Fərman kəRİmzadə “Çəhrayı rəngə doğru gedən yol” Metodiki vəsait



Yüklə 61,96 Kb.
tarix18.06.2018
ölçüsü61,96 Kb.
#49682
növüYazı

SALYAN RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

fərman kərimzadə.jpg

FƏRMAN KƏRİMZADƏ

Çəhrayı rəngə doğru gedən yol”


Metodiki vəsait. 2017

fərman kərimzadə ile ilgili görsel sonucu ilgili resim ilgili resim

Fərman Kərimzadə (3 mart 1937 - 17 mart 1989) — yazıçı-nasir, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi.

Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış (1944-1951), orta məktəbi isə Beyləqan rayonunun  Şahsevən  kəndində bitirmişdir (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1955-1960).İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olmuşdur (1962-1965). Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdürü, məsul katib işləmişdir (1962-1965). Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir (1965-1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron""Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (19661970), C. Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında kollegiya üzvü (1970-1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977-1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980-1981) işləmişdir.

F.Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilmişdir), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir.F.Kərimzadə 1989-cu il mart ayının 17-də vəfat etmişdir.

Əsərləri :1.Sonuncu eksponat. Bakı: 1961,2.Ömrümüz-günümüz. Bakı: 1963,3.Heykəl dilə gəlir. Bakı: 1965,4.Qarlı aşırım. Bakı: 1971,5.Xudafərin körpüsü. Bakı: 1982,6.Çaldıran döyüşü. Bakı: 1988 ,Filmoqrafiya

Arvadım mənim, uşaqlarım mənim (film, 1978)


  1. Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film)-əsər müəllifi, ssenari müəllifi

  2. Bizim küçənin oğlanları (film, 1973)

  3. Camışçılıq (film, 1966)

  4. Çətirimiz buludlardır (film, 1976)

  5. Daş dözür (film, 1973)

  6. Dərviş Parisi partladır (film, 1976)

  7. Dörd bazar günü (film, 1975)

  8. Mükafat, yoxsa... (film, 1980)

  9. Oxuyur Şövkət Ələkbərova (film, 1970)

  10. Şah və xidmətçi (film, 1976)

  11. Tütək səsi (film, 1975)

  12. Tütünün becərilməsi (film, 1967)

  13. Ver verim (film, 1974)

  14. Yağışlı havalarda (film, 1982)

Mənbə Fərman Kərimzadə

  1.  "Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi". Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. - səh. 125.



Fərman Kərimzadə sənətkar kimi də, şəxsiyyət kimi də vaxtdan ucada dayanıb 

    


.     Yaradıcılığı

  

   1958-ci ildə qələmə aldığı "41 nömrəli ayaqqabı" hekayəsi ilk təcrübə olsa da, müharibənin fəlakət dolu nəticələrini təsirli bir dil ilə oxucuya çatdırır. "Son eksponat", "Toy toğlusu" hekayələri də müharibə mövzusundadır, müharibənin ağrı-acılarından bəhs edir. "Son eksponat"da ana qəhrəmanlıqla həlak olmuş oğlunun muzeydəki köynəyini - öz əli ilə toxuduğu köynəyi qorumağa çalışır, oğlunun sinəsini dəlib-deşən güllə yerini muzeydəki baxımsızlıqla, köynəyə güvə düşməsi ilə əlaqələndirir. F.Kərimzadə hadisələrin məntiqini tutmağı, obrazların mənəvi-psixoloji aləmini aydın cizgilərlə əks etdirməyi bacaran sənətkardır. Bu cəhət onun müharibə mövzusunda yazdığı hekayələrlə yanaşı, "Ölülər yalan danışmır", "Mis qazan", "Talada", "Ümid", "Xınalıq" və başqa hekayələrində, "Xallı maral", "Toy dəvətnaməsi" povestlərində də güclü və qabarıqdır. Povestlər işıqlı ideallar təbliğ edir, xalq malını dağıdanları, israfçıları, əliəyriləri, tüfeyli və kübar yaşayış tərzini ifşa edir. "Xallı maral" povestinin qəhrəmanı Zəkəriyyə harın zümrənin ad günləri və müxtəlif işrət məclisləri üçün bir-bir kəsdirib apardıqları xallı maralların qoruğunu dağıdır, "təbiət bu maralları o cür canavarlardan daha yaxşı qoruyar", deyə onları təbiətin qoynuna qovur. "Toy dəvətnaməsi" ibrətamiz sonluqla bitir: zavoddan oğurladığı bir maşın spirti xırıd edə bilməyib qamışlı gölməçəyə boşaldan baş şərabçı Vəli özü də həmin gölməçənin qurbanı olur.  



    Tarixi romanlarda  xüsusi üslub...

      Göründüyü kimi, Fərmanın maraqlı hekayə və povestləri vardır. Lakin Fərman Kərimzadə imzası daha çox tarixi roman müəllifi kimi məşhurdur. 1967-ci ildə çap olunmuş "Qarlı aşırım" onun yazıçı istedadını, ümidverici və gələcəkli bir nasir kimi yetişdiyini üzə çıxardı. F.Kərimzadə "Qarlı aşırım"da 30-cu illərin ziddiyyətlərini, kollektivləşmə dövrünün çətinliklərini, özündən əvvəlki nəsr ustalarını təkrar etmədən tamamilə yeni ruhda əks etdirdi. 30-cu illərə 60-cı illərin və altmışıncıların gözü ilə baxış, hadisələrin dolğun-dürüst mənalandırılması bu əsəri oxuculara sevdirdi. Xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin ömrünün son üç günü, xalqının səadəti yolunda ürəyini məşələ çevirməsi, cəsarət və qorxmazlığı, yüksək ağıl və idrak sahibi kimi tədbirli

hərəkətləri, qolçomaq qiyamını öz qanı bahasına ləğv edə bilməsi yazıçının tarixi fakt və hadisələrə böyük duyum və həssaslıqla yanaşdığını, yüksək ümumiləşdirmə gücünə malik olduğunu göstərir. Kollektivləşməyə partiya rəhbərliyi, 30-cu illər komsomolunun cəsur mübarizəsi, geniş kütlənin siyasi şüur səviyyəsi, mübarizə və döyüş iqtidarı, düşmən qüvvələrin, Qəmlo kimilərin sinfi mənafeyi, fərdi-psixoloji keyfiyyətləri, köhnə dünya adamlarının törətdikləri bəlaların qurbanı olan günahsız insanların taleyi romanda təbii boyalarla əks etdirilmiş, təsirli və inandırıcı verilmişdir. Hər bir xalqın tarixində unudulmaz səhifələr olur. Bu cür səhifələr adətən ictimai şüurun yetkinliyi, milli dirçəliş və qurtuluş, böyük amallar uğrunda çarpışmanın kəskinliyi və nəticələri ilə şərtlənir.

   XVI yüzilliyin sübh çağında Şah İsmayılın başçılığı ilə görülən işlər xalqımızın sonrakı müqəddəratı üçün güclü özülə çevrildi. Şah İsmayıl kimi tarixi şəxsiyyətlər heç vaxt unudulmur, incəsənətin, ədəbiyyatın gücü ilə yenidən doğulur. F.Kərimzadənin uzun tədqiq və araşdırmalardan sonra qələmə aldığı "Xüdafərin körpüsü" dilogiyası xalqımızın tarixinə, 500 il əvvəlki babalarımıza məhəbbət və hörmətin ifadəsidir. Oxucunu orta əsr Azərbaycan həyatının həyəcanlı səhnələri ilə qarşılaşdıran bu roman Ağqoyunlularla Səfəvilər hakimiyyətinin qovuşduğu, birincilərin ikincilərlə əvəzləndiyi dövrün, Azərbaycan torpaqlarının birlik, Azərbaycan mədəniyyətinin yüksəliş dövrünün bədii salnaməsidir. F.Kərimzadə yeni faktlar əsasında dövrün ziddiyyət və çətinliklərini, qızılbaş bayrağı altında tarixi mübarizənin məqsədini, köklərini müasirlik ruhu ilə təsvir etmiş, qaranlıq səhifələri kifayət qədər işıqlandırmışdır. "Xüdafərin körpüsü" istər yazı tərzi, istərsə də təhkiyə və dialoqlarının səlisliyi, zənginliyi ilə seçilən bir romandır, qəhrəmanlıq dastanıdır. Hər iki kitab ("Xüdafərin körpüsü" və "Çaldıran döyüşü") yüksək ideya-estetik keyfiyyətləri, güclü ictimai-siyasi məziyyətləri ilə yanaşı, quruluş, dil xüsusiyyətləri ilə də diqqəti çəkir. Zəngin bədiilik vasitələri oxucunu 500 il keçmişə aparır, təsvir edilən dövrün havasına daxil edir. Gözəl təbiət lövhələri, min bir rəng heyranlığı ilə ictimai hadisələrin rəmzi əlaqəsi yaranır. F.Kərimzadənin əsərləri kino sənəti üçün zəngin material verir. İlk romanı əsasında çəkilmiş "Axırıncı aşırım" filmi Azərbaycanfilmin uğurlarından sayılır. Yazıçının "Toy toğlusu" hekayəsi əsasında qısametrajlı "Zınqırov", bir novellası əsasında "Mənim arvadım, mənim uşaqlarım" filmi çəkilmişdir. Şah İsmayıl haqqında tutarlı bir əsər olan bu dilogiya özünün kino təcəssümünü gözləyir. F.Kərimzadə ixtisasına görə rəssam idi. O, maddi-mədəniyyət abidələrinin qorunub-öyrənilməsində əməyini əsirgəmirdi. Ölkəmizin müxtəlif yerlərindən topladığı sənət nümunələri, qədim əşyalar, silah və alət növləri yazıçıya tarixi qəhrəmanların həyatını, məişətini, mübarizəsini canlandırmaqda kömək edirdi. Yazıçı təsvir etdiyi hadisələrin baş verdiyi əraziləri qarış-qarış gəzir, qəhrəmanlarının yeri-yurdu ilə maraqlanırdı. Abbasqulu bəy Şadlinskinin ev muzeyinin açılmasında, Şadlinski ilə bağlı sənədlərin toplanmasında yaxından iştirakına görə (Şadlinskinin 100 illiyi günlərində) Naxçıvan MSSR Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılması da bununla bağlıdır. 

   Xalqa aşırımın o üzündəki həqiqəti göstərən sənətkar yazır:  

   "Ə, nə hökumət, hansı hökumət? Mən belə hökumət tanımıram!" bu sözləri "Axırıncı aşırım" filmində Kərbəlayi İsmayıl deyir. Ancaq bu sözləri sovet hökumətinin qılıncının tiyəsi də, qəbzəsi də kəsdiyi 1967-ci ildə yazıçı, 60-cı illər nəslinin görkəmli nümayəndəsi Fərman Kərimzadə deyirdi. Qırmızı ilğımın puç və əfsanə olduğunu yazıçı fəhmi ilə çoxlarından əvvəl o duymuşdu. "Qarlı aşırım" romanı ilə aldanmış insan selini dayandırıb bəylikdən köləliyə sürüklənən bir xalqa aşırımın o üzündəki həqiqəti göstərirdi...   İllər keçdi, ilğım dağıldı, ədəbiyyatımızda və kinomuzda "Qarlı aşırım" ("Axırıncı aşırım") qaldı...     Fərman Kərimzadə həyatı ədəbiyyata gətirdiyindən yaradıcılığında obrazlar qalereyası da olduqca real və zəngindir. Ziddiyyətli, koloritli obrazlar, min illərin o üzündəki tarixi məqamlar və yaşantılar, xalqın milli və mənəvi yüksəlişi, uğurlar və məğlubiyyətlər, şərlə xeyrin amansız mübarizəsi və bütün bunların fonunda yazıçı şəxsiyyəti. O, sənətkar kimi də, şəxsiyyət kimi də vaxtdan ucada dayanmağı bacardı.     

   Vedinin yanı dağlar, 

   Ürəyi, canı dağlar,  

   Burda bir el var idi,

   Siz deyin, hanı dağlar?!

     Çox az adam bilir ki, bu bayatının müəllifi Fərman Kərimzadədir. O, yazıçı olmamışdan əvvəl rəssam idi. Şair Musa Yaqubun təbirincə desək, "Fərman rəssam təfəkkürü, şair zərifliyi ilə nəsrimizə birşirinlik gətirdi".

               Çəhrayı rəngə doğru gedən yol...     

