3
Film Fiction | Dekabr, №4
BU SAYIMIZDA
Səhifə 4 / №4
Müəllif: Film Fiction komandası
Səhifə 7/ Rejissor: Emir Kusturica
Müəllif: Mətləb Muxtarov
Səhifə 11/ Aktyor: Marlon Brando
Müəllif: Məcid Məcidov
Səhifə 14/ Aktrisa: Kate Winslet
Müəllif: Şahin Xəlil
Səhifə 16/ TOP 30
Müəllif: Şahin Xəlil
Səhifə 20/ Sitatlar
Müəllif: Ferat
Səhifə 22/ Müsahibə: Q.Tarantino
Müəllif: Ferat
Səhifə 25/ Klassik Hollivud Film
Cərəyanı
Müəllif: Məcid Məcidov
Səhifə 27/ Venetsiya Film Festivalı
Müəllif: Məcid Məcidov
Səhifə 28/ Maraqlı faktlar
Müəllif: Ferat və Şahin Xəlil
Səhifə 30/ Müsahibə: Yaşar Nuri
Müəllif: Cəmilə Musayeva
Səhifə 33/ İlin yekunları
Müəllif: Şahin Xəlil
Səhifə 35/ Bu ay doğulanlar
Müəllif: Şahin Xəlil
Səhifə 36/ Film: Citizen Kane
Müəllif: Məcid Məcidov
Səhifə 37/ Film: Dogtooth
Müəllif: Ferat
Səhifə 38/ Film: Shine
Müəllif: Ferat
Səhifə 39/ Film: Klass
Müəllif: Şahin Xəlil
Səhifə 40/ Film: Pina
Müəllif: Şahin Xəlil
Səhifə 41/ Film: Midnight in Paris
Müəllif: Şahin Xəlil
Səhifə 42/ Film: It’s a wonderful life
Müəllif: Məcid Məcidov
Səhifə 43/ Yeni il
Müəllif: Şahin Xəlil
Səhifə 44/Afişa
Müəllif: Ferat
Səhifə 49/Viktorina
Jurnalımızın viktorinası.
4
Film Fiction | Dekabr, №4
№4
Hörmətli oxucular, dekabr sayımızla bu
ili arxada qoyub yeni, 2012-ci ilə qədəm
qoyuruq. 2011-ci il “Film Fiction” layihəsi
yarandı və tezliklə, daha dəqiq desək,
sentyabrda bu layihə gerçəkləşdi. Və beləliklə,
Azərbaycanda ilk elektron film jurnalı təqdim
olundu. Sələflərindən fərqli olaraq “Film
Fiction” öz yolunu cızdı. Fellininin, Yusuf
Güneyin “Yol”-u kimi. Artıq 4-cü sayı
oxuyursunuz. 4-cü sayımızı Azərbaycan
kinosuna adını qızıl həriflərlə yazdırmış
aktyorumuz Yaşar Nuriyə həsr edirik. Bu 4-cü
sayla yeni ilin astanasından çevrilib yola
saldığımız ildə baş vermiş kino hadisələrinə
baxdım. Şimal qonşumuz Rusiyadan Sokurov bu
il Venetsiyada, Türkiyədən Nuri Bilge Ceylan
abimiz Kannda, İrandan isə Fərhad Əsgəri
Berlində at oynatdı. Qonşularımızdan əlavə
digər millətlərə göz gəzdirdim. Estonlardan
tutmuş Taciklərə qədər hamının kino
pavilyonunda qızğın iş gedirdi. Azərbaycana
baxanda isə 1-2 fəal rejissorun fonunda
çayxanada “it döyən” aktyorlar və
klipmeykerlik, toy, serial çəkilişləri ilə cibini
güdən, əttökən, zövqünü TV-lər qarşısında
minlərlə tamaşaçının 18:00-dan başlayan iş
sonrası istirahət zamanına dürtən “rejissorlar”
gördüm. Ötən sayların birində yazdığım “Hər
şey yaxşılığa doğru” məqaləsindəki humanizmi
hətta unutdum da bir anlıq. Hər insanın həyatda
öz yeri olur. Elələri də olur ki, yerləri səhv
düşür, ya da özü həmin yerə göz dikir. Pul var
deyə. Çilingər cərrahlıq edəndə əməliyyat
olunan xəstə həyatı risk altında olur. Alim
fəhləlik edəndə isə elm ağlayır. Zəli qanından
olan insana bənzərlər isə “dayday”ları hesabına
yola verdiyi universitetin rejissorluq sənətini
xalqın cibinə tozsoran qoşaraq davam etdirirlər.
Doğrudur, Qodar da, Rodriqez də “nə gəldi
çəkin” deyib. Amma bu çəkilən materiallar
yumşaq desək “zibildisə” ixtiyarın yoxdu bunu
xalqa TV vasitəsi ilə yedirdib, qonorar alasan.
Çünki, çəkdiyin “zibil”-ə dostlarından, ailəndən,
nəbilim üzünə gülən insanlardan başqa heç kim
“yaxşıdır” deməyib. Desə də onun səmimiliyinə
böyük şübhə var. Heç olmasa utanın qonşuya
baxanda. Nəyi sizdən artıqdı? Nuri Bilge Ceylan
haqqında məqalə olacaq yaxın gələcəkdə.
Oxuyanda bir daha əmin olursan ki, insanda
əsas fantaziya və istəkdi. Tarantinonun elə bu
sayımızdakı bir cavabını unutmayacağam.
“Bəlkə lovğalıq kimi görünə bilər, amma bunun
olacağını, sənət aləmində bugünki yerlərə
çatacağımı həmişə bilirdim.” Bax belə... İnsan nə
istəyir ola bilər. Sadəcə əmin olmalıdı ki, həmin
yer onundu. Bu əminlik varsa gec və ya tez o öz
yerini tutacaq. Ona görə bütün film sahəsində
işləyən şəxslərdən, təhsil alan tələbələrdən rica
edirəm: Əgər hiss edirsinizsə bu yol sizin deyil,
sizlik deyil tez o yolu dəyişin. Və əgər
əminsinizsə bu yol sizindir, nə olursa olsun o
yoldan dönməyin. Pul xatirinə, ya da bezmiş
halda özünüzlə bərabər kinonu məhv etməyin.
2012-ci ildə doğulacaq uşaqlar illər sonra
Fellini, Tarantino, Berqmanla bərabər sizləri də
özünə ideal seçsinlər. Kann, Venetsiya
festivallarında təkcə pavilyonumuzun olması ilə,
rus rejissorlarına yazılan ssenarilərin Oskar
qazanması ilə öyünmək azdı. Çox cılızdı. 2012-ci
ildə Eurovision paytaxtımızda baş tutacaq.
Bütün musiqi sevənləri təbrik etmək labüddür.
Bəzi yerli “rejissorlar” buna bu cür reaksiya
verib: “O gün olsun Kann festivalı Bakıda
keçirilsin”... Bu absurd arzu ilə sizi baş-başa
buraxıb, yeni il münasibəti ilə hər soydaşı,
yoldaşı təbrik edir, yazının davamını
həmkarıma həvalə edirəm.
Şahin Xəlil