Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə1/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
  1   2   3   4   5   6   7   8   9   ...   53


Rüstəm  Kamal  –  tənqidçi, 
ədəbiyyatşünas, esseçi. 2 iyul 
1962-ci  ildə  Rustavi  şəhə-
rində  anadan  olub.  1979-cu 
ildə  Qazaxın  İkinci  Şıxlı  kənd  orta  məktəbini  bitirmişdir.  İ.Kant 
adına Rusiya Dövlət Universitetinin filologiya fakültəsini, aspiran-
tura  və  doktoranturanı  bitirib.  Filologiya  elmləri  doktorudur. 
Azərbaycanın bir çox ali məktəblərində müxtəlif vəzifələrdə (ka-
fed ra  müdiri,  dekan)  çalışıb.  Hazırda  Ba kı  Slav yan 
Universitetində  Azərbaycan  ədə biy ya tı  kafedrasının 
professorudur.  2010-cu  ildə  Rusiya  Pedaqoji  və  Sosial  Elmlər 
Akademiyasının həqiqi üzvü seçilmişdir.
Prezident  təqaüdçüsü  (2001,  2011),  "Qızıl  Kəlam"  mükafatı 
laureatı olmuşdur. Bir çox monoqrafiyaların və filoloji esselərin 
müəllifidir.
RÜSTƏM KAMAL
RÜSTƏM KAMAL
T
A
N

 O
Ğ
L
U
N
U

 V
Ə
T
Ə
N
!
TANI  OĞLUNU, 
VƏTƏN!
2017


1
RÜSTƏM  KAMAL
TANI  OĞLUNU,
V Ə T Ə N !
“Kooperasiya” nəşriyyatı
BAKI – 2017


Redaktor: 
Elşən Şükürlü, 
filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent.
Rəyçilər:
Oqtay Əliyev,
polis general-mayoru.
Habil Qurbanov,
hüquq elmləri doktoru, professor.
Əsgər Əhməd,
tarix elmləri üzrə fəlsəfə doktoru, dosent.
Rüstəm Kamal. “Tanı oğlunu, Vətən!” (Portret-oçerk). 
Bakı: “Kooperasiya” nəşriyyatı, 2017, 258 s.
Kitab Azərbaycanın vətənpərvər və şücaətli oğullarından biri,
polis polkovniki Sadir Məmmədovun həyat yoluna həsr olunmuşdur.
Sənədlər və xatirələr əsasında yazılmış bu əsərdə Qarabağ
savaşının mənzərəsi yaradılır.
ISBN 978-9952-8290-5-1
© Rüstəm Kamal, 2017
2
Tanı oğlunu, Vətən!
0503229412 – 142
124 – 2017
R


3
Tanı oğlunu, Vətən!


HƏR OĞUL – BIR TARİX
u____________________________________________
B
izim üçün müharibə də, müharibə
mövzusu da hələ bitməyib. Mü ha -
ri bə dünən başlamadı ki, bu gün bitsin? Tari -
xi lik aspektində izlədikdə, bu müharibə əslində
alt-üst 300 ildir davam edir. Müharibə möv -
zu 
su, müharibə və oğullar mövzusu, yəni
düş mən plan larını, xəbis niyyətləri, kirli oyun -
la rı pozan oğulların dastanı, bu təqdim olunan
ki tabın mövzusu sayaq hekayətlər bizim neçə
yüz illik mövzumuzdur və belə getsə hələ
uzun zaman canlı qalacaqdır.
Qafqazda və bütün coğrafiyamızda kənardan təlqin olunmuş
er mə ni-türk qarşıdurmasının 300 illik gedişinə kimsə rəqabət də
deyə bi lər, lakin mənə görə bu – müharibədir. Sadəcə zaman-za -
man açıq və giz li şəkildə gedib. Bunun gedişinin daha bir tə za hü -
rünü – Qarabağ üs tün də açıq müstəvidə gedən müharibəni biz
gör dük, izlədik, uğurların da, uğursuzluqların da şahidi olduq. Bir
də bu müharibənin yazılması, sə nədləşdirilməsi məsələsi var: bə -
zən bir fərd, əlahiddə bir fakt, bir Və tən əsgərinin hekayəti böyük
bir araşdırmaya istiqamət verir. 
4
Tanı oğlunu, Vətən!


5
Bu müharibənin konkret nə zaman bitəcəyini heç kəs bilmir.
Mü ha ribədirsə həyatımızın bütün sahələrində, elmi və publisistik
baxışda da diqqət mərkəzində dayanmalıdır. Bu təqdim olunan
kitab səpgisində ya zılan nə var – dəyərlidir, ən azından lazımlıdır,
bu gün üçün də, sabah üçün də.
Mən hərbin nə olduğunu pis bilmirəm və Qarabağ müharibəsi
mənim uzun ömrümdə ilk açıq müharibə deyildir – mən 1941-45-
ci illər müharibəsinin arxa cəbhəsində bütün ağrı-acıları şəxsi hə -
ya tında yaşamış bir insanam. Mən hərbin nə olduğunu adi və tən -
da şımdan fərqli olaraq həm də bir tarixçi kimi yaxşı dərk edirəm
və müharibənin sərt reallığına bir tarixçi, bir etnoqraf, bir yazıçı
ki mi baxdığımda döyüşçü, bilavasitə iştirakçı faktoruna xüsusi
diq qət yetirilməsini hər zaman vacib bilmişəm. Kabinetdə oturub
nə sə yazmaq başqa, odun-alovun, təhlükələrin arasında olmaq,
ba rıt qoxusuna doğmalaşmaq başqadır.
1988-93-cü illərin xaosu onu yaşamış olanların yaddaşına
möhkəm həkk olunub və unudulana bənzəmir – bunlar ömürlük
bizimlədir. İndi aradan iyirmi beş ilə yaxın vaxt keçir, özlüyündə
az vaxt deyil, odur ki, mövzu daxilində o illərə ekskurs edərkən
mü əllifdən ciddi diqqət, reallıq hissini itirməmək, maksimum so -
yuq qanlı olmaq, kimin kim olduğunu dəqiq bilmək, yəni bütün
pa rametrlərdə dürüstlük tələb olunur. Axı bu toxunulan müharibə
möv zusunda möhtəkirlik də, dövlətdən hansısa bir umacağına gö -
rə özü üçün olmayan bioqrafiyanı yazdırmağa cəhdlər də az de -
yil dir və düşünürəm ki, oxucu mənimlə razılaşar.
Oxucuya təqdim olunan bu kitabın müəllifini yaxşı tanıyıram
və onun realizm hissinə sadiqliyinə inanıram – bu mövzuda nəsə
bir söz deməyə hazırlaşarkən bu xüsusilə vacib şərtdir. Eyni za -
man da polkovnik Sadir Məmmədovu da yaxşı tanıyıram, görüş lə -
ri miz, söhbətlərimiz olub, onun haqqında mənə çox danışıblar.
Tanı oğlunu, Vətən!


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə