Firidun bəy Köçərli



Yüklə 288 Kb.
Pdf görüntüsü
səhifə1/16
tarix18.06.2018
ölçüsü288 Kb.
#49509
  1   2   3   4   5   6   7   8   9   ...   16
49509

ssgss
__ r
1
: r "
•hliı,iı*ı
jm
M Zä
itliu
?.oS
cCL
Firidun bəy Köçərli
BALALARA 
HƏDİYYƏ
r
<



Azərbaycan  Respublikası
Mədəniyyət və Turizm  Nazirliyi
Firidun bəy Köçərli
BALALARA 
HƏ DİYYƏ
Kitab  "Firidun  bəy  Köçərlinin  150  illik yubileyi 
haqqmda" Azərbaycon  Respublikası Prezidentinin 
14  fevral 2013-cü  il  tarixli 2720  nömrəli Sərənca- 
mına əsasən nəşr olunur.
1986-cı ildən
since  1986


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və 
"Şərq-Qərb"Nəşriyyat Evi təqdim olunmuş materiallara və 
kitabın hazırlanmasında göstərilən dəstəyə görə F.Köçərli adına 
Respublika Uşaq Kitabxanasma dərin təşəkkürünü bildirir.
Firidun bəy Köçərli
Balalara  hədiyyə
Bakı, 
"Şərq-Qərb" 
Nəşriyyat Evi, 2013,  172 səh.,  19 illüstrasiya 
ISBN  978-9952-40-449-4
Rəssam:  Arif Hüseynov,
xalq rəssamı
Redaktor: 
Samirə Bektaşi
Azərbaycan xalqının  böyük maarifpərvər oğlu  Firidun  bəy Köçərli geniş 
xalq  kütləsinin  savadlanması  yolunda  çox  iş  görmüşdür.  1912-ci  ildə  çap 
olunan "Balalara  hədiyyə" kitabı da  belə ali  məqsəd daşıyırdı.
"Balalara  hədiyyə"  kitabında  müəllif Azərbaycan  folkloruna  aid  topla- 
dığı materialları oxuculara çatdırmışdır.
Kitabda  uşaqların  çox  sevdiyi "Göyçək  Fatmanın  nağılı", "Pıspısa  xanım 
və  Siçan  bəy"  kimi  məşhur  xalq  nağılları,  sayaçı  sözlər  və  düzgülər  yer 
almışdır.
Kitab  "Gənclik"  nəşriyyatının  1967-ci  il  və  1987-ci  il  nəşrləri  əsasında 
hazırlanmışdır.
© Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, 2013 
© "Şərq-Qərb'  Nəşriyyat Evi, 2013
q   t d s t   r m
ı   w w w .e a s tw e s t.a z  
' İ S n m  *   I M
I   w w w .fb .c o m / e a s tw e s t.a z


MÜHƏRRİRİN  İFADEYİ-MƏRAMI 
Kiçik ixtisarla
Keçmişdə  şan  və  qüvvət  sahibi  olan  türk  (azərbaycanlı-red.) 
milləti  öz  məişətinə,  ayin  və  adətinə  dair  yaratdığı  qısım-qısım 
nağıl  və  hekayələr,  gözəl  mənzumə və  əbyatlar,  hikmətamiz  mə- 
səllər,  atalar  sözləri,  nazik  (incə  red.)  mənalı  müəmma  və tapma- 
calar,  balalar  qəlbi  açan  düzgülər  və  yanıltmaclar,  heyvanat 
qisminə  məxsus  sayaçı  sözləri  mürur  ilə  xatirələrdən  çıxıbdır  və 
bu  halda  unudulmaqdadır.  O  millət  ki  öz  tarixini,  dolanacağını, 
Vətənini  və  dilini  sevir,  bu  qism  əsərləri  kəmali  şövq  və  diqqətlə 
cəm  edib  ziqiymət  sərmayə  kimi  saxlayır  və  balalarının  ilk  təlim 
və tərbiyəsi  onları  öyrətməklə  başlayır.
Balalara  hədiyyə olaraq  millətimizin yaratdığı  nağıl və  hekayə- 
lərdən,  məsəl  və  tapmacalardan  və  bir  çox  mənzumələrdən  bu 
məcmuəni tərtib qıldıq  ki, onlar unudulub xatirələrdən çıxmasın.
Məcmuəyə daxil  olan  ancaq "Tülkü və  üzüm"təmsili  ruscadan 
tərcümə  olunubdur.  Mütərcim  Eynəlibəy  Sultanov  öz  dilimizin 
şivəsini  itirməyibdir.  Möhtərəm  şairimiz Abbasağa  Nazirin və  mər- 
hum  Mustafa ağa Arifin və Mehdiqulu xan Vəfanın  bir neçə əsərləri 
dəxi  məcmuədə  dərc  olunubdur  ki,  onların  məna  cəhətcə  bala- 
ların  ruhuna  gözəl  təsiri  ola  bilər.  Qasım  bəy  Zakirin  təmsilat 
mənzuməsi  millətimizin  məişətindən  götürülmüş və onun  dili  ilə 
söylənmiş əsərlərdir...
Zənnimizcə,  bu  məcmuəni  hər  kəs  oxusa  -   böyük,  ya  kiçik  -  
onun  qəlbi  açılıb xəndan olacaqdır.  Balalar şad  olacaq  bu səbəbə 
ki,  onda  dərc  olunan  əsərlərin  cümləsi  onların  dünyasındadır. 
Böyük  adamların  ürəklərinin  açılmağına  səbəb  bu  olacaqdır  ki, 
onlar  mütaliə  əsnasında  öz  uşaqlıq  vaxtlarını  ixtiyarsız xatırlarına 
götürəcəklər. Bu isə, yəni qəlbi şad etmək, özlüyündə bir xidmətdir.
F.Köçərli


İTVƏ PİŞİK
İt dedi:
-   Mən  heç  qocalmazdım,  amma  məni  pişiyin  dərdi 
qocaltdı.
Dedilər:
-  Niyə bəs?
Dedi:
-   Çöllərdə  qalıb,  dalını  ayaza  verən  mən  oluram, 
gecələr  sabaha  kimi  yatmayan,  evi-eşiyi  qoruyan  mən 
oluram,  amma  elə  ki  istəyirəm,  başımı  qapıdan  içəri 
uzadam,  bu  pişikciyəz  əlini  uzadıb  üzümü-gözümü  cır- 
maqlayır.
M ə s ə 11 ə r:
İt it ilə dalaşdı, yolçunun işi avanda düşdü.
İtin axmağı qaysabadan1 pay umar.
İtin ayağını  köçdən kim əsirgər?
İt hürər, karvan  keçər.
T a p m a c a l a r :
1. Atdan  uca, itdən alçaq.
2. Bizdə bir kişi var,
Xor-xor yatışı var.
' Q a y s a b a  -  xörək növü



XORUZ VƏ PADŞAH
Biri var imiş,  biri yox imiş, Allahdan  başqa  heç kəs yox 
imiş. Bir də bir xoruz var imiş.
Bir  gün  xoruz  peyinlikdə  eşələnib  özünə  yem  axta- 
randa bir qaraca  pul tapdı, şad olub başladı oxumağa:
-  Quqquluqu!  Bircə şahı tapmışam.
Padşah xoruzun səsini eşidib buyurdu  ki, gedib onun 
pulunu əlindən alsınlar. Şahını  xoruzun  əlindən alandan 
sonra  başladı oxumağa:
-  Quqquluqu!  Padşah  mənə möhtac imiş!
Padşah  buyurdu  ki, şahısını aparıb özünə versinlər.
Xoruz oxudu:
-  Quqquluqu!  Padşah da  məndən qorxar imiş!
Padşah  bunu  eşidəndə  xoruza  acıqlanıb  buyurdu  ki,
onu tutub öldürsünlər. Xoruzun  başını  kəsəndə oxudu:
-  Quqquluqu!  Nə iti  bıçaq  imiş!
Xoruzun  başını  kəscək  onu  basdılar  qaynar  suya  ki, 
tükünü yolsunlar. Qaynar qazanın içində xoruz oxudu:
-  Quqquluqu!  Nə isti  hamam  imiş!
Xoruzu  qazanın  içindən  çıxarıb  tükünü  yoldular  və 
bişirib qoydular plovun  başına. Burada xoruz oxudu:
-  Quqquluqu!  Nə ağca təpə imiş!
Plovu  gətirdilər  padşahın  qabağına.  Padşah  plovu 
yeyəndə xoruz onun  boğazında yenə oxudu:
-  Quqquluqu!  Nə darca  küçə imiş!
Ondan  sonra  xoruz  getdi  qaranlıq  yerə,  orada  oxu- 
dusa da, kimsə səsini eşitmədi.


Yüklə 288 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə