
xadiminin gəldiyi zaman anladım. O zamanlar qonşumuz Elşən Bakı Dövlət Universitetində ilahiyyat
fakultəsində oxuyurdu, çox guman ki, Gürel bəy də, onun ya müəllimlərindən, ya da tanıdığı güvəndiyi
din xadimlərindən biri idi. Onlar evin içində və həyətimizdə bir neçə ayin keçirdikdən sonra mənə adını
hələ də xatırlaya bilmədiyim bir cin qəbiləsinin müsəllət olduğunu, onların hansısa sirrini bildiyim üçün
məni aradan götürmək istədiklərini dedilər. Artıq namaza başlamamın vacibliyini vurğuladılar… və ilk
namazımı da onlarla qıldım. Namaz qıldıqca qulağıma cürbəcür pıçıltılar gəlirdi. “Sakın yarım bırakma”
deyə Gürel bəy, sanki nəyisə hiss edərək dua edərkən mənə pıçıldadı. Namazı bitirdiyimdə gələn
qonaqlarımız gecə də bir ayinin keçirilmə vacibliyini dedilər.
Axşama doğru atam anama çox mükəmməl bir süfrə açdırdı. Hərkəs süfrəyə oturdu. Yeməkdən sonra
namaz qılınacaq, dualar ediləcək və ayin başlanacaqdı. Yemək zamanı otağımdan “Murad, Murad bura
gəl, tez ol” deyə səslər eşitməyə başladım. Sanki ovsunlanmış kimi ayağa qalxıb getdim. Gerisini
xatırlamıram, ancaq daha sonra mənə qardaşım həmin hadisəni danışanda dəhşətə gəldim. Mən axı
bunu, necə edə bilərdim? Qardaşımın dediyinə görə, mən sanki robot kimi ayağa durub otağa getdim.
Süfrə arxasında oturanlar bunun fərqinə varmamışdılar. Amma geri qayıtmağımı və etdiyim hərəkətləri
yəqin ki, uzun müddət unutmamışdılar. Mən… bilmirəm necə deyim, geri qayıdaraq… evin küncünə sidik
ifraz etmişdim. Üstəlik hər kəsin gözü önündə… Amma qəribə burasıdır ki, bunu heç vaxt xatırlamıram.
Gecə səhərəcən ayinlər icra etmişdilər, dualar və qurandan ayələr oxumuşdular. Sabaha yaxın
qonaqlarımız 5 gün sərasər bu ayinləri keçirmək lazım olduğunu dedilər. Təbii ki, məktəbə də,
hazırlıqlara da getməyəckdim. Ancaq o beş gün heç vaxt xatirimdən silinməyəcəkdi. Sanki, mən, bədənim
balaca bir dünya idi və xeyirlə şər bu dünya müstəvisində mübarizə aparırdım. “Onlar” təslim olmaq
istəmirdi. Evdə bədənümma güzgümüz vardı. Ayinlər zamanı çilik-çilik olmuşdu. Daha sonra, xatırlayıram,
qardaşım qəfildən yerə yıxılaraq sanki, epilepsiya xəstələri kimi çırpınırdı. Qulağıma gələn müxtəlif
tembrli səslər, qışqırıqlar… Sanki, cəhənnəmdəydim…
Fərid Nəsibzadə
ONLAR
4
5 gün sonra hər şey bitdi. “Onlar” həyatıma qəfil gəldikləri kimi, qəfil də getdilər. Elşən və Gürel bəy
bəlkə də, həyatımda ən böyük yaxşılığı etdi. Mən onların vasitəsilə namaza başladım. “Allahdan başqa
kimsədən qorxma” fəlsəfəsini mənə aşılayan Gürel bəyə bu günkü həyatımda əldə etdiyim bütün
nailiyyətlərə görə ömrümün sonunacan minnətdar olacağam.
…və artıq bilirəm, “Onlar” mövcuddurlar…
SON
Bakı 2017
Dostları ilə paylaş: |