   Deyirlər, Fərman Kərimzadə bahar çağı çiçəkləyən şaftalı ağacını çox sevərdi. Bəlkə ona görə ki, çiçəkləyən şaftalı ağacı insanın çəhrayı arzularına bənzəyir. O, ömrü boyu ağlı-qaralı dünyadançəhrayı rəngə doğru can atdı. Arzuları, əməlləri, istəkləri şaftalı ağacının çiçəkləri kimi işıq saçdı. Bir də onu deyirlər ki, Fərman Kərimzadə haqqını sağlığında almayan, layiqincə qiymətləndirilməyənsənətkar taleyi yaşadı. Əslində yazıçı heç vaxt sənəti müqabilində təmənna güdmədi. Meyarlar dəyişsə də, o öz zirvəsində necə varsa,  eləcə də əzəmətli qaldı. Baharda dünyaya gələn sənətkar elə baharda da -1989-cu il  mayın 17-də dünyasını dəyişdi.Bizə qalan isə əsərləri vəFərman Kərimzadənin Qarlı aşırım" romanı əsasında rejissor Kamil Rüstəmbəyovun 1971-ci ildə elə yazıçının öz ssenarisi əsasında ekranlaşdırdığı "Axırıncı aşırım" filmi oldu.  Ofilm ki, Azərbaycan kinosunun şah əsrlərindən biridir.O,  rün aşırımlarını aşa bilməsə də, tarixin aşırımlarını aşacaqvə ədəbiyyatımızda  özünəməxsus,  təkrarsız  Fərman  Kərimzadə kimi qalacaq.  

Ədəbiyyata iki səhifəlik “41 nömrəli ayaqqabı” hekayəsi ilə gəlmiş, sonra böyük tarixi hadisələri qələmə alaraq gözəl romanlar müəllifi kimi tanınmışdı görkəmli yazıçı.


Hərdən adama elə gəlir ki, o, dünyaya göz açdığı 1937-ci ilin tarixi yaddaşıyla ömrünün sonuna kimi yol gəlib. Onun hər uğurlu əsərinin əsasında Azərbaycanın tarixi həqiqətləri, qəhrəmanlıq səhifələri dayanırdı.Bu həmin məşhur filmdi ki, müəllifin 26 yaşında yazdığı  “Qarlı aşırım” əsəri əsasında ekran həyatı tapmışdı. Rejissor Kamil Rüstəmbəyov 1971-ci ildə elə yazıçının öz ssenarisi əsasında Azərbaycan kinosunun şah əsərlərindən birini yaratmışdı.

“Abbasqulu bəy necə böyük sərkərdə idisə, Fərman Kərimzadə də elə böyük yazıçı idi… ”Qarlı aşırım” romanını bir daha oxuyandan sonra bu qənaətə gəldim. Bəxtimə yazılan acılar…

Tarixin çox ağır hadisələrinə şahid olmuşdu. 1948-ci ildə başlanan deportasiyada onun da nəsli, el-obası sürgünlərə, səs-küysüz soyqırımlara düçar olmuşdu. Zaman keçib getsə də, doğma Vedi yaddaşında silinməz izlər qoymuşdu. 1988-1989-cu illərdə ana yurdunun acı günləri yazıçını sarsıtdı. Bütünlükdə Azərbaycan türklərinin deportasiya olunduğu il, bəlkə də, həyatının ən ağır ili idi…

“1988-ci ilin əvvəllərindən başlayan hadisələr Fərmana olduqca ağrılı təsir göstərmişdi. Ürəyi incidirdi, tez-tez halı dəyişərdi. Lakin o, həmişə bizimləydi. Meydan hadisələri, mitinqlər zamanı dinclik tapmazdı. O da günahsız məcburi köçkünlərin kədərini yaşayırdı. Onlara qoşulub Moskvaya getmişdi ki, bəlkə sovet rəhbərləri o zavallıların dərdlərini başa düşdülər… Yaxşı, vətənpərvər insanlara ürəyini verərdi. Içindəki göynərtisi, iztirabı, başının üstündəki tüstü-dumanıyla sanki Ağrı dağıydı. ”Vedinin yanı dağlar” deyimini eşidəndə gözündən gilə-gilə yaş axardı. Yaşına, görkəminə, dünya görüşünə baxmayaraq elə bil körpə uşaq idi. Ağlı, mənəvi saflığı ilə Tanrı onu xoşbəxt yaratmışdı. Ancaq onun içində gözə görünməyən, duyulmayan yurd həsrəti vardı Fərmanı Binəqədi yamaclığında, üzü yola səmtdə dəfn etdik. Həmin yol sonralar onun dostlarının həyat rəmzinə çevrildi. O, ləyaqətli yol yoldaşı, yol adamıydı. Həmişə bu yoldan keçəndə üzümü məzarlar arasında dostumun baş daşına tutub deyirəm: “Salam, Fərman, əziz dost, unudulmaz ziyalı” (S.Rüstəmxanlı).

Ixtisasca rəssam olan F.Kərimzadə maddi-mədəniyyət abidələrinə böyük maraq göstərirdi. O, “Axırıncı aşırım” romanının qəhrəmanı Abbasqulu bəy Şadlinskinin ev muzeyinin açılmasında, Şadlinski ilə bağlı sənədlərin toplanmasında yaxından iştirak etmişdi. 
Fərman Kərimzadə sözün əsl mənasında bir vətənpərvər idi. 80-ci illərdə sovetlərə qarşı xalq hərəkatı başlananda, mübariz universitet tələbələri arasında adı ən çox məşhur olan şəxslərdən biri idi Fərman Kərimzadə. Təsadüfi deyil ki, Azərbaycan sevdalısı Xudu Məmmədov kimi onun da qəlbi artıq ağırlıqlara dayana bilmədi. 1989-cu ildə gözlərini əbədi yumdu dünyaya…

Yazıçının “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi tarixi romanları Azərbaycan ədəbiyyatında dərin iz qoyan əsərlərdən idi. Dövrünün belə cəsarətli romanlarını yazan bir yazıçının o dövrdə daim kölgədə saxlanması da başadüşülən idi. Hətta o dövrdə bəzi yazıçıların əsərlərinin itməsi də “normal” qarşılanmalıydı. “Atamın ”Daşnaksütyun” partiyasına liderlik etmiş Andranik barəsində yazdığı əsər evdən oğurlandı. Atamın vəfatından sonra MTN-ə rəsmi müraciət etməyimə baxmayaraq əsərdən heç bir məlumat olmadı. Amma mən möcüzələrə inanıram” (Yeganə Kərimzadə, qızı).F.Kərimzadənin hər kiçik əsərində belə son dərəcə təsirli bir məqamla üzləşir oxucu. “Son eksponat”da ana qəhrəmanlıqla həlak olmuş oğlunun muzeydəki köynəyini – öz əli ilə toxuduğu köynəyi qorumağa çalışır, oğlunun sinəsini dəlib-deşən güllə yerini muzeydəki baxımsızlıqla, köynəyə güvə düşməsi ilə əlaqələndirir.



“F.Kərimzadə hadisələrin məntiqini tutmağı, obrazların mənəvi-psixoloji aləmini aydın cizgilərlə əks etdirməyi bacaran sənətkardır. Bu cəhət onun müharibə mövzusunda yazdığı hekayələrlə yanaşı, ”Ölülər yalan danışmır”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalıq” və başqa hekayələrində, “Xallı maral”, “Toy dəvətnaməsi” povestlərində də güclü və qabarıqdır… “Xallı maral” povestinin qəhrəmanı Zəkəriyyə harın zümrənin ad günləri və müxtəlif işrət məclisləri üçün bir-bir kəsdirib apardıqları xallı maralların qoruğunu dağıdır, “təbiət bu maralları o cür canavarlardan daha yaxşı qoruyar” deyə, onları təbiətin qoynuna qovur. “Toy dəvətnaməsi” ibrətamiz sonluqla bitir: zavoddan oğurladığı bir maşın spirti xırıd edə bilməyib qamışlı gölməçəyə boşaldan baş şərabçı Vəli özü də həmin gölməçənin qurbanı olur…” (Qəzənfər Kazımov).
“Qarlı aşırım”dan sonra yazıçı 11 il susmuşdu. Yaxınları bilirdi ki, o tarixi roman üzərində işləyir. Gecə-gündüz mütaliə edir, material toplayır. 1982-ci ildə “Xudafərin körpüsü” çıxdı gün işığına. Bir il sonra kitabın II hissəsi çıxdı. 1988-ci ildə isə 300 səhifəlik “Çaldıran döyüşü” romanı 65 min tirajla işıq üzü gördü. Əcəl gəlməsəydi, bu əsərlərin siyahısı daha uzun ola bilərdi. Çünki yazıçının qəlbində deyiləsi çox sözü vardı, içini yeyən dərdləri səhifələrə “danışınca” sakitlik tapırdı. Çox sevdiyi vətəninin, millətinin ağrılarını yazdıqca yazmaq, hayqırdıqca hayqırmaq istəyirdi. Amma özünü yetirən ölüm bu millətin böyük dəyəri olan nəhəng insanlardan birini də apardı sıralarımızdan. Indi belə ziyalıların oxluğundan yaranan boşluğu daha çox hiss edirik. Axı Fərman Kərimzadə kimi millət adamları çox az-az gəlir dünyaya…

Metodika şöbəsi: Yarıyeva Səadət.
Yüklə 61,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə