FəXRƏDDİn cəFƏrov



Yüklə 17,05 Mb.
Pdf görüntüsü
səhifə1/53
tarix22.07.2018
ölçüsü17,05 Mb.
#58108
  1   2   3   4   5   6   7   8   9   ...   53
58108

FƏXRƏDDİN CƏFƏROV
E R M Ə N İ
V Ə H Ş İ L İ Y İ
BAKI - 2009


Bu  gün  dövlətimiz  və  xalqımız qarşısında  azərbaycanlı­
lara  qarşı  əsrlər  boyu  aparılan  soyqırım  siyasəti  haqqında 
həqiqətləri  bütün  dünyaya  yaymaq,  beynəlxalq  ictimai  fi­
kirdə ədalətin  bərqərar olmasına  nail  olmaq,  onun  ağır nə­
ticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması 
üçün  ciddi  tədbirlər görmək  vəzifəsi  durur.
Heydər  ƏLİYEV 
Azərbaycan  xalqmnı ümummilli  lideri.
■ 
ф
Elmi  məsləhətçi: 
İsmayıl  HACIYEV
AMEA-nm  həqiqi  üzvü, 
tarix  elmləri  doktoru,  professor
Rəyçi: 
Rəcəb RƏHİM Lİ
Siyasi  elmlər  namizədi
Məhərrəm  CƏFƏRLİ
Filologiya elmləri  doktoru;
Rafiq  BABAYEV 
yazıçı
Əziz  ƏLƏKBƏRLİ
Filologiya elmləri namizədi
Fəxrəddin  Cəfərov.  Erməni vəhşiliyi.  Bakı.  "Nurlan".  2009.  - 
186 səh.
Monoqrafiyada  XX  yüzillikdə  Naxçıvan,  Ordubad,  Şərur-Də- 
rələyəz,  Zəngəzur  qəzalarında  və  Qərbi  Azərbaycanda  ermənilərin 
azərbaycanlılara  qarşı  törətdikləri  qırğınlar,  vəhşiliklərdən  və 
ermənilərə qarşı  vuruşan qırmızı taborçulardan və polis  işçilərindən 
danışılır,  erməni vəhşilikləri ilə bağlı arxiv sənədləri öz əksini tapır.
Monoqrafiya  tədqiqatçılar  və  geniş  oxucu  kütləsi  üçün  nəzərdə 
tutulmuşdur.
C  ^03020907  Q rifli nəşr 
098-2009
Ön sözün müəllifləri 
və redaktorlar:
Nəşrinə məsul:
© F.Cəfərov,  2009


YANDI BAĞRIM,  DÖNDÜ K Ö ZƏ ...
İndi  nisgildi,  ağrıdı,  sözlərimizin  ən  göynəklisi,  ən  kədər- 
lisidi  bu  adlar.  İndi  bu  adlarda  göy  kişnər,  bulud  ağlar.
Ömrün  hansı  çağmdasa,  əhvalın  hansı  məqamındasa  Dədə 
Ələsgər  "Yandı  bağrım,  döndü közə,  amandı"  -  demişdi.  O  ya­
nıqlı  səs,  yəqin  ki,  ulu  Göycənin  yaddaşmdadır;  o  səs  Vedini, 
Dərələyəzi,  Zəngəzuru  dolaşır,  ürəyimizin  Qərbi  Azərbaycan 
boyda  yarasını  göynəm-göynəm  göynədir  -  o  səs  söndürülmüş 
ocaqları, dağılmış yurd yerlərini dolaşır, yad  dildə danışan yad 
adamları  görür,  yad  adlar eşidir.
Görür  ki,  yanan  indi  yağı  əlindəki  min  illik  yurd  yerlərimi­
zin  bağrıdı;  yana-yana  közə  dönüb.
Görür  ki,  soyuq  qış  günlərində  müsibətlərin,  məşəqqətlərin 
ən  çılpağı,  ən  yandırıcısı  ilə  üz-üzə  qalan  doğmalarımız  Qərbi 
Azərbaycandan  qovulanda  onlara  Dədə Ələsgərin  sözü  də qo­
şulmuşdu;  sözlər  də  soyuğa  düşdülər,  şaxta  o  sözlərin  də  "gül 
üzünü"  qarsaladı,  onlar  da  dondular,  onlara  da  güllə  dəydi. 
Ala  gözlərdən  yaş  süzüləndə  sözlərin  də  "gözləri  doldu".  O 
gözü yaşlı  sözlər  elə  hey  bizləri çağırır.
Dədə  Ələsgərin  bu  sözlərində  puçurlanan  göz  yaşlarını  qu­
rutmağa  aradan  keçən  uzıın  illərin  zoru  çatmayıb.  Hər  söz 
gözlərdən  axıb  selə  dönən göz yaşıdırsa,  qanı  sızan  dərdlərdən 
baş  alıb  gəlibsə,  aldanışlarm,  ağrıların,  əzabların  qanı  çıxıbsa 
sözün  üzünə,  təkliyin,  tənhalığın  içində qovrulanda,  hədələrin, 
işgəncələrin,  ölümlərin  soyuq  sifətinə  baxanda  bu  sözlər  ulu 
yaradana  dua  kimi  pıçıldanıbsa  -  inanma  o  göz  yaşları  qu­
ruya...
Tarix  elmləri  namizədi  Fəxərddiıı  Cəfərovun  arxiv  sənəd­
lərinə  əsaslanan  bu  kitabı  ilə  üz-üzə  qaldıqca  fikirləşirsən  ki, 
bu sənədlərin üzü çox sərtdi, bu sənədlərin sözü yaman ötkəm- 
di,  onların  özü  bütövlükdə  dəhşətdi  -  iyirminci  yüz  il  başlar- 
başlamaz Azərbaycan  türkünə qarşı müxtəlif yerlərdə ölçülüb- 
biçilmiş  dəhşətlər...
İndi  oxuyursan  bu  kitabı,  nəyisə  soruşmağa  gücün,  taqətin 
çatmır;  bilirsən ki,  bütün  bunlar  soruşmaq  üçün  deyil,  bu  söz­
lərin  qabağında  ancaq səssiz-səmirsiz baş əyə bilərsən,  soydaş-


larimizin  çəkdikləri  o  əzabların  qarşısında  boğazında  düyün­
lənmiş  qəhər yumruqlarını  diiyünləndirir.
"Ərzaq  ehtiyacı  - bu,  aclıq  və məhv  olmanın  çox yüngül  iza­
hıdır,  bu  insanların  ölü  heyvanları  parçalayıb  yeməsi,  zibillik­
ləri dağıtması, çürümüş yemək qalıqlarını  yeməsi, heyvan kimi 
çəmənlikdə  ot  və  kökləri  ilə  qidalanması  vəziyyəti  izah  etmək 
üçün  çox  ədəbli  sözdür  və  bu,  1918-ci  ilin  fevral  ayından  baş­
layıb"  -  bu  cümlələr  Azərbaycanın  o  dövrdə  Ermənistandakı 
diplomatik  nümayəndəsi  M.Təkinskinin  məktubundandır;  bu 
vətənpərvər, cəfakeş diplomatın kitabda fransız,  ingilis, erməni 
hökumətlərinə  göndərilmiş  onlarla  məktub  və  teleqramları  ilə 
tanış  olduqca  damarlarında  qanın  donur,  erməni  terrorunun 
tüğyan  etdiyi  bir  vaxtda  ömrü  bahasına  bu  cür  mərdlik,  qey­
rət,  vətənpərvərlik  göstərən  milli  diplomatiyamızın  özünə  və 
sözünə  heyran  qalırsan.
Bu  kitab  "Erməni  vəhşiliyi"  adlanır,  ilk  baxışdan  onu  da  fi­
kirləşirsən  ki,  köhnə,  necə deyərlər,  "çağırılmış  bayatıdır";  am­
ma  kitabı  oxuduqca  hiss  edirsən  ki,  onu  başqa  cür  adlandır­
maq  da  olmazdı.
Gorus  kənd  sakini  Həsən  İbrahimovun  xatirəsi  bu  kitabda 
verilib;  ermənilər  əsir  aldıqları  Həsəni  öldürməyə  aparanda 
"gecə saat  11  olardı.  Məni kənd  içi  ilə aparırdılar.  Kəndin qıra­
ğında uca divarlı bir bağça var idi.  Biz ora yaxınlaşanda boğuq 
səslər  eşitdik:  "Siz Allah,  doğramayın,  güllə  ilə  vurun".  Demə, 
bu  öldürülənlər  Alışar  kəndindən  olan  5  nəfər  cavan  oğlan 
imiş.  Bunlar  məni  də  həmin  yerə  aparmaq,  qılıncla  doğramaq 
istəyirmişlər.  Vəhşilik o  həddə çatmışdı ki,  ermənilər bizə güllə 
ilə  olan  ölümü  də  çox  görür,  qılıncla  doğrayıb  əzabımızdan 
həzz almağı  üstün tuturdular".
Bu  isə  Cəbrayıl  qəzasından  1920-ci  ildə  müəllim  Hüseyn 
Axundzadənin  teleqramındaııdır:  "Qətlə  yetirilmiş  Zəngəzur 
müsəlmanlarının ah-nalələri dağlar, dərələr arasında qaldı,  heç 
yerə  çatmadı.  Onların  köməyinə  heç  kəs  gəlmədi.  Qadınların 
döşləri  kəsilmiş,  uşaqların  başları  kəsilmiş,  qanlı  bədənləri 
yerdə  qalıb".
Düz  70  il  sonra  -  Bakıda  Yanvar  qırğınında  deyilən  "hər 
gün  Aşuradı,  hər  yer  Kərbəla"  sözlərini  bu  kitabı  oxuduqca
4


Yüklə 17,05 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